Fesil indd



Yüklə 5,89 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix20.09.2018
ölçüsü5,89 Mb.
#69593
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

204

çoxlu sayda və müxtəlif meyarlardan istifadəni tələb edir. Davamlılıq meyarları-

nın konseptual çərçivəsini təsvir etmək və mövcud meylləri və gələcək ehtiyac-

ları vurğulamaq məqsədilə davamlı inkişaf meyarlarının işlənib-hazırlanmasında 

yaxşı tanınmış beynəlxalq səylərin nümunəsini nəzərdən keçirəcəyik. 

Nəzərdən keçiriləcək çərçivələr aşağıdakılardır:

A. İqtisadi  Əməkdaşlıq  və  İnkişaf  Təşkilatı  çərçivəsində  Hərəkətverici 

qüvvələr-Təzyiqlər-Vəziyyət-Təsir-Tədbirlər (DPSIR)

B.  Təsviri, Dinamika, Səmərəlilik və Ümumi Rifah meyarları 

C.  BMT-nin CSD Meyarları

D. Minilliyin İnkişaf Məqsədləri 7, hədəflər və meyarlar 

E.  Eksperimental Ölçü alətləri (Ekoloji iz, Davamlılığın Barometri, Ekoloji 

səmərəlilik meyarları)

A. DPSIR çərçivəsi 

DPSIR cəmiyyət və ətraf mühit arasındakı münasibətləri təsvir edən ümu-

mi çərçivədir. Bu model ətraf mühitin və davamlı inkişafın vəziyyəti haqqın-

da  indikatorlar  sisteminin  təşkil  edilməsi  məqsədilə  beynəlxalq  miqyasda 

(məsələn, Avropa  Ekologiya Agentliyi  tərəfindən)  istifadə  edilir  və  aşağıdakı 

komponentlərdən ibarətdir:

•  Hərəkətverici qüvvələr (Drivers)

•  Təzyiqlər (Pressures)

•  Vəziyyətlər (States)

•  Təsirlər (İmpacts)

•  Tədbirlər (Responses)

DPSIR  modelinə  uyğun  olaraq,  sosial  və  iqtisadi  inkişaf  (Hərəkətverici 

qüvvələr)  ətraf  mühit  üzərinə  Təzyiq  göstərir,  və  nəticədə  Ətraf  mühitin 

Vəziyyəti dəyişir; məsələn sağlamlığın təmin edilməsi üçün adekvat şəraitin ya-

radılması, ehtiyatların əl çatan olması və biomüxtəliflik. Nəhayət, bütün bunlar 

insan sağlamlığına, ekosistemə və resurslara dəyən Təsirlərin yaranmasına səbəb 

olur ki, nəticədə, adaptasiya və ya müalicəvi fəaliyyət vasitəsilə hərəkətverici 

qüvvələrə  və  ya  vəziyyətlərə  və  ya  birbaşa  olaraq  təsirlərə  əks  təsir  göstərən 

sosial Tədbirlərin görülməsinə gətirib-çıxarır.  

Göründüyü kimi real dünya sadə təsadüfi əlaqələr çərçivəsində təsvir edilə 

bilməyəcək qədər mürəkkəbdir. Bundan başqa insan sistemi və ətraf mühit ara-

sında olan bir çox əlaqələr kifayət qədər anlaşılmır və ya sadə çərçivəyə sığmır. 

Bu yanaşmaya münasibətdə irəli sürülən ən ciddi etiraz ondan ibarətdir ki, o, 

proseslərin sistemli və dinamik təbiətini və çoxsaylı əks təsir düyünlərini ehtiva 

edən geniş ümumi sistemi nəzərə almır. Zəncirin müxtəlif tərkib hissələri arasın-




205

da olan real və adətən qeyri-xətti əlaqələr bu modelə şamil edilə bilməz. DPSİR 

zəncirini CO

2

 emissiyasının misalında nəzərdən keçirək.



   

Enerji  sektoru  (Hərəkətverici  qüvvə)  Þ  CO

2

-emissiyası  (Təzyiq)  Þ 



atmosferdə CO

2

-nin toplanması (Vəziyyət) Þ qlobal temperatur (Təsir) Þ kar-



bon vergisi (Tədbir) 

CO

2



 emissiyası probleminin DPSİR zənciri CO

2

 konsentrasiyasının yalnız 



bir  hissəsinin  insanlar  tərəfindən  atmosferə  atılan  tullantıların  nəticəsi  olma-

sı faktını, CO

2

 tullantılarının qlobal temperaturda dəyişmənin yalnız müəyyən 



hissəsinə cavabdeh olması faktını, karbon vergisi CO

2

-dən başqa bir çox digər 



(iqtisadi və sosial) təsirlərə malik olduğundan onun başqa məqsədlər üçün tətbiq 

edilməsinin  mümkünlüyü  faktını  anlatmır.  Ətraf  mühit  haqqında  müfəssəl  və 

spesifik məlumatlar əldə etmək üçün ekoloji indikatorlar insan fəaliyyətini eko-

loji  təsirlər  və  onlara  olan  cavab  tədbirləri  ilə  əlaqələndirən  təsadüfi  zəncirin 

bütün elementlərini nəzərə almalıdır.     



206

B.  Təsviri, Dinamika, Səmərəlilik və Ümumi Rifah meyarları

Ümumiyyətlə,  aşağıdakı  məsələləri  həll  etmək  baxımından  indikatorlar  4 

qrupa bölünə bilər:  

Təsviri indikatorlar (A Tipli – Ətraf mühitdə və ya insanlarla nə baş verir?)

Hazırda milli və beynəlxalq təsisatların istifadə etdikləri indikatorlar top-

lusunun  çoxu  DPSİR  zənciri  və  ya  onun  bir  hissəsinə  əsaslanır.  Bu  toplular, 

baş verdiyi coğrafi səviyyədən asılı olaraq, iqlim dəyişməsi, oksidləşmə, tok-

sik  çirklənmə  və  tullantılar  kimi  əsas  ekoloji  məsələlərə  münasibətdə  faktiki 

vəziyyəti təsvir edir.   



Hərəkətverici qüvvələrin indikatorları cəmiyyətdə baş verən sosial, demoq-

rafik və iqtisadi inkişafı və bunun nəticəsi olaraq yaşam tərzi, istehlak səviyyəsi 

və istehsal modellərində baş verən dəyişiklikləri təsvir edir. Əsas hərəkətverici 

qüvvələr əhali artımı və fərdlərin ehtiyac və fəaliyyətində baş verən inkişafdır. 

Bu cür əsas hərəkətverici qüvvələr istehsal və istehlakın bütün səviyyələrində 

dəyişiklilkər  doğurur.  Istehsal  və  istehlakda  baş  verən  bu  cür  dəyiçikliklər 

vasitəsilə hərəkətverici qüvvələr ətraf mühiti təzyiqə məruz qoyur. Təsviri in-

dikatorlara misal kimi fərdi maşınların və nəqliyyat vasitələrinin sayını göstərə 

bilərik.    

Təzyiq indikatorları qazlar (emissiyalar), fiziki və bioloji maddələrin tullan-

tısında, ehtiyatlardan istifadə, və torpaqlardan istifadə sahəsində inkişafı təsvir 

edir. Cəmiyyətin göstəridiyi təsir ekoloji şəraitin dəyişməsində özünü göstərən 

təbii proseslərə çevrilir. Təzyiq indikatorlarına misal olaraq hər sektorun payına 

düşən  CO

2

  emissiyasını,  tikinti  məqsədil  ilə  qayalarda,  daşlardan  və  qumdan 



istifadə edilməsini və yolların çəkilməsi üçün istifadə edilmiş torpaqların miq-

darını göstərə bilərik. 



Vəziyyət indikatorları müəyyən zonada fiziki fenomenin (məsələn tempera-

tur), bioloji fenomenin (məsələn balıq dəstəsi) və kimyəvi fenomenin (məsələn 

atmosferdə CO

2

-nin toplanması) kəmiyyət və keyfiyyətini təsvir edir. Vəziyyət 



indikatorları, məsələn, hazırda mövcud olan meşə və vəhşi təbiət ehtiyatlarını, 

göllərdə fosfor və kükürdün miqdarını, və ya qonşuluqda yerləşən hava limanı-

nın yaratdığı küyün səviyyəsini təsvir edə bilər.  

Ətraf  mühitə  göstərilən  təzyiqin  nəticəsi  olaraq  ekologiyanın  vəziyyəti 

dəyişir.  Bu  dəyişikliklər  sonradan  ekologiyanın  sağlamlıq  üçün  zəruri  olan 

•  Ətraf mühitdə və ya insanlarla nə baş verir? (A Tipli və ya Təsviri indikatorlar) 

•  Baş verənlər əhəmiyyətlidirmi? (B Tipli və ya Dinamika indikatorlar) 

•  Vəziyyət yaxşlaşrm? (C Tipli və ya Səmərəlilik indikatorlar) 

•  Ümumiyyətlə daha yaxş vəziyyətdəyikmi? (D Tipli və ya Rifah indikatorlar) 



Yüklə 5,89 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə