Fesil indd



Yüklə 5,89 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix20.09.2018
ölçüsü5,89 Mb.
#69593
1   2   3   4   5   6   7   8   9   10   ...   24

195

Məsələn,  kimya  zavodu  kənar  məhsul  kimi  tullantını  yaxınlıqdakı  çaya 

və atmosferə atır. Bu, digər şirkətlər və istehlakçılar üçün yüksək sosial xərc 

(məsələn, təmizləmə xərcləri və ya sağlamlığa çəkilən xərclər) yaratmaqla mənfi 

xarici təsirlər yaradır. 

Ümumiyyətlə, xarici xərclər aşağıdakı düstur ilə kobud şəkildə xarakterizə 

oluna bilər: 

Xarici təsir xərcləri = Zərərin miqyası x zərərin hər vahidinə (1) görə Ətraf 

mühitə dəyən ziyanın dəyəri, hardakı

Xarici təsir xərcləri = cəmiyyətin çəkdiyi xarici təsirin ümumi xərci, pul 

ifadəsi ilə;



Zərərin miqyası fiziki vahidlərlə ifadə edilir (tullanmış kiloqramlar və ya 

çirklənmiş hektarlar); və



Ətraf  mühitə  dəyən  ziyanın  dəyəri  (VED)  zərərin  hər  fiziki  vahidinə 

münasibətdə pul dəyəri ilə ifadə olunur.  

Xarici  təsirlər  iqtisadi  fəaliyyətin  hər  bir  sahəsində  demək  olar  ki  eyni-

dir və ya istehlak, ya da istehsalın nəticəsi olaraq yaranır. Suların çirklənməsi 

əsasən istehsal müəssisələrindən axıdılan tullantıların; havanın çirklənməsi və 

küyün səviyyəsinin artması isə hər ikisinin hesabına baş verir. Məsələn, həm 

sənaye tullantıları, həm də qabların yuyulması nəticəsində yaranan qalıqlar ka-

nalizasiya, daha sonra isə su təchizatı sisteminə axıdılır. Avtomobillər, sənaye 

müəssisələrinin tüstü bacaları və kömür əsasında çalışan istilik stansiyaları bir 

çox şəhərləri bürüyən tüstünün yaranmasına və dünyanın ən ucqar yerlərində 

düşən turşulu yağışların yağmasına səbəb olur. Istehsalatın bir çox formaları xa-

rici təsirlər yaradır. Misal kimi hava limanlarına yaxın yerlərdə havanın küylə 

çirklənməsi, xoşagəlməyən reklam lövhələri və zibilliklər və zəhərli tüstü bura-

xan zavodları göstərmək olar.   

Əgər qiymət mexanizmi istehsalın və istehlakın sosial xərclərini və sosial 

faydasını tam şəkildə nəzərə almırsa, xarici təsirlər bazar mexanizminin ifla-

sına gətirib çıxarır. Bazar proseslərində xarici təsirlərin səbəb olduğu xərclərin 

nəzərə alınmaması, bazarda malların ifrat istehsalına səbəb olur, çünki istehlak-

çılar onların tam dəyərini ödəmirlər. Bu o deməkdir ki, istehsalın sosial xərci 

(ümumi  fərdi  xərc  plyus  hər  hansı  xarici  təsir  xərci)  istehlakçılar  tərəfindən 

ödənməmiş qalır. Əgər istehlakçılar tam xərci ödəməyə məcbur olsaydılar, onda 

daha az mal istehsal oluna və istehlak oluna bilərdi.   

Kənd  təsərrüfatı  sənayesi  üçün  gübrə  istehsal  edən  və  istehsal  prosesi 

nəticəsində ətraf mühitə dəyən xarici təsirlər (çirklənmə) yaradan şirkətin misa-

lına nəzər salaq. Aşağıdakı diaqram göstərir ki, istehsalatın marjinal sosial xərci 

məhsul istehsalçısının/təchizatçısının çəkdiyi fərdi xərcdən artıqdır.




196

Əgər istehsalçının öz gəlirlərini maksimallaşdırmaqda maraqlı olduğunu 

fərz etsək, onda istehsalçı məhsulun istehsalı nəticəsində yaranan yalnız fərdi 

xərclərini və fərdi faydasını nəzərə alacaq. Aşağıdakı diaqramdan görünür ki, 

hasilatın  gəlirləri  maksimallaşdırma  səviyyəsi  Q1-dir.  Lakin  istehsalın  sosial 



baxımdan effektiv səviyyəsi xarici təsirlərin yaratdığı xərcləri də nəzərə alır. 

Sosial baxımdan optimal hasilat səviyyəsi aşağı olmaqla Q2-dir.

Bu, fərdi baxımdan optimal olan hasilatın səviyyəsinin sosial baxımdan 



optimal olan hasilatın səviyyəsindən artıq olmasına səbəb olur. Xarici təsirləri 

yaradan istehsalçı istehsalın xərclərinin azaldılmasında və gəlirlərin artırılma-

sında maraqlı olduğundan, həmin xarici təsirlərin yartdığı xərcləri öz hesabla-

malarında nəzərə almır.    

Yuxarıdakı diaqramda, Q1-dəki hasilat nəzərə alınarsa, fərdi cəhətdən opti-



197

mal hasilat fərdi marjinal faydanın fərdi marjinal xərcə bərabər olduğu za-

man yaranır. Bununla belə cəmiyyət üçün bütövlükdə sosial optimum Q2-də so-

sial marjinal fayda=sosial marjinal xərc olduqda yaranır. Mənfi xarici təsirlərin 

nəzərə alınmaması bazar mexanizminin iflasına bir nümunədir.  

Qeyd etmək lazımdır ki, xarici təsirlər müsbət olub, cəmiyyət üçün xari-

ci fayda yarada bilər.  Məsələn, torpağını becərməməyi seçən torpaq sahibi su 

mənbəyini bütün icma üçün umumi olan yeraltı su təbəqəsində yığılmaq üçün 

saxlaya bilər. Bu baxımdan xərc və faydaların təhlili həm sosial xərclər, həm də 

istehsalatın faydasının hesablanması və pul şəklində ifadə edilməsi üçün faydalı 

ola bilər.   

Geniş  mənada,  xarici  təsirlər  ətraf  mühitə  vurduqları  effektin  (nəsildən-

nəsilə, ölkələr, sektorlar və ya regionlar üzrə) növündən asılı olaraq təsnifləşdirilə 

bilər:  müvəqqəti  (və  ya  nəsillərarası),  qlobal,  sektorlararası,  regionlararası  və 

yerli. Davamlı inkişaf kontekstində müvəqqəti və qlobal xarici təsirlər böyük 

əhəmiyyət kəsb edir.  



Müvəqqəti  (nəsillərarası)  xarici  təsirlər  davamlılıq  konsepsiyası  ilə 

əlaqədardır.  Bugünki  nəsillər  öz  tələblərini  gələcək  nəsillərin  öz  tələblərini 

ödəmək imkanını məhdudlaşdırmadan ödəməlidir. 

Mövcud istehsal və istehlak modelləri qeyri-davamlıdır, belə ki, onlar qlobal 

miqyaslı ətraf mühit problemlərinin yaranmasına, yenilənən və yenilənməyən 

təbii  ehtiyatlardan  ifrat  istifadəyə,  insanların  sağlamlığının  pisləşməsinə  və 

ekologiyanın  çirklənməsinə  səbəb  olur  ki,  bununla  da  gələcək  nəsillərin  öz 

təlabatlarını  ödəmək  imkanlarının  məhdudlaşması  təhlükəsi  yaradır.  Bu  cür 

inkişaf  modelində  gələcək  nəsillər  bugün  aparılan  antropogen  fəaliyyətin 

törətdiyi  xarici  sosial  xərclərin  –  xarici  effektlərin  –  yükünü  çəkməli  olacaq-

lar.  Kənd  təsərrüfatı  üçün  istifadə  edilən  torpaqların  geniş  miqyasda  deqra-

dasiyası,  ucuz  enerji  resurslarının  tükədilməsi  gələcək  nəsillər  üçün  ərzaq  və 

enerji təhlükəsizliyi ilə bağlı böyük problemlər yaradacaqdır ki, hətta ən bəsit 

təlabatın ödənilməsi belə böyük xərclərin çəkilməsini tələb edəcəkdir. Bu da öz 

növbəsində insanların həyat standartlarının pisləşməsinə və daha sonra yoxsul-

luğa gətirib-çıxaracaqdır.     

Lakin müsbət xarici təsirlərin də mövcud olması istisna deyildir. İnsan ka-

pitalının gücləndirilməsi, təhsilin irəlliləməsi, texnoloji nailiyyətlər gələcəkdə 

xərclərin  azaldılmasına  gətirib-çıxara  bilər.  Yeni  enerji  mənbələrinin  tətbiqi 

(külək və günəş enerjisi) və bir çox xəstəliklərin kökünün kəsilməsi gələcəkdə 

müsbət iqtisadi nəticələrə səbəb olacaq. 

Regional və qlobal xarici təsirlər bir ölkənin sərhədlərindən kənarda baş 

verib, transsərhəd çirklənmə ilə əlaqədardır. Bəzi ölkələr tərəfindən atmosferin 

çirklənməsi və zərərli maddələrin çaylara axıdılması digər ölkələr üçün ekolo-

ji və  iqtisadi problemər yaradır.  Kür  və Araz  çaylarının mənsəbində yerləşən 




Yüklə 5,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə