Fakültə: qnmf qrup: 275. 21 Fənn



Yüklə 4,6 Mb.
tarix24.04.2023
ölçüsü4,6 Mb.
#106799
Neft qaz çixarmanin inkişaf mərhələləri


Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • Fakültə: QNMF
  • Qrup: 275.21
  • Fənn: Neft qaz məlumatlarinin işlənməsinin riyazi statistik üsulları
  • Tələbə: Rüfət Bayramov

Neft qaz çixarmanin inkişaf mərhələləri
XIX əsrin 60-cı illərinə qədər neft quyularından ya fontan ya da sadə mexaniki üsullarla çıxarılırdı. 1876-cı ildə ilk dəfə olaraq Bakı mədənlərindən dərinlik nasosu ilə neftçıxarma üsulu tətbiq edildi. 1897-ci illdə isə kompressorlu (hava qaldırıcısı) neftçıxarma üsulu sınaqdan keçirildi. 
1923–1940 -cı illərdə dərinlik nasosu və kompressorla neftçıxarma üsullarının təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətlərində işlər həyata keçirilirdi.
1937–1941-ci illərdə Azərbaycan Neft Tədqiqat İnstitutunda (AzDNQSETLİ) neft quyularının məhsuldarlığından asılı olaraq, onların istismarı üçün lazım olan səmərəli qaydada seçməyə imkan verən nomoqram yaradıldı.
1930–1945-ci illərdə yüksək möhkəmliyə malik ştanqların istehsal texnologiyası, yeni manjet plonjerli və digər konstruksiyalı nasoslar yaradıldı və tətbiq edildi.
1939-cu ildən neft mədənlərindən Süleyman Vəzirov və onun təklif etdikləri qapalı hermetik texnoloji sxemin neft mədənlərindən tətbiqinə başlandı.
Neftçıxarmanın bir çox texnoloji prosesləri avtomatlaşdırıldı. 1960-cı ildə Mahmud Abdullayev, Kərim Əliverdizadə və b. dərinlik nasoslarının normal sırasını, mancanaq dəzgahları, istismar qüllələri və digər avadanlıqlar yaratmışlar.
01
02
03
Neft və qaz hasilatı sənayesini dörd əsas prosesə bölmək olar:
kəşfiyyat,
quyuların işlənməsi,
hasilat və
sahənin tərk edilməsi.
Yatağın işlənməsini böyük sistem kimi o zaman götürmək olar ki, təcrübədən asılı olmayan məlumatlar kompleksi – geoloji verilənlər, reoloji verilənlər , texnoloji və texniki verilənlər kompleksi və bir sıra başqaları, işlənmə zamanı yaranan elemetlərin bir-biri və ətraf mühitlə əlaqəsi zamanı əldə olunan məlumatlar daxildir.
Bu şəraitdə sistemə məqsədin nə olduğundan aılı olaraq çoxlu çıxış və giriş faktorları olan qara qutu kimi baxmaq olar.
Göründüyü kimi böyük sistemin elementləri – götürülən quyunun göstəriciləri eynilə sistemin göstəriciləri ilə üst-üstə düşür – yatağın inteqrasiya olunmuş göstəriciləri ilə.
Bunu böyük sistem kimi qəbul edirlər – onu çıxış faktorları - əsas texnoloji parametrləri – neftin və qazın ayrılmasına görə.
Əgər bu verilənlərə böyük sistemin qalığı kimi baxsaq onda onun özünü böyük sistem kimi qəbul etmək olar, onda bütün şəkildə göstərilən faktorlara məqsəd və məsələnin qoyulmasından asılı olaraq subsistem kimi baxmaq olar.
Böyük sistemin ayrıca bir elementi - quyuya baxaq
Şəkildə quyunun iki qlobal işlənmə mərhələsi göstərilib –əyilmə nöqtəsinə qədər və (xüsusi nöqtə) doyma mərhələsi - əyilmə nöqtəsindən sonra.
Bu mərhələlərin özünü də iki növə ayırmaq olar.
Birinci mərhələ susuz (təxminən 9-10 ay) və sulaşmış.
İkinci mərhələ - asta templərlə növbəti artım (təxminən 22-3- ay) və dolayı olaraq doyma prosesi.
Bu quyu üzrə doyma prosesinə baxsaq 3 mərhələni görmüş olarıq
artım ( 16 ay)
dayanıqlılıq ( 16-30 ay)
düşmə
DİQQƏTİNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR
Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə