Fesil indd



Yüklə 5,89 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix20.09.2018
ölçüsü5,89 Mb.
#69593
1   ...   16   17   18   19   20   21   22   23   24

225

hüququna  və  bu  baxımdan,  ətraf  mühitə  təsir  göstərə  bilən  qərarların  qəbul 

edilməsində iştirak etmək hüququna malik olması kimi əsas prinsipə söykənir. 

Yerli şəraitlər və maraqlar haqqında dərin biliklər sayəsində, yerli əhali və ya 

cəlb edilmiş geniş ictimaiyyət nümayəndələri qiymətləndirmə prosesinə adətən 

bir sıra ən faydalı töhfələr verirlər. 

Digər ölkədə təklif edilən fəaliyyətdən ekoloji baxımdan təsirlərə məruz qa-

lacağı ehtimal olunan ölkə, ETQ prosesində iştirak etməyi tələb etmək hüququna 

malikdir (daha ətraflı məlumat üçün “Beynəlxalq Əməkdaşlıq” fəslində ESPO 

Konvensiyası bölməsinə müraciət edin).

ETQ aləti bir sıra zəif təmayüllərə malikdir. Misal üçün, siyasi iradənin ça-

tışmamazlığı səbəbindən, ETQ-ni qərarların qəbulu prosesinə daxil etmək prob-

lemli məsələ ola bilər; ETQ-nin təkcə iqtisadi və sosial amillər deyil, həm də kor-

rupsiya tərəfindən təsirlərə məruz qalması, qərarların qəbulu prosesinin spesifik 

mədəniyyəti və ənənəsi kimi mövcuddur. Bir çox ETQ nümunələri ictimai iştira-

kın olmaması və ya qeyr-effektiv iştirak, habelə qiymətləndirilən layihələrin və 

təsirlərin əhatə dairəsində məhdudiyyətlərin mövcudluğunu göstərir (ETQ tez-tez 

yalnız seçilən layihələrə və ya qrant vasitəsilə maliyyələşdirilən layihələrə şamil 

edilir və ətraf mühitə potensial ziyan vurmağa qadir olan fəaliyyət tiplərinin ha-

mısını əhatə etmir). ETQ hesabatları akademik, həddən artıq deskriptiv (təsviri) 

və  alternativlərin  təqdim  edilməsi  baxımından  zəif  olmağa  meyllidirlər.  ETQ 

sisteminin monitorinqində adətən boşluqlar olur və planlaşdırma mərhələləri və 

layihənin faktiki icrası arasında baş verən dəyişikliklər həmişə dərk edilmir.

Strateji Ekoloji Qiymətləndirmə 

Strateji Ekoloji Qiymətləndirmə (SEQ) - ETQ-nin əsasını təşkil edən kon-

sepsiyanı və prinsipi dəqiqləşdirən (ümumiləşdirən), yüksək səviyyəli, komp-

leks prosedurdur. ETQ-nin yalnız müəyyən layihələrə əsaslandığı halda, SEQ 

dövlətin bütün planları, strategiyaları, siyasətləri və qanunvericilik təkliflərinə 

tətbiq edilir.  

Strateji  Ekoloji  Qiymətləndirmənin  başlıca  məqsədi,  müəyyən  siyasətlər, 

strategiyalar,  proqramlar,  planlar  və  qanunvericiliyin  işlənib  hazırlanma 

prosesində və qəbul edilməzdən əvvəl ətraf mühit üçün nəticələrinin identifikasi-

yası və qiymətləndirilməsini təmin etməkdir. Daha dəqiq desək, bu vaxt ərzində, 

qərar qəbul edən şəxslər, müəyyən strategiyanın ətraf mühitə göstərə biləcəyi 

müəyyən təsirləri nəzərə almaq və onlara qarşı əks tədbir görmək imkanına ma-

lik olurlar. SEQ ticarət, vergi, kənd təsərrüfatı, balıqçılıq, enerji, nəqliyyat və 

s. kimi sahələr əhatə edə bilər. Misal üçün, SEQ müxtəlif səviyyələrdə (məs. 

əyalət və ya qəsəbə səviyyəsində) enerji sahəsində milli siyasətin, ərazi planları-



226

nın, müxtəlif sahələri (məs. məişət tullantılarının utilizasiyası, tikinti və s.) əhatə 

edən milli qanun layihələrinin qiymətləndirilməsinə tətbiq edilə bilər. 

SEQ  prosesi  adətən  növbəti  amilləri  nəzərə  alır:  təklif  edilən  strategi-

ya  tərəfindən  əhatə  olunan  regionda  ekologiya  və  sağlamlıqla  bağlı  möv-

cud  problemlər,  onların  dayanıqlı  inkişaf  ilə  əlaqələri,  strategiya  üçün  əsas 

alternativlər, nəzərdə tutulan icra tədbirlərinin ekologiya və sağlamlığa təsirləri, 

eləcə  də  strategiyaya  aidiyyəti  olan  potensial  təsirlərin  monitorinqi  üçün 

sistemlər.

Azərbaycanın  ekoloji  təsirlərin  qiymətləndirilməsi  aləti  qismində,  ətraf 

mühit  sahəsinin  hələ  sovetlər  dönəmindən  qalan  biliklərindən  istifadə  etdiyi-

ni nəzərə alaraq, 2012-ci ildə Avropa standartlarına uyğunlaşdırılmış ETQ və 

SEQ haqqında yeni qanun layihəsi işlənib hazırlandı və qəbul olunması üçün 

Parlamentə təqdim olundu.  



Ətraf Mühitin Qorunması üçün təşkilat və müəssisələrdə tətbiq edilən alətlər 

Ətraf  mühitin  qorunması  üçün  alətlər  (ƏMQA)  ətraf  mühiti  çirkləndirən 

müəssisələrə ekoloji problemlərə ünvanlanmağa və öz davranışlarını reaktiv və 

ya aktiv yanaşmadan proaktiv – qabaqlayıcı yanaşmaya dəyişməyə imkan verir. 



Reaktiv yanaşmaya nümunə olaraq, tullantıların tipik və ya ənənəvi poliqona 

yerləşdirilməsini  göstərmək  olar.  Aktiv  yanaşma  dedikdə,  tullantıların  enerji 

hasil etməklə utilizasiyası və ya yandırılması nəzərdə tutulur, proaktiv yanaş-

ma isə tullantıların qarşısının alınması anlamına gəlir. 

ƏMQA-lar, ekoloji və sosial məsuliyyətləri əsas biznes strategiyasına da-

xil etmək və bununla da müəssisələrə cari və gələcək nəsillərə davamlı fayda-

lar verməyə imkan yaratmaq üçün mikroiqtisadi səviyyədə tətbiq edilmək üçün 

nəzərdə tutulub. Bu yanaşma “korporativ məsuliyyət” kimi təfsir oluna bilər. 

Ətraf mühitin qorunması üçün müxtəlif alətlər işlənib hazırlanmış və isteh-

sal, habelə istehlakın  müxtəlif səviyyələrində tətbiq edilmişdir. Onlar təşkilat və 

müəssisələrə öz ekoloji siyasətləri, məqsəd və hədəflərinə nail olmağa köməklik 

göstərmək üçün nəzərdə tutulmuşdur. Belə alətlər “könüllü” adlanır, çünki onlar 

ekoloji qanunvericiliyin yerinə yetirilməsini tələb edən normativ aktlara daxil 

edilmir. 

Ətraf mühiti çirkləndirən hər hansı ayrıca təşkilat və ya müəssisə tərəfindən 

bilavasitə  tətbiq  edilə  bilən  bir  çox  ƏMQA-lar  proses  yönümlü  (texnoloji) 

alətlərdir. Aşağıda bu alətlərin bəzi nümunələri göstərilib: 

Aşağıda sadalanan alətlərin bir çoxu, Beynəlxalq Standartlaşdırma Təşkilatı 

(ISO – bax: Haşiyə 7.9) tərəfindən işlənib hazırlanmış ISO 14000 adlanan stan-

dartlar külliyatında standartlaşdırılmışdır.



Yüklə 5,89 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə