Fesil indd



Yüklə 5,89 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix20.09.2018
ölçüsü5,89 Mb.
#69593
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

223

Subsidiyalara təkcə istehsalçılara birbaşa ödənişlərin (qrantlar, dəstək tədbirləri 

və s.) verilməsi və istehlakçılar üçün qiymətlərə nəzarət (qiymət məhdudiyyətləri) 

daxil deyil, bunla həmçinin vergi kreditləri, vergi azalmaları və vergi istisnaları; 

imtiyazlı kreditlər, kredit zəmanətləri; ödənişlərin gecikdirilməsi, borcların ba-

ğışlanması; tarif baryerləri və ləğvetmələr, ictimai xidmətlər və ya infrastruktu-

run maya dəyərindən ucuz təqdim edilməsi (ictimai xidmətlər dedikdə, ictimai 

nəqliyyat kimi xidmətlər nəzərdə tutulur). 

Subsidiyalar  yalnız  yaxşı  təşkil  edildikdə  faydalı  olur.  “Yaxşı”  subsidiya 

siyasətinin əsas prinsipləri aşağıdakılardır:

•  Əgər subsidiyalar bazarların fəaliyyətini daha səmərəli edirsə (məs. yeni 

texnologiyaların kommersiyalaşdırılması üçün tarif baryerlərinə üstün gəlmək 

yolu ilə) onlara zəmanət verilə bilər ;  

•  Subsidiyalar bilavasitə və müstəsna olaraq nəzərdə tutulmuş benefisiar-

lara yönəlməlidir (digər sözlə, bərpa edilməyən enerji növlərinin istehsalçıları 

üçün deyil, az təminatlı sakinlər üçün enerji subsidiyaları, yenilənə bilən resurs-

lardan istifadə etməklə “yaşıl” və ya ekoloji təmiz elektrik enerjisi istehsalçıları 

üçün subsidiyalar və s.) 

•  Subsidiyalar  öz  məqsədlərinə  nail  olmaq  üçün  minimal  xərc  aparan 

vəsaitlərdən ibarət olmalıdır

•  Əgər  subsidiyalara  onlar  təkcə  iqtisadi  səmərəlilik  deyil,  həm  də  so-

sial  dəyərləri  təşviq  etdiyi  halda  zəmanət  verilə  bilər  (məs.  kənd  təsərrüfatı 

məhsullarının  istehsalçılarının  gəlir  və  iqtisadi  stabilliyindən  daha  çox  qida 

təhlükəsizliyi) 

•  Bütün  xərclər,  o  cümlədən  ətraf  mühitin  keyfiyyətinin  pisləşməsinin 

xərcləri, subsidiyanın dəyərini qiymətləndirən zaman nəzərə alınmalıdır (məs. 

fermerlərə gübrə və pestisidlərin əldə edilməsi üçün subsidiyalar ayrılan zaman, 

onların neqativ təsiri nəzərə alınmır)

Külli miqdarda subsidiyalar (ələlxüsus enerji və kənd təsərrüfatı sektorların-

da), arzuolunmaz ekoloji təsirlərə gətirib çıxara və ekoloji baxımdan dayanıqsız 

iqtisadiyyatın inkişaf etməsinə töhfə verə bilər. Mərkəzi Şərqi Avropa ölkələrinin 

əksəriyyətində,  vətəndaşlar  və  istehsalçılar  üçün  enerjinin  qiyməti  dövlətlər 

tərəfindən  çox  ciddi  şəkildə  subsidiyalaşdırılırdı.  Bu  isə  təcrübədə  kütləvi 

şəkildə məhsuldarlığın azalması (enerji itkisi) və enerjidən həddən artıq istifadə 

edilməsi ilə nəticələndi. Bu, subsidiyaların verilməsinin neqativ amillərinə dair 

sadəcə bir nümunədir. Belə subsidiyalar adətən “perversiv subsidiyalar” kimi 

qələmə verilir. Birbaşa benefisiarların şəxsi maraqlarını nəzərə alsaq, subsidiya 

planlarını ləğv etmək çox çətin məsələdir. 




224

Ekoloji təsirin qiymətləndirilməsi alətləri 

Təsirin  qiymətləndirilməsi  –  hər  hansı  fəaliyyətin  təsirinin  nəzərdən 

keçirilməsi və qiymətləndirilməsi prosesidir; buna misal olaraq, avtomobil yo-

lunun  tikintisi,  şəhərsalma  planlarının  inkişaf  etdirilməsi,  ətraf  mühit  haqqın-

da  (və  ya  təsirə  məruz  qalan  cəmiyyət,  mədəniyyət, iqtisadiyyat və  s.)  enerji 

qanunları  və  ya  siyasətlərin  icrasını  göstərmək  olar.  Ekologiya  üçün  neqativ 

təsirləri bilmədən, ətraf mühitin keyfiyyəti və insan sağlamlığının mühafizəsinə 

yönəlmiş hər hansı səmərəli, məqsədəuyğun tədbirləri planlaşdırmaq və həyata 

keçirmək mümkün deyil.

Hər  hansı  layihənin  təsdiqlənməsindən  əvvəl,  təhlükəli  tullantıların  yan-

dırılması üçün zavod və ya şəhər tullantıları poliqonunun inşası kimi konkret 

layihələrin neqativ ekoloji təsirlərini qiymətləndirmək üçün hal-hazırda prakti-

kada tətbiq edilən yeganə qanuni alət, Ekoloji Təsirin Qiymətləndirilməsi (ETQ) 

adlanan inteqrativ və sistematik prosedurdur. ETQ-nin əsasını təşkil edən kon-

sepsiyanı və prinsipi dəqiqləşdirən (ümumiləşdirən) prosedur – Strateji Ekoloji 

Qiymətləndirmə (SEQ) adlanır.



Ekoloji Təsirin Qiymətləndirilməsi 

Ekoloji Təsirin Qiymətləndirilməsi (ETQ) – bir qayda olaraq, təklif edilən 

hər hansı layihə (məs. damba və ya sürətli avtomagistralın tikintisi, yaxud kənd 

təsərrüfatı  üçün  yararlı  torpaqların  genişləndirilməsi  məqsədi  ilə  su-bataqlıq 

ərazilərinin  qurudulması)  təsdiqlənənə  və  icra  olunana  qədər,  onun  ətraf  mü-

hit üçün neqativ təsirlərini identifikasiya etmək, habelə bu effektləri minimuma 

endirmək və ya aradan götürmək üçün müvafiq tədbirləri planlaşdırmaq üçün 

istifadə edilən prosedurdur. 

Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyanın (EECCA) bir çox ölkələrində 

ETQ  milli  qanun  statusuna  malikdir.  İctimaiyyətin  iştirakını  tələb  etməklə 

və  müəyyən  şərtləri  irəli  çəkməklə,  ETQ  istənilən  qərarın  qəbul  edilməsi 

prosesində çox vacib alət kimi çıxış edir. Öz funksiyası və xarakterinə görə, ETQ 

həmçinin “xəstəliyi müalicə etmək əvəzinə onun qarşısını almaq” yanaşmasının 

dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 

ETQ  –  layihənin  işlənib  hazırlanmasının  ilkin  mərhələsində  yer  alır  (bu, 

milli ETQ qanunlarında sadalanan layihələr üçün vacib prosesdir). ETQ prosesi 

səlahiyyətli  orqan  tərəfindən  həyata  keçirilir  (məs.  Ekologiya  Nazirliyi,  ETQ 

Komissiyası və s.).

Effektiv və məqsədyönlü ETQ prosesi yalnız ictimaiyyətin kompleks, ef-

fektiv  və  dayanıqlı  şəkildə  cəlb  edilməsi  vasitəsilə  təmin  oluna  bilər.  İctimai 

iştirakın vacibliyi, hər bir insanın təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq 



Yüklə 5,89 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə