Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   11   12   13   14   15   16   17   18   ...   111

 
36
ixtiyarı  məndə deyil. Qız ata evindən çıxandan sonra, keçir ərinin ixtiyarına. 
Şahmərdan gələr, danışarsınız, razı olsa, mənim nə sözüm ola bilər. 
- Ha… ha… ha! 
Nəbi Baxış bəyin birdən qəhqəhə çəkməsindən diksindi. 
- Ay rəhmətliyin oğlu, elə danışırsan ki, guya sənin qızını yeyəcəklər… 
Anam bu sözü mənə çoxdan demişdi. Hələ Növrəstə bacının  əri burda olanda. 
Ancaq mən bu barədə bir söz açmırdım, deyirdim, bəlkə, adamdır də, Şahmərdanın 
damağına dəyər, qeyrətinə toxunar. Deyər: «niyə, mən o günə qalmışam ki, 
arvadımı qarabaş verim…». İndi o yoxdur, qızın sənin ixtiyarındadır. Hə, belə, 
Nəbi kişi… Güzəranınız da mənə  məlumdur. Mənim borcum sənin kimi evi 
dağılmış, qərib adamları öz qanadımın altına almaqdır, kömək eləməkdir. Qaçqın 
olanda nə olar, hamımız müsürmanıq,  əti dırnaqdan ayırmaq olmaz… İndi 
xəstəsən, bir az dirçələrsən, bostan işini sənə tapşıraram. Bu qoçaq Yusif oğlun da 
bizim mala gedər… Hə, bir qaçqın ailə mənim hesabıma dolanar. 
Nəbi qəlyanını doldura-doldura: 
- Çox razıyam, bəy, - dedi, - sən ki, öz ayağınla gəlib halımızı soruşursan, 
mənə bir at bağışlamaqdan artıqdır. Söz burasındadır ki, niyyətim uşaqları da 
götürüb dağ kəndlərinin birinə getməkdir. Bu aran yerinin ab-havası bizə düşmür. 
– Nəbi qəlyanını yandırıb çəkməyə başladı. 
-  Əşi, ay rəhmətliyin oğlu, ab-hava hamısı sözdür. Onda gərək bizim bu 
Həkəri-Bərgüşadda bir sağlam adam olmayaydı, hamı  qırılaydı. Hər  şeyin başı 
yeməkdir. Nə dağ, nə aran, nə ab-hava… - Baxış bəy üzünü Yusifə tutub dedi: - 
Get bacına de, yubanmasın, gözləyirlər. Bizim söhbətimiz Nəbi kişi ilə bərk tutub. 
Yusif atasının üzünə baxdı. Nəbi başı ilə razılıq işarəsi verdi. 
Yusif getdi. 
Nəbi dedi: 
- Bilmirəm Zəngəzur kəndlərini görmüsən, ya yox. Can bəsləməyə bizim 
yerlər… Bizim qız-gəlinlərin yanağından qan damır, kişilərinin… 
- Ha… ha… ha… - Bəyin gülüşü Nəbinin sözünü yarımçıq qoydu. – Mən 
ölüm, ay Nəbi kişi, yerinizi az təriflə. Vallah, bizim bu Həkəri-Bərgüşadda elə 
oğullar var ki, qatırın quyruğunu dibindən qoparar, ha… ha… ha… Bilirsən niyə 
elə qüvvətlidirlər? Çünki onlar gündə düyü həlimi içib, plov yeyirlər. Nənəsi ölmüş 
ağ düyünün plovundan! Sən Öl, Nəbi kişi, bizdə elə oğlanlar var ki, öküzü çiyninə 
alıb, bir nəfəsə, burdan sizin o Şəki kəndinə gedər… 
Nəbi özünü saxlaya bilməyib güldü. 
- Niyə gülürsən? Elə bilirsən zarafat eləyirəm? Hanı Qaçaq Nəbi kimi bir 
iyid sizin yerdə? Öldüsə də, adı dillərdədir… 
Nəbi cavab vermədi. 
Növrəstə onların yanından keçib, Baxış bəygilə getdi. 
Baxış bəy: 
- Bəli, Nəbi kişi, başqa kəndə getməyi yadından çıxart, - dedi. – Mən 
ölməmişəm ki, kəndimə pənah gətirən bir qaçqın ailəsini də dolandıra bilməyim… 
Nəbi razılıq elədi. 
- Fikirləş, yenə danışarıq, - deyə Baxış bəy yerindən qalxdı. Ağ vəznəli, göy 
mahud çuxasının ətəklərini silkdi. Çal Buxara papağını götürüb sığalladı, təzədən 


 
37
başına qoyub, sol gözünün üstə əydi. İki əli ilə yoğun, cod bığlarını eşib, uclarını 
keçi buynuzları kimi yuxarı qaldırdı. 
Nəbi onun şalban kimi hündür boyuna, bafta təkin enli qaşlarına, dibi nazik, 
pərələri körük ağzı kimi yanlara açılmış  və ucu qartal dimdiyi kimi dodağının 
üstünə əyilmiş burnuna, bayquş gözlərini xatırladan yumru, iri gözlərinə diqqətlə 
baxdı. 
Baxış  bəy  şallağı  çəkməsinin boğazından çəkib  əlinə aldı, havada tovlaya-
tovlaya getdi. Nəbi, dəvə kimi löhləyə-löhləyə yeriyən bəyin dalınca baxıb öz-
özünə dedi: «Kərəminə şükür Allahın!..» 
Hər günkü xırda, təmizlik işlərindən başqa, Baxış bəygildə, ildə iki dəfə ev 
tökülür,  əsaslı  yığ-yığış olur. Xalı, xalça, yorğan-döşək üzləri,  əyin paltarları 
yuyulur. Döşəklərin yunu çırpılır, didilir və  təzədən salınır. Otaqlar, azı ildə bir 
dəfə  ağardılır, lazım olan yerləri təmir olunur. Bir sözlə, bəy ailəsinin istirahəti, 
gözəl və qeydsiz yaşaması üçün hər şey qaydaya, səliqəyə salınır. Belə vaxtlarda 
bəy evindəki qulluqçulardan, qarabaşlardan, nökərlərdən əlavə, kənd adamlarından 
da bəziləri köməyə çağrılır. Bu işlərə Aftab xanım özü nəzarət edir. 
Bu gün də Baxış bəygilin evində, həyətində qızğın iş gedirdi. Kimi Bərgüşad 
çayından mis səhənglərdə su daşıyır, kimi yekə, ağ dəmir təknələrdə paltar yuyur, 
kimi əlində əsgi parçası stolların, stulların, çarpayıların tozunu alır, kimi geniş və 
uzun eyvanın bu başından o başına çəkilmiş şəritdən paltar asırdı. 
Başına ağ kələğayı bağlamış, əyninə bənövşəyi kofta, yaxası qızıl düyməli, 
qırmızı məxmər kürdü, ətəyi sarı baftalı, uzun qara tuman geymiş, gümüş kəmərli 
balaca boylu, sinəsi və qurşaqdan aşağısı  bədəninə nisbətən çox ətli olan Aftab 
xanım hamıya göstəriş verirdi. O, gah bunun, gah onun yanına gedib, bir söz deyir, 
bəzini pis işlədiyi üçün məzəmmətləyir, bəzini «bax belə ha, sağ ol qızım, hamı iş 
görməyi səndən öyrənsin» deyə tərifləyirdi. 
Aftab xanım həyətin ortasında böyük bir gəbəni silkən Növrəstənin yanına 
gəldi. Əlini belinə vurub, onun necə işlədiyinə nəzər saldı. 
Növrəstə çönüb, altmış-altmış iki yaşlarında olan xanımın qarayanız sifətinə, 
qırğı burnuna, qalın dodaqlarına, xırdaca qonur gözlərinə baxdı  və yenə başını 
aşağı salıb öz işilə  məşğul oldu. Növrəstə ürəyində dedi: «Bu nə çirkin xanım 
imiş… İndiyə kimi göz qoymamışdım. Belə də bəy arvadı olar?!» 
Ömründə  bəy və  bəy arvadı görməyən Növrəstə elə bilirdi ki, ağalar, 
xanımlar, onların oğul-uşaqları  gərək  ən gözəl adamlar olsunlar, çünki, Allah 
onları xoşbəxt yaradıb, qara gün çəkmirlər. Kəndlilər kimi səhərdən axşamacan 
toz-torpağın içində əlləşmirlər. 
Növrəstə yenə belini düzəldib, ona baxa-baxa dedi: 
- Xanım, bəlkə işim xoşuna gəlmir? 
Aftab xanım gülümsündü: 
- Yaxşı işləyirsən, cəld işləyirsən, - dedi. – Əvvəldən işinə bələdəm. Amma 
tələsmə, yaxşı  çırp, sonra da yaş süpürgəylə süpür. Qurtarandan sonra eyvana 
çıxardıb, məhəccərin üstünə sərərsən. Sənin qadan olsun bizim o tənbəl, özünü işə 
verməyən iki kənizin ürəyinə. Göz qoymuşam, it qızları bir oturumda yeddi büküm 
yuxa yeyirlər, heç doydum da demirlər; hələ yavanlığı, xörəyi demirəm. Yenə işi 
yarıdalar, dərd yarıdır. Nə  qədər də öyrədirsən, bəy evinin səliqəsinə, nizamına 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə