Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   2   3   4   5   6   7   8   9   ...   111

 
7
…Karo kef havasına gah oxuyur, gah qışqırır, gah o yandan, bu yandan 
danışırdı. O, əlindən yerə qoymadığı buynuzu yuxarı qaldırıb dedi: 
- Bunu da içirəm sənin sağlığına! Baqrat ağa, qorxma, nə  qədər ki, mən 
varam, sənin gözünü püləyən olmaz… Hə, istəyirsən günü bu gün, lap indicə 
Şükarın, Məliklinin, Pulkəndin, dağıdılmış müsəlman kəndlərinin hamısının 
torpağını alıb sənə verim. Mən Karoyam, mən Zəngəzurun general-
qubernatoruyam. Bir sözüm iki ola bilməz!.. 
- Elədir, elədir, mənim giyəvim mahalın kilidi, açarıdır.  İçək! – Baqrat 
buynuzu başına çəkdi. 
Karo içməyib, danışığına davam etdi: 
- Mən Karoyam! Mən general-qubernatoram. Heç bir cinayətkar başını 
məndən gizlədə bilməz. Tapacağam, Qrikorun qatilini göyün yeddi qatında, yerin 
dibində olsa da, tapacağam! Onu iti öldürən kimi, özüm öldürəcəyəm. Mən 
hökumətəm… 
Karo  əlini tapançasına atmaq üçün buynuzu yerə qoydu, şərab tökülüb 
süfrəni batırdı. Baqrat onu tapançanı çıxarmağa qoymadı. 
- Sakit ol, bala! – dedi. – Qrikoru öldürəni özüm tapıb sənə verəcəyəm. 
- Ver, ver! – deyə Karo sərxoşluqdan axan gözlərini Baqratın miss kimi 
qızarmış üzünə dikdi. – O qatil bəlkə mənim gözümün qabağındadır, görmürəm?! 
Nə qədər içsə də huşunu itirməyən, özünü-sözünü bilən Baqratın kefi yenə 
pozuldu. Fikrinə cürbəcür  şeylər gəldi: «Bəlkə, Karo bir sudur anlayıb? Özünü 
sərxoşluğa vurub məndən söz almaq istəyir? Yoxsa, yaxşıca yeyib-içdiyimiz yerdə 
Qrikor məsələsini niyə ortalığa atırdı?!» 
- Yox, Baqrat ağa, mən hər şeyi görürəm: səni də, evi də, bax, bu əyri öküz 
buynuzunu da… Mən Karoyam, mən general-qubernatoram!.. Sən kimsən? De, 
kimsən? Dillən! 
Baqrat dillənmədi. Onu sakit eləməyə çalışdı.  
Aşot içəri girib, Saakı gətirdiyini söylədi. Karo dedi ki, onu içəri buraxsın. 
Aşot çıxdı, dərhal Saakla bərabər qayıtdı. 
Saak salam verib, Aşotun yanında, qapının ağzında dayandı. Karo yerindən 
qalxdı, səndələyə-səndələyə gedib Saakın qabağında durdu. 
- Sən kimsən? 
Bu sual Saaka qəribə gəldisə də, ciddi cavab verdi: 
- Mən Saakam, çağırtdırmısan, gəlmişəm. 
- Yox, yox, özün özünü tanımırsan… Sən cırtdansan, xortdansan. Ha… ha… 
ha… 
Baqrat yerindən dilləndi: 
- Ərə, mənim dərzlərimi aparan köpək oğlu, qazamatdan qaçmısan? 
- Məni danlağa, söyməyə çağırmısınız? 
- Kəs səsini, utanmaz! Bəs hanı sənin bolşevik yoldaşların? 
Karo: 
- Baqrat ağa, sən öz işində ol, şərabını iç! – dedi. – Aşot! 
Aşot tez farağat vəziyyətində durdu: 
- Bəli, ağa! 
- Bu bolşevik Saakı apar sal zirzəmiyə. 


 
8
- Nahankapet ağa, axı mən… 
Karo Saakın sözünü kəsdi: 
- Uzun danışma! Yeri, sonra danışarıq!.. Apar! 
Aşot Saakı apardı. Baqrat da durub onların ardınca getdi. 
Karo səndələyə-səndələyə gəlib yerində oturdu. 
Kürəyini mütəkkəyə söykəyib, oxumağa başladı: 
 
 
 
 
 
Səma parlaq, hava xoş
 
 
 
 
Hər yan çiçəkdi, güldü, 
 
 
 
 
Bülbül də öz gülündən 
 
 
 
 
Ətir çəkməyə gəldi. 
 
 
 
 
 
Sən də may çiçəyitək 
 
 
 
 
Açılmış halda, ay qız, 
    Sevgilinin 
yanında 
 
 
 
 
Gəl otur, qoyma yalqız
1
… 
 
Nvard daxil oldu. 
- Bıy, səsinə qurban olum! Belə gözəl oxumağın da var? – deyə süfrəni 
yığışdırmaq istədi. 
- Qoy süfrə qalsın, gəl mənim yanımda otur. – Karo Nvardın qolundan tutub 
öz yanına çəkdi. Qolunu boynuna salıb üzündən öpdü. 
- Bıy, ay bala, məni öpüncə, get nişanlını öp də… Keflilik nə pis olar! – 
deyə Nvard kənara çəkildi. –Sənin gül kimi nişanlın var. 
Onun bu sözləri elə bil ki, oğrunun yadına daş saldı. 
- Necə? Nişanlımı? – Karo ayağa durdu, oxuya-oxuya Siranuş yatan otağa 
keçdi. – Nə yatıbdır nişanlım, mənim qəşəng nişanlım, mənim mələk nişanlım!.. 
Karo Siranuşa yaxınlaşıb, yanında oturub əlini qızın qabarıq sinəsinə atdı. 
Siranuş  bərk-bərk yorğana büründü. Karo onun qırmızı yanağından öpmək üçün 
əyildi. Tünd şərab iyi qızı vurdu. Başını yana çevirib, dirsəyi ilə Karonu geri 
itələdi. 
- Ay qız, niyə qoymursan?.. 
- Dur cəhənnəm ol, həyasız!.. 
- Mən sənin nişanlınam axı!.. – Karo Siranuşu birdən qucaqladı… 
Siranuş gücü gəldikcə qışqırıb anasını çağırdı. Karonun vəhşi hərəkətlərinə 
yol verməmək üçün balıq kimi yerdə çapalamağa başladı. 
Nvard qızının qulaqbatırıcı qışqırığına içəri girdi. 
Siranuş: 
- Bu kefli ayını  mənim yanıma niyə buraxmısınız? – dedi və hirsindən 
ağlamağa başladı. 
- Vaxtsız qışqırıq salmayın, oğul! – Nvard Karonun qolundan tutub kənara 
çəkdi. 
Karo Nvarda hirsləndi: 
                                                 
1
 Şeir H.Hovanesyanındır. 


 
9
- Sən kimsən? Çəkil kənara! Mən general-qubernatoram. O, mənim 
nişanlımdır. Mən Siranuşu öpəcəyəm, mən Siranuşu… - Karo özünü qızın üstünə 
salmaq istədi. 
- Bəsdir, bəsdir, oğul, hər şeyin təhri var, vaxtı var. Qız naxoşdur. Dur gedək 
yerini salım yat. – Nvard Karonun qolundan yapışıb zorla otaqdan çıxartdı. 
 
Ayağı yalın, başı açıq, yun kimi ağ və pərişan saçları çiyinlərinə tökülmüş 
bir arvad döngəni buruldu. Həmişə vird etdiyi sözləri həzin bir səslə oxuya-oxuya 
kilsəyə tərəf üz qoydu: 
 
    Saraldı gülüm, 
    Uçdu 
bülbülüm, 
 
 
 
 
Mən niyə qaldım? 
    Hardasan, 
ölüm?.. 
 
Onun kilsəyə getməkdə məqsədi, güman ki, orada dua eləmək, bütün həyatı 
boyu könlündə yaşatdığı Allahdan dərdlərinə çarə diləmək idi. 
Kilsənin qabağında qar topu oynayan uşaqlar onu uzaqdan gördükdə, hamısı 
bir ağızdan qışqırdı: 
- Taygöz arvad dəli arvad yenə oxuya-oxuya gəlir… 
- Gəlin gedək qabağına, çəkib gətirək bura, ələ salıb gülək. 
- Getmək lazım deyil, özü bizə sarı gəlir. 
Balaca boylu, kök, pələ qulaq, yekə burun bir uşaq əlini yuxarı qaldırıb dedi: 
- Uşaqlar, sizə məzəli bir şey danışım. Üç gün bundan qabaq bu dəli avrad 
gəlmişdi bizim həyətə. Tez itimizi açıb onun üstünə  qısqırtdım. Arvad Evin 
qapısını açıb içəri girəndə, gözünə döndüyüm Duman onu daldan süpürlədi. Siz 
öləsiniz, arvad lap at kimi kişnədi. Məni gülmək apardı. Elə bu vaxt anam evdən 
çıxıb itə acıqlandı. Duman taygözün baldırını buraxdı. Anam arvadı içəri saldı, 
məni danladı, döymək istəyirdi, qaçdım… 
Hər gün küçələri, həyətləri gəzib-dolaşan bu bədbəxt insanı hamı tanıyırdı. 
O, Araksi idi. 
Oğlunun yerini demədiyinə görə döyülmüş, olmazın  əzablar verilmiş bu 
ananı dəli olduğu üçün həbsxanadan buraxmışdılar. 
Bir aydan bəri dəli olub səfil-sərgərdan qalmış Araksiyə  kəndlilərin 
münasibəti müxtəlif idi. Bəzisi qapıdan qovur, bəzisi halına acıyır, onu bu günə 
salanlara qarğayır, bəzisi kəndlilik və qonşuluq xatirinə gecələmək üçün öz evində 
yer və çörək verirdi. 
Araksi kilsənin həyətinə girmək istədikdə, uşaqlar onun qabağını  kəsdilər. 
Araksi yerində dayanıb, heç bir söz demədən, gah onun, gah da bunun üzünə mat-
mat baxdı. 
Uşaqlardan biri: «Nə  qəşəng paltar geyib!..» deyə onun cırıq və kirli 
tumanının  ətəyindən çəkdi. O biri uşaq: «Ərə, ona dəymə, oynayacaq. Başla, 
qolunu qaldır!» deyə  əl çalmağa başladı. Başqa bir uşaq: «Oynamasın, oxusun. 
Oxu, a dəli, taygöz, oxu!» deyə qəhqəhə ilə güldü. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə