Ərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə8/26
tarix15.08.2018
ölçüsü1,4 Mb.
#62837
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

24 

 

Kapitalın  dövranı  zamanı  sahibkarın  əlində  toplanan  müvəqqəti  sərbəst  pul 



vəsaitləri istifadə olunmalıdır. İstehsal prosesində əsas kapital istehlak olunur, öz  

dəyərinin  bir  hissəsini  yeni  yaranmış  əmtəənin  üzərinə  keçirir.  Əmtəə  satıldıqdan 

sonra  həmin  hissə  ayırmalar  şəklində  sahibkarın  sərəncamına  keçir.  Dövriyyə 

kapitalının  hərəkəti  zamanı  da  müvəqqəti  pul  vəsaiti  yaranır.  Məsələn,  xammal, 

yanacaq,  yardımçı  material  və  s.  istehsal  prosesində  öz  dəyərini  bir  istehsal 

prosesində yeni yaradılmış əmtəənin üzərinə keçirir və onun dəyəri tədavüldən sonra 

pul  şəklində  sahibkarın  əlində  toplanır.  Yeni  xammal  alana  qədər  həmin  pul 

sahibkarın əlində sərbəst şəkildə qalır. Əgər bütün pul vəsaitləri istehsal vasitələri və 

xammal  alınana  qədər  istifadəsiz  sahibkarın  kassalarında  yatib  qalarsa,  o  heç  də 

mənfəət  gətirə  bilməz.  Sahibkarların  əlində  cəmlənən  bütün  bu  pul  vəsaitləri 

bilavasitə kreditlərın alınmasından asılıdır. Ona görə də, bazar iqtisadiyyatı şəraitində 

bankların və bankların həyata keçirdikləri kredit əməliyyatlarının mühüm əhəmiyyəti 

vardir. Belə ki, sahibkarlar aldıqları krediti əsasən istehsala qoyurlar, oradan mənfəət 

əldə  edirlər.  Mənfəətin  bir  hissəsini  özləri  mənimsəyir,  digər  hissəsini  isə  aldığı 

puldan istifadə üçün banka faiz verirlər. Banklar sərbəst pulu qəbul edərkən nisbətən 

aşağı, kreditə verəndə isə daha yuxarı faizlə verirlər. Bu fərq bank mənfəətini əmələ 

gətirir.  Bununla  yanaşı  istehsal  inkişaf  edir  və  bu  da  öz  növbəsində  ümumi  dövlətin 

iqtisadiyyatının  inkişaf  tempinə  müsbət  təsir  göstərir.Azərbaycan  Respublikasında 

həyata keçirilən kredit əməliyyatların mütləq qiyməti, nisbəti və inkişaf dinamikasını 

aşağıdakı qrafikdə görmək olar. 



Cədvəl 2.1 

Kreditlərin illik artım tempi, %-lə  

 

 

 



2009-cu il 

 

2010-cu il

 

2011-ci il

 

2012-ci il

 

2013-cü il

 

Ölkə üzrə 

17,8


 

14,5


 

8,1


 

24,3


 

26

 



Regionlar üzrə 

17,8


 

9

 



1,5

 

21,6



 

35,8


 

 

     Mənbə-Statistik bülleten-Azərbaycan Respublikası Mərkəzi Bankı-2013 



 

2009-2012-ci ildəbank sisteminin regionlar və Bakı şəhərindəki fəalliyəti arasında 




25 

 

fərqlərin olduğu gözə çarpır. 



2009-2011-ci  illərdə  dünyada  baş  verən  qlobal  böhran  səbəbi  üzərindən 

fəaliyyətində  bəzi  çətinlikliklərlə  rastlaşanAzərbaycanın  bank  sistemi  bu    illərdə  

maliyyə böhranından zərərsiz çıxmışdı,lakin kreditlərin artım tempinə  nəzər  yetirsək 

ölkə üzrə 10.5% azalma,regionlar üzrə isə 17.8% -dən 1.5%-ə enmişdir. 

1  yanvar  2011-ci  il  tarixinə  cəmi  bank  filiallarının  316-ı  (49,1%)  regionlarda 

fəaliyyət  göstərir.  O  cümlədən,  kreditlərin  strukturuna  baxsaq,  regionların 

kreditləşməsi  ümumi  ölkə  üzrə  çox  aşağı  səviyyədədir.  Bankların  verdiyi  kredit 

qoyuluşunun  88,7%-i  Bakı-Abşeron  regionunda,  geridə  qalan  təxminən  10%-lik 

qismi  isə  regionların  payına  düşür.  Kredit  qoyuluşunun  regional  strukturna  baxsaq, 

Bakı şəhəri 85,1%,  Abşeron regionu 3,6%, Aran regionu 3%, Gəncə-Qazax regionu 

2,6%,  Şəki-Zaqatala  –  2,3%,  Lənkəran  regionu  isə  cəmi 1,3%  paya  malikdir.  Digər 

regionların  payının  heç  1%-i  keçmədiyi  görünür.  Həmçinin,  regionlarda  verilən 

kreditlərin əksər hissəsini müxtəlif fondlar (Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd 

Təsərrüfatı kreditləri  uzrə Dövlət Agentliyi, Sahibkarlığa  Kömək Milli  Fondu,  və s.) 

tərəfindən  verilən  güzəştli  kreditlər  təşkil  etdiyini  nəzərə  alsaq  regionların 

kreditləşməsində  kommersiya  banklarının  birbaşa  marağının  az  olduğu  ortaya  çıxar. 

Başqa bir diqqətçəkən məqam isə kreditlər üzrə orta faiz dərəcələrinin Bakı şəhərinə 

nisbətən  regionlarda  daha  yuxarı  olmasıdır.  Mərkəzi  Bankın  hesabatlarında 

göstərildiyi kimi, 2011-ci ilin oktyabr ayına olan  məlumatlara əsasən ölkə  üzrə orta 

faiz  dərəcəsi  16,1%  olmuşdur.  Bakı  şəhərində  bu  göstərici  15,5%,  Aran  regionunda 

21,8%, Gəncə-Qazax regionda 21,6%, Lənkəran regionunda 24,8%, və Şəki-Zaqatala 

regionunda isə 17% olmuşdur. 

Bankların  regionlarda  kreditləşmənin  aşağı  olmamasının  isə  müxtəlif  səbəbləri 

vardır.  Bunlara  misal  olaraq,  ticarət,  tikinti  və  digər  aparıcı  sektorların  əsasən  Bakı 

şəhərində  cəmləşməsini,  regionlarda  əsasən  kənd  təsərrüfatı  sahələrinin  inkişaf 

etməsi, və regionlarda girov problemini göstərmək olar. 

2012-ci  ildə  maliyyə  böhranından  sonra  həm  ölkə  üzrə  həm  də  region  üzrə 

kreditlərin  illik  atrımında  kəskin  dəyişiklərin  olduğunu  müşahidə  etmək  olar.Uyğun 




26 

 

olaraq bu göstəricilər  24.3% və 21.6%-ə kimi qalxmışdır. 



Ölkədə sahibkarlığın inkişafı sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi 

tədbirlər, verdiyi tapşırıq ,tövsiyələr  və  xüsusilə  güzəştli kreditlər  verilməsi  məsələsi 

regionlarda  kreditin  illik  artımının    14.2%  yüksəlməsinə  səbəb  olmuşdur.Son  illər 

yerli  sahibkarlara  öz  bizneslərini  genişləndirmək  üçün  milyon  manatlarla  güzəştli 

kreditlər  verilib.Qeyd  edək  ki,  kreditləri  ilk  dövrlər  paytaxtda  və  iri  şəhərlərdə 

fəaliyyət  göstərən  sahibkarlar  alırdı.  Lakin  hərtərəfli  inkişaf  üçün  regionlarda  da 

sahibkarlığın  inkişafı  zəruri  idi.  Odur  ki,  sonrakı  illər  ölkə  rəhbərinin  regionların 

sosial-iqtisadi  inkişafına  istiqamətlənən  siyasətinin  nəticəsində  bölgələrdə  fəaliyyət 

göstərən  sahibkarlar  da  güzəştli  kreditlər  almağa  başladı.  Qeyri-neft  sektoru  üzrə 

məhsul  istehsalının  regionlarda  fəaliyyət  göstərən  müəssisələrin  hesabına  ildən-ilə 

artması bunun təsdiqidir. 

2013-cü  ildə  də,  kredit  təşkilatları  tərəfindən  regionların  kreditləşdirilməsi  prosesi 

davam etmişdir.İl ərzində regionlara kredit qoyuluşları 35,8%artmışdır. 

 

 Cədvəl 2.2. 

Azərbaycan Respublikası üzrə kreditn qoyuluşunun sahələr üzrə strukturu 

(mln. manat)

 

 



 

 

01.01.2013



 

01.01.2014

 

Artma +

 

Azalma -

 

məbləğ,mln. 

manat

 

payı,%-



 

məbləğ,mln. 

manat

 

payı,%-



 

məbləğ,mln. 

manat

 

payı,%-



 

Ticərət və xidmət

 

2649.3


 

21.6


 

2219.9


 

14.4


 

-429.4


 

-16.2


 

Ev təsərrüfatlarına

 

4316.7


 

35.3


 

6214.7


 

40.3


 

1898


 

440


 

Kənd təsərrüfatı və emal

 

546.2


 

4.5


 

733.3


 

4.8


 

187.1


 

34.3


 

İnşaat və əmlak

 

1270.3


 

10.4


 

2362.6


 

15.3


 

1092.3


 

86

 



Sənaye və istehsal

 

1297.6


 

10.6


 

1516.4


 

9.8


 

218.8


 

16.9


 

Nəqliyyat və rabitə 

 

429.1


 

3.5


 

506


 

3.3


 

76.9


 

17.9


 

Digər

 

1734.5


 

14.1


 

1870


 

12.1


 

135.5


 

7.8


 

 

Mənbə-Statistik bülleten-Azərbaycan Respublikası Mərkəzi Bankı-2013 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə