Fesil indd



Yüklə 5,89 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix20.09.2018
ölçüsü5,89 Mb.
#69593
1   ...   7   8   9   10   11   12   13   14   ...   24

207

şəraitin təmin edilməsi, ehtiyatların əl çatan olması və biomüxtəliflik kimi so-

sial və iqtisadi funksiyalarına təsir göstərir. Təsir indikatorları bu təsirləri təsvir 

etmək üçün işlədilir.  

Təsirlər  müəyyən  ardıcıllıqla  baş  verir:  havanın  çirklənməsi  qlobal 

istiləşməyə (birbaşa təsir) səbəb ola bilər ki, bu da öz növbəsində temperaturun 

artmasına  (ikinci  dərəcəli  təsir),  bu  isə  dəniz  səviyyəsinin  artmasına  (üçüncü 

dərəcəli təsir) və biomüxtəlifliyin yox olmasına gətirib-çıxara bilər. Təsir indi-

katoruna misal olaraq axan neftdən xəstəliyə yoluxan quşların sayını göstərmək 

olar.  


Tədbirlər indikatoru ekoloji vəziyyətin dəyişməsinin qarşısını almaq, onu 

müvazinətləşdirmək,  yaxşılaşdırmaq  və  ya  ona  uyğunlaşmaq  istiqamətində 

cəmiyyətdəki qrupların (və fərdlərin) cavab tədbirlərini, həmçinin hökumətlərin 

səylərini  ifadə  etmək  üçün  istifadə  edilir.  Bəzi  sosial  cavab  tədbirləri  is-

tehsal  və  istehlak  modellərində  üstünlük  təşkil  edən  meylləri  yenidən 

istiqamətləndirdiyindən  mənfi  hərəkətverici  qüvvə  kimi  qəbul  edilə  bilər. 

Digər cavab tədbirləri təmiz texnologiyaların inkişafını və onlardan istifadəni 

təşviq etməklə məhsul və proseslərin səmərəliliyinin artırılması məqsədini da-

şıyır. Tədbirlər indikatorlarına katalitik neytrallaşdırma texnologiyasına malik 

maşınların  nisbi  sayı;  məişət  tullantılarının  yenidən  işlənməsi  əmsalı;  ekoloji 

idarəedilən torpaqlar misal ola bilər. Tez-tez işlədilən “ümumi” cavab tədbirləri 

indikatoru ekoloji xərcləri təsvir edən meyardır.     



Dinamika indikatorları (B Tipli – Baş verənlər əhəmiyyətlidirmi?)

Yuxarıda verilən indikatorların hamısı vəziyyətin necə olmalı olmasına isti-

nad etmədən vəziyyəti olduğu kimi əks etdirir. Əksinə olaraq, dinamika indika-

torları faktiki şərtləri istinad şərtlərinin müəyyən toplusu ilə müqayisə edir. On-

lar mövcud ekoloji şərait və arzuedilən vəziyyət (hədəf) arasındakı “məsafəni” 

ölçür: ‘hədəfə qədər olan məsafə’ qiymətləndirilməsi. Ekoloji təsirlərin və ya 

vəziyyətin dəyişməsinə görə spesifik qrupları və ya təsisatları məsuliyyətə cəlb 

etmək mümkün olan zaman dinamika indikatorları məna kəsb edir.    

Bir  çox  ölkələr  və  beynəlxalq  təsisatlar  ekoloji  hədəflərə  çatmağa 

istiqamətlənmiş  inkişafa  nəzarət  etmək  məqsədilə  dinamika  indikatorlarını 

işləyib-hazırlamışlar. Bu dinamika indikatorları müxtəlif cür istinad şərtlərinə/

dəyərlərinə aid ola bilər, məsələn: 

•  Milli siyasət hədəfləri;

•  Dövlətlər tərəfindən qəbul edilmiş beynəlxalq siyasət hədəfləri;

•  Davamlılıq səviyyələrinin yaxınlaşması.

Birinci  və  ikinci  tip  istinad  şərtləri,  milli  siyasət  hədəfləri  və  beynəlxalq 

səviyyədə qəbul edilmiş hədəflər (Siyasət Hədəflərinin Dəyərləri və ya SHD) çox 



208

zaman (beynəlxalq) danışıqlar yolu ilə qəbul edilmiş kompramislərdən ibarətdir 

və vaxtaşırı dəyişikliklərə məruz qalır. Onlar nadir hallarda davamlılıqla bağlı 

fikirləri əks etdirir. Misal kimi müəyyən il üçün milli hədəflərdə nəzərdə tutu-

lan rəqəm ilə müqayisədə ətraf mühiti çirkləndirən maddələrin kənarlaşdırılma 

səviyyəsi və ya meşə ilə örtülməli torpaq paylarının miqyası ola bilər. 

Bu  vaxta  kimi  davamlı  inkişaf  perspektivləri  (Davamlı  İstinad  Dəyərləri 

və ya DİD) baxımından qəbul edilən ətraf mühitin hədəf kimi müəyyən edilən 

səviyyələri ilə əlaqədar davamlılıq indikatorları ilə bağlı məhdud təcrübə möv-

cuddur. Bu cür indikatorlara misal kimi atmosferdə mövcud olan CO

2

-nin miq-



darının 1990-ci ildə mövcud olan səviyyələrə endirmək üçün maksimal dərəcədə 

məqbul hesab edilən CO

2

 emissiyasının qlobal orta rəqəminin sınaq səviyyəsinə 



münasibətdə  təqdim  edilmiş  Avropa  İttifaqında  hər  adam  başına  düşən  CO

emissiyasını miqdarı ola bilər.   



Səmərəlilik indikatorları (C Tipli – Vəziyyət yaxşılaşırmı?)

Qeyd  etmək  lazımdır  ki,  bəzi  indikatorlar  təsadüfi  zəncirin  ayrı-ayrı 

elementləri arasındakı əlaqəni ifadə edir. Ətraf mühitin məruz qaldığı təsirləri 

insan fəaliyyəti ilə əlaqələndirən indikatorlar qərar qəbul edilməsi baxımından 

daha əhəmiyyətlidir. Bu indikatorlar arzuedilən nəticənin hər vahidinə düşən eh-

tiyatların istifadə edilməsi və tullantıların yaranması baxımından məhsulların və 

proseslərin səmərəliliyi haqqında məlumat verir. 

Ölkənin ekoloji səmərəliliyi ÜDM-in hər vahidinə düşən emissiya və tullan-

tıların səviyyəsi baxımından təsvir edilə bilər. Maşınların enerji səmərəliliyi bir 

insanın bir kilometrə sərf etdiyi yanacağın həcmi kimi təsvir edilə bilər.

Yalnız  bir  dəyişəni  nəzərdən  keçirən  səmərəlilik  indikatorlarında  başqa 

məcmu səmərəlilik indikatorları formalaşdırılmışdır. 

Ən yaxşı tanınmış məcmu səmərəlilik indikatorları MİPS-indikatorlarıdır. 

Ondan hər Xidmət vahidinin Ehtiyat İntensivliyini (Material Intensity Per Ser-

vice) ifadə etmək üçün istifadə edilir və eyni funksiyanı yerinə yetirən müxtəlif 

vasitələrin səmərəliliyinin müqayisəsi üçün faydalıdır. Məsələn, MİPS bir adamı 

yüz kilometr məsafəyə adi maşın, hiper-maşın, təyyar və yüngül relsli nəqliyyat 

vasitəsilə nəqli üçün sərf edilən enerji və ehtiyatların miqdarını müqayisə etmək 

üçün istifadə edilə bilər.    

Bu və digər səmərəlilik indikatorlarının münasibliyi arzuedilən nəticələrin 

hər vahidinə sərf edilən ehtiyat və atılan emissiya və tullantının miqdarı baxı-

mından cəmiyyətin məhsul və proseslərin keyfiyyətinin yaxşılaşdırıb və ya yax-

şılaşdırmamasından ibarətdir.  

Ümumi  rifah  indikatorları  (D  Tipli  –  Ümumiyyətlə  daha  yaxşı 

vəziyyətdəyikmi?)

Bu suala cavab vermək üçün ümumi davamlılığın bəzi ölçülərinə ehtiyac 

var. Ümumi rifah indikatorlarına missal kimi Davamlı İqtisadi Rifah Əmsalını, 



Yüklə 5,89 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə