Fesil indd


Cədvəl 7.2 MİM 7 hədəfləri üçün spesifik ölkə / kontekst nümunələri



Yüklə 5,89 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix20.09.2018
ölçüsü5,89 Mb.
#69593
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

211

Cədvəl 7.2 MİM 7 hədəfləri üçün spesifik ölkə / kontekst nümunələri 


212

Bundan əlavə, digər MİM-lərdən fərqli olaraq, MİM 7 üçün müəyyən edil-

miş hər hansı müəyyən universal standart kəmiyyət hədəfləri, nə də ki, univer-

sal anlayış mövcud deyil. Məsələn, MİM 7, Hədəf 7A-da qeyd edilən “davamlı 

inkişaf prinsiplərinin ölkənin siyasətləri və proqramlarına inteqrasiyası və eko-

loji resurslara dəyən zərərlərin qarşısının alınması” –  kəmiyyətdən daha çox 

keyfiyyəti  ehtiva  edən  yeganə  MİM-dir.  Davamlı  inkişaf  prinsiplərinin  ölkə 

siyasətləri və proqramlarına inteqrasiyası üçün heç bir konseptual plan yoxdur. 

Bu fakt, davamlı inkişaf prinsiplərinin mürəkkəb xarakteri ilə birləşərək, qlo-

bal və ölkə səviyyəsində bu hədəf istiqamətində tərəqqiyə nəzarət olunmasını 

xüsusilə mürəkkəbləşdirir.

D. Eksperimental ölçü alətləri



Ekoloji iz

“Ekoloji  iz”  (Ecological  Footprint)  –  insan  amilinin  planetə  göstərdiyi 

təzyiqi  hesablamağa  imkan  verən  metrik  ölçü  vahididir  və  bu  kimi  faktlara 

əsaslanır: məsələn, əgər hamı orta amerikalının yaşadığı həyat tərzini yaşasaydı, 

bizə 5 planet lazım olardı. 

Ekoloji iz, dünyada bəşəriyyətin təbiətə olan tələbatının ilk əsas ölçü va-

hidi kimi meydana çıxdı. Bu uçot sistemi tələbat baxımından əhalinin hər bir 

nəfər, hər bir məhsul və ya hər bir şəhər üçün qida, su, enerji və tullantıların 

utilizasiyası  kimi  ehtiyacları  təmin  etmək  üçün  torpaq  və  su  ərazisindən  nə 

qədər istifadə etdiyini izləyir (Footprint). Buna istehlak edilən resursların isteh-

sal edilməsi üçün ərazilər, binalar və yolların yerləşdirilməsi üçün məkan, kar-

bon dioksid kimi tullantı emissiyalarının udulması üçün ekosistemlər daxildir. 

Sözügedən uçot sistemi təbii ehtiyatların izlənilməsini də həyata keçirir; digər 

sözlə, bu və ya digər xidmətlərin təmin edilməsi üçün bioloji baxımdan nə qədər 

məhsuldar ərazinin (biomüxtəlifliyin) mövcud olmasını sənədləşdirir. Buna görə 

də, bu uçot sistemləri, insanın ehtiyaclarını təbiətin biomüxtəliflik ehtiyatı ilə 

qarşılıqlı müqayisəsini aparmağa qadirdirlər. Bu, iqtisadi fəaliyyətin əsas ekoloji 

təsirlərinin mükəmməl ümumi göstəricisi sayılır və davamlı iqtisadi inkişafın 

sosial ölçülərini tutub saxlamır və bu niyyətdə deyil.

2010-cu ildə, Azərbaycanın “ekoloji izi” adambaşına 1.9 qlobal hektar (gha / 

adam) təşkil edirdi ki, bu da təxminən orta gəlir səviyyəli ölkələrin ekoloji izi ilə 

eynidir və yüksək gəlir səviyyəli ölkələrin eyni göstəricilərindən üç dəfə azdır 

(6.1 gha/adam). Amma, Azərbaycanın biomüxtəlifliyi yalnız 0.8 gha/adam təşkil 

edir və 1.1 gha/adam təşkil edən ekoloji defisitə malikdir.




213

Davamlı inkişafın barometri

Eyni zamanda davamlı inkişafın həm ekoloji, həm də sosial tərkib hissələrin 

qiymətləndirmək üçün, davamlı inkişaf barometri işlənib hazırlandı. Sözügedən 

“barometr” 1997-ci ildə, Robert Preskot Alanın “Millətlərin rifahı” (The Well-



being of Nations) adlı kitabında davamlı inkişafın kompleks göstəricisi kimi təklif 

edilmişdir. Bu barometr həmin ekosistemə və 

əhalinin rifahına bərabər şəkildə vacib amillər 

kimi  yanaşır.  Göstərici  iki  ox  üzərində  əks 

edilib; oxun biri ekoloji sistemin rifahı, digəri 

isə əhalinin rifahı üçün nəzərdə tutulub və hər 

biri 0-dan 100-ə kimi nisbi şkalalara (miqyas-

lara)  bölünməklə  pisdən  yaxşıya  qədər  olan 

vəziyyətləri əks etdirir. Bu iki dəyər tərəfindən 

müəyyən  edilən  nöqtənin  yeri,  davamlı  in-

kişaf  (sabitlik) və ya qeyri-sabitlik haqqında 

təsəvvür yaradır. Ümumi sabitlik haqqında mühakimə aşağı qiymətləri olan oxa 

(ən pis icra göstəriciləri) əsaslanır. Bu isə insan və ekosistemin rifahı arasında 

müsbət və mənfi amillərin balansının qarşısını almaq üçündür.

Müəyyən edilən hər bir göstərici icra göstəricisinin miqyasına əsasən ölçü-

lür. Belə olduğu halda, göstəriciləri müqayisə etmək və birləşdirmək mümkün 

olur. Barometr şkalası 5 sektora bölünür və tam idarə edilən miqyası təqdim edir. 

Sonuncunun, ehtiva edilən subyektivliyə aid olan arqumentlərin baş verməsinə 




214

səbəb olduğuna baxmayaraq, müəllif təsdiq edir ki, bu, davamlı inkişafı təşkil 

edən  tərkib  hissələrinin  istifadəçilərindən  aydın  tərifin  əldə  edilməsi,  hansı 

məsələlərin ölçülmək üçün vacib olması və hansı göstəricilərin onların ölçülməsi 

üçün tipik olduğunu stimullaşdırır və bununla da, aydın şəkildə müəyyən edil-

miş  siyasətin  hədəflərinə,  eləcə  də  davamlı  inkişaf,  yaxud  stabillik  konsepsi-

yasına aydınlıq gətirilməsinə töhfə verir.  Daha sonra,  göstəricilər subsistem 

səviyyəsinə (ekosistem və əhalinin rifahı) qədər ümumiləşərək stabillik baro-

metrini təşkil edirlər. 

“Barometr” və ya “rifah” yanaşması dərk etmək və hesablamaq baxımından 

vədedici olmaqla bərabər, ekosistem və insan rifahının bilavasitə başa düşülməsi 

kifayət qədər asan olan təsviri təqdim edir. 

Bundan əlavə, belə yanaşma maraqlı tərəflərə sabitlik və ya davamlı inkişaf 

üzrə öz fərdi meyarlarını müəyyən etməyə və beləliklə, ümumi prosesin iştirak 

edə bilməsinə imkan verir.  Davamlı inkişafın bütün ölçü çərçivələrində aksiom 

kimi qəbul edilməli ən vacib məqamlardan biri – ekosistem və əhalinin rifahı 

arasında heç bir qarşılıqlı əvəzetmənin mövcud olmamasıdır; onların hər ikisi 

davamlı inkişaf üçün ilkin vacib şərtlər sayılır.



Ekoloji Səmərəlilik Göstəricisi 

Ekoloji  Səmərəlilik  Göstəricisi  (ESG),  ekoloji  səmərəliliyin  ciddi,  idarə 

edilən məlumatlar ilə ölçülməsinə olan artan tələbata cavab vermək üçün işlənib 

hazırlanmış Ekoloji Sabitlik İndeksinin (ESİ) davamçı elementi sayılır. ESİ ilk 

dəfə olaraq 2000-ci ildə Dünya İqtisadi Forumu ilə birgə əməkdaşlıq çərçivəsində 

Yeyl Universiteti (Yale University) və Kolumbiya Universiteti (Columbia Unni-

versity) tərəfindən tərtib edilmişdir. 2012-ci ilin ekoloji səmərəlilik göstəricisi, 

bu ekoloji ölçü layihəsinin sayca yeddinci iterasiyası olaraq, ilk dəfə yeni “Pilot 

Trend” ESG (ilkin tendensiyalar üzrə ekoloji  səmərəlilik göstəricisi) vasitəsilə 

uzun müddət ərzində səmərəlilikdə baş verən dəyişikliklərin izlənilməsi üçün 

bazanı müəyyən edir. 2012-ci ilin ekoloji səmərəlilik göstəricisi və “Pilot Trend” 

ekoloji səmərəlilik göstəricisi həm ekoloji səhiyyə və ekosistemin zəruriliyinin 

aspektlərini əks etdirən 10 strategiya kateqoriyalarını əhatə edən 22 səmərəlilik 

göstəricisi üzrə 132 ölkəni kateqoriyalara təsnif edir. Tətbiq edilən metodolo-

giya  ölkələrin  müqayisəsini  aparmağa  imkan  verir  və  müəyyən  edilmiş  eko-

loji  siyasətin  hədəfləri  ilə  münasibətdə  uzun  müddət  ərzində  qlobal  icmanın 

səmərəliliyini (icra göstəricilərini) qiymətləndirmək üçün vasitə ilə təmin edir.

“Pilot  Trend”  ESG  ölkələri  son  on  il  ərzində  öz  ekoloji  səmərəlilik 

göstəricilərində baş verən dəyişikliklərə görə təsnif edir. ESG-nə əlavə olaraq, 

“Trend ESG”, hansı ölkənin müəyyən zaman kəsiyi ərzində irəlilədiyini və ya 

gerilədiyini göstərir.



Yüklə 5,89 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə