Fesil indd



Yüklə 5,89 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix20.09.2018
ölçüsü5,89 Mb.
#69593
1   2   3   4   5   6   7   8   9   ...   24

193

vab verməyən sanitariya və gigiyenanın olmamasının nəticəsidir. Ümumiyyətlə, 

bu cür ölüm hallarının 99%-indən çoxu inkişaf etməkdə olan ölkələrin payına 

düşür. 


Bu  baxımdan  uşaqlar  daha  böyük  təhlükə  ilə  üzləşirlər.  Qeyri-sağlam  və 

qeyri-təhlükəsiz mühit dünya üzrə hər 4 uşaqdan 1-nin ölümünə bais olur. Hər 

il ətraf mühitin şəraiti ilə bağlı yaranan xəstəliklər, tənəffüs yollarının kəskin 

infeksiyası və diareya da daxil olmaqla, ən azı 3 milyon yaşı 5-dən aşağı uşaqla-

rın ölməsinə gətirib-çıxarır ki, bu rəqəm Avstriyanın, Belçikanın, Hollandiyanın, 

Portuqaliyanın və İsveçrənin yaşı beşdən aşağı olan əhalisinin birgə sayından 

artıqdır.   

Bəzi  istehsalat  prosesləri  merkuri  və  dioksin  kimi  zərərli  kimyəvi 



maddələrin istehsalı və tullanmasına səbəb olur. Dioksin metal əridilməsi, ka-

ğız selilozun xlorla ağardılması və bəzi herbisid və pestisidlərin istehsalı zamanı 

yaranan kənar məhsuldur. O, həddindən artıq zəhərli olmaqla yanaşı reproduktiv 

və inkişaf problemlərinin yaranmasına, immun sisteminin zədələnməsinə, hor-

monların fəaliyyətinə maneə yaratmaqla xərcəng xəstəliyinin yaranmasına səbəb 

olur. Tullantıların nəzarətsiz şəkildə yandırılması (bərk və xəstəxana tullantıları) 

tam yanmayan dioksinin ətraf mühitə yayılmasının əsas səbəbidir. 

 Atom  reaktorlarının  təhlükəsizliyi,  atom  materiallarının  hazırlanması  və 

yüksək-dərəcəli atom tullantılarının təhlükəsiz şəraitdə saxlanması və ya məhv 

edilməsi sağlamlığa təsir göstərə biləcək əhəmiyyətli ətraf mühit məsələsidir. 

Radiasiyanın əsas mənbəyi olan radon və digər təbii mənbələrin təsirinə məruz 

qalma geoloji şəraitdən asılı olaraq bəzi ölkələrdə ciddi problemdir.   

Azərbaycanda ətraf mühitin sağlamlığa göstərdiyi təsirin bəzi nümunələri 

Haşiyə 7.4-də verilmişdir. 



Ətraf mühitin insan inkişafına göstərdiyi digər təsirlər

Pis mühit məhrumiyyətlərlə üzləşən əhali qrupları, xüsusilə qızlar arasında 

təhsilin inkişaf etməsinə maneə yaradır. Dünyanın bir çox yerlərində icbari ibti-

dai təhsilin olmasına baxmayaraq, boşluqlar qalmaqda davam edir. İİİ aşağı olan 

ölkələrdə ibtidai məktəb yaşına çatan hər 10 uşaqdan təqribən 3-ü ibtidai məktəbə 

getmir,  hətta  məktəbə  gedən  uşaqlar  bir  çox  məhdudiyyətlərlə  (bəziləri  ətraf 

mühitlə əlaqədardır) üzləşir. Məsələn, elektrik enerjisinin olmaması həm birba-

şa, həm də dolayı təsirlərə malikdir. Elektrik enerjisinin olması yaxşı işıqlandır-

ma təmin etməklə təhsil saatlarını uzatmağa, həmçinin, müasir sobadan istifadə 

etməklə  odun  və  suyun  yığılması  kimi  təhsilin  inkişafını  zəiflədən  və  məktəbə 

qəbulun səviyyəsinin aşağı olmasına səbəb olan fəaliyyətə sərf edilən vaxtı azalt-

mağa imkan verə bilər. Resurs toplama və məktəbdə oxuma fəaliyyəti ilə daha çox 

qızlar məşğul olduğundan daha çox onlar mənfi təsirlərə məruz qalırlar.   



194

Təbii  fəlakətlər  inkişaf  üçün  ciddi  maneələr  yarada  bilər. Təbii  fəlakətlər 

səbəbindən ölüm hallarının yüksək olduğu hər 10 ölkədən 6-sı, Niger, Mali və 

Anqola da daxil olmaqla Çoxfaktorlu Yoxsulluq İndeksi (ÇYİ) göstəricilərinə 

görə  ilk  onluqda  dururlar.  UNDP-nin  İnsan  İnkişafı  haqqında  2011-ci  il  He-

sabatı üçün müstəqil ekspertlər tərəfindən aparılan təhlil göstərir ki, ekstrimal 

hava  şəraitinə  məruz  qalan  insanların  sayının  10  faiz  artması  gəlirlərə  böyük 

təsir göstərməklə ölkənin İİİ-nin 2% azalmasına səbəb oldu. Lakin bunun yükü 

heç də bərabər paylanmır: daşqınlar, güclü küləklər və torpaq sürüşmələrinin 

nəticəsi olaraq zədə və ölüm riskinə uşaqlar, qadınlar, qocalar, xüsusilə yoxsullar 

daha çox məruz qalırlar. 

Ekoloji  təzyiq  münaqişələrin  baş  verməsi  mümkünlüyü  ilə  əlaqələndirilə 

bilər. Lakin əlaqə birbaşa deyil, və fərdləri, icmaları və cəmiyyəti ekoloji deqra-

dasiyanın yaratdığı təhlükə qarşısında qoyan siyasi, iqtisadi və kontekstdən asılı 

olan geniş faktorların təsirinə məruz qalır.

7.3 Ətraf mühit və iqtisadiyyatın balanslaşdırılması 

İqtisadi və ekoloji məqsədlər çox zaman bir-biri ilə ziddiyyət təşkil edən 

kimi  nəzərdən  keçirilir.  Belə  bir  fikir  mövcuddur  ki,  seçim  onlardan  birinin 

lehinə  edilməlidir  və  onların  hər  ikisinə  eyni  anda  çatmaq  mümkün  deyildir. 

Lakin bu cür düşüncə heç də həmişə düzgün deyildir, belə ki, iqtisadiyyatın və 

ekologiyanın harmonik inkişafını sübut edən hallar mövcuddur.  

Bu cür şəraitləri anlamaq və davamlı inkişafa keçidi mümkün etmək üçün 

bu cür keçidin sosial-iqtisadi təsirlərini düzgün qiymətləndirmək əhəmiyyətlidir. 

Bu,  ətraf  mühitin  çirkləndirilməsi  (xarici  faktorlar)  nəticəsində  dəyən  ziya-

nın  (sosial  xərc)  düzgün  qiymətləndirilməsini  və  təbii  ehtiyatlar  və  eko-

sistemin  təqdim  etdiyi  xidmətlərin  iqtisadi  dəyərinin  müəyyən  edilməsini 

tələb  edir.  Bu  fəsildə  “bazar  mexanizminin  iflası”  konsepsiyasını,  iqtisadi  in-

kişafın xarici faktorlarını (xarici təsirləri) və təbii ehtiyatların iqtisadi cəhətdən 

dəyərləndirilməsini nəzərdən keçirəcəyik. 



Xarici təsirlər və bazar mexanizminin iflası  

“Mənfəət  və  zərərin  fərdi  qaydada  hesablanmış  xərci  mənfəət  və  zərərin 

cəmiyyətin  hesabladığı  xərcdən  fərqli  olduğu”  zaman  xarici  təsirlər  yaranır. 

Bazar sazişlərində öz əksini tapmayan və ona görə uyğun təzminat verilməyən 

mal və xidmətlərin istehsalı və/və ya istehlakından yaranan üçüncü tərəf (və ya 

yayılma) təsirləri kimi müəyyən edilir. Mənfi xarici təsirlərin nəticəsi olaraq 

istehsalın fərdi xərci onun “sosial” xərcindən daha az olmağa meyillidir.    



SOSİAL XƏRC = FƏRDİ XƏRC + XARİCİ TƏSİRLƏR


Yüklə 5,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə