Fesil indd



Yüklə 5,89 Mb.
Pdf görüntüsü
səhifə20/24
tarix20.09.2018
ölçüsü5,89 Mb.
#69593
1   ...   16   17   18   19   20   21   22   23   24

227

Ekoloji təmiz istehsal

Ekoloji  təmiz  istehsal  (ETİ),  sənaye  və  cəmiyyət  üçün  dayanıqlı  iqtisadi 

gəlirlər  ilə  bərabər,  ətraf  mühitə  maksimal  olaraq  müsbət  təsirləri  birləşdirən 

proseslər, məhsullar və xidmətlər istiqamətində preventiv ekoloji strategiyanın 

davamlı şəkildə tətbiq edilməsidir. Ətraf mühitin çirklənməsi ilə mübarizə ya-

naşması və ekoloji təmiz istehsal arasında əsas fərq – zaman amilidir. Ətraf mü-

hitin çirklənməsi ilə mübarizə - postfaktum, yəni hadisələr baş verdikdən sonra, 

“reaksiya və müalicə”, ekoloji təmiz istehsal isə gələcəyə baxış, “əvvəlcədən 

görmək və qarşısını almaq” fəlsəfəsinə söykənir.

İstehsal proseslərinə gəldikdə, ekoloji təmiz istehsala xammal və enerjinin 

qorunub  saxlanılması  və  təkrar  dövriyyəyə  buraxılması,  zəhərli  və  təhlükəli 

xammalların ləğv edilməsi, eləcə də istehsal prosesini tərk etməzdən əvvəl bü-

tün  emissiyalar  və  tullantıların  miqdarı  və  zəhərliliyinin  azaldılması  daxildir. 

Məhsullara gəldikdə, ETİ əsas diqqəti xammalın hasilatından məhsulun yekun 

olaraq təhvil verilməsinə qədər məhsulun bütünlükdə keçdiyi həyat dövrü ilə ya-

naşı, ətraf mühit, sağlamlıq və təhlükəsizlik təsirlərinin minimuma endirilməsinə 

yönəldir. Xidmətlərə gəldikdə isə, ETİ ekoloji amillərin layihələndirmə və çatdı-

rılma xidmətlərinə birləşdirilməsini təklif edir. 

ETİ-nin fundamental prinsipi aşağıdakı nümunədə təsvir oluna bilər: elektrik 

enerjisi istehsal etmək üçün daxil olan enerji (məs. orqanik yanacaq) qismində 

yüksək səviyyəli çirkləndirici enerji mənbələrindən istifadə edən istilik elektros-

tansiyası, istilik və elektrik enerjisini birgə istehsal edən (kogenerator) qurğusu-

nu quraşdırmaqla, öz icra göstəricilərini daha təmiz edə bilər; belə ki, kogenera-

tor, zavoda daha əvvəl hasil edilən istiliyi qoruyub saxlamaq imkanı verir (tipik 

istilik elektrostansiyasının qeyri və ya kənar məhsulu). 

Haşiyə 7.9  ISO və ISO 14000 nədir?  

ISO – Beynəlxalq Standartlaşdrma Təşkilatdr. Sözügedən təşkilat, standartlaşdrma üzrə milli orqanlarn qlobal 

federasiyas saylr. ISO, mallar və xidmətlərin beynəlxalq mübadiləsinə imkan yaratmaq və intellectual, elmi, 

texnoloji, habelə iqtisadi fəaliyyət sahələrində əməkdaşlğ inkişaf etdirmək üçün könüllü olaraq texniki standartlar 

işləyib hazrlayr. Bu sənədlər məhsullar və xidmətlərin layihələndirilməsi, istehsal və təchizatnn daha səmərəli, 

daha təhlükəsiz və daha təmiz olmas, habelə ölkələr arasnda ticarətin daha asan və daha ədalətli olmasna töhfə 

verir. Bu standartlar sənaye, texnika və biznes sektorlarndan müvəqqəti olaraq təqdim edilən mütəxəssislər və 

dövlət agentlikləri, habelə snaq laboratoriyalarnn nümayəndələri tərəfindən birgə ərtib olunur.  

 

ISO  14000  –  ekoloji problemlərin idarə edilməsi üçün ümumi çərçivəni təmin etməklə, bütün dünya üzrə 

müəssisələrin ehtiyaclarna ünvanlanan, ətraf mühitin rasional istifadəsi üzrə beynəlxalq səviyyəli könüllü 

standartlar külliyatdr. Bu standart müştəriləri, istehsalçlar, dövlətləri və digər təşkilatar onlar kommersiya 

tərəfdaşlarnn fəaliyyətləri və məhsullarnda  ətraf mühitlə bağl məsələlərin nəzərə alnmas ilə  əlaqədar  əmin 

etməkdir. ISO 14000 standartlar seriyas ətraf mühitin mühafizəsi ilə bağl aşağdak amillərə müraciət edir: 

• Ekoloji İdarəetmə Sistemi (EMS); 

• Ekoloji Audit və Əlaqəli Tədqiqatlar (EA&RI); 

• Ekoloji Nişanlar və Bəyanatlar (EL); 

• Ekoloji Səmərəliliyin Qiymətləndirilməsi (EPE); 

• Həyat Dövrünün Qiymətləndirilməsi (LCA) və  

• Terminlər və Təriflər (T&D). 

Mənbə: ISO, 1998.

 



228

Ekoloji Audit 

Ekoloji audit (EA) – ətraf mühitə təsir göstərə bilən praktikaların rəhbərlik 

tərəfindən  idarə  edilməsini  asanlaşdırmaq  və  müəssisənin  ekoloji  siyasətlərə 

riayət  etməsini  qiymətləndirmək  kimi  məqsədlər  ilə,  ətraf  mühiti  müdafiə 

etmək üçün təyin edilmiş təşkilat, idarəetmə sistemi və ya prosesin sistematik, 

sənədləşdirilən, müntəzəm və obyektiv qiymətləndirilməsini ehtiva edən alətdir. 

EA müəssisəyə qanunlara riayət etməyə imkan verməklə yanaşı, problemləri iden-

tifikasiya etmək, tədbirlər görmək, ətraf mühitin səmərəliliyini qiymətləndirmək, 

ekoloji baxımdan effektiv olmaq, gələcək (düzəliş) fəaliyyətləri üçün məlumat 

bazası təqdim etmək, habelə rəqabətədavamlılığı yüksəltmək üçün imkana ma-

lik olmağa kömək edir. 

EA özü ilə bir çox faydalar gətirir: cərimələr və cəzaların qarşısını almaq 

(qanunvericiliyə riayət olunmasını təmin etməklə), ictimaiyyət qarşısında nüfuz 

qazanmaq, bütün işçilər arasında ətraf mühitlə bağlı siyasətlər və məsuliyyətlərə 

dair məlumatlılığın genişləndirilməsi, xərclərin azaldılması (məs. enerji istifadəsi 

və tullantıların minimuma endirilməsi sahəsində), habelə ümumi keyfiyyəti yax-

şılaşdırılmaq  

Çatışmamazlıqlara gəldikdə, bunlara auditin ilkin xərci, əməliyyat xərcləri 

və şirkətin, yaxud müəssisənin əməliyyatlarının müvəqqəti olaraq dayandırılması 

daxildir. Tez-tez bir qayda olaraq rəhbərlik və işçilərin kənardan gələn şəxslərin 

müəssisəyə  daxil  olması  və  onların  icra  göstəricilərini  qiymətləndirilməsinə 

müqavimət göstərməsi, böyük maneələr törədir. Bundan əlavə, qiymətləndirmə 

prosesi işə cəlb edilən hər bir şəxsdən iş vaxtını tələb edir.

Ətraf Mühitin Mühafizəsi Uçotu 

Ekoloji  xərclər  adətən  yalnız  tullantıların  emalı  ilə  əlaqəli  xərclər  kimi 

başa  düşülür.  Amma  bu  xərclər  yalnız  “aysberqin  görünən  tərəfidir”  və 

“çirkləndiricilərin  hasil  edilməsi”  prosesi  çərçivəsində  çəkilən  xərclər  adətən 

yaddan çıxır. Ətraf mühitin mühafizəsi uçotu (ƏMMU), belə xərcləri müəyyən 

etməyə və müvafiq qaydada hesablamağa imkan verən bir alətdir; bununla ya-

naşı, bu alət istehsal proseslərinin “dəyərinə” (o cümlədən ekoloji öhdəliklərin 

yerinə yetirilməsi ilə əlaqəli xərclərə) dair gerçək qiymətləndirməni təqdim edir. 

Bu qiymətləndirmə vətəndaşlar deyil, özəl və ya dövlət təşkilatları həyata keçirilə 

bilər.  Ekoloji  uçot  maliyyə  institutları,  o  cümlədən  banklar,  sığorta  şirkətləri, 

ekoloji fondlar və s. xüsusi marağını özünə cəlb edir. 

ƏMMU  həm  pul  (məs.  təhlükəli  tullantıların  utilizasiyasının  həyata 

keçirilməsi xərci), həm də məbləğlər və miqdarlar (material, enerji və su axını 

balansları) qismində ifadə edilə bilər. 




Yüklə 5,89 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə