Fesil indd



Yüklə 5,89 Mb.
Pdf görüntüsü
səhifə24/24
tarix20.09.2018
ölçüsü5,89 Mb.
#69593
1   ...   16   17   18   19   20   21   22   23   24

235

yarana bilər. Bəzi hallarda, təklif edilən fəaliyyət o qədər böyük miqyasa ma-

lik  olur  ki,  o,  bir  neçə  ölkədə  ekoloji  təsirlərə  səbəb  ola  bilər.  Belə  hallarda, 

beynəlxalq səviyyədə ƏMTQ-nin həyata keçirilməsi məqsədəuyğun sayılır.

Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında 

Konvensiyanın (Espoo Konvensiyası) məqsədi, təklif olunan fəaliyyət tərəfindən 

ətraf mühitə vurula bilən əhəmiyyətli transsərhəd zərərinin qarşısını almaq, onu 

azaltmaq və ona nəzarət etməkdir. Bu, hər şeydən əvvəl Tərəflərin hər birinin 

milli qanunvericiliyində ətraf mühitə təsirinin qiymətləndirilməsi üçün prose-

durun müəyyən edilməsi vasitəsilə və dövlətlərə öz ərazilərindən kənarda baş 

verən və ətraf mühitə əhəmiyyətli dərəcədə mənfi təsir edə biləcək fəaliyyətlərin 

hazırlanmasına təsir etməyə imkan verməklə həyata keçirilməlidir. Espoo Kon-

vensiyasına  əsasən,  hər  hansı  fəaliyyətinə  icazə  verilməzdən  əvvəl,  ƏMTQ 

həyata keçirilməlidir.



Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliklərinə dair 

Çərçivə Konvensiyası 

İstixana  (parnik)  qazlarının  emissiyalarının  artması  ilə  təbii  istixanaların 

təsirinin güclənməsi, yer səthi və atmosferin əlavə olaraq istiləşməsi ilə nəticələnir. 

Nəticədə yaranan proses iqlim dəyişikliyi kimi tanınır və təbii ekosistemlərə, 

eləcə də məhsuldarlığa mənfi təsir göstərə bilər ki, bu da ərzaq təhlükəsizliyini, 

eləcə də bəşəriyyəti təhlükəyə məruz qoya bilər (iqlim dəyişikliyi mövzusunda 

ətraflı məlumat üçün __ saylı Fəsilə baxın).

Birləşmiş  Millətlər  Təşkilatının  İqlim  Dəyişiklikləri  üzrə  Çərçivə  Kon-

vensiyasının  (UNFCCC)  əsas  məqsədi  iqlim  sistemində  təhlükəli  antropogen 

müdaxilənin qarşısını ala biləcək səviyyədə istixana qazlarının atmosferdə kon-

sentrasiyalarının stabilləşməsinə nail olmaqdır. Bu səviyyə, ekosistemlərin iq-

lim dəyişikliyinə təbii olaraq uyğunlaşmasına imkan vermək, qida istehsalının 

təhlükəyə məruz qalmamasını təmin etmək və iqtisadi inkişafın dayanıqlı şəkildə 

davam etməsinə imkan yaratmaq üçün kifayət edə bilən zaman çərçivəsində əldə 

edilməlidir.

UNFCCC ölkələri öz öhdəliklərinin səviyyəsini müəyyən etmək məqsədilə 

kateqoriyalara təsnif edir. Bu təsnifat Konvensiyanın Əlavələrində əks olunmuş-

dur. Əlavə 1-ə sənayeləşmiş ölkələr və keçid iqtisadiyyatına malik (EİT) bəzi 

ölkələrin daxil olmasına baxmayaraq, Əlavə 2-yə yalnız sənayeləşmiş ölkələr da-

xildir. “Qeyri-Əlavə I ölkələri” termini daha az inkişaf etmiş ölkə-Tərəfləri əhatə 

edir. EIT ölkələri qismən Əlavə 1 ölkələr və qismən qeyri-Əlavə I ölkələrinə aid 

edilirlər

1

.

Bütün Tərəflər iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün milli proqramlar 



qəbul etməlidirlər. Bundan əlavə, tərəflər istixana qaz emissiyalarının mənbələr 

1

 Azərbaycan Qeyri-Əlavə 1 ölkəsinə aiddir




236

və meşələr kimi absorbentlər (çirkab suları özünə hopduran) vasitəsilə istixana 

qazlarının ləğv edilməsi üzrə inventarlaşdırılması üçün sistem təsis etməlidir, 

belə  ki,  bu  məlumatlar  barədə  Tərəflərin  Konfransına  xəbər  verilməlidir. 

Tərəflər, xüsusilə “Əlavə 1” Tərəflərinin daha spesifik öhdəlikləri, 1997-ci ildə 

UNFCCC üçün qəbul edilmiş Kyoto Protokoluna daxil edilmişdir. “Əlavə 1” 

Tərəfləri, “ümumi, lakin fərqli məsuliyyətlər”  prinsipinə müvafiq olaraq, 2008 – 

2012-ci illəri əhatə edən öhdəlik dövründə altı əsas istixana qazlarının kollektiv 

emissiyalarını 1990-cı ilin səviyyələrindən ən azı 5% azaltmaqla bağlı öhdəlik 

götürüblər. Bu qrup hədəf müxtəlif ölkələr tərəfindən müxtəlif faiz dərəcələrinin 

azaldılması yolu ilə həyata keçiriləcəkdir. Əksər EIT ölkələri üçün azalma hədəfi 

8% təşkil edir.

Bir  çox  sənayeləşmiş  ölkələr  2000-ci  ilə  qədər  emissiyaları  1990-cı  ilin 

səviyyələrinə qaytarılması kimi əvvəlki qeyri-icbari məqsədlərinə müvəffəq ol-

madılar;  əslində,  onların  emissiyaları  1990-cı  ildən  etibarən  artmaqda  davam 

etmişdir.

Digər tərəfdən, tədbirin icrasında müəyyən müsbət nəticələr də müşahidə 

edilə bilər. Belə ki, EIT ölkələrində CO

2

 emissiyalarının azaldılmasına dair Mil-



li Proqramlar qəbul edilmiş və müəyyən texniki qurğuların enerji səmərəliliyi 

təkmilləşdirilmişdir. Bir neçə ölkədə ətraf mühitin çirklənməsinə görə tutulma-

lardan əldə edilən gəlirlərin ekoloji fondlara ötürülməsi bildirilir. Mühüm da-

xili  orqanik  yanacaq  ehtiyatlarından  məhrum  olan  bəzi  ölkələrdə,  su,  geoter-

mal, külək və biokütlə enerjisindən daha çox istifadə edilməsinin bəzi ölkələrdə 

mənbənin  diversifikasiyası  və  istixana  qazlarının  azaldılmasına  müsbət  təsir 

göstərdiyi bildirilir.

Ozon qatının qorunmasına dair Vyana Konvensiyası 

Ozon  qatının  tükənməsi  insan  fəaliyyəti,  əsasən  müxtəlif  halokarbonla-

rın (freon və s.) istehsalı və istifadəsi ilə bağlıdır. Əgər hətta xlorftorkarbonlar 

(CFCs) və halon emissiyalarının istehsalı 1995-ci ildə tamamilə dayandırılsaydı, 

ozon təbəqəsinin zədələnməsi 2050-ci ilə qədər davam edərdi.  

Ozon Qatının Qorunmasına dair Vyana Konvensiyasının (Vyana Konven-

siyası) məqsədi, ozon qatına dağıdıcı təsir göstərən maddələrin (ODS-lər) is-

tehsalı və istehlakına nəzarət etmək və onları tədricən ləğv etmək yolu ilə insan 

sağlamlığı  və  ətraf  mühitin  ozonun  dağılması  təsirlərindən  müdafiəsinə  töhfə 

verməkdir. 

Konvensiyanın Tərəfləri, ozon qatının qorunması ilə nəticələnən, atmosferdə 

ozonun tədqiq edilməsi, sistematik müşahidələrin tədqiqi, habelə məlumat və 

informasiya  mübadiləsi  sahəsində  əməkdaşlıq  kimi  müvafiq  tədbirlər  həyata 

keçirmək öhdəliyini götürüblər.




237

Ozondağıdıcı maddələr ilə əlaqədar tənzimləmə tədbirləri Ozon Qatına Da-



ğıdıcı Təsir Göstərən Maddələrə dair Monreal Protokolu vasitəsilə təqdim 

edilmişdir.  Buna  ozondağıdıcı  maddələrin  istehsalı  və  istifadəsinin  tədricən 

dövriyyədən  çıxarılması,  eləcə  də  bu  maddələrin  istehsalı,  ixracı  və  idxalına 

dair nəzarət tədbirləri daxildir. Protokol inkişaf edən ölkələrin xüsusi şəraitlərini 

nəzərə alır və onlara nəzarət tədbirlərinin tam həyata keçirilməsi üçün on illik 

güzəşt dövrü verir. 

Konvensiyanın  həyata  keçirilməsi  nəticəsində  atmosferdə  bəzi  ozondağı-

dıcı maddələrin konsentrasiyası azalmağa başlayıb. Xloroflorkarbonlar (CFC), 

halonlar, karbon tetraxlorid və metil xloroformun istehsalı və istehlakı 1990-cı 

illərdə inkişaf etmiş ölkələrdə sürətlə azalmağa başladı. Bu gün ozon qoruyucu 

texnologiyalar soyuducu, kondisioner, köpük, aerozol, həlledici, yanğınsöndürən 

və pestisidlərin istehsalında daha çox təşviq olunur. 



Birləşmiş Millətlər Təşkilatının Səhralaşma Qarşı Mübarizə haqqında 

Konvensiyası 

Son onilliklərdə, torpaq örtüyü insan fəaliyyəti və ekoloji dəyişikliklərdən 

əziyyət  çəkir.  Hər  il  əhalinin  artması  və    torpağın  düzgün  idarə  edilməməsi 

(təsərrüfatsız qalması) nəticəsində 20 milyard tondan çox əkin üçün yararlı tor-

paq itkiyə məruz qalır. Belə ki, səhralaşma və torpağın deqradasiyası yeganə 

ekoloji problem deyil. Bu gün dünyanın bütün regionlarının bir çox ölkələrində 

bu problemin iqtisadi və sosial çağırışları müşahidə olunur.

Birləşmiş  Millətlər  Təşkilatının  Səhralaşmaya  Qarşı  Mübarizə  haqqında 

Konvensiyanın (UNCCD) başlıca məqsədi, ciddi quraqlıq və / və ya səhralaşmaya 

məruz qalan ölkələrdə, xüsusilə Afrikada, beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq 

müqavilələri  ilə  dəstəklənən  bütün  səviyyələrdə  effektiv  fəaliyyət  vasitəsilə, 

səhralaşma ilə mübarizə aparmaq və quraqlığın təsiri azaltmaqdır.  

Yuxarıda  qeyd  edilən  məqsədə  nail  olmaq  üçün  eyni  zamanda  torpaq 

məhsuldarlığının  təkmilləşdirilməsi,  bərpası,  konservasiyası,  xüsusilə  icma 

səviyyəsində, yaxşılaşdırılmış yaşayış şəraitinə aparan, torpaq və su ehtiyatları-

nın davamlı idarə olunmasına diqqət yetirən uzunmüddətli kompleks strategiya 

tələb olunur. 

Bioloji Müxtəlifliyə dair Konvensiya 

Bioloji müxtəlifliyin itirilməsi templəri son onilliklərdə kifayət qədər artmış-

dır. Bitki müxtəlifliyi və ekosistemlərin qorunması üçün əvvəlki hüquqi alətlər 

dar sektorlar və regionların təbiəti daxilində yer almağa meyli olublar və effektiv 

konservasiyanı təmin etmək qorunması təmin etmək üçün tədbirləri təsvir edən 

zaman xeyli boşluqlara yol veriblər. Buna görə də, konservasiya öhdəliklərinin 

əhatə dairəsini genişləndirmək üçün, bioloji müxtəlifliyin qorunması və davamlı 



238

istifadəsinə dair ciddi təsir və ya təsir ehtimalı olan bütün fəaliyyətləri özünə da-

xil edən və bioloji baxımdan zəngin, lakin nisbətən daha az inkişaf etmiş Cənub 

və bioloji baxımdan tükənmiş sənaye Şimalı arasında konservasiya yükün taraz-

laşdıran yeni sazişin imzalanması tələb olunurdu. 

Bioloji Müxtəliflik haqqında Konvensiyanın (BMK) məqsədləri aşağıdakı-

lardır: 

•  Bioloji müxtəlifliyin qorunması; 

•  Onun komponentlərinin davamlı istifadəsi; 

•  Genetik ehtiyatlarının istifadəsi nəticəsində yaranan səmərənin ədalətli 

və bərabər paylanılması. 

Müasir  biotexnologiyalar  nəticəsində  yaranan,  modifikasiya  edilmiş  canlı 

orqanizmlərin (MCO) (həmçinin genetik modifikasiya edilmiş orqanizmlər və 

ya “GMO” kimi istinad edilir) bioloji müxtəlifliyə vurduğu potensial riskləri həll 

etmək üçün Bioloji Müxtəliflik haqqında Konvensiya üçün Biotəhlükəsizliyə 

dair Kartagena Protokolu (həmçinin Biotəhlükəsizlik Protokolu adlanır) tərtib 

edildi. Bu Protokolun əsas məqsədi, bioloji müxtəlifliyin qorunmasına və daya-

nıqlı istifadəsinə mənfi təsir göstərə bilən və insan sağlamlığı üçün təhlükə yara-

da bilən, müasir texnologiyalar nəticəsində meydana çıxan modifikasiya edilmiş 

canlı orqanizmlərin təhlükəsiz ötürülməsi, emalı və istifadəsi sahəsində müvafiq 

təhlükəsizlik səviyyəsinə töhfə verməkdir.



Əsasən Su Quşlarının Yaşama Yerləri Kimi Beynəlxalq Əhəmiyyətli 

Olan Sulu-Bataqlıq Yerlər Haqqında Konvensiya 

Sulu-bataqlıq  yerləri  təkcə  su  quşları  üçün  deyil,  həm  də  su  anbarla-

rı  kimi  su-bataqlıq  “məhsulları”  üçün,  biomüxtəliflik  mənbələri  kimi,  daş-

qınların,  yeraltı  su  ehtiyatlarının  dolub-daşmasının  qarşısının  alınması,  sahil 

xətlərinin stabilləşdirilməsi və fırtınalardan müdafiə, çöküntülər və qidalandırıcı 

maddələrin qorunub saxlanılması, iqlim dəyişikliyi ilə mübarizə, həmçinin öz 

müalicəvi və mədəni dəyərlərinə görə qiymətli sayılır.

Əsasən Su Quşlarının Yaşama Yerləri Kimi Beynəlxalq Əhəmiyyətli olan Su-

lu-Bataqlıq Yerlər haqqında Konvensiyanın (Ramsar Konvensiyası) əsas məqsədi 

sulu-bataqlıq yerlərin mühafizəsi və səmərəli istifadəsini təmin etməkdir. 

Ramsar Konvensiyasının tərəfləri beynəlxalq əhəmiyyətli sulu-bataqlıqların 

Ramsar Siyahısına daxil edilməsi üçün ən azı bir sulu-bataqlıq yeri təyin etmək, 

onun mühafizəsini təşviq etmək və ərazinin müstəsna şəkildə azaldığı hallarda, 

onu müvafiq qaydada əvəz etmək barədə öhdəlik götürüblər. 



Nəsli  Kəsilmək  Təhlükəsi  Altında  Olan  Vəhşi  Fauna  və  Yabanı  Flora 

Növlərinin Beynəlxalq Ticarəti haqqında Konvensiya 

Vəhşi flora və faunada beynəlxalq ticarət çox yüksək gəlirli biznes növlər-




239

indən biri sayılır və bioloji növlərin geniş müxtəlifliyini əhatə edir. Bu səbəbdən, 

bu fəaliyyət vəhşi fauna və floranın bir çox növlərinin azalması və müvafiq can-

lıların davamlı şəkildə yer üzündən silinməsinin başlıca amilinə çevrilmişdir.

Nəsli  Kəsilmək  Təhlükəsi  Altında  Olan  Vəhşi  Fauna  və  Yabanı  Flora 

Növlərinin  Beynəlxalq  Ticarəti  haqqında  Konvensiyanın  (CITES)  məqsədi, 

nəsli kəsilməkdə olan bioloji növlərin ticarətinin qarşısını almaq və digərlərinin 

səmərəli ticarətini tənzimləməkdir. Bu Konvensiya ixrac və idxal edən ölkələrə 

fauna və flora növlərinin yaşaması üçün birgə məsuliyyət payı verir. CITES al-

tında ticarət icazələr sisteminə əsaslanır. Konvensiyanın Əlavələrində sadalanan 

müəyyən növlərin ticarətinə yalnız müstəsna hallarda icazə verilir. 

Davamlı Üzvi Çirkləndiricilər Haqqında Stokholm Konvensiyası 

Davamlı üzvi çirkləndiricilər (DÜÇ), hər il insan fəaliyyətinin nəticəsi kimi 

ətraf mühitə buraxılan bütün çirkləndiricilərin ən təhlükəli növlərinə aid edilirlər; 

onlar son dərəcə zəhərli olmaqla, insanlar və heyvanlar arasında xərçəng, al-

lergiya və hiperhəssaslıq, mərkəzi və periferik əsəb sistemlərinin zədələnməsi, 

reproduktiv pozuntular, habelə immun sisteminin pozulması kimi bir sıra ciddi 

təsirlərə səbəb olurlar. Onlar yüksək stabilliyə malik olurlar və “çəyirtkə effekti” 

kimi tanınan proses vasitəsilə qlobal məcrada dövran edirlər. Bu çirkləndiricilərin 

konsentrasiyaları bioakkumulyasiya prosesi vasitəsilə canlı orqanizmlərdə kök 

atmağa meyllidirlər. Bu səbəblərə görə, DÜÇ-lər dünyanın hər bir bölgəsində 

insanlar və heyvanlar  sağlamlığı və rifahı təhlükə mənbəyi sayılır. 

Davamlı  Üzvi  Çirkləndiricilər  Haqqında  Stokholm  Konvensiyasının 

(DÜÇ Konvensiyası) başlıca məqsədi, bilərəkdən istehsal edilən davamlı üzvi 

çirkləndiricilərin (məsələn, sənaye kimyası məhsulları və pestisidlər) istehsal və 

istifadəsinin qarşısını almaq və ya məhdudlaşdırmaqdır. Konvensiya həmçinin 

məqsədəuyğun sayıldığı hallarda, qərəzsiz (bilməyərəkdən) istehsal edilən diok-

sin və furan kimi DÜÇ-lərin buraxılmasını yekun olaraq ləğv etməkdir. 

Stokholm Konvensiyanın Tərəfləri DÜÇ-lərin istehsalına, idxalına, ixracına, 

ləğvi və istifadəsinə nəzarət etməli və mövcud DÜÇ-lərin əvəz edilməsi üçün ən 

yaxşı texnologiyalar və praktikaları təşviq etməli, o cümlədən yeni DÜÇ-lərin 

inkişaf etdirilməsinin qarşısını almalıdırlar.

Nüvə Təhlükəsizliyinə dair Konvensiya 

Nüvə  qurğuları,  o  cümlədən  nüvə  zavodları,  ətraf  mühit  və  bəşəriyyət 

üçün ciddi potensial təhlükə mənbəyi sayılır və böyük geniş miqyaslı qəza baş 

verdikdə,  transsərhəd  təsirini  mövcudluğu  labüddür.  Bu  narahatlıqlara  cavab 

olaraq, Nüvə Təhlükəsizliyinə Konvensiya işlənib hazırlandı. 

Sözügedən  Konvensiyanın  başlıca  məqsədi,  dövlətlərin  üzv  ola  biləcəyi 

beynəlxalq oriyentirləri müəyyən etməklə, yerüstü baza kimi fəaliyyət göstərən 



240

atom-nüvə  enerjisi  zavodlarının  fəaliyyətində  ən  yüksək  təhlükəsizliyi  təmin 

etməkdir. 

Konvensiya  nəzarət  mexanizmləri  və  sanksiyalar  vasitəsilə  Tərəflərin 

öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün deyil, Tərəflərin müntəzəm 

görüşləri vasitəsilə işlənib hazırlanan və təşviq edilən təhlükəsizliyin daha yüksək 

səviyyələrinə nail olmaq məqsədi ilə, onların ümumi maraqlarına əsaslanır. 

Konvensiyanın  məqsədi,  mümkün  olduğu 

qədər  baş  verə  biləcək  hər  hansı  qəzaların  qar-

şısını  almaqla,  insanları  və  ətraf  mühiti  sənaye 

qəzalarından  müdafiə  etməkdir.  Belə  müdafiə, 

sənaye qəzalarının baş vermə tezliyi və ciddili-

yini azaltmaqla və ya onlar baş verən zaman, on-

ların  təsirini  minimuma  endirməklə  əldə  edilir. 

Konvensiya həmçinin ərzində və sənaye qəzası sonra, əvvəl Tərəflər arasında 

fəal beynəlxalq əməkdaşlığı dəstəkləyir. 



Xəzər Dənizinin Dəniz Ətraf Mühitinin Mühafizəsi Haqqında Çərçivə 

Konvensiyası 

Xəzərin ətraf mühitin və resurslarının birgə qorunması və idarə edilməsinə 

olan  ehtiyac,  Xəzəryanı  dövlətlər  üçün  gündəmdə  duran  vacib  məsələlərdən 

biri sayılır. Xüsusilə, 1991-ci ildə Sovet İttifaqı süquta uğradıqdan sonra, beş 

Xəzəryanı  dövlət  Xəzərin  mühafizəsi  üçün  birgə  əməkdaşlığa  böyük  maraq 

göstərməyə  başladılar.  1998-ci  ildə,  regional  kompleks  proqram  kimi,  Xəzər 

dənizinin  ekoloji  şəraitinin  pisləşməsini  dayandırmaq  və  Xəzəryanı  ölkələrin 

əhalisinin  uzunmüddətli  xeyri  naminə  davamlı  inkişafı  təşviq  etmək  məqsədi 

ilə, BMT-nin himayəsi altında Xəzər Ekoloji Proqramı (XEP) yaradıldı. XEP, 

Xəzəryanı dövlətlərin danışıqlar aparmaq və Çərçivə Konvensiyasını yekunlaş-

dırmaq istiqamətində həyata keçirdikləri səylər üçün əsas tərəf müqabilinə çev-

rildi. 


Xəzər Dənizinin Dəniz Ətraf Mühitinin Mühafizəsi Haqqında Çərçivə Kon-

vensiyası, Xəzər regionunda ətraf mühitin qorunması üçün ümumi tələblər və 

institusional  mexanizmi  tənzimləyən,  Xəzər  dənizi  ətrafındakı  yerləşən  beş 

dövlətin beşi tərəfindən ratifikasiya edilmiş ilk hüquqi sazişdir. Bu Konvensiya 

Xəzərin ətraf mühitinin bütün çirklənmə mənbələrdən qorunmasına çalışmaqla 

yanaşı, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi, bərpası və mühafizəsi 

hədəfini güdür. Buna Xəzər dənizinin bioloji ehtiyatlarının davamlı və səmərəli 

istifadəsi haqqında müddəalar, eləcə də ətraf mühitə təsirin qiymətləndirilməsi 

ətraf mühitin monitorinqi, tədqiqatlar və inkişaf üzrə müddəalar daxildir.

Azərbaycan Ağ Göl və Qzl 

Ağac su-bataqlq ərazilərini 

Ramsar siyahsna daxil 



etmişdir 

Yüklə 5,89 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə