Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   2   3   4   5   6   7   8   9   ...   111

 
13
İkinci fəsil 
 
Günün batan çağı idi. Qış olsa da, hava sakit və xoş idi. 
Həkim Arakelin müalicəsi sayəsində yaraları uyuşmuş, lakin tamamilə 
sağalmamış Suren pəncərənin qabağında oturub papiros çəkir, Gorusun məhzun 
görünən qarlı dağlarına, ehram şəkilli qayalarına tamaşa edirdi. 
Suren hələ bir «işdən» yapışa bilmədiyinə darıxırdı: «Niyə  gərək hər xata, 
hər macəra mənim başıma gəlsin? Nə ata-anama yaxşı  oğul oldum, nə 
məhəbbətdən yarıdım, nə də camaatı bir xoş günə çıxara bildim…». 
Onun qəlbi sanki bir kitab kimi vərəqləndi: «Özünü talesiz və hər şeydən əli 
üzülmüş sananlar – acizlərdir. Hər günün, hər ilin bir hökmü var. Qarşında hələ 
çox çətin, qovqalı yollar durur. Sən o yolları keçməyincə, nə  səadətə qovuşa 
bilərsən, nə  məhəbbətə. Qələbə  əldə etmək, ağacdan alma dərmək kimi asan 
deyildir. Qışsız bahar olmadığı kimi, döyüşsüz,  əziyyətsiz, qurbansız da qələbə, 
xoşbəxt həyat yoxdur. 
Gözəl və  sərvətli ölkəni işğal etmiş qara qüvvələr səninlə yoldaşlarının 
ürəyinə iyirmi altı dağ çəkdi. Lakin, iyirmi altı nər oğul itirmiş və sənin mənsub 
olduğun firqə sarsılmamışdır…». 
Suren xeyli düşündü. Tamaşa etdiyi mənzərələr daha görünməz oldu. Arası 
kəsilmədən yağan iri, quş başı qar pəncərəyə boz bir pərdə  çəkdi.  Şüşələrdə 
Surenin xəyalı kimi, müxtəlif şəkillər, naxışlar əmələ gəldi… 
Suren atasının, bacısının ölümündən, anasının halından xəbərsizdi və onların 
indiyə kimi köçüb gəlməməsi onu bərk darıxdırırdı. 
O düşündü: Onlar hara getdilər?  Əgər,  Şəki dağılmasa idi, Nəbigilə gedə 
bilərdilər». 
Surenin Siranuşdan da xəbəri yox idi. Karoya adaxlandığını da bilmirdi. O, 
eşitmirdi ki, öz eşqinin  əsiri olan Siranuş bu saat xəstəlik yatağında, hərarət 
içərisində sayıqlayır: «Suren! Hardasan, Suren?» deyir. 
Axşam düşdü, hər yerə ürəksıxıcı bir qaranlıq çökdü. 
Mehriban bir bacı kimi, Surenə qulluq edən, onun qüvvətə gəlib, sağalması 
üçün varını-yoxunu əsirgəməyən Klavdiya içəri girib lampanı yandırdı. Pəncərənin 
taxtasını örtdü, sonra qayıdıb çay-çörək gətirdi. 
Suren Klavdiyanın solğun üzünə,  ərinin intizarını  çəkən kədərli gözlərinə 
baxdı, köksünü ötürüb dedi: 
- Sənə də zəhmət veririk, Klavdiya bacı. Bizi bağışla – iş belə düşüb. 
- Heç bir zəhməti yoxdur. Sergeyin xatiri üçün əlimdən gələni sizdən 
əsirgəməyəcəyəm. Amma Sergey yoxa çıxdı. – Klavdiya dərindən köksünü ötürdü. 
– Mən ondan tamam əlimi üzmüşəm… 
- Elə demə, Klavdiya bacı. Vallah, bir də görəcəksən ki, qapı açıldı. Sergey 
gülə-gülə içəri girdi. 
- Yox, Suren, o sağ-salamat olsaydı gəlib çıxardı. Bilmirəm hara gedim, onu 
harada axtarım, kiminlə danışım… 
Suren Klavdiyaya nə  qədər təsəlli verdisə  də, bu vəfalı, cavan qadın 
ovunmadı. Özünü ağlamaqdan zorla saxlayıb dedi: 


 
14
- Sən çörəyini ye, Suren. 
Klavdiya getdi, lakin çox çəkmədi ki, o biri otaqdan hönkürtüsü eşidildi… 
Suren çay içməyə başladı. 
Bayır qapısı iki dəfə  kəsik-kəsik döyüldü. Qapının bu cür vurulmasından 
gələnin kim olduğunu başa düşən Klavdiya gedib açdı. Sergeyi, Qurgeni, Saakı və 
başqa dustaqları azad etdirmək üçün İravana getmiş Vahan dəhlizə girdi. Üst-
başının qarını təmizləyib otağa daxil oldu. Klavdiya öz otağına getdi. 
Suren stəkanı nəlbəkiyə qoyub, tez yerindən qalxdı. Uzun səfərdən qayıdan 
atasını sevinclə qarşılayan bir uşaq kimi, Vahanın qabağına yeriyib, boynunu 
qucaqladı, bir şad xəbər söyləyəcəyini gözlədi. Vahan Surenin kefini soruşdu. Hər 
ikisi oturdu. 
- Yoldaşları görə bildinmi? Buraxdıra bildinmi? 
- Nə görmək mümkün oldu, nə buraxdırmaq. Parlament üzvü olan bir 
kommunist yoldaşla danışdım. O da bizimkilərin azad olması üçün çalışır. Lakin 
daşnaklarla dil tapıb danışmaq çətindir. Xatisov hökumətinin üzvləri ingilis-
amerikan nümayəndələrinin icazəsi olmadan, heç bir iş görmürlər.  İmperialistlər 
özlərini ölkədə çox sərbəst hiss edirlər. Hətta onlar İravanda ayrıca həbsxana 
açaraq, polis dəstələri saxlayırlar. Bunların hamısı Ermənistanda, bütün 
Zaqafqaziyada Sovet hakimiyyətinin qurulması  uğrunda gedən mübarizəni 
söndürmək üçündür. Amerikanlar kəşfiyyat və casusluq orqanına çevirdikləri 
«Qırmızı xaç» təşkilatının vasitəsilə daşnaklara kömək edirlər. Eyni zamanda, 
kommunistlərin kökünü kəsməyi daşnaklardan tələb edirlər. Onlar Naxçıvan 
ölkəsini Ermənistanın ixtiyarına verməyi vəd edirlər. Daşnakları Vedibasar, 
Zəngibasar müsəlmanları üzərinə hücuma şirnikdirir, türklər və almanlar kimi
onlar da millətlər arasına ədavət salırlar. Onsuz da dilənçi halına düşmüş ölkənin 
sərvətini çəkib aparırlar! – Vahan bir an nəfəsini dərib, sözünə davam elədi: - İş 
getdikcə  çətinləşir, Suren. İndi biz, daşnak hökumətiylə mübarizə aparmaq üçün 
partizan dəstələri düzəltməliyik. 
- Partizan dəstələri? 
- Bəli. Vəziyyət indi belə  tələb eləyir. Dörd divar arasında qalmaq bizə  əl 
verməz. Hələlik Gorusdan çıxmalıyıq! 
Onlar yeni mübarizə üsulları, formaları haqqında xeyli danışdılar. 
Klavdiya içəri girib bir tərəfdə oturdu. 
- Sergeydən bir xəbər öyrənə bilmədin ki, Vahan Barxudaroviç? – deyə 
soruşdu. 
Vahan nə cavab verəcəyini bilmədi, bir an tərəddüd içərisində qaldı. Ərinin 
həbs edildiyini indiyə  qədər bilməyən qadını ruhu əzablardan qurtarmağı lazım 
bildi. 
- Sergeyin yerini öyrənmişəm, - dedi. – Sağ-salamatdır. 
- Salamatdır? – Klavdiyanın gözləri sevinclə parladı. Bu şad xəbərə görə 
Vahanı bir qardaş kimi qucaqlamaq istədi. – Sergey hardadır? 
- İravanda, həbsdədir. 
- Necə? Həbsdə? – Elə bil Klavdiyanın üstünə bir qazan soyuq su tökdülər. 
Bir an əvvəl sevinclə gülən gözləri qaraldı, qəlbinə matəm çökdü. O, birdən 
qışqırdı: - Mən sənsiz necə yaşayacağam, Sergey! 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə