Fesil indd



Yüklə 5,89 Mb.
Pdf görüntüsü
səhifə17/24
tarix20.09.2018
ölçüsü5,89 Mb.
#69593
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

221

ümumilikdə kifayət qədər ucuz xərclərlə başa gələ bilər. 

Bundan  əvvəl  qeyd  edildiyi  kimi,  çirkləndiricilərin  tullanması  üçün 

icazələrin satışı, bilavasitə tənzimləyici yanaşma ilə müqayisədə, ətraf mühitin 

çirklənməsinin qarşısının alınması üzrə ümumi xərclərin minimuma endirilməsi 

ilə  nəticələnir.  Ekoloji  keyfiyyət,  səlahiyyətli  orqanın  buraxılmalı  icazələrin 

maksimal sayına dair verdiyi qərar ilə təmin edilir. Əgər bazara yeni “çirklənmə 

mənbəyi” (yəni müəssisə) daxil olursa, onlar icazənin əldə edilməsi və ya eko-

loji çirklənmə ilə mübarizə avadanlıqlarına sərmayə qoyulması arasında seçim 

etməlidirlər. Bu isə avtomatik olaraq texnoloji dəyişiklik və çirklənmənin qarşı-

sının alınması üçün stimullaşdırıcı amil kimi çıxış edir. Səlahiyyətli orqanlar eko-

loji hədəfləri qoruyub saxlamaq üçün tələb olunan sayda icazələri əldə etməklə, 

bazara müdaxilə edə bilərlər. Bu isə ətraf mühitin keyfiyyətində dəyişiklikləri 

əks etdirən standartları modifikasiya etmək imkanını verir və proses bu sistem 

vasitəsilə normativ-hüquqi tədbirlər və ya vergilər kifayət qədər asan başa gəlir. 

Bir  sıra  kritik  amillər  satılan  lisenziyalar  sisteminin  rentabelli  gəlir 

əldə  etməsinə  maneə  törədə  bilər.  Birinci,  əgər  satış  ilə  əlaqəli  tənzimləyici 

məhdudiyyətlər,  qeyri-müəyyənliklər,  yaxud  administrativ  tələblər  çox 

yüksəkdirsə, satış həcmi nəzərə çarpacaq dərəcədə azalacaqdır. İkinci, əgər ba-

zarlar rəqabətədavamlı olmazsa, bazar konsentrasiyası ciddi problemə çevrilə 

bilər. Əgər bazar yanaşması yenicə müraciət edilən ekoloji problemlər ilə əlaqəli 

olarsa, bu zaman onun xarici təsir amillərinin internalizasiyasında uğur qazan-

maq ehtimalı daha çoxdur; belə ki, mövcud qaydaların dəyişdirilməsi daha da 

tələbkar olur. Satış sisteminin effektivliyi həmçinin uyğunsuzluğa dair normal 

işləyən monitorinq sistemi və cərimə sisteminə əsaslanır. Emissiya kvotalarının 

satışında uğur və uğursuzluqlar aşağıdakı 7.8 saylı Haşiyədə əks olunub.



Haşiyə 7.8  ABŞ və Avropada emissiya kvotalarnn satş  

 

Metropoliten regionlar çərçivəsində ətraf mühit havasna dair keyfiyyət standartlarnn iqtisadi baxmdan 



sərfəli yolla yerinə yetirilməsinə imkan yaratmaq məqsədi ilə ilk dəfə 1974-cü ildə, ABŞ-da emissiya 

kvotalarnn satş sistemi tətbiq edildi. Bu proqram vasitəsilə toplanmş pul vəsaitləri təxminən 5-12 

milyard dollar təşkil etdi, halbuki, qanuni hakimiyyətin olmamas səbəbindən, 1%-dən də az emissiya 

kvotas satld. Oxşar proqram suyun çirklənməsi üçün tətbiq edildi, lakin satşdan  əvvəl hökumətdən 

razlğn əldə edilməsi tələbinə görə uğursuzluğa düçar oldu. 

 

Bundan əlavə, 1982-1987-ci illərdə, ABŞ-da etilləşdirilmiş (tetraetil qurğuşunu əlavə etməklə hazrlanan) 



benzinin istehsalnn dayandrlmasna dair proqram tətbiq edildi. Təxmini hesablamalara görə, öz 

alternativləri ilə nisbətdə,  əldə edilən gəlir 20% və ya təxminən 1 milyard  dollara bərabər oldu. Satş  

səviyyəsi kifayət qədər yüksək idi. Bunun səbəbini isə dövlət müdaxiləsinin müvafiq səviyyəsi və 

tərəfdaş şirkətlərin (müəssisələrin) bir-birlərini yaxş tanmalar fakt ilə izah etmək olar.  ABŞ-da tətbiq 

edilən digər uğurlu addmlar, ozondağdc maddələrə dair Monreal Protokoluna müvafiq olaraq stratosfer 

təbəqəsindəki ozonun dağlmasnn minimuma endirilməsi, eləcə də turşu yağşlarnn azaldlmasna dair 

proqramlarn qüvvəyə minməsi oldu. 

Emissiya kvotalarnn satş ideyas, iqlim dəyişikliyinin nəticələrinin qarşsnn alnmas və karbon 

dioksid qaznn azaldlmasna dair beynəlxalq sazişlərin icras üçün bir alət kimi bu yaxnlarda Avropada 

da tətbiq edildi. 




222

Maliyyə stimulları

Maliyyə  stimulları,  ekoloji  göstəriciləri  yaxşılaşdırmaq  üçün  maliyyə 

öhdəlikləri  ilə  əlaqəlidir.  Maliyyə  stimullarının  əsas  funksiyası  ətraf  mühitin 

mühafizəsi  qanunvericiliyinin  qüvvəyə  minməsini  dəstəkləməkdir  və  onlara 

aşağıdakı tədbirlər daxildir: riayətsizlik ödənişləri (normativ-hüquqi tələblərin 

yerinə  yetirilməməsinə  görə  ödənişlər),  ekoloji  zəmanətlər  (tələblərə  riayət 

olunması ilə bağlı zəmanət), habelə ekoloji məsuliyyət ödənişləri.

Riayətsizlik ödənişləri (həmçinin cərimələr və ya cəalar kimi istinad edi-

lir), ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara riayət etməyən (məs. təhlükəsiz 

tullantı  poliqonlarından  istifadə  etməyən  və  ya  emissiya  limitlərini  keçən) 

müəssisələrə qarşı tətbiq edilən birbaşa ödənişlərdir. Riayətsizlik ödənişləri, əsas 

etibarı ilə ictimai (ekoloji) fondların gəlirləri sayılır və ekoloji layihələrə və eko-

loji sərmayələrə xərclənir.

Riayətsizlik ödənişlərinin dərəcəsi çox həssas məsələdir və ödənişlər ətraf 

mühiti  çirkləndirən  müəssisələri  çirklənmə  səviyyəsini  minimuma  endirməyə 

sövq etmək üçün kifayət qədər yüksək olmalıdır. Qanunlara riayətsizliyə qar-

şı əks tədbir qismində maliyyə təsirinin olmaması, müəssisələrin ətraf mühitin 

mühafizəsi qanunvericiliyinin tələblərinə məhəl qoymaması ilə nəticələnə bilər. 

Riayətsizlik ödənişləri dəqiq monitorinq və yoxlamaların aparılmasını tələb edir 

və idarəetmə baxımından çox tələbkardır. Bu isə belə növ iqtisadi alətin effek-

tivliyini çox sürətlə azaldır və buna görə də, çox nadir hallarda bazar iqtisadiy-

yatlarında tətbiq olunur.

Ekoloji zəmanət - ətraf mühiti çirkləndirən müəssisənin ekologiya və ya 

təbii sərvətlər ilə bağlı qanuni tələblərə riayət etməsinə zəmanət vermək üçün 

ödədiyi depozit və ya girovdur. Bu girov qanunlara uyğunluq təmin edildikdə 

geri qaytarılır. Belə sistem şaxta ərazilərinin, eləcə də təhlükəli tullantılar po-

liqonlarının bərpası və təmizlənməsini təmin etmək üçün Avstraliya, Kanada, 

habelə ABŞ-da istifadə edilmişdir.



Məsuliyyət planı – ətraf mühitin çirkləndirilməsi fəaliyyətindən irəli gələn 

zərərlərin ödənilməsi üçün bu kompensasiyanı təmin edir. Belə kompensasiyalar 

bilavasitə “qurbanlara” (digər sözlə, çirklənmədən zərər çəkənlərə), hökumətə, 

ya  da  xüsusi  fondlara  (məs.  neft  axıntıları  üzrə  fondlar)  ödənilə  bilər.  Buna 

nümunə olaraq Yaponiyada hava və su ilə bağlı sağlamlığa vurulan ziyana görə 

tətbiq edilən kompensasiya sisemini göstərmək olar. Hər iki ödəniş metodu (həm 

qurbanlara, həm də fondlara) çox ciddi məcburi icra ənənəsini tələb edir. 

Subsidiyalar 

Bütün növ subsidiyalar, ətraf mühiti çirkləndirən və ya təbii resurslardan 

istifadə edən müəssisələrə maliyyə dəstəyinin verilməsi üçün nəzərdə tutulub. 



Yüklə 5,89 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə