Fesil indd



Yüklə 5,89 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix20.09.2018
ölçüsü5,89 Mb.
#69593
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

219

problemlərə ünvanlanmaq üçün potensiala malik olduqlarına görə, milli maraq-

ların qəbulu üzrə məsul şəxslər  tərəfindən təsdiq edilmişdir. Beləliklə, ekoloji 

vergilər və ya tutulmaların üç funksiyasını fərqləndirmək mümkündür: 

•  “Xərcləri ödəyən”: Ekoloji xidmətlərin xərclərinin ödənilməsini təmin 

edən (kommunal xidmətlər, məs. su təchizatı, zibillərin toplanılması və emalı və 

s. üçün abunə haqları)

•  Gəlirləri artıran: ekoloji sərmayələr üçün tələb edilən maliyyə resursları-

nın bir yerə toplanması (misal üçün ətraf mühitin çirklənməsinə görə rüsumlar)

•  Stimullaşdırıcı  tədbirlər:  burada  əsas  məqam  ekoloji  baxımdan  müna-

sib davranışları stimullaşdırıcı tədbirlər vasitəsilə təşviq etməkdir (məs. Avropa 

Birliyinə üzv olan bəzi dövlətlərdə tətbiq edilən tullantıların yanacaq qismində 

utilizasiyasına görə vergidən azad edilmə kimi təşəbbüslər) 

Bu funksiyaların üç tipi bir-birini inkar etmir. Ən son tendensiya daha çox 

funksiyaları (vəzifələri) bir alətə inteqrasiya etməkdir, məs. ekoloji vergi islahatı 

(bax: Haşiyə 7.7)

Ekoloji  məsələlərdə  vergi  qoyuluşunun  əsas  üstünlüyü  ondan,  istehlakçı 

davranışının  modifikasiya  edilməsi  (stimullaşdırıcı  vergilər)  və  çirkləndirmə 

mənbələri tərəfindən güclü stimullaşdırıcı təsirə malik malik olmaqdır. Ümumi 

təsirin vergi ödəyicisinin icra göstəricilərindən asılı olduğu üçün, bu ən güclü 

stimullaşdırıcı tədbirlərdən biri sayılır.

Əsas əngəllərdən biri budur ki, vergilərin bir qayda olaraq dövlət büdcələrinə 

gəlir kimi daxil olmasını təşviq etdiyi halda, ətraf mühitin mühafizəsi və gəlirlərin 

istifadəsi arasında bilavasitə əlaqənin olmasına heç bir zəmanət yoxdur. Vergilər 



Haşiyə 7.7 Avropa İttifaqna üzv olan dövlətlərdə ekoloji vergi islahatnn tətbiqi  

 

Avropa İttifaqna üzv olan bir sra dövlətlər, hal-hazrda əmək fəaliyyətindən (gəlir vergisi, sosial sğorta 



ödənişləri) başlayaraq,  ətraf mühitə ziyan verən fəaliyyətlər və ya məhsullara (məs. enerji və tullant 

sektorlar) görə vergi uyğunlaşdrlmasna  əsaslan ekoloji vergi islahatn həyata keçirirlər. Belə alət, 

“ikiqat dividend” saylr, çünki o, müəyyən fəaliyyət və ya məhsul üzərinə vergi qoymaqla, istehsalçlar 

və ya istehlakçlarn davranşnda dəyişiklik etmək üçün stimullaşdrc tədbir kimi çxş etməklə yanaş, 

eyni zamanda ekoloji sərmayələr üçün maliyyə resurslarn da hasil edir. Bu yeni yanaşma, ətraf mühiti 

çirkləndirən müəssisələr üzərinə əlavə xərclər qoymadan, ekoloji siyasəti problemləri üçün effektiv həll 

variantn təqdim edir (heç bir əlavə xərcin yoxdur, lakin mövcud vergilərdə “yaxşdan” “pisə” doğru 

uyğunlaşdrma var).  

 

Ekoloji vergi uyğunlaşdrma siyasətləri  İqtisadi  Əməkdaşlq və  İnkişaf Təşkilatna üzv olan bir sra 



ölkələrdə, o cümlədən Danimarka, Finlandiya, Almaniya, İtaliya, Norveç, Niderland, İsveç,  İsveçrə və 

Birləşmiş Krallqda hal-hazrda həyata keçirilir. Buna nümunə olaraq, Birləşmiş Krallqda 1996-c ildə 

sənaye tullantlar poliqonuna görə verginin qüvvəyə minməsini göstərmək olar. Bu isə işçilərin sosial 

sğorta ödənişlərinin 0,2% azalmas  ilə müşayiət olundu. 1999-cu ildə, Niderland Krallğ vergiləri ətraf 

mühitin çirkləndirilməsi və resurslardan istifadəyə (məs. enerji, çirkab sular, qrunt sular və s.) 

uyğunlaşdrmaq və əmək vergilərini azaltmaq üçün üç illik dövlət siyasəti qəbul etdi. 

 

Mənbə: Speck, Ekins 2000. 



 


220

və ya tutulmalar həmçinin vergi dərəcələrinə qarşı həssasdırlar. Əgər dərəcələr 

çox aşağı səviyyədə müəyyən edilərsə, bu zaman vergilər / tutulmalar stimul-

laşdırıcı  rol  oynamayacaqlar;  əgər  dərəcələr  çox  yüksək  səviyyədə  müəyyən 

edilərsə, iqtisadi inkişafa qarşı əngəl yarana bilər. Optimal səviyyə, ideal vari-

ant kimi ekologiyanı çirkləndirən müəssisələri qabaqlayıcı tədbirlər görməyə və 

problemləri yerində həll etməyə sövq edir.

Girov – kompensasiya sistemi 

Girov (və ya depozit) – kompensasiya sisteminin (DKS) əsas ideyası, tul-

lantı hasil edən şirkət və müəssisələrin məsuliyyət daşımalı olduqları xərclərə 

görə cavabdeh olmalarına və tullantıların bərpası, habelə utilizasiyasını təşviq 

etmək üçün stimullaşdırıcı tədbirlər təqdim etmələrinə imkan yaratmaqdır. DKS 

çərçivəsində  müəyyən  məhsullar  (məs.  şüşə  qablarda  məhsullar)  əldə  edilən 

zaman əlavə depozit ödənilir. Məhsulun qabı (hazırkı nümunədə şüşə butulka) 

dilerə və ya xüsusi yığım məntəqəsinə geri qaytarılan zaman, depozitin əvəzi 

ödənilir  (kompensasiya  edilir).  Burada  ekoloji  səmərəliliyin  əsas  göstəricisi, 

sistemə  daxil  edilən  məhsul  üçün  əldə  edilmiş  geri  qaytarılma  (rentabellik) 

normasıdır. Bu sistem ənənəvi olaraq şüşə butulkalar ilə münasibətdə fəaliyyət 

göstərmiş və son illərdə öz əhatə dairəsini daha da genişləndirərək, alüminium 

bankalar, plastik butulkalar, ərzaq məhsullarının qabları, batareyalar və s. özünə 

daxil etmişdir. 

Depozit-kompensasiya  sisteminin  əsas  faydası  material  və  məmulatları 

nisbətən sərfəli yolla istifadə etmək imkanıdır. Burada əsas tələb əhəmiyyətli 

dərəcədə kompleks idarəetmə sistemini işləyib hazırlamaq ictimai maariflənmənin 

artırılması ətrafında səylərin birləşdirilməsinin vacibliyidir. 



Çirkləndiricilərin tullanılması üçün satılan icazələr

Zərərli maddələrin ətraf mühitə tullanılması / axıdılması üçün icazələrin sa-

tılması ideyası ilk dəfə 1968-ci ildə tətbiq edildi. Bu konsepsiyaya əsasən, tullan-

tılar üzrə icazələr ətraf mühitin mühafizəsi üzrə səlahiyyətli orqanlar tərəfindən 

təqdim edilir və bazara çıxarılır;  burada isə icazələr bazar qaydalarına müva-

fiq  olaraq  satıla  bilər.  Əgər  yaxşı  təşkil  edilərsə,  bu  proses  xərcləri  minimu-

ma endirən həll variantı ilə nəticələnə bilər ki, buna əsaslanaraq, ətraf mühitin 

çirkləndirilməsini aşağı xərclər ilə aradan götürə bilən müəssisələr (çirkləndirmə 

mənbələri) bu işi görməyə üstünlük verəcəklər; ətraf mühitin çirkləndirilməsini 

yüksək xərclər ilə aradan götürə bilən müəssisələr isə icazələr əldə edəcəklər 

(dövlət  orqanları  və  ya  satış  üçün  icazəsi  olan  özəl  şirkətlərdən).  Belə  oldu-

ğu  halda,  ətraf  mühitin  çirkləndirilməsinin  qarşısının  alınması  üzrə  tədbirlər 




Yüklə 5,89 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə