Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   10   11   12   13   14   15   16   17   ...   111

 
34
məni gözləyirmiş. Hara dayanırdım ki… şələ dalımda götürüldüm. Düşdü dalıma. 
O qovdu, mən qaçdım, o məni hədələdi, söydü, mən də ona cavab verdim. Birdən 
çarığımın bağı ayağıma dolaşdı, yıxıldım. Yerdən durunca, az qaldı məni haqlasın. 
Bu dəhgədə Baxış bəy atlı böyürdən çıxdı. İbadullaha nə dedi, nə demədi, məndən 
əl çəkdi… 
- Sən gərək bəyin qoruxçusuna ağır söz deməyəydin, oğul. Kənd onların, 
bağ-bağça onların. Bundan sonra heç kəsin bir çöpünə də əlini vurma. Səni tutarlar, 
döyərlər. Bizim də köməyimiz yox. Arxamız yox. Qaçqın babayıq. Atalar deyər: 
«qərib itsən, qıvrıl yat…». 
- Yox, ata, mən heç kəsdən söz götürməyəcəyəm. Nə olar qərib olanda. Bizə 
dolanmaq lazım deyil?.. Niyə hər yetən üstümüzə ayaq alır?.. 
Nəbi boy atmış, bığ yeri tərləmiş oğluna baxır, həm sevinir, həm də ürəkdən 
qəmgin olurdu. Onun arzusu Yusifi oxutdurub adam cərgəsinə qoşmaq idi. Həyat 
bu mehriban atanın arzusunu gözündə qoydu. 
Nəbi ah çəkib qəlyanını sümürdü. 
- Ah çəkmə, ata. Fikir də eləmə. Biz həmişə başqasının töyləsində 
qalmayacayıq. Mən gedib birinə nökər olaram, azdan-çoxdan qazanaram, 
dolanarıq. Bəs oğul atanın hansı günündə lazımdır… 
Oğlundan ilk dəfə belə sözləri eşidən Nəbi fərəhləndi. Yusifin ağıllı qara 
gözlərinə baxıb-baxıb dedi: 
- Allahın kərəminə şükür olsun ki, səni mənə verib. Oğul, elə ona sevinirəm 
ki, sən daha böyümüsən, yaxşı ilə yamanı, dost ilə düşməni ayırırsan. Amma oğul
səni nökərçiliyə getməyə qoymayacağam. Qəm çəkmə, bala, qüvvətə  gələrəm, 
yenə birinə düyü döyərəm, birinin yerini suvararam, birinə biçinçi olaram, 
dolanarıq. 
Növrəstə atasını yuyunmaq üçün çağırmağa gəldi. Nəbinin qolundan tutub: 
- Dur gedək içəri, ata, - dedi, - su qızdırmışam, yuyun. 
Nəbi yerindən qalxdı. Hər üçü getmək istədikləri zaman, Baxış bəy həyətin 
aşağısında göründü. Növrəstə atasının qolunu buraxıb, tez evə getdi. 
Nəbinin ürəyinə şübhə doldu: «Yəqin ki, bəy Yusifi döyməyə gəlib». Baxış 
bəy yaxınlaşanda, Nəbi birinci olaraq ona salam verdi. 
Baxış bəy salamı alıb, divarın üstdə oturdu və Nəbinin də oturması üçün əli 
ilə  işarə verdi. Nəbi  əyləşdi. Yusif bir tərəfdə ayaq üstə dayandı. Gözünü bəyə 
dikib ürəyində fikirləşdi: «Görəsən, bəy atama məndən nə deyəcək?..» 
Baxış  bəy hələ  ağzını açıb bir söz deməmiş, Nəbi günahkar adamlar kimi, 
alçaqdan dedi: 
- Baxış  bəy, gərək bizi bağışlayasan, taqsırımızdan keçəsən. Oğlum 
qanmayıb bir az çır-çırpı yığmaq üçün sənin bağına girib. Özüm onu danlamışam. 
Bir də bundan sonra elə iş görməz. Düzü, bəy, mənim uşağım dələduz uşaq deyil, 
ehtiyac vadar eləyir… Yusif mənə hər şeyi danışıb. Allah ömrünü uzun eləsin, sən 
olmasaymışsan, qoruxçu İbadullah gədəni döyüb ölüsünü qoyarmış… Yenə 
təvəqqə eləyirəm bağışlayasan… 
Baxış bəy gülə-gülə dedi: 
- Bu barədə kim sənə söz deyir, Nəbi kişi. Nə olar Yusif bir şələ odun 
yığanda. Lap yaxşı eləyib. Ağacları da kökündən çıxarıb gətirsə, gözünü püləyən 


 
35
olmaz.  Ə, Yusif, bundan sonra İbadullahdan-zaddan qorxma. Tapşırmışam sənə 
dəyib dolaşmasın. Əgər bir də sənə bir söz desə, cəzasını özüm verərəm. 
Yusif ürəkdən şad olub güldü. 
Nəbi bəyin alicənablığına görə təşəkkür elədi. 
- Nəbi kişi, mən sənin kefini soruşmağa gəlmişəm. Atam Əhmədalı  bəy 
həmişə mənə deyərdi ki, oğul, qəribin halını soruşmaq savabdır. Yoxsulun dərdinə 
qalmaq, kömək eləmək varlı adamların borcudur. Özü də hamıya əl tutan adam idi. 
Kasıba, füqəraya, nökərə, qulluqçuya güldən ağır söz deməzdi. Mənə  də  nəsihət 
verib deyərdi, bir könülü ki, tikməyəcəksən, onu yıxma. Hə, indi necəsən? 
Ehtiyacın nəyədir, de, utanma. 
- Allah atana rəhmət eləsin, ömrün uzun olsun, bəy, bir təhər dolanırıq… 
- Allahdan gizlin deyil, Nəbi kişi, bəndədən nə gizlin: siz bu kəndə gələndən 
sənə yaman quşum qonub… Nədən ki, dünya görmüş adamsan, şirin söhbətin var. 
Mən də söhbətcil, ağıllı adamlarla aşnayam. Sənin canın üçün, mən özünü beş 
şahılıq beçə kimi çəkən adamlardan deyiləm. Rəiyyətə endirməyən, buynuz 
göstərən bəylərdən deyiləm. Doğrudur, Allah mənim nəslimi, ata-babamı  bəy 
yaradıb, rəiyyəti rəiyyət, amma adamın qanacağına nə  gəlib… Bax, səninlə bu 
divarın üstə, yanaşı oturmuşam. Nə olar. Şənimə  şikəstlik gəlmir ki? Bir yerim 
əksilmir ki?! Əlbəttə yox! Mən elə  kəndlilərin hamısı ilə yaxınam. Mən onların 
hamısının, lap o lütünün də evinə gedib, kefini soruşuram.  İndi, Nəbi kişi, mən 
beləyəm. Onu deyim ki, rəiyyətdən də çox razıyam. Mənə olduqca hörmət 
eləyirlər. Tutub qoyun kimi başlarını da kəssəm, bir söz deməzlər. Mən adam 
sərrafıyam, Nəbi kişi. Sənin sifətinə baxanda, iki kəlmə danışmağını  eşidəndə 
bildim ki, qanacaqlı, mərifətli adamsan. Nə olsun ki, qaçqınsan. Əlbət öz yerində 
bir adam imişsən… 
Nəbi: 
- Bəli, Baxış bəy, - dedi, - biz də özümüzə görə bir adam idik. Fələyin çarxı 
çevrilsin. Aranı  qızışdıranların, bizi elimizdən, obamızdan eləyənlərin koması 
dağılsın. – Nəbi susub canını qaşıdı, sonra birdən üzünü oğluna tutdu: - Bay səni, 
lap yadımdan çıxıb… Yusif, get Nubar qarıgildən bir gəbə gətir, bəyin yanını daş-
divar  əzdi. Bağışla, bəy, özümüzdə  sənin altına salmağa layiqli paltar-palaz 
yoxdur. Demə ki, Nəbi qanacaqsızdır, məni evə çağırmayır. Bəyi töyləyə çağırmaq 
ədəbsizlikdir. Niyə durmusan, oğul, sən get. 
- Paltar-zad lazım deyil, Yusif. Ancaq Növrəstəyə de ki, getsin bizə. Ev 
töküblər, paltar yuyurlar. Anam deyir Nəbi kişinin qızı gəlsin, bir az bizə kömək 
eləsin. O günü evdə söhbət düşmüşdü, anam danışırdı ki, Növrəstəyə bir neçə dəfə 
iş gördürmüşəm,  əlli-ayaqlı  gəlindir, səliqəlidir, bəy evinin qulluqçusu olmağa 
layiq adamdır.  Əslinə baxsan, Nəbi kişi, məni sənin yanına elə anam göndərib. 
Dedi, get Nəbi ilə özün danış. Növrəstəni bizə  həmişəlik qulluqçu versin. 
Yeməyini yeyər, paltarını geyər, sizə də paydan-zaddan gətirər dolanarsınız. Deyir, 
Növrəstəni öz qızım kimi saxlayacağam. Ona başqa qulluqçular kimi 
baxmayacağam. Nəbi kişi, buna sənin sözün nədir? 
- Nə deyim, bəy… Aftab xanım çağırır – getsin. Bir gün işləməklə adama 
heç bir şey olmaz. Amma həmişəlik qulluqçu olmasına söz verə bilmərəm. Çünki 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə