Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   2   3   4   5   6   7   8   9   10   ...   111

 
17
- Yaxşı, onda mən yubanmayım… - Saak yerindən qalxdı. 
Klavdiya Saakın bu gecə vaxtı getməsinə razı olmadı, lakin o, qalmaq 
istəmədi. 
- Yeriniz dardır. Burda qonaqçım var, gecəni onun evində qalaram. Daha, 
salamat olun! – Saak onlarla görüşdü. – Kənddə qalmaq mənim üçün qorxulu olsa, 
sizin yanınıza gələcəyəm. Xudahafiz. 
Saak qapıya tərəf getmək istərkən, Suren onu dayandırdı. 
- Saak əmi, atama da de ki, tez yığışıb gəlsin. Məndən də nigaran qalmasın. 
- Deyərəm, arxayın ol. 
Saak getdi. Vahan onun arxasınca baxıb nə isə fikrə daldı. Klavdiya durub 
öz otağına çəkildi. 
 
Əllərini  şalvarının ciblərinə qoyub otaqda vargəl edən Karo Samvelin 
qarşısında dayandı. Onu başdan ayağa süzüb soruşdu: 
- Bir şey öyrənə bildinmi? 
- Xeyr. 
- Xeyri daha nə oldu, malbaş! 
- Kəndlilər heç bir şey demirlər, özüm də açıqdan-açığa kimdən soruşaydım. 
- Baqratla Qrikorun Şələkdən Əngələvidə bir gəldiklərini söyləmirdilərmi? 
Samvel cavab verməyib, çiynini atdı. Karo amiranə  tərzdə sualını 
təkrarlayıb, əlavə etdi: 
- Sən xəfiyyəsən, malbaş. Gərək hər  şeyi biləsən. Özün də düz danışasan. 
Heç bir şeyi hökumətdən gizlətməyəsən. Yaxşı, de görüm Baqratla Qrikor günün 
hansı vaxtında Şələkdən yola düşüblər. 
Samvel udquna-udquna cavab verdi: 
- Düzü, bilmirəm. – O, nə isə fikirləşdi, sonra gülümsünərək dedi: - Yoxsa, 
öz qaynatandan da şübhələnirsən, yeznə? 
- Yeznə-meznə bilmirəm, - deyə Karo üz-gözünü turşutdu. – Mən general-
qubernatoram, sən xəfiyyə. Cinayətin üstü açılmalıdır. Özü də sən açmalısan. Atan 
da cinayət eləmiş olsa, gizlətməməlisən. Başa düşdünmü? 
- Bəli. 
Karo söhbəti dəyişdirib, Araksidən söz saldı. Onu tapıb gizlincə öldürməyi 
əmr etdi. 
Samvel yerindən qalxdı: 
- Gedə bilərəmmi? 
- Get. Tapşırıqlarımı yerinə yetir. 
Samvel getdi. Karo stolun arxasına keçib nə isə yazmağa başladı. Bu vaxt 
Saak Baqratın həyətinə girdi. İkinci mərtəbəyə qalxmamış, pilləkənin aşağısında 
nəfəsini dərmək üçün dayandı. Fikir onu götürdü: «Hər şeyi deyimmi? Onları ələ 
verimmi? Axı, bu namərdlik olar. Vahanla Suren mənə nə pislik ediblər? Heç nə. 
Ancaq onların əlində heç bir ixtiyar yoxdur. İstədiklərini də eliyə bilmədilər. İndi 
özləri orda-burda gizli yaşamağa məcbur olublar. Mən belə adamlardan nə xeyir 
görə bilərəm? Heç nə. Güc, ixtiyarat Karo kimilərin əlindədir…». 
…Saak fikir-xəyal içində qapını açdı. Lakin otağa girməyib astanada 
dayandı. 


 
18
Karo başını qaldırarkən, Saakı görüb içəri çağırdı, oturmaq üçün yer 
göstərdi. 
- Hə, danış görək nə xəbərlə gəlmisən. 
- Tapşırıqlarını yerinə yetirmişəm. 
- Ay sağ ol! Belə ha! – Karo stulunu çəkib onunla yanaşı oturdu. 
Saak, Vahanla Sureni gördüyünü müfəssəl danışıb, axırda dedi: 
- Onların başının üstünü tez almaq lazımdır. Yoxsa, əldən çıxarlar. 
Karo əlini Saakın çiyninə vurub gülə-gülə: 
- Qorxma, çıxmazlar, - dedi. – Bizim sənin kimi sədaqətli adamımız var. Elə 
deyilmi, Saak kişi? 
- Bəli, bəli! Mən öz erməni hökumətimizin yolunda canımı  əsirgəmərəm. 
Mən… 
Karo onun sözünü kəsdi: 
- Yaxşı, yaxşı, özünü mənə tanıtma, sənin barəndə mənə müfəssəl yazıblar, 
öz sədaqətini həbsxanada göstərmisən. Erməni hökuməti sənin kimi adamların 
qədrini bilir, yoxsulluq çəkməsinə razı olmur. 
- Hə, qadan alım, nahankapet, məni yay kimi əyən ancaq yoxsulluqdur. 
- Mən, bolşeviklər kimi yalan vədlər deyil, sənə torpaq verəcəyəm. 
- Bəs haçan? 
- Elə bu saat. 
Saak Karonun üzünə dik baxdı. Elə güman etdi ki, onu ələ salır. 
- Yoxsa inanmırsan? Surenin atası Armenakın evini, həyətini, torpağını 
verdim sənə, bu gündən sahib ol. 
- Başına dönüm, axı camaat məni qınayar. Deyərlər namərd… 
Karo ona sözünün dalını deməyə imkan vermədi. 
- Düşmənin evinə, həyətinə, malına sahib olmaq özü böyük mərdlikdir, 
namərdlik deyil. Başa düşdün? Sənin və bütün ermənilərin iki düşməni var: 
bolşeviklər, bir də müsəlmanlar. Gələcəkdə bizim üçün yaxşı  işləsən, müsəlman 
kəndlərindən sənə o qədər torpaq verəcəyəm ki, əkib qurtara bilməyəsən. 
- Müsəlman kəndlərində torpaq qalmayıb, hamısını ermənilər öz aralarında 
bölüşdürüblər… 
- Yaxşı, daha söz güləşdirmə, dur get. İki saatdan sonra mənimlə Gorusa 
yola düşəcəksən. 
- Gorusa? Mən ordan indicə gəlmişəm. Hələ də qıçlarım qırılır. 
- Doğrudan da sən avam adamsan! – deyə Karo gülümsəyib, başını buladı. – 
Həbsxanadan qurtarmısan, ancaq başa düş ki, ixtiyarın mənim əlimdədir. Özün də 
qorxma, piyada getməyəcəksən. Bolşeviklərin Gorusda gizləndiyi yuvanı  sən 
göstərməlisən, onları sən tutub mənə verməlisən. Başa düşdün? 
Bolşeviklərin yerini öyrənib deməklə öz vəzifəsini bitmiş hesab edən, 
qorxusundan xəfiyyəçilik tələsinə düşən Saak yerindən qalxdı. Ağzını açıb nə isə 
demək istədi, lakin Karo onu qabaqladı: 
- Danışdıqlarımız burada qalmalıdır. Ağzından bir söz qaçırsan, boğazına 
qurğuşun tökdürərəm. Get! 
Saak bir söz demədən, məyus halda başını aşağı salıb otaqdan çıxdı. 


 
19
«Vahanla Sureni ələ keçirdikdən sonra, onları hansı  ağır cəzalarla 
öldürəcəyəm? – deyə Karo sonsuz bir sevinc içində düşünməyə başladı. – 
Güllələyimmi? Dar ağacından asdırımmı? Yox, yox, əvvəlcə dillərini kəsəcəyəm, 
sonra diri-diri çarmıxa çəkəcəyəm. Eh, bunlar yüngül cəzadır. Təzə, heç kəsə 
məlum olmayan təzə cəzalar tapmalıyam…».  
Aşot içəri girdi: 
- General-nahankapet ağa, səni xanım çağırır! 
- Hansı xanım? 
- Nvard xanım. Deyəsən, Siranuşun kefi məxşuşdur. Həkim dalınca getmək 
lazımdır… 
- Yaxşı. Gedək. 
Hər ikisi otaqdan çıxdı. 
 
 
Üçüncü fəsil 
 
Dünyada hər cəhətcə bir-birinin eyni olan iki adam yoxdur. Adamlar yalnız 
zahiri görünüşcə deyil, arzu, xasiyyət və idrakca da bir-birindən fərqlənirlər. 
Adam var gülər üzlü, şən və zarafatcıldır, adam var qaşqabağından zəhər 
yağır. Adam var xeyirxahdır, rəhmdildir, adam var xudpəsənd, paxıl, kinli, rəhmsiz 
və zülmkardır. Adam var bir sözdən min məna çıxarır, adam var ki, yüz sözdən bir 
məna duymağa qabil deyildir. Adam var, nəfəsi də gopla gedib gəlir, adam da var 
ki, istəsə  də yalan bir söz danışa bilməz. Adam var bir qəpiyə gümanı  gəlsə 
dostdan, qohumdan əsirgəməz, adam da var ki, mal-dövləti aşıb-daşsa da, dilənçi 
kökündə yaşayar. Adam var, ildə bir dəfə danışdırmasan ağzını açıb danışmaz, 
adam var ki, sözdən-söhbətdən həzz alar. 
Həkim Arakel Koçaryan da ürəyinə yatan hər kəslə – istər çoban olsun, istər 
ziyalı, danışmaqdan həzz alır. Onun fikrincə, söz insanın qəlbinin aynasıdır. Bir 
adamın nə arzu və nə əqidədə olduğunu bilmək üçün onunla azacıq söhbət etmək 
kifayət edər. 
Arakelin söhbəti Vahanla, Surenlə tuturdu. Onlar tanış olandan, xüsusən 
Koçaryan Sureni müalicə etməyə başlayandan daha yaxın olmuşdular. Həkim 
bekar vaxtlarında onların yanına gəlib saatlarla söhbət edərdi. 
Onlar bu gün də axşamdan gecə saat on ikiyədək o yandan, bu yandan, 
ölkədəki vəziyyətdən danışdılar. Arakel Tiflisdə gimnaziyada təhsil aldığından, 
Peterburqda oxuyub həkim olduğundan söhbət elədi. Gorusda xəstəxana açmaq 
arzusunda olduğundan söz açdı. Lakin təəssüflə qeyd etdi ki: «Mənim bu 
fikirlərimi yerinə yetirmək üçün hələ imkan və şərait yoxdur». 
Vahan yekə, çuğun saatını qoltuq cibindən çıxarıb baxdı.  
- Vaxt nə tez gəlib keçir, - deyə yenə cibinə qoydu. Sonra kiminsə gələcəyini 
gözləyirmiş kimi, qapıya baxdı. 
- Bəlkə bir yerə gedəcəksiniz? Mənim gəlişim və uzun söhbətim sizə mane 
oldu? 
- Heç yerə getməyəcəyik, doktor, - deyə Vahan cavab verdi. – Söhbət 
eləyirik, narahat olma. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə