Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   5   6   7   8   9   10   11   12   ...   111

 
23
Dördüncü fəsil 
 
Siranuşun getdikcə şiddətlənən xəstəliyi ata-anasına ağır bir dərd olmuşdu. 
Baqrat qızının sağalması üçün pul tökməyə, hətta var-yoxundan çıxmağa 
hazır idi. Nvard isə, gecə-gündüz Allaha yalvarır, yetimə-yesirə  nəzir eləyir, 
kilsədə  şam yandırıb, dua oxutdurur və ara həkimlərini çağırtdırıb Siranuşa 
baxdırırdı. 
Xəstənin halını soruşmağa gələn qonşuların, qohum qardaşın təsəllisi ananı 
sakit eləmirdi. Nvard az-çox təsəllisini ancaq göz yaşlarında tapırdı. Qızının 
yastığının böyründən kənara getməyən ana, gecələr yatmayıb, Siranuşa keşik 
çəkirdi. 
Nvard bu səhər erkən yenə Siranuşun yatağının yanında oturmuşdu. Əllərini 
qoynuna qoyub, başını sinəsinə əyərək, fikir-xəyal içində öz-özünə danışırdı: 
«Kərəminə  şükür, Allah! Gərək elə  mənim qızımı azara-bezara salaydın?! 
Ey xuda, sənin yanında nə üzüqaralıq, nə pis bəndəçilik eləmişəm ki, sinəmə dağ 
çəkirsən! Həftələrlə qarnı çörəklə doymayanların canı buz baltası kimidir. Axı, 
mən Siranuşumu naz-nemət içində böyütmüşəm. Mənə yazığın gəlsin, rəhmin 
gəlsin! Sənin yolunda yeddi bazar günü kilsəyə ayaqyalın gedib dua edərəm. Yeddi 
həftə pas
1
 saxlaram. Bir gün də tamam ac qalaram…». 
Nvard başını qaldırıb, qızının tutqun sifətinə baxdı. Siranuşu oyadıb ona 
demək istədi: 
«Ürəyim partlayır, bala, ananı bədbəxt eləmə, Siranuş!» Lakin  onu narahat 
etməyə qıymadı. Yenə öz könlü ilə danışmağa başladı: «Bəlkə, qızıma göz dəyib? 
Bəlkə, onun gözəlliyinə, firavan yaşamasına həsəd aparanlar var. Siranuş, axı, 
malımız-dövlətimiz həddən aşıb. Sənsiz onları neynirəm, bala! Bəlkə  məni 
Araksinin, Qrikorun arvadının qarğışı tutub? Yoxsa, Siranuş o dəli arvaddan 
qorxub, dualıq olub? Samvel də uşaq vaxtı dağda canavardan qorxmuşdu, gədə bir 
ay özünü-sözünü bilməyib yatdı.  Şəkili molla Heydərin yanına gedib dua 
yazdırdım. Sağaldı.  İndi molla Heydəri hardan tapım? Bilmirəm ölüb, qalıb. Axı 
bu musurman kəndlərini niyə dağıtdılar?!. Yenə o mollanın yanına gedib Siranuşa 
dua yazdırardım…». 
Nvard çox fikirləşdi ki, nə eləsin, kimin yanına getsin. Əngələviddə və başqa 
yaxın kəndlərdə olan biliciləri, ara həkimlərini çağırtdırmışdı. Hərə bir söz deyib, 
pulunu, payını alıb getmişdi. Kəndin qoca, mömin kişiləri, dindar arvadları isə 
Siranuşu  Şinher vankına
2
 aparmağı  məsləhət görmüşdülər. Lakin xəstənin halı 
pozulduğu üçün ora apara bilməmişdilər. Varsenik qarı Nvarda demişdi ki, bir 
xoruz öldürüb ətini yeddi evə paylasa, xəstə anadan doğma olar. Nvard onu da 
eləmişdi. Amma, Siranuşun xəstəliyi daha da artmışdı. 
Siranuş yuxunun içində bir neçə  dəfə  bərk öskürüb, gözünü açdı. Üzünü 
anasına tərəf çevirdi. Dodaqları titrədi, lakin Nvard onun nə dediyini, nə istədiyini 
eşitmədi. 
                                                 
1
 P a s – dini adət. Ermənilər pas saxlayanda ət, yağ, yumurta yemirlər. 
2
 V a n k  -  pir, ocaq. 


 
24
- Canım, ciyərim bala! – deyə Nvard Siranuşun hərarətdən alışıb yanan 
yanağından öpdü. Əlini onun enib-qalxan sinəsinə, ürəyinin üstünə qoydu. – Balam 
təndir kimi yanır. Dərdin nə  ağır oldu, Siranuş!.. Sənə  nə oldu, qızım? Hansı 
bədnəzərin gözü dəydi… 
Siranuş heç bir söz deməyib, üzünü yana döndərdi, qaşlarını çatıb, gözlərini 
yumdu. 
- Gözünü aç, Siranuş. Bir gör sərçələr pəncərədə necə civildəşir… Bir bax, 
gün çıxıb, qar əriyib. Bu gün, sabah haçaquyruq qaranquşlar də gəlib eyvanımıza 
qonacaq, yaz açılacaq, bağçamızda gül gülü çağıracaq. Sənin toy məclisini orda 
quracağam… Həsrətimi ürəyimdə qoyma, Siranuş!.. 
Nvard qəhərləndi. Xəstəni, hönkürtüsü ilə narahat eləməmək üçün, çiyninə 
saldığı şalının ucunu ağzına tutdu. 
Saatlar ötüb keçdi. Gün günorta yerinə gəldi. 
Qapının dalından səs eşidildi: 
- Buyur, bjişk
3
, buyur! 
Baqratla Arakel içəri daxil oldu. 
Nvard tez ayağa qalxdı. 
Baqrat Arakelə stul verdi. 
- Otur, bjişk. Mənim naxoş qızım budur. 
Arakel balaca əl çamadanını  pəncərəyə qoydu. Stulu Siranuşun yatağının 
yanına çəkdi və Nvarda müraciət elədi: 
- Zəhmət olmasa, təmiz çay qaşığı gətirin. 
Həkimin gəlməsilə qaşqabağı bir az açılmış Nvard getdi. 
- Bu gözəl xəstə qızın adı nədir? 
Baqrat qəmgin halda cavab verdi: 
- Siranuşdur. 
- Aha, Siranuş, çox yaxşı… - deyə Arakel stulu bir az da xəstəyə yaxın 
çəkdi. Qızın üzünə diqqətlə  nəzər saldı. Onun nə vaxtdan xəstələndiyini, yaşını 
soruşdu. 
Baqrat onun suallarına ağır-ağır cavab verdi. 
Arakel qızın nəbzini tutdu, saata baxa-baxa onun ürəyinin döyüntüsünü 
saymağa başladı. 
- Ürəyi normadan çox vurur, - deyə Siranuşun qolunu yorğanın altına qoydu 
və qızdan soruşdu: - Haran ağrıyır, nədən şikayət edirsən? 
Huşu özündə olmayan Siranuş cavab vermədi. 
Baqrat bir az qabağa gəldi, xəstənin başı üstündə dayanıb dedi: 
- Səni həkim danışdırır, cavab ver, qızım. 
Siranuşdan səs gəlmədi. 
- Qız kürəyinin ağrısından şikayət eləyir. Çox öskürür, təngnəfəs olur, - deyə 
Baqrat üzünü qızına tutub əlavə etdi: - Özün danış, bala, dərdini həkimə de. 
Siranuş birdən gözünü açdı, lakin onların üzünə çox baxa bilməyib, başının 
ağrısından dərhal gözünü yumdu. 
                                                 
3
 B j i ş k  -  həkim (ermənicə). 


 
25
Nvard gəldi, qaşığı həkimə verib bir tərəfdə dayandı. Arakelin göstərişi ilə 
Nvard Siranuşun başını qaldırdı və ərinə: 
- Yastığı bəri çək, - dedi. 
Baqrat yekə bir yastığı götürüb Siranuşa söykək qoydu. Qızı yerinin içində 
oturtdular. Onu boğucu bir öskürək tutdu, sakit olandan sonra, həkim nəvazişlə 
dedi: 
- Siranuş, bir ağzını aç görüm. 
Başı üstündə durmayan Siranuş qanı qaçmış dodaqlarını bir-birindən 
ayırdı… 
Həkim xəstənin ciyərini, ürəyini müayinə etdi. 
Nvard Siranuşu yerinə uzatdı, yorğanı onun üstünə çəkərək yanında oturdu. 
Həkim nə isə düşünürdü. Nvard, onun fikrə getməsindən, qızının sağalmaz 
bir xəstəliyə tutulduğunu güman etdi. Yarpaq kimi titrəyən ana qəlbinə bir matəm 
çökdü. 
- Başına dönüm həkim, qızın xəstəliyi nədir? Azarı qorxulu deyil ki? 
Nvard həkimdən yaxşı sözlər, təsəlli verəcək bir cavab gözləyirdi. 
- Ona bərk soyuq dəyib, vaxtında müalicə olunmadığı üçün sətəlcəmə 
çevirib. Nə üçün qız xəstələnən kimi həkim çağırmamısınız? 
- Kənddə həkim, dava-dərman nə gəzir, a qadan alım. 
- Olanda da, qaçırsınız. Kasıblar həkimə, dava-dərmana verməyə pul tapmır, 
avamlar, dindarlar həkimi şeytan əməlli bir adam hesab eləyib, ümidini pirə, ocağa, 
nəzir-niyaza bağlayır, dövlətlilər də, fikirlərini cansağlığına yox, çox qazanmağa
sürü, mal-heyvan artırmağa verirlər. Elə sizin özünüz… övladsız nəyə gərəksiniz? 
Həkimin «övladsız nəyə gərəksiniz» sözləri Nvardın ürəyinə bir ümidsizlik 
kölgəsi saldı. 
- Yəni deyirsən… - Sözünün dalını deməyə Nvardın dili gəlmədi. 
Həkim onun nə soruşacağını başa düşdü. 
- Bəli, - dedi, - qızınızın xəstəliyi ağırdır. Ancaq… 
Arakel sözünü qurtarmamış Nvard: 
- Ah, balam əlimdən gedəcək! – deyə ağlamağa başladı. 
Baqrat arvadına acıqlandı: 
- Bir səsini kəs görək həkim nə deyir, qızın dərdinin çarəsi nədir. 
Nvard səsini kəsmədi: 
- Mənə  rəhmin gəlsin, ay həkim! Ona hələ toy eləməmişəm. Sən elə bircə 
qızımı sağalt, bax, bu ev-eşik, dövlət-mal hamısı olsun sənin… 
Arakel Nvarda və nitqi qurumuş kimi, ayaq üstə donub qalmış Baqrata 
təsəlli verib axırda dedi: 
-  Əsl həkim üçün pulun, payın heç bir əhəmiyyəti yoxdur. Onun vəzifəsi 
insanları sağaltmaq, vaxtsız ölümdən xilas etməkdir. Qızınızın sağalması üçün 
əlimdən gələni əsirgəməyəcəyəm. 
Arakel o gündən Siranuşun müalicəsi ilə məşğul oldu. 
 
«Dərd adamın canına xalvarla girir, misqalla çıxır». 
Günorta vaxtı idi. Arakel Siranuşa dərman verdikdən sonra, stulunu çəkib 
pəncərənin qabağında oturdu və kitab oxumağa başladı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə