Ərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix15.08.2018
ölçüsü1,4 Mb.
#62837
1   2   3   4   5   6   7   8   9   ...   26

14 

 

PS  bankinq  sistemi.  Bu  cür  əməliyyatların  başlanğıcı  1983  –cü  il  hesab  edilir. 

Çünki bu ildəNottingam Building Society tikinti cəmiyyəti, British Telecom Britaniya 

telefonkompaniyası  vəBank  of  ScotlandHomelink  sistemindən  istifadə  etməyə 

başladılar.  Bu  sistem  vasitəsilə  bankın  müştəriləri  evdən  və  ya  ofisdən  müxtəlif 

növlüəməliyyatlar  (hesabların  idarə  edilməsi,  hesab  haqqında  məlumatların  əldə 

edilməsi, ödənişlərin həyata keçirilməsi və s.) həyata keçirə bilərlər.  

İnternet  –bankinq  bank  xidmətlərinin  İnternet  vasitəsiləəldə  edilməsi  sistemidir. 

İnternet  vasitəsilə  ilk  bank  xidməti  XX  əsrin  90  –cı  illərinin  ortalarında  ABŞ–da 

həyata  keçirilsə  də,  maliyyə  biznesinin  aləti  kimi  İnternetə  maraq  bütün  dünyada 

sürətlə artmaqdadır. Statistikaya əsasən İnternet vasitəsilə bir müştəriyə xidmət filial 

istifadəçilərinin  xidmətindən  14%  ucuz  başa  gəlir.  İnternet  vasitəsilə  bank 

xidmətlərindən istifadə edən hər bir müştəri ildə orta hesabla bankın xərclərini 565, 3 

ABŞ dolları məbləğində azaltmış olur.  

İnternet –bankinq aşağıdakı imkanlarıözündəəks etdirir: 

pul  köçürmələrinin  həyata keçirilməsi; xarici  valyutanın alqı–satqısı; müxtəlif  növlü 

hesabların  açılması; real  vaxt rejimində  daxil  olmuşödənişlər  barədə  informasiyanın 

əldə edilməsi; digər əlavə xidmətlər və s. 



 Wap  bankinq  mobil  telefonlar  vasitəsiləbank  xidmətlərinin  əldə  edilməsi 

sistemidir. Telebank sisteminin tətbiqinin maksimal səmərəsinə onun plastik kartlarla 

inteqrasiyası  sahəsində  nail  olunur.  Müştəri  məsafədən  bilavasitə  kart  hesabından 

əməliyyatlar həyata keçirə bilər. Bu zaman kart vasitəsilə bankomatlardan nağd pulun 

çıxarılması, əlləödəniş qəbzinin doldurulması, vaxt təyin etmək və banka gəlmək və 

s. bu kimi problemlərdən Telebank sistemindən istifadə etməklə qaçmaq olar. 



Distansiyalı bank  xidmətləri   modeli  dedikdə,  müasir  şəraitdə  inkişaf  etmişəksər 

ölkələrdə  klassik  filial  modelindən  distansiyalı  (məsafəli)  bank  xidmətləri  modelinə 

keçid  müşahidə  olunur  və  müştərilər  banka  başçəkmədən  getdikcə  daha  çox 

əməliyyatlar  həyata  keçirirlər.  Distansiyalı  bank  xidmətləri  anlayışı  iləvirtual  bank 

anlayışı bir –birinə sıx bağlıdır. Əgər distansiyalı xidmətləri istənilən banklar həyata 

keçirə  bilirsə,  virtual  banklar  tikintiyə  pul  xərcləməmək  üzrə  ixtisaslaşır.  Virtual 




15 

 

banklar  öz  müştəriləri  üçün  adi  universal  bankların  həyata  keçirdiyi  kompleks 



xidmətlər  göstərir.  Bu  bankların  həyata  keçirmədiyi  xidmət  növü  kassa  xidmətidir. 

Müştərilərinə  nağd  pul  vəsaitlərinin  verilməsi  üçün  virtual  banklar  digər  bankların 

bankomatlarından və terminallarından istifadə edir. 

Virtual  banklar  müştərinin  nağdsız  pul  vəsaitləri  ilə  maliyyəəməliyyatlarına 

xidmət  üzrə  yüksək  ixtisaslaşmış  kompyuter  proqramı  sistemini  özündəəks  etdirir. 

Real  banklar  kimi  virtual  banklar  da  pul  vəsaitlərinin  hesabdan  hesaba  köçürülməsi, 

idxal  –ixrac  ödənişləri,  vəsaitləri  cəlb  etmək,  konvertasiya  və  s.  xidmətləri  həyata 

keçirir.   



Bankomatlarla  xidmətin  mahiyyəti  oldan  ibarətdir  ki,  bankomatlar  nağd  pulla 

əməliyyat  aparmaq  üçün  plastik  kartlarla  idarə  edilən  çoxfunksiyalı  avtomatdır.  İlk 

bankomatlar (ATM –Automated Teller Machine) XX əsrin 60 –cı illərinin sonlarında 

meydana gəlmişdir. Bu maşınların ixtirası Don Vetselin adı ilə bağlıdır.  

Bazar  münasibətlərinin  müasir  şəraitində  iqtisadi  subyektlərin  bank 

xidmətlərinəçıxış  imkanlarının  təmin  edilməsi  və  artırılması  məqsədilə  yerli  şəraitin 

spesifikliyinə  adekvat  olan  beynəlxalq  təcrübənin  üstünlüklərinin  öyrənilməsi  və 

tətbiqi  mühüm  əhəmiyət  kəsb  edir.  Nağd  pul  vəsaitlərini  depozit  vəəmanətə  qəbul 

edən bankomatlar (cash –in funksiyalı ATM) bu kateqoriyaya daxildir. Çoxfunksiyalı 

bankomat  hesab  olunan  cash  –in  bankomatları  müştərilərin  bank  xidmətlərinəçıxış 

imkanlarını  genişləndirməklə  yanaşı,  bankların  müştərilərlə  işinin  səmərəliliyinin 

artırılmasına  əlverişli  imkan  yaradır.  Onların  tətbiqi  ilə  bankların  filial  vəşöbələrinə 

tələbatı azalır və bank xərcləri optimallaşır. 

Beynəlxalq  statistikaya  əsasən  bu  gün  dünyada  bank  xidmətlərinin  34%  -i 

müştərilə məhz ATM vasitəsiləçatdırılır. Təkcə bir faktı qeyd edək ki, hazırda ABŞ–

da müasir ATM –lərin son nəsli müştərilər üçün 125 növə yaxın xidmət göstərir.  



Plastik  kartlarla  əməliyyatların  əhəmiyyəti  ondan  ibarətdir  ki,  nağd  pul 

vəsaitlərinin  tədavülü  problemının  mümkün  vəən  perspektivli  üsullarından  biri 

plastik kartlar əsasında səmərəli avtomatlaşdırılmış nağdsız hesablaşmalar sisteminin 



16 

 

təşkilidir.  Bu,  texnologiya  sisteminin  bütün  iştirakçılarıüçün  rahat  mühitin 



yaradılmasını təmin edir.  

Bank  plastik  kartları  bank  hesablarının  idarə  edilməsi  və  kartın  istifadəçisinin 

əmtəə  və  xidmətlər  üzrəödənişlərinin  həyata  keçirilməsinə,  nağd  vəsaitlərin  əldə 

edilməsinə,  digər  xidmət  vəüstünlüklərin  istifadəsinə  imkan  verən  universal  ödəniş 

sistemidir.  

Müasir şəraitdə dünyanın 200 –dən çox ölkəsi plastik kartlardan istifadə edir. 

Bu  da  plastik  kartların  bank  sistemində  texnoloji  inqilabının  mühüm  elementi 

sayılmasına  əsas  verir.  Plastik  kartlar  əksər  hallarda  elektron  bank  sisteminin 

əsas elementi kimi çıxış edir. Dünya bank təcrübəsində plastik kartlardan istifadə 

mühüm  gəlir  mənbəyi  sayılır.  ABŞ–da  bəzi  qiymətləndirilmələrəəsasən  kartlarla 

verilən kreditlər cəmi 6% təşkil edir. Bununla belə, kredit kartlarıüzrəəldə olunan 

gəlirlər bankların ümumi gəlirinin 10% -i həcmindədir.  

Bank kartlarıəsasən 3 növdə olur: maqnit zolağı olan, mikroprosessor ilə kart 

(smart –kart), adi bank kartları. 

Ümumilikdə  deyilənlərlərdən  əlavə  qeyd  etmək  lazımdır  ki, 

plastik  kartlarla

 

yanaşı  bank  məhsulu  hesab  edilən 



elektron 

ç

ekl


ə

r,  r


ə

q

ə

mli  pullar  v

ə

  elektron 

pullardan

 da geniş istifadə olunur.  

Elektron 

ç

ekl


ə

(kommersiya  qiymətli  kağızının  növü)  elə  bir  sənəddir  ki, 



burada ödəyici öz bankına pulların köçürülməsi haqqında göstəriş verir. Elektron 

hesablaşma çeki adi hesablaşma çekinin xüsusiyyətlərinə malikdir. Elektron çek 

alıcı  tərəfindən  elektron  poçtla  pul  ödənişinin  alanı  olan  satıcıya  ötürülür. 

Satıcıbank  çeki  təqdim  edir  və  onunla  pulunu  alır.  Bundan  sonra  çek  alıcıya 

qaytarılır  vəödəniş  faktını  sübut  edən  sənəd  olur.  Satıcı  malı  alıcının 

evinəçatdırır. 

R

ə

q

ə

mli  pullar 

(digital  cash)  kağız  nağd  pulların  analoqudur.  Onlar  pul 

işarələrinə  malikdirlər.  Rəqəmli  pullar  özlüyündə  komplekt,  yəni  kuponların 

dəsti  kimidir.  Kuponlar  –pulun  müəyyən  miqdarınıəks  etdirən  rəqəmlər 

zəncirindən  ibarətdir.  Bunları  emissiya  edən  bank hər  bir  kuponu  rəqəmli  imza 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə