201
Əraf mühitə dəyən ziyanın iqtisadi dəyərinin qiymətləndirilməsinin digər
yolu sağlamlığa dəyən təsiri ölçməkdən ibarətdir. Məsələn, çirklənmə səbəbindən
yaranan xəstəliklər işgünlərinin azalması ilə nəticələnə bilər. Dəyən təsirin miq-
darı itirilən iş günlərinin (və uyğun olaraq məhsuldarlığın) dəyəri və xəstəxana/
səhiyyə xərcləri kimi indikatorlar vasitəsilə ölçülə bilər.
Enerji sektorunda yenilənən enerji mənbələrinin inkişaf etdirilməsi
səbəblərindən biri təbii yanacaqdan istifadənin yaratdığı xarici təsirlərdən
(çirklənmə səbəbindən sağlamlığa və ətraf mühitə dəyən zərər) qaynaqlanır.
Aparılan təhlillər göstərmişdir ki, xarici təsirlər nəticəsində yarana xərclər və
karbon kvotalarının satışı və neft idxalının azalması nəticəsində yaranan valyuta
202
qənaəti kimi əldə edilən faydalar nəzərə alınarsa, yenilənən enerji mənbələrindən
istifadə daha çox cəlbedici seçim ola bilər.
Qlobal səviyyədə, ən azı iqlim dəyişməsi baxımında, ehtiyatların
dəyərləndirilməsinin ən önəmli nümunələrindən biri Kyoto Protokolu əsasında
karbon kvotalarının satış bazarının yaradılması olmuşdur. Bu mexanizm əsasında
inkişaf etmiş ölkələr üzərlərinə götürdükləri atmosfer tullantılarının miqdarının
azaldılması hədəflərinə inkişaf etməkdə olan ölkələrə sərmayelər yatırmaqla və
ya meşələrin salınması ilə çatırlar. Bu qlobal bazarda meşələrin karbon udması
xidmətinə xüsusi iqtisadi dəyər təltif edilir və daha az tullantı səviyyəsinə çat-
mağa çalışan inkişaf etmiş ölkələr və yeni meşələr salmaqla karbon udulması-
nı təmin etmək iqtidarında olan inkişaf etməkdə olan ölkələr arasında “kredit”
şəklində alinib-satılır.
Ehtiyatların qiymətləndirilməsi üçün hansı qərarlar və hərəkətlər tətbiq
edilməlidir?
Torpaqdan istifadə hüquqlar. “Xammal mübadiləsi” perspektivini təşviq edən keçmiş siyasətlər
meşələrin kəsilməsi, balqçlq və dağ-mədən sənayesi kimi hasilat sənayelərinin inkişafnn üstünlük
təşkil etməsini stilmullaşdrrd. Bu, qanunlarn qeyri-effektiv tətbiqi nəticəsində ölkənin sahilyan və
məşə zonalarnn deqradasiyas ilə birlikdə təbii ehtiyatlarn genişmiqyasl hasilatna səbəb olmuşdur.
Bu ehtiyatlarn ümumi iqtisadi dəyərinin daha dəqiq hesablanmas torpaqdan istifadənin daha davaml
inkişafna (yəni təbii parklar, ekoturizm zonalar və ya dəniz qoruqlar üçün daha çox torpaq qalmş
olard) və təbii ehtiyatlarn hasilat üçün ayrlan torpaqlarn regenerasiyas və bərpas qaydalarn
nəzərdə tutan siyasətlərin qəbuluna səbəb olard.
Ehtiyatlarn və onlarn idarəedilməsinin planlaşdrlmas.
Yerli hökumət orqanlar meşə
resurslarnn idarə edilməsini planlaşdrmaq, ümumi istifadədə olan meşə ərazilərini müəyyən etmək
və icma-əsasl meşə layihələri həyata keçirmək səlahiyyətlərinə malikdirlər. Ehtiyatlarn
qiymətləndirilməsi prinsiplərinin tətbiqi meşə resurslarndan istifadə sahəsində əsasl və müfəssəl
planlarn hazrlanmasnda yerli icra orqanlarna əhəmiyyətli dərəcədə kömək edə bilər.
İqtisadi vasitələrin inkişaf. Ölkənin bir neçə milli parklarnda aparlan qiymətləndirmə bu cür
mühafizə edilən zonalarn fəaliyyətini dəstəkləyən istifadə haqq alnmas və digər idarəçilik
strategiyalarnn tətbiqinə gətirib-çxard. Əksinə olaraq, ətraf mühitə dəyən ziyan və xarici
təsirlərin (məsələn, balqçlq zonalarnn deqradasiya nəticəsində canl sistemin itirilməsi)
iqtisadi dəyərinin müəyyən edilməsi bu təsirlərə məruz qalan maraql tərəflərə ödəniləcək
təzminatn məbləğinin müəyyən edilməsi üçün əsas yaradr.
Uyğun cərimələrin müəyyən edilməsi. Bir çox hallarda meşələrin qeyri-qanuni şəkildə
qrmaqla məşğul olanlar və ya brakonyerlər bu cür qeyri-qanuni fəaliyyəti davam etdirməyi
səmərəli hesab edirlər, cünki cərimələrin az məbləği bü cür fəaliyyətdən yayndrmaq üçün
kifayət edən stimul deyil.
Cərimələrin hasil edilən ehtiyatlarn iqtisadi dəyərinə uyğun gələn
səviyyədə müəyyən edilməsi potensial qanunpozucular oxşar fəaliyyətin həata keçirilməsindən
çəkindirə bilər.
203
Sağlam ekosistemin təqdim etdiyi müxtəlif xidmətləri və onların yaratdığı
dəyəri qoruyub-saxlamaq məqsədi ilə bu xidmətlərin iqtisadi dəyərini müəyyən
etməyə imkan verən Ekosistem Xidmətlərinin Haqqı (EXH) kimi tanınan vasitə
artan diqqət mərkəzindədir. EXH hüquqi cəhətdən məcburi öhdəlik yaradan
müqavilə bağlamağın elə bir könüllü razılığıdır ki, bu müqavilə əsasında bir və
ya daha çox alıcı əsas fəaliyyəti əvvəlki ekosistem xidmətlərinin istehsalı və ya
aradan qaldırılması olan bir və ya daha çox satıcıya maddi və ya digər stimullar
təklif etməklə əsaslı şəkildə müəyyən edilmiş ekosistem xidmətini alır.
Ehtiyatların qiymətləndirilməsinin müvəffəqiyyətli tətbiqi bəzi tələblərə
cavab verməlidir. Ideal olaraq, qiymətləndirmə əsaslı elmi məlumatlara
əsaslanmalıdır. Güclü elmi əsas qiymətləndirmə məqsədi ilə aparılan təhlillərin
və onların nəticələri əsasında qəbul edilən siyasətlərin və ehtiyatların
idarəedilməsi ilə bağlı qəbul edilən tövsiyyələrin tutarlılığını təmin edir. Bunun-
la belə qiymətləndirilmənin aparılması ilkin addımdır – o, inkişaf siyasətləri ilə
bağlı qəbul edilən qərarları və dəyişikliklərə bələdçilik edən iqtisadi məlumatı
təmin edir. Prosessi başa çatdırmaq üçün bu dəyərlərin müdafiə edilməsini
dəstəkləyən, ətraf mühitin qorunub-saxlanmasını tələb edən uyğunluğun və
zəruri dəyişiklikləri həyata keçirmək iqtidarında olan təsisat və idarəçiliyin ol-
ması vacibdir.
7.4 Ətraf mühitin davamlılığının ölçülməsi
BMT-nin 1992-ci ildə keçirilmiş Ətraf mühit və İnkişaf üzrə Konfransından
bəri ətraf mühit və davamlı inkişaf geniş miqyasda paylaşan məqsədə çevrildi.
Ətraf Mühit və İnkişaf haqqında Rio de Janeiro Bəyannaməsi davamlılığa və
ətraf mühitin qorunması prinsipinə hörmət etmək ehtiyacını vurğuladı; Gündəlik
21 meyarların işlənib-hazırlanmasına çağırış oldu. Son illər ərzində ekoloji
məsələlərə münasibətdə artan narahatçılıq ətraf mühit haqqında daha müfəssəl
və etibarlı məlumatların əldə edilməsi zəruriyyətini yaradır. Bu cür məlumatlar
qərar qəbul edilməsi və inkişafın ölçülməsi üçün təkmil zəmin yaratsa belə, he-
sabatlılıq, inkişafın məqsəd və meyarları aydın olduğu zaman mümkündür. Uy-
ğun şəkildə formalaşdırılmış meyarlar vəziyyətin diaqnozunu genişləndirən və
inkişafı və ya çıxılmaz vəziyyəti hamı üçün aşkar edən ölçülər təklif edə bilər.
Geniş miqyasda qəbul olunur ki,
ekoloji davamlılıq heç də asanlıqla
ölcülə və qiymətləndirilə bilməyən və
qymətləndirilməsinə münasibətdə vahid ya-
naşma mövcud olmayan mürəkkəb və çox-
üzlü konsepsiyadır. Ətraf mühit sahəsində
qəbul olunan hədəflərə doğru addımlarkən
ekoloji inkişafın vəziyyətinin monitorinqi
Davaml inkişafn indikatorlar bütün
səviyyələrdə qərarlar qəbul etmək üçün
tutarl əsasn və ətraf mühit və inkişaf
sisteminin özü-özünü tənzimləyən
davamllğnn təmin edilməsi məqsədilə
işlənib-hazrlanmaldr.
Mənbə: Gündəlik 21-in 40-c fəsli