Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   2   3   4   5   6   7   8   9   ...   111

 
15
Vahan: 
- Özünüzü ələ alın, Klavdiya Semyonovna, - dedi. – Göz yaşı heç bir dərdin 
çarəsi olmamışdır. İndi elə zəmanədir ki, insan gərək hər əzaba mərdliklə dözsün. 
Öz otağına getmək üçün Klavdiya gözlərini silə-silə ayağa qalxdı. Bu an 
dəhlizin qapısı bir neçə  dəfə döyüldü. Suren gedib açmaq istədi. Klavdiya onu 
qoymadı. 
- Kim olduğunu soruşub bilməmiş açmayın, - deyə Vahan Klavdiyaya 
müraciət elədi. 
- Siz gizlənin! – deyə Klavdiya getdi. 
Vahan döşəmədən zirzəmiyə açılan balaca qapını açıb Surenə müraciət 
elədi: 
- Hələlik aşağı enək. Bəlkə məni görüblər, izləyirlər?! 
- Əvvəlcə Suren, sonra Vahan aşağı enib qapını örtdü. 
Klavdiya qapını döyənin kim olduğunu soruşarkən, bayırdan nazik bir səs 
eşidildi: 
- Qorxma, aç! Sergeyin yanından gəlirəm. 
Klavdiya  ərinin adını  eşidən kimi qapını açdı. Saak içəri girdi. Çuxasının 
ətəyi ilə çarıqlarının qarını təmizlədi, qıllı papağını götürüb silkdi, başına qoyaraq 
Klavdiyanın üzünə baxdı… Klavdiya birinci dəfə gördüyü, cansız-çəlimsiz, orta 
boylu, sallaq bığlı bu adama diqqətlə nəzər yetirdi. Saak gülə-gülə dedi: 
- Təəccüb eləmə, Klavdiya bacı. Mən dost adamam. Ona görə bu gecə vaxtı 
sizə  gəlmişəm. Sənə  şad xəbər gətirmişəm.  Ərin Sergey sağ-salamatdır. Özü də 
bir-iki günə kimi evdə olar. Mən bolşovoyam. Onun yoldaşıyam. Qazamatdan 
qaçmışam. 
Klavdiya Saakı otağa dəvət elədi. Zirzəminin balaca qapısını açıb, gələnin 
kim olduğunu Vahanla Surenə dedi. Onlar zirzəmidən çıxdılar. 
Saak onları görcək sevinclə: 
- Oho, əziz yoldaşlar, siz də burda imişsiniz! – dedi. – Bəs niyə zirzəmiyə 
girmişdiniz? Yoxsa qorxdunuz? 
Vahan: 
- Qorxmaq nədir, ehtiyat lazımdır, - dedi. – Nə yaxşı oldu səni buraxdılar. 
Hər üçü görüşüb oturdu. 
- Danış görək, Saak, necə azad oldun?! Qalan yoldaşlar hardadırlar? 
- Eh, ay Vahan yoldaş, Allah heç kəsi qazamata salmasın. Cəhənnəm deyilən 
yer oradı. Mən çəkdiyim  əzabların hamısını danışsam başınızın tükü qabarar. 
Qərəz, məni, Qurgeni və Sergeyi saldılar dar, havasız bir yerə. Xarabanın nə 
pəncərəsi vardı, nə bacası. Bizi beş-altı kərə danışdırdılar. Silistçi mənə dedi: «A 
çulu cırıq, səni kim öyrətmişdi ki, Baqrat ağanın üzünə  ağ olurdun. Dərzlərini 
çöldən daşıyıb öz evinə aparırdın?» Dedim, kim öyrədəcək, yoxsulluq, aclıq… 
Dedi: «Səni yoldan çıxaran bolşovoyların yerini de». Sənin canın üçün, Vahan 
yoldaş, heç birinizin adını demədim. Silistçi gördü ki, yox, mən ağzından söz 
qaçıran adam deyiləm, başımı, gözümü doladı yumruğa. O qədər döydü ki, bir ay 
yerimdən tərpənə bilmədim. Qabırğalarım indi də  ağrıyır. Amma, qardaşlar… - 
Saak sözünün dalını nədənsə deməyib susdu. 
Suren soruşdu: 


 
16
- De görək, Qurgenlə Sergey indi hardadırlar? Sən özün qazamatdan necə 
qurtardın? 
Saak köksünü ötürüb cavab verdi: 
-  İyirmi gün olar ki, Sergeydən xəbərim yoxdur. Onu məndən ayırdılar. 
Gecənin bir yarısında Sergeyi çıxardıb aparanda mən ağladım. Elə bildim, yazığı 
öldürməyə aparırlar. O, mənə ürək-dirək verdi. Dedi: «Ağlama, sağ qalsaq yenə 
görüşərik. İşdir, sən məndən tez buraxılsan, gedərsən Gorusa, arvadıma deyərsən 
ki, məndən nigaran olmasın, hələ sağam. O, külfətinin hansı küçədə yaşadığını, 
adını mənə qabaqca demişdi. İndi mən Sergeyin xətrinə, bu qarda-soyuqda durub 
gəlmişəm. Sizi də burada görüb şad oldum. Qurgen barədə  nə deyim?! Onu ayrı 
yerə salmışdılar. 
Göz yaşı axıtmayıb, ürəyində  ağlayan Klavdiya ərinin taleyini və özünün 
gələcəyini düşünürdü. 
Suren Saakdan soruşdu: 
- Qazamatdan sən özün nə təhər buraxıldın? 
- Mən qoçaqlıq eləmişəm. Düzü, hiylə qurub qaçmışam. 
Vahan gözünü Saakın tük basmış üzünə dikib soruşdu: 
- Nə hiylə? 
- Bəli, yoldaş Vahan. Gördüm ki, qazamatdan, daşnakların  əlindən 
qurtarmaq üçün hiylədən başqa çarə yoxdur. Bir gecə qapını bərk döydüm. Keşikçi 
gəldi. Dedim, naçalniki çağır, ona vacib sözüm var. Getmək istəmədi; yalvarıb 
yaxardım, dedim, qazamatdan çıxanda sənə pul da verərəm. O, bir az yumşaldı. Elə 
bu vaxt naçalnik özü gəldi. «Sənin nə ixtiyarın var dustaqla danışırsan?» deyib 
keşikçini  şallaqladı. Mənə  də  hədə-qorxu gəldi. Dedim, naçalnik, mən hər  şeyi 
demək istəyirəm. Naçalnik gülümsündü, ancaq bir söz deməyib getdi. İkinci gecə 
məni bir  əli tüfənglinin qabağına qatıb dedi: «Bunu apar silistçinin yanına». Mən 
qabaqda, saldat da mənim dalımca gedirdik. Qaranlıq, adamsız, dar bir küçənin 
başına çatanda, götürüldüm… Saldat: «Dayan! Dayan!» deyə dalımca iki-üç güllə 
atdı. Mən tez döngəni buruldum, bir neçə dəfə yıxılıb qalxdım, axırı özümü saldım 
bir həyətə. O yana, bu yana baxıb heç kimi görmədim, o saat girdim su quyusuna. 
Orda nə  qədər qaldığımı bilmirəm. Qərəz, nə başınızı  ağrıdım, quyudan çıxdım. 
Tez özümü vurdum dağ-daşlara. Gündüzlər kahalarda, mağaralarda gizləndim, 
gecələr yol getdim. Aclıq, yorğunluq məni taqətdən salmışdı… Qərəz, srağagün 
gəlib çıxdım  Əngələvidə. Mənim qaçmağım belə oldu. Tapsalar dərimə saman 
təpəcəklər. İndi fikriniz nədir, biz nə eləyək? Hara gedək ki, qorxusuz olsun? 
- Saak əmi, kənddə olanda bizə getdinmi? Evimizdən bərk nigaranam… 
- Düzü, Suren, macal tapa bilmədim. Salamat olarlar, nigaran qalma… 
Vahan: 
- Sən, Saak, öz evinə qayıt, - dedi. – Səninlə əlaqə saxlarıq. Ancaq elə elə ki, 
ələ keçməyəsən. 
- Bu saat durub gedirəm. Bəs siz? Burda qalacaqsınız, yoxsa bir yerə 
gedəcəksiniz? Bir də mənə iş tapşırın. Axı, mən bolşovoyam… 
Vahan onun sözünü kəsdi: 
- Hələlik evinə get. İşimiz sonra olacaq. Biz də bu evdə qalacayıq. Getməyə 
başqa yerimiz yoxdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə