215
2012-ci ildə, Azərbaycan ESG ilə ölçülmüş ümumi ekoloji səmərəlilik
göstəricisinə müvafiq olaraq, 132 ölkə arasında 111-ci yeri tutmuşdur. Amma,
son on il ərzində ətraf mühitin yaxşılaşdırılması üzrə həyata keçirilmiş tədbirlər
Azərbaycanın “Pilot Trend ESG” üzrə ən yüksək göstəricilərə malik olan ölkələr
ilə bir cərgəyə çıxmasını (Latviyadan sonra 2-ci yer) təmin etmişdir.
7.5 Davamlı inkişaf üçün ekoloji siyasətlər və bazar
mexanizmlərindən istifadə edən iqtisadi alətlər
Ekoloji siyasət (və ya ekosiyasət) - hər hansı xalqın, cəmiyyətin və ya hər
hansı şirkətin ətraf mühitin tərkib elementlərini mühafizə etmək və ya qoruyub
saxlamaq və / yaxud təbii resurslardan davamlı şəkildə istifadə etmək məqsədi ilə
qəbul etdiyi prinsiplər və tədbirlərin reyestridir. Müəyyən zaman kəsiyində eko-
loji siyasət üçün dəstəkçi olmaq üçün müxtəlif alətlər formalaşmışdır. Alətlərdən
bəziləri bilavasitə olaraq ətraf mühitin rasional istifadəsi məqsədlərini güdür;
buna misal olaraq, təbii resursların rasional istifadəsi və ya mühafizəsini təmin
edən müəyyən qanunları göstərmək olar. Digər alətlər ekoloji amillərin ekolo-
giyaya aid olmayan sektorların fəaliyyətinə inteqrasiya edilməsi üçün katali-
zatorlar kimi xidmət göstərirlər (məs. Ekoloji Təsirlərin Qiymətləndirilməsi).
Ümumiyyətlə, ekosiyasət alətləri növbəti kateqoriyalara təsnif edilə bilər:
• Planlaşdırma alətləri
• Tənzimləyici alətlər
• İqtisadi alətlər
• Təsirlərin qiymətləndirilməsi üçün alətlər
• Təşkilat və müəssisələrdə tətbiq edilən, ətraf mühitin mühafizəsi və rasi-
onal istifadəsi üçün alətlər
Planlaşdırma alətləri
Planlaşdırma alətləri iki qrupa bölünə bilər:
• Strateji planlaşdırma alətləri
• İdarəetmənin planlaşdırılması üçü alətlər
Strateji planlaşdırma alətləri, o cümlədən strategiyalar, planlar və proq-
ramlar müvafiq mexanizmlər kimi xidmət göstərir və bu mexanizmlər vasitəsilə
ölkələr milli ekoloji prioritetləri müəyyən edə, maliyyələşdirməni prioritetləşdirə
və beynəlxalq öhdəlikləri yerinə yetirə bilərlər.
Ekoloji planlaşdırma alətlərinin səciyyəvi nümunələri bunlardır: Mili Eko-
loji Fəaliyyət Planları (MEFP-lər), Milli Biomüxtəliflik Strategiyaları, Milli İq-
lim Proqramları və s. Belə ki, nəzərə almaq lazımdır ki, nəqliyyat, enerji, stra-
216
teji planlaşdırma, kənd təsərrüfatı, turizm kimi digər qeyri-ekoloji sektorların
siyasətləri ilə əlaqəli strateji alətlərə biganə yanaşılmamalıdır; çünki, onlar ətraf
mühit məsələlərinə əhəmiyyətli dərəcədə təsir göstərə bilərlər. Baxmayaraq ki,
planlaşdırma alətlərinə adətən milli kimi istinad edilir, bu, bir o qədər də onların
milli miqyasda olmasını ehtiva etmir. Bir sıra ölkələrdə “sub-milli” və ya “yer-
li səviyyə” kimi yanaşmalar nisbətən daha məqsədəuyğun sayıla bilər. Dövlət
administrasiyasının əyalət və ya qəsəbə idarələri bir qayda olaraq onları təsdiq
etdiyi halda, onlar spesifik əraziyə şamil edilirlər.
İdarəetmənin planlaşdırılması üçün alətlər, məs. meşə təsərrüfatının idarə
edilməsi üzrə planlar, suayırıcı xətlər üzrə planlar və s. torpağın istifadə edilməsi
və ya təbii resursların istifadə edilməsində gündəlik yerinə yetirilən fəaliyyətləri
istiqamətləndirir.
Planlaşdırma alətləri arasında prinsipial fərq, detallaşdırma səviyyəsidir,
hansında ki, onlar icra prosesi ərzində fəaliyyət göstərir. Strategiyalar əsas etiba-
rı ətraf mühit və insan sağlamlığının mühafizəsini davam etdirmək baxımından
milli fəaliyyətlər üçün ümumi istiqaməti müəyyən edir (məs. təbii resurslardan
davamlı şəkildə istifadə etmək) və maneələri təyin edir (məs. ölkənin ümumi
istehsal imkanları, gəlirlər, texnologiyalar, ziddiyyətli siyasətlər, qeyri-adekvat
qanunlar və müəssisələr). Proqramlar iqtisadi baxımdan sərfəli həll variantla-
rını və müvafiq dövlət sektorlarını, eləcə də hədəf obyekti sayılan əhali qrup-
larını (məs. yerli icmalar, şirkətlər və sənaye) müəyyən edir. Planlar konkret
tədbirləri işıqlandırır və onların icrası üçün məsuliyyətləri müəyyən edir. Ən
mükəmməl variantda, bütün planlaşdırma alətləri özündə hədəfləri, icra dəyərinin
qiymətləndirilmələrini, habelə öz qiymətləndirilməsini mümkün etmək üçün
icra göstəricilərini əks etdirməlidir. Milli təsərrüfatların planlaşdırılmasının
əhəmiyyəti təkcə məhsul baxımından vacib deyil. Planların işlənib hazırlanması
prosesi, həmin planların faktiki icrası qədər eyni səviyyədə mühüm əhəmiyyət
kəsb edir. Bu proses aidiyyəti olan maraqlı tərəfləri bir araya gətirməli və yalnız
ekoloji deyil, lakin həm də səhiyyə, ticarət və ya nəqliyyat kimi digər sektorlar-
dan daxil olan məlumatların nəzərdən keçirilməsini təşviq etməlidir.
Planlaşdırma məsələsinin sektorlara xas olan xarakterində bir çatışmamaz-
lıq olur; belə ki, bu adətən sektorların arasında inteqrasiyanın çatışmamazlığı
ilə nəticələnir. Bu müxtəlif sektorlarda olan prioritetlər bəzən məqsədəuyğun
şəkildə nəzərdən keçirilmir və / yaxud hər hansı qəsəbə və ya bütövlükdə ölkənin
gerçək iqtisadi imkanlarından fərqli olaraq, daha çox tədbirlərin “ambisiyalı” ar-
zular siyahısını təmsil edir. Bundan əlavə, ekoloji prioritetlər bir qayda olaraq
digər milli prioritetlər, misal üçün sosial və iqtisadi inkişafın tələbləri ilə lazımi
qaydada əlaqələndirilmir.
Milli strategiyalar, planlar və proqramların digər ümumi çatışmamazlığı,
onların adətən hüquqi baxımdan icbarı olmamasıdır. Onların ümumi konseptual