Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   13   14   15   16   17   18   19   20   ...   111

 
40
Hər şeydə möhkəm, sözünün üstə duran, inadcıl, amansız olan Baxış bəyin 
bir zəif cəhəti vardı: çox şorgöz idi. Yaşa dolduqca bu mərəz onda daha 
şiddətlənirdi. 
Uca boylu, ağ, nəcib sifətli, qara qaşlı, ala gözlü arvadı  Şölə xanım onun 
gözünü kənardan yığa bilmirdi. Çox zamana bu barədə aralarında söz, inciklik 
olurdu. Şölə xanım uşaqlarına və namusuna boğulub Baxış bəydən boşanmırdı. 
Şölə xanım başqasının arvadı olsaydı, Baxış  bəy yəqin ki, onun qarşısında 
diz çöküb yalvarar, müxtəlif vasitələrlə  ələ  gətirərdi. Ancaq o, hər gün gözünün 
qabağında olan pak bir gözəllik mücəssəməsinə qarşı kor və laqeyd idi. Ona görə 
də arvadının yumşaq rəftarını, etibar və ailəpərəstliyini qiymətləndirmirdi. Daha 
doğrusu, Şölə xanımda olan bu müsbət cəhətləri dərk edə bilmirdi. Adətən, Baxış 
bəy kimi pozğun və zövqü korlanmış adamlar insanın daxili və xarici 
məziyyətlərini görüb, qiymət vermək qabiliyyətindən məhrum olurlar. 
Baxış  bəyin fikrincə, «harama əl qatmayan kişi, heç kişi deyil». O, istər 
zorla, istər xoşla  ələ saldığı adamların sayını artırmağı özünə xüsusi məharət və 
şöhrət sanırdı. Baxış bəyi bütün Həkəri-Bərgüşad kəndliləri bu cəhətdən də yaxşı 
tanıyırdılar. Söhbət düşəndə deyirdilər: «Uzunqulağa da tuman geydirib, başına 
yaylıq örtsən, Baxış  bəyin tamahı düşər». Lakin heç kəs cəsarət edib bəyin bu 
xasiyyətini onun üzünə demirdi. 
…Çiynini eyvanın dirəyinə söykəyib, qələmə kimi dimdik dayanmış Baxış 
bəy gözünü Növrəstədən çəkmirdi. Gah onun dirsəyə kimi çırmanmış  ətli 
qollarına, gah ilik kimi ağaran yaraşıqlı baldırlarına baxırdı. O, Növrəstənin nə 
təhər bədən sahibi olduğunu onun qollarından və  qıçlarından təsəvvür edirdi
köksünü ötürüb ürəyində deyirdi: «Yox, qaçqın qızı, Şəki maralı əlimdən qurtara 
bilməz». 
Növrəstə eyvana baxsın deyə, Baxış  bəy bir neçə  dəfə ucadan öskürdü. 
Nəinki Növrəstə, heç kəs bu öskürməyə fikir vermədi, bəlkə də eşitmədi. Baxış bəy 
zümzümə eləməyə başladı. Növrəstə yenə ona tərəf baxmadı. Baxış  bəy özünü 
saxlaya bilməyib, həyətə endi, Növrəstəyə yaxınlaşdı. Növrəstə tumanının ətəyini 
belindən açıb qıçlarını örtdü, paltarının qollarını aşağı saldı. 
Baxış  bəy ürəyində dedi: «Ay kafirin balası, qol-qıçını niyə gizlədirsən? 
Məni yerimdən oynadan axı onlardır. Yoxsa, mənim, sənin atan Nəbinin yanında 
nə işim vardı…». 
Baxış bəy: 
- Qız, üzümə niyə baxmırsan? – dedi. – Səni çağırmırdım? Eşitmirdin? 
Növrəstə dilləndi: 
- Eşitməmişəm, ağa. 
Baxış bəy Növrəstəyə sarı əyilib, qulağına nə isə demək istədi… Utanan və 
bir qədər özünü itirən Növrəstə geri çəkilib, fərşi yığışdırmağa başladı. 
Baxış bəy onun qarşısına keçib gülə-gülə, astadan dedi: 
- Utanma, bala. Anama demişəm ki, sənin haqqını artıqlaması ilə versin. 
- Nə deyirəm, ağa, versə də, verməsə də, Aftab xanımın öz işidir… 
- Sən fikir eləmə, vəziyyətinizi yaxşılaşdıracağam.  İşini gör! – deyə Baxış 
bəy ondan aralanıb, həyətdən çıxdı. 


 
41
Bəy gedəndən sonra kənizlər öz aralarında pıçıldaşmağa başladılar. Nubar 
sabınlı əlini təknədən çəkib, Həlimənin qulağına dedi: «Baxış bəy çarxı xoruz kimi 
Növrəstənin yan-yörəsində niyə dolanır? Deyəsən, aralarında bir şey var axı…». 
Həlimə yavaşdan Nubara cavab verdi: «Bəy yaman şorgözdür. Amma Növrəstə 
barədə imanımı yandıra bilmərəm. Bir də bizə nə… Can onun, cəhənnəm tanrının, 
işini gör. Sən qoca, mən qoca, kimin bizə tamahı düşəcək. Arpaya qatsalar at 
yeməz, kəpəyə qatsalar it. İşləyib bir parça çörəyimizi yeyirik…». 
Növrəstə fərşi güclə çiyninə qaldırıb eyvana çıxartdı. 
Aftab xanım onu haqq vermək üçün otağa çağırdı. 
…Növrəstə evlərinə getmək üçün həyətdən çıxanda Baxış  bəy darvazanın 
yanında durmuşdu. Bəlkə  də Növrəstəni danışdırmaq, bir ağzını yoxlamaq üçün 
gözləyirdi. 
Növrəstə sakit ötüb keçmək istədikdə, bəy gülə-gülə söz atdı: 
- Qızım, gedirsən? 
- Bəli, ağa! 
- Eşitmədim, səsini niyə qısırsan, küçük. Adam ağasından utanmaz. 
- Dedim, gedirəm… 
- Hə, indi eşitdim. Narazı getmirsən ki? 
- Xeyr. 
- Belə ha. BərəkAllah, qızım. Bizə tez-tez gələrsən, iş görərsən, haqqına da 
çörəkdən, düyüdən, yavanlıqdan alıb apararsan atana, qardaşına. 
Növrəstə daha bir söz deməyib addımlarkən, bəy yenə «qızım» deyə-deyə 
onu danışığa tutdu. Lakin ürəyindəkiləri açıb deyə bilmədi. Aşağıdan iki atlı onlara 
tərəf yaxınlaşırdı. Bunun biri Əli Sadiqi, ikincisi Fərman idi. 
Növrəstə aralanıb gedə-gedə  Fərmana, Fərman da ona baxdı. Ancaq bir-
birini danışdırmadılar… 
 
Pəncərəsi Bərgüşad çayına baxan geniş otaqda şirin söhbət gedirdi. 
Əli Sadiqi adəti üzrə əlini-qolunu oynada-oynada deyirdi: 
- Bəli, Baxış  bəy, mənim canım, ürəyim millətin, müsavatındır. Mən 
müsavat quruluşu üçün az əziyyət çəkməmişəm. Amma hələ ki, əzab-əziyyətimə 
layiq qulluq, vəzifə tutmamışam. Eybi yoxdur, bu da keçər. Millətim bir zaman 
qədrimi bilər… 
Baxış bəy söz atdı: 
- Bundan artıq nə qulluq istəyirsən? Bərgüşadın pristavısan! 
- Hm, pristav… Məndən savadı az, dərrakəsi az olanlar parlament üzvüdür, 
nazirdir. Ancaq ümidvaram ki, bizim hörmətli sədr-əzəm ki, ibarət olsun cənab 
Fətəli xan Xanxoyskidən, bir gün məni yadına salacaq. Çəkib aparacaq Bakıya, 
deyəcək, otur nazirliklərin birinin başında.  Əlbəttə, əgər belə iş olsa, mən maarif 
nazirliyindən başqa heç yerə getmərəm. Çünki mən o sahədə uzun illər qələm 
çalmışam. Qəzetlərə  məqalə yazıb, bədbəxt müsəlman millətimi oyatmışam. Bir 
dəfə millət deyəndə, dodağım on yerdən partlayıb. Nə isə, indi at belində pristavlıq 
eləyirəm. – O, öz-özünə istehza edirmiş kimi, sözünə davam elədi: - Kəndlərdə 
qayda-qanun düzəldirəm.  İnzibati iş aparıram. Ağaların, dövlətlilərin, sənin kimi 
bəylərin malını, canını qoruyuram, asayişini təmin edirəm. Amma sən Baxış bəyin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə