Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   4   5   6   7   8   9   10   11   ...   111

 
20
- Yox, yox, hiss edirəm ki… - o, susdu, sonra köksünü ötürüb əlavə elədi: - 
Sizi qınamıram.  İndi insanlarda etibar qalmayıb. Qardaş qardaşa, ata oğluna 
inanmır, ürək qızdırmır. Bunun hamısına günahkar zəmanədir. 
Vahan çeşməyini gözündən götürüb cib dəsmalı ilə silə-silə dedi: 
- Adamların hamısını etibarsız zənn etmək düz olmaz. Necə deyərlər, dünya 
xali deyil. Əlbəttə, qoyun dərisi geyib sürünün içinə soxulan qurdlar da var. Sən ha 
eləyib onun qurd olduğunu bilincə, o böyük ziyanlar vurur. Həkim Arakeli isə biz 
etibarsız adam hesab eləmirik. 
Suren yerindən söz atdı: 
- Mən həkimin yaxşılığını heç vaxt unutmayacağam. Ancaq onun diqqəti, 
qayğısı sayəsində sağalmışam. Onu da bilirəm ki, hamı Koçaryana yaxşı bir həkim, 
mehriban və insanpərvər bir adam kimi çox hörmət edir. Deyirlər ki, doktor 
xəstələrinin çoxundan pul almır. 
Vahan Surenin sözünə qüvvət verdi: 
- Elədir. Doktor Arakel insanlara şəfa verdiyi üçün fəxr edə bilər. 
Arakel gülə-gülə: 
- Mehriban və insanpərvər olduğumu bilmirəm, - dedi. – Ancaq çalışıram ki, 
həkimlik vəzifəmi layiqiylə yerinə yetirim. Amma, burası da var ki, elin yaralarını 
sağaltmaq üçün beş, on həkim kifayət deyil. Xalqın ürəyində çox ağır, dərin kök 
salmış dərdləri var. Onları sağaltmaq üçün böyük və məharətli əməliyyat lazımdır. 
Arakelin sözlərinin başqa bir rəng aldığını dərhal anlayan Vahan soruşdu: 
- Elin dərdi deyəndə nəyi nəzərdə tutursan, doktor? 
- Onu sizin hər ikiniz məndən yaxşı bilirsiniz. Çünki bu sahədə siz məndən 
təcrübəli həkimsiniz… 
Üçü də bir-birinin üzünə baxdı. Aralığa çökən ani sükutdan sonra həkim 
dilləndi: 
- Atalar deyər ki, göz görmək, qulaq eşitmək üçündür. Erməni kəndlilərinin 
dilənçi, acınacaqlı  həyatı göz qabağındadır. Öz yurd-yuvalarından dağıdılmış 
müsəlman kəndlilərinin ahı-naləsi hələ  də qulaqlardan getməyib… Mən dərd 
bunları hesab edirəm, Vahan!.. 
Həkimdən belə sözləri ilk dəfə  eşidən Vahanla Suren təəccübləndilər. 
«Bəlkə, bu da daşnakların adamıdır… bizdən söz alır», deyə ürəklərində 
fikirləşdilər. Lakin şübhələrini büruzə vermədilər. 
Arakel ayağa qalxıb: 
- Mən gedirəm, - dedi, - səhər Əngələviddə olmalıyam. Baqrat ağanın qızı 
xəstədir, onun yanına çağırıblar. Nə zaman lazımınız olsam, evimi tanıyırsınız. 
Qulluğunuzda durmağa hazıram. 
Vahan həkimə təşəkkür etdi. Suren istədi desin ki: «Doktor, atam Armenakı 
orada gör, de ki, ondan, anamdan, bacımdan çox nigaranam. Saak mənim 
tapşırığımı onlara yetirməyibmi? Atam daha Gorusa gəlməsin. Mən özüm evimizə 
gələcəyəm…». Lakin demədi. 
- Gecəniz xeyrə qalsın! – deyə Arakel qara drap paltosunun yaxasını 
qaldırdı… 
Suren onu həyətdən ötürüb qayıtdı. 
- Hava necədir? 


 
21
Suren Vahanın sualına fikirli cavab verdi: 
- Bərk soyuqdur, qaranlıqdır. 
- Niyə fikirlisən? 
- Doktor mənim əlimi sıxıb ayrılanda dedi: «Camaatın yaralarını sağaltmaq 
istəyən  əsli həkim sizsiniz. Sən qoçaq oğlansan, amma, bundan sonra, döyüşə 
girəndə, elə et ki, yaralanmayasan…». Düzü, bu sözlər, bir də onun bu axşamkı 
danışığı məni şübhələndirir. 
- Burada şübhəli və təəccüblü heç bir şey yoxdur. O, bizim məqsədimizi çox 
yaxşı başa düşür… Lakin açıq bir söz demir. Mən belə anlayıram ki, nə bizə 
yaxınlaşmaq istəyir, nə daşnaklara. 
- Məncə belələrinə o qədər də bel bağlamaq olmaz. 
- Doktor Arakel haqqında mən belə düşünmürəm. O, nəcib ziyalıdır. 
Belələrini həyat həqiqətlərilə öz tərəfimizə çəkə bilərik. 
- Bizi ələ verəcəyindən ehtiyat edirəm. 
- Buna inanmıram, - deyərək Vahan yenə saatına baxdı. – Nə isə, yığışmaq 
lazımdır. Saat on ikidir. Kəndə gedib çıxınca sübh açılar. 
Onlar paltarlarını, sənədlərini yığışdırdılar.  Şapiroqrafı taxta çamadana 
qoydular. Başlıqlarını boyunlarına dolayıb, tiftik əlcəklərini geydilər. 
Vahan həyətə çıxıb ətrafa göz gəzdirdi, tez qayıtdı. Əlini çamadana atıb: 
- Gedək, – dedi. 
Suren bağlamanı götürdü. Evdən çıxdılar. Vahan qapını bağlayıb, açarını 
cibinə qoydu. 
Onlar o tərəfə, bu tərəfə baxa-baxa şaxtalı gecədə həyətdən aralandılar. 
…O başdandı. Xoruzlar səs-səsə verib banlayırdı. Bir azdan sonra, hava 
işıqlanacaqdı… 
Soyuqdan  əllərini qara şal pencəyinin ciblərinə qoymuş, boynunu qısıb 
toyuq kimi büzüşmüş Saak həyətə girdi. O yana, bu yana nəzər salıb, yavaş-yavaş 
evin qapısına yanaşdı. Qapını yavaşca döydü. İçəridən səs gəlmədi. İkinci, üçüncü 
dəfə bərkdən döydü, yenə cavab verən olmadı. Qapını gücü gəldikcə itələdi, lakin 
aça bilmədi. Həm acığından, həm soyuqdan əsə-əsə öz-özünə deyinməyə başladı: 
«Bu lənətə gəlmişlər, qapını niyə açmırlar…» - o dolanıb, Klavdiya yatan otağın 
pəncərəsinin qabağına gəldi. Bir neçə dəfə şüşəni ara verə-verə döydü. Otaqdan səs 
çıxmadı.  Ərinin qayıdacağından ümidini kəsmiş Klavdiya iki gün bundan əvvəl 
köçüb Bakıya, ata-anasının yanına getmişdi. 
Saak geri çəkilib fikrə getdi: «Onlar qaçıblar, yoxsa, qəsdən qapını 
açmırlar?» 
O, dayanıb gözləmək qərarına gəldi. Titrəməli adamlar kimi dişləri bir-
birinə dəyə-dəyə pəncərənin altında çöməltmə oturdu. 
Səhər açıldı. Şaxta sanki qanını, iliklərini dondurmuş Saak pəncərədən içəri 
baxdı. 
«Evin yıxılsın canım! – deyə iki əlli başına vurdu. – Otaqlarda bir adam 
yoxdur… Onlar qaçıb gediblər. Allah, mən yenə  bəlayə düşəcəyəm!.. Ocağın 
sönsün canım, mən nahankapetə nə deyəcəyəm...». 
 


 
22
Saak yaxasını Karonun əlindən necə qurtaracağını fikirləşə-fikirləşə, öz-
özünə  tədbir tökə-tökə içəri girdi. Baş  əyib, qapının yanında dayandı. Səhər saat 
yeddiyə kimi Saakın gəlməsini gözləyən və əməliyyat üçün hazır olan Karo gülə-
gülə dedi: 
- Saak kişi, gəldin? Danış görək. Bu saat gedib onları caynağımıza 
keçirəcəyikmi? Yaxına gəl, niyə elə büzüşmüsən? Olmaya, gecənin  şaxtası  səni 
qurudub… Ancaq gördüyün iş çox şərəfli işdir, dövlət işidir. Hə, danış! 
Saak  əllərini döşündə çarpazlayıb irəli addımladı, gəlib Karonun stolunun 
qabağında dayandı. Keçən gecəki «fəaliyyətindən» qorxa-qorxa danışdı. Nəhayət, 
güclə eşidiləcək bir səslə dedi: 
- Onlar qaçıblar. 
Sanki Karonun başına bir güllə vurdular. Yaralı pələng kimi nərildədi: 
- Sus, dəyyus oğlu, sus! – deyə stuldan qalxıb Saakın yanına gəldi. – De 
görüm necə qaçıblar? Hara qaçıblar? Bəs ev sahibəsi Musatova hardadır? 
- Bilmirəm, nahankapet. 
- Bilirsən! Yaxşı bilirsən, şan vordi
1
. – Karo onun tüklü üzünə bir tərs sillə 
vurdu. – Onları qaçıran sən özünsən, xain, tülkü! – Karo var gücüylə ikinci silləni 
vurmaq istəyəndə, Saak özünü geri verdi. 
- Nahankapetin canına and olsun ki, mən hökumətə xain deyiləm. Bu sifət 
məndə olsaydı, qazamatdan buraxmazdılar. Nə eləyim ki, onlar… 
Karo qışqırıb Saakın sözünü kəsdi. 
- Qazamat, qazamat! – Səni buraxdılar ki, bolşevikləri ələ verəsən, ya yox? 
Şan vordi! Amma, görünür ki, sən köhnə əqidəndən dönməmisən. 
- Xeyr, başın üçün, məndə heç bir əqidə yoxdur, nə köhnə, nə  təzə. Mən 
kişiyəm, söz vermişəm, axır nəfəsimə kimi erməni hökumətinin qulu olacağam. 
Karo istehzalı bir təbəssümlə: 
- Buna bax, kişiyə bax! – dedi, - hər bığı, saqqalı olana kişi deməzlər. – 
Hirsindən özünü ələ ala bilməyən general-qubernator Saakın, qəlyan tüstüsündən 
saralmış sallaq bığından yapışıb dartdı… - Bu kişi bığı deyil, gədə bığıdır, gədə! 
Mən bundan bir tük qoymayacağam qalsın. 
Üzünün bir tərəfi  əyilib, ağzı açıla qalmış Saak, bığını Karonun əlindən 
qurtarmaq üçün yalvara-yalvara yerə çökdü. Karo onu təpiklə vurub döşəməyə 
sərdi. Geri çəkilib mauzerini çıxartdı. 
Ölümünü yəqin edən Saakın bədəni qorxudan titrədi… Karonun kitelinin 
ətəyindən yapışıb yalvarmağa başladı: 
- Balalarım sənə qurban, nahankapet, məni öldürmə!.. Rəhmin gəlsin!.. 
Vahanla Sureni yerin altında da olsalar tapacağam, möhlət ver. 
Karo mauzeri qoburuna qoydu. 
- Yaxşı, səni yenə yoxlayarıq. Sözlərin yalan çıxsa, özünü də, ailəni də məhv 
edəcəyəm! Get o bolşeviklərin yerini öyrən, mənə xəbər ver. 
Ağasından aman və  mərhəmət görmüş bir qul kimi, Saak sevinə-sevinə 
getdi. 
 
                                                 
1
 Ş a n   v o r d i  -  it oğlu (ermənicə). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə