Fesil indd



Yüklə 5,89 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix20.09.2018
ölçüsü5,89 Mb.
#69593
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

198

Azərbaycan  üçün  bu  ciddi  bir  problemdir,  belə  ki,  ölkə  çayların  mənbəyində 

yerləşən  ölkələrin  çaya  axıtdıqları  tullantıların  qəbul  edicisidir. Tbilisi  yaxın-

lığında yerləşən Rustavili sənaye zonası Gürcüstandan keçməklə Azərbaycana 

axan  Kür  çayının  çirklənməsinin  əsas  mənbəyidir.  Mənbədə  yerləşən  qonşu 

ölkələr su elektirk stansiyalarının fəaliyyətini təmin etmək üçün dambalardan 

istifadə edirlər ki, bu da Azərbaycana lazım olan suyun miqdarını azaldır. Kür və 

Araz çaylarında suların çirklənməsi Xəzər dənizi üçün də təsirsiz ötüşmür.   

Inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı münasibətlər ba-

xımından qlobal xarici təsirləri tam şəkildə nəzərə almaq əhəmiyyətlidir. Inki-

şaf etmiş sənaye ölkələri ətraf mühiti ən çox çirkləndirən və təbii resurslardan 

istifadə edənlərdir ki, bunun mənfi ekoloji təsirləri ilə daha çox kasıb ölkələr 

üzləşir. Gəlin qlobal istiləşmə misalını nəzərdən keçirək. Ssenariyə görə qlobal 

temperatur artıqca dəniz səviyyəsi bir metr qalxan zaman Banqladeşin ərazisinin 

17%-i suyun altında qalmış olacaq, baxmayaraq ki, bu ölkə GHG tullantılarının 

yalnız 0.3% görə məsuliyyət daşıyır.  

Ətraf  mühitə  dəyən  zərər  vəziyyətdən  asılı  olaraq  azaldıla  bilərmi? 

Fərdi  şəxs  məhkəmə  qaydasında  dəymiş  zərərin  ödənilməsini  tələb  etməklə, 

fermerləri təbiəti pestisidlərlə çirkləndirmədən yayındıra bilərmi? Problem on-

dan ibarətdir ki, məhkəmə prosesləri çox zaman dəymiş zərərdən artıq olan əqd 

xərcləri (hüquqşünasların haqqı və s.) tələb edir. Məsələn, böyük şəhərdə havanı 

çirkləndirənlərin hamısını fərdi qaydada məhkəməyə cəlb etmək dəymiş zərərə 

görə potensial şəxsi təzminatdan daha baha başa gələ bilər. Lakin dəymiş ziyan 

genişmiqyaslı olduqda (məsələn, 2010-cu ildə Meksika Körfəzində BP-nin ope-

ratoru olduğu neft quyusundan neftin dənizə axması) insanlar hüquqi vasitələrə 

əl ata bilərlər. Problemin həlli hər bir şirkəti günahı olmayan üçüncü şəxslərin 

məruz qaldığı çirklənmə xərclərini mənimsəmək (tam şəkildə nəzərə almağa) 

məcbur etməkdir. Əgər hər bir alıcı məhsulun tam xərcini (ətraf mühitə dəyən 

zərər də daxil olmaqla) ödəyərsə, xarici təsirlər mənimsənilmiş olacaq və isteh-

sal və istehlakın optimal miqdarını təmin edəcəkdir. 

Xarici təsirlərin yaratdığı xərclərin mənimsənilməsi və ictimai xərcin tam 

şəkildə nəzərə alınması üçün siyasi alətlərdən biri xüsusi Piquvian (Pigouvian) 

vergisidir. Piquvian vergisi ətraf mühitə dəyən zərərin qarşısını almaq və ya onun 

nəticələrini aradan qaldırmaq məqsədilə ətraf mühiti xarici təsirə məruz qoyan 

(ətraf mühitə zərər yetirən) şəxsə tətbiq edilir. Xarici təsirlərin mənimsənilməsi 

davamlı inkişafa keçidi təmin edən iqtisadi mexanizmlərin əsas funksiyasıdır. 

Xüsusilə, bu, inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrə əlavə 

maliyyə resurslarının ayrılmasını nəzərdə tutur. Məsələn, əgər GHG tullantısı-

na icazə ÜDM-in həcmi və əhalinin sayı əsasında (ÜDM-in həcminin 50% və 

əhalinin sayının 50% ) müəyyən olunsaydı, inkişaf etmiş ölkələr ÜDM-lərinin 

5%-dən az olmayan hissəsini inkişaf etməkdə olan ölkələrə verməli olardılar.



199

Xərclərin  tam  şəkildə  müəyyən 

edilməsi  baxımından  xarici  təsirlər 

məsələsi  və  onları  nəzərə  almağın 

əhəmiyyəti  iqtisadi  nəzəriyyədə  ge-

niş  şəkildə  öz  əksini  tapmışdır.  Lakin 

təcrübədə  xarici  təsirlərin  real  olaraq 

hesablanması  problematikdir  və  çox-

lu  sayda  çətinliklərin  mövcud  olması 

siyasətçilər və qərarqəbuledicilər üçün 

başağrısı yaradır. Yuxarıda nəzərdən keçirdiyimiz bazar mexanizmlərinin iflası, 

təbii ehtiyatların aşağı dəyərləndirilməsi və ya heç bir iqtisadi dəyər müəyyən 

edilməməsi  (biz  bu  məsələyə  növbəti  bölümdə  qayıdacağıq)  və  ətraf  mühitə 

dəyən ziyanın dəyərləndirilməsi üçün istifadə edilən hesablamaların mürəkkəb 

təbiəti bu cür çətinliklərdəndir. Qərar qəbul edilən və ya inkişaf strategiyası ha-

zırlanan zaman bu və digər faktorlar xarici təsirlərin dəqiq və tam surətdə hesab-

lanmasını çətinləşdirir. 

Təbii ehtiyatların iqtisadi 

cəhətdən qiymətləndirilməsi və 

ekosistemin təqdim etdiyi xidmətlər 

Ətraf  mühit  və  təbii  ehtiyatla-

rın  qiymətləndirilməsi  dedikdə  çox 

zaman bazarın dolayı istifadə və ya 

fayda  kimi  nəzərə  almadığı  resurs-

lar da daxil olmaqla, təbii ehtiyatla-

rın və ekosistemin iqtisadi dəyərinin 

müəyyən  edilməsi  başa  düşülür. 

Haşiyə  7.5-də  sağlam  ekosistemin 

təqdim etdiyi xidmətlərin nümunəvi 

siyahısı 

verilmişdir. 

Məsələn, 

hamımızın  dağlardan  axan  və 

mənzillərimizə  təchiz  edilən  təmiz 

sudan  istifadə  etməyimizə  baxma-

yaraq, meşələrin suayrıcı funksiyası 

bazar dəyəri və ya qiyməti olmayan 

faktor olaraq qalmaqda davam edir.  

Ekosistemlər iqlimin tənzimlən-

məsi,  sellərin  tənzimlənməsi  və 

torpaqların  formalaşması  kimi  həyatı  təmin  etmək  üçün  əhəmiyyətli  olan 

tənzimləmə xidmətləri təqdim edir. Onlar həmçinin əyləncə və estetik dəyərə 

Sağlam yay örüşləri kimi Azərbaycanda 



ekosistemin təqdim etdiyi xidmətlərin 

dəyəri ildə 10.6 milyon civarndadr. Artan 

seldən mühafizə, təmiz suyun təmin 

edilməsi və sağlam və məhsuldar 

heyvandarlğ özündə ehtiva edir.  

Mənbə: BMTIP 



200

malikdirlər.  Əgər  ekosistemlərin  bu  xidmətləri  təqdim  etmək  imkanları 

məhdudlaşarsa,  həyatımız  ciddi  şəkildə  pisləşər:  bununla  belə  onların  dəyəri 

nəzərə alınmır və bu xidmətlər daim mövcud olan kimi qəbul edilir. 

Təbii ehtiyatların iqtisadi dəyərlərinin müəyyən edilməsi davamlı inkişafın 

təmin edilməsi baxımından çox əhəmiyyətlidir, belə ki, bu, aşkar görünəndən 

kənara baxan və təbii ehtiyatların tam iqtisadi dəyərini nəzərə alan qərarlar qəbul 

etməyə imkan verir. 

Məsələn, ənənəvi nəzərlə baxsaq, meşədəki kəsilmiş agac ÜDM-in artması-

na səbəb olur, çünki meşə materialları istehsal olunur. Bu cür yanaşma “xammal 

mübadiləsi” perspektivi kimi təsvir edilir, belə ki, o, ölkənin təbii sərvətlərinin 

xammalın bazar dəyərinə satılmasını nəzərdə tutur. Xammalın genişmiqyaslı is-

tehsalının iqtisadi artıma çevrilməsi güman edilir.  

Nəzərə alınmayan isə iqlimin tənzimlənməsi, qrunt sularının dövriyyəsi, ha-

vanın təmizlənməsi, karbon qazının udulması, quşlar və digər fauna üçün yaşa-

yış mühiti və torpağın eroziyadan qorunması  kimi ekoloji xidmətlər təklif edən 

agacın kəsilməsi nəticəsində yaranan zərərdir. 

Bu cür dolayı dəyərlərin nəzərə alınmaması müəyyən bir resursun natamam 

şəkildə qiymətləndirilməsinə səbəb olur ki, nəticədə resursların deqradasiyasına 

səbəb olan səhv qərarlar və fəaliyyət proqramlarının qəbul edilməsinə gətirib-

çıxarır. Ölkənin təbii kapitalının, yəni ətraf mühit və təbii ehtiyatlarının deqra-

dasiyası qeyri-davamlı inkişafa və iqtisadi artım haqqında yanlış fikirlərin ya-

ranmasına səbəb olur.

Mədəni və mənəvi baxımdan, təbii ehtiyatlara mövcudluluq dəyəri təltif edilə 

bilər; ətraf mühitin qorunub-saxlanması və ya nəsli kəsilməkdə olan növlərin 

sadəcə olaraq mövcudluğunu təmin etmək məqsədilə mühafizə edilməsi insanla-

rın təbii arzusu ola bilərdi. Təbii ehtiyatlar gələcək nəsillərə ötürülə bilən dəyərli 

irs kimi də nəzərdən keçirilə bilər. Mədəni eyniliyin və inancların təbii mühitlə 

sıx şəkildə bağlı olduğu yerli icmalarda bu dəyər xüsusilə qiymətləndirilir. 

Bununla belə ekosistemin təqdim etdiyi xidmətlər çox zaman dolayı və qey-

ri-maddi olduğundan onların qiymətləndirilməsi, həqiqətən də çox mürəkkəb və 

çətin olur. Mövcud qiymətləndirmə təşəbbüsləri çox saylı metod və indikatorları 

özündə ehtiva edir. Bir misala nəzər yetirək: 

Meşələrin suayrıcı funksiyası su istifadəçilərinin (ev təsərrüfatı, fermalar, 

hidroelektrik stansiyaları) təmiz və güclü suyun təmin ediməsi üçün verməyə 

hazır olduqları qiymət baxımından iqtisadi dəyərə malikdir. Bu cür qiymət ehti-

yatlar azaldıqca proporsional olaraq artır. 



Yüklə 5,89 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə