Fesil indd



Yüklə 5,89 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix20.09.2018
ölçüsü5,89 Mb.
#69593
1   ...   11   12   13   14   15   16   17   18   ...   24

217

çərçivələri daxilində administrativ qərarlar və ya sadə büdcə ayrılmaları vasitəsilə 

icra oluna bilən bir sıra əsas fəaliyyətlərin mövcud olmasına baxmayaraq (məs. 

məlumatlılığın artırılması, təhsil, hesabatların hazırlanması, məlumatların topla-

nılması və inventarlaşdırma, ictimai iştirak, tədqiqat və təlimlər və s.), adətən bu 

fəaliyyətlərin arxasında daha böyük tədbirlər qanuni dəstək tələb edirlər (məs. 

mühafizə olunan ərazilərin müəyyən edilməsi və qorunub saxlanılması). Burada, 

parlamentlərin rolu daha çox nəzərə çarpır; belə ki onlar qəbul edilmiş strategi-

yalar, planlar və proqramların icrası ilə bağlı nəzarət orqanına malik olurlar.

Tənzimləyici alətlər 

Tənzimləyici  alətlərə  ətraf  mühitin  rasional  istifadəsi,  mühafizəsi  və  ya 

bərpasına ünvanlanan qanunlar və qaydalar daxildir. Onlar ətraf mühit ilə əlaqəli 

keyfiyyət standartları və ya müxtəlif çirkləndirmə mənbələrindən irəli gələn emis-

siyalar,  müəyyən  məhsul  və  ya  praktikalara  qoyulan  qadağalar,  mövcud  olan 

metodlardan ən yaxşılarının tətbiqinə dair tələblər, ətraf mühiti çirkləndirən bü-

tün  müəssisələrin  ətraf  mühitin  çirkləndirilməsi  ilə  mübarizə  üzrə  səlahiyyətli 

orqanlardan ekoloji icazələr əldə etməsinə dair öhdəliklər və s. kimi məsələləri 

tənzimləyir. Buna həmçinin müxtəlif mənbələrdən (məs. radiasiya mənbələrindən) 

törəyən risklərin idarə edilməsini təmin edən qanunvericilik daxildir.

Qaydaların tətbiqi əksər sənayeləşmiş ölkələrin ekoloji siyasətlərindən ən 

geniş yayılmış ictimai müdaxilə yanaşmasına çevrilmişdir. Tənzimləyici yanaş-

maların ekoloji effektivliyinin adətən kifayət qədər yaxşı olması ilə bərabər, əsas 

məsələ, onların ekoloji effektivliyini və ya iqtisadi səmərəliliyini məhdudlaşdıra 

bilən bu qaydalarda müvafiq olmayan sərtliyin (qeyri-çevikliyin) qarşısını al-

maqdır. 


Bəzi qanunların, məsələn ovçuluq haqqında qanunvericiliyin bir çox ölkələrdə 

on illər bundan öncə (əgər daha da əvvəl) qəbul edilməsinə baxmayaraq, ətraf 

mühitin mühafizəsinin mümkünlüyünü nəzərə alan bir çox qanunlar, inkişaf edən 

və keçid dövrünü yaşayan ölkələrdə bu yaxınlarda qəbul edilib və hələ ki, təzə 

sayılır. Qanunların hazırlanmasının effektivliyi və nəticə etibarı ilə meydana çıxan 

qanunlar əsasən ölkənin siyasi, administrativ və sosial sistemlərinin stabilliyindən, 

habelə  ətraf  mühitin  mühafizəsi  üçün  müvafiq  sayılan  qanunvericiliyin  işlənib 

hazırlanması, qanun layihələrinin tərtibatı və ya qanunlarda düzəlişlərin edilməsi 

üçün kifayət qədər inkişaf etmiş bacarıqlardan asılıdır. Bundan əlavə, iqtisadi və 

özünütənzimləmə mexanizmlərinin tətbiqi, iştirakçı mexanizmlərin təsis edilməsi, 

ekoloji  təsir  səviyyələrinin  müəyyən  edilməsi,  ekoloji  cinayətlər  və  s.  görə 

cərimələrin həyata keçirilməsi üçün cinayət qanunvericiliyinin yenilənməsi kimi 

ətraf mühitlə əlaqəli qanunlara müxtəlif aparıcı konsepsiyaların daxil edilməsinə 

də lazımi səviyyədə diqqət yetirmək çox vacibdir.




218

İqtisadi alətlər 

İqtisadi alətlər - müəyyən edilmiş ekoloji problemlər arasında prioritetlərin 

təyin edilməsi və həmin prioritetli problemləri həll etmək üçün iqtisadi baxım-

dan sərfəli strategiyalar üçün cari ekoloji amillərin tələb və çağırışlarına müraciət 

edirlər.  Bu  prosesdə  iqtisadi  alətlərin  (İA-lər)  düzgün  qiymətləndirilməsi  və 

tətbiqi mühüm rol oynayır. Bu məqsəd ilə, iqtisadi alətlər, ekoloji siyasətlərin 

enerji, nəqliyyat, kənd təsərrüfatı və s. kimi digər sektorların siyasətləri ilə inteq-

rasiyasını dəstəkləmək yolu ilə ekoloji narahatlıqları iqtisadi inkişaf strategiya-

larına inteqrasiya etmək üçün bazar mexanizminə əsaslanan alətlər kimi özlərinə 

xüsusi  diqqət  qazanmağa  müvəffəq  olmuşlar.  Məqsədyönlü  şəkildə  tətbiq 

edildikdə,  iqtisadi  alətlər,  resursların  güclü  və  davamlı  inkişaf  istiqamətində 

bölüşdürülməsində  əhəmiyyətli  irəliləyişə  səbəb  ola  və  ekoloji  siyasətin 

hədəflərinin iqtisadi baxımdan sərfəli şəkildə icrasına imkan verə bilər. 

İqtisadi  alətlərin  məqsədi  ekoloji  xərclər  və  ya  amortizasiya  (ucuzlaşma) 

xərclərinin davranış elementlərini qəbul etməklə və ya bu subyektlərin üzləşdiyi 

stimullaşdırma strukturunda dəyişiklik vasitəsilə iqtisadi subyektlərin davranı-

şında dəyişikliyə səbəb olmaqdır. İqtisadi alətləri ənənəvi tənzimləyici alətlərdən 

fərqləndirən əsas xüsusiyyətlərdən biri budur ki, iqtisadi alətlər, ekoloji siyasətin 

hədəflərinə nail olmaqda bazar yanaşmasını (məs. ekoloji vergilər, kommersiya 

əsasları ilə satılan lisenziyalar və s.) stimullaşdırırlar. İqtisadi alətlərin iki başlı-

ca funksiyası bunlardır: iqtisadi subyektlərin ətraf mühit üçün münasib sayılan 

davranışını həvəsləndirmək üçün stimullaşdırıcı funksiya və maliyyə resursları-

nı ekoloji keyfiyyətin yaxşılaşdırılmasına yönəltmək üçün gəlirlərin artırılması 

funksiyası (məs. ətraf mühitə təsirlərin azaldılması üzrə tədbirlər və ya ətraf mü-

hitin çirkləndirilməsi əleyhinə mübarizə texnologiyaları, təhsil və s.).

Hal-hazırda,  iqtisadi  alətlərin  müxtəlif  növlərindən  istifadə  olunur.  Bun-

lara  həm  ətraf  mühitin  çirkləndirilməsinə  nəzarət  və  çirklənmənin  qarşısı-

nın alınması üzrə tədbirlər üçün xərcləri ödəyən ödənişlər (məs. ətraf mühitin 

çirkləndirilməsinə görə vergilər / tutulmalar, ekoloji təmiz olmayan məhsullara 

görə vergilər, təbii resurslardan istifadəyə görə vergilər, satış hüququ verən li-

senziyalar, girov-kompensasiya sistemləri), həm də dövlət subsidiyaları (qrant-

lar, imtiyazlı kreditlər, vergi imtiyazları və s.) daxil edilə bilər (digər tərəfdən 

isə, ətraf mühitə ziyan vuran fəaliyyətləri təşviq edən subsidiyaların dayandırıl-

ması vacibdir). Biz bunlardan bəzilərini aşağıda nəzərdən keçirəcəyik. 



Ekoloji vergilər və tutulmalar 

Sənayeləşmiş  ölkələrdə  ekoloji  problemlər  daha  çox  diqqət  mərkəzində 

olduğu üçün, ekoloji vergilər və ya tutulmalar, onların eyni zamanda bir sıra 



Yüklə 5,89 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə