Ərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix15.08.2018
ölçüsü1,4 Mb.
#62837
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

33 

 

müvafiq  işçiləri  üzərində  ”axşam  mədaxil  kassası”  sözləri  yazılmış  möhür  və 



kassanın açarları ilə təchiz edilməlidir. 

 Nağd  pulu  məxaric  etmək  üçün  Kredit  təşkilatlarında  məxaric  kassaları  

yaradılır.Nağd  pulun  məxarici  «pul  çekləri»nə  və  kassa  məxaric  orderinə  əsasən 

həyata  keçirilir.  «Pul  çeki»  və  ya  məxaric  orderi  nağd  pulu  alan  tərəfindən 

doldurulur.Məxaric  kassasından  verilən  nağd  pul  həmin  əməliyyat  gününün 

mühasibat balansında əks olunur.  

Əməliyyatların  yerinə  yetirilməsi  üçün  bankomatdan  istifadə  bankların 

müştərilərinin  ödəniş  kartlarını  və  fərdi  indentifikasiya  nömrələrini  tətbiq  etməklə 

həyata  keçirilir.  Nağd  pulun  verilməsi  əməliyyatları  yerinə  yetirildikdən  sonra 

müştəriyə  (onun  tələbi  ilə)  nömrələnmiş  qəbz  verilməlidir.  Vaxtaşırı,  ayda  bir 

dəfədən  az  olmamaqla  bankomat  tam  boşaldılır.  İnkassator  çıxarılmış  kasetlərlə 

birlikdə bankomatın çap qurğusundan götürülmüş kağız lenti kassaya çatdırır. Kassir 

çıxarılmış  kasetlərdəki  nağd  pulun  qalığını  bankomatın  hesabındakı  məbləğin  qalığı 

ilə  tutuşdurur  və  uçot  məlumatları  ilə  üzləşdirir,  fərq  aşkar  edildikdə  müvafiq  akt 

tərtib olunur. Aktı kassa müdiri, inkassator, kassir və texniki işçi imzalayırlar.  

Bankın  kassasında  olan  nağd  pulun  seçilməsi,  sayılması  və  bağlanılması  üçün 

zəruri hallarda kredit təşkilatlarında yenidənsayma kassaları yaradılır. 

İndi isə hesablaşma əməliyyatlarını araşdıraq. Kommersiya bankları hesablaşma 

əməliyyatları  nəticəsində  öz  müştəriləri  və  təmasda  olduqları  təşkilatlar  arasında 

iqtisadiyyatda  gedən  bütün  hesablaşmaları  icra  edirlər.  Dövriyyənin  əsas  hissəsi 

nağdsız  qaydada  həyata  keçirilir.  Bütün  nağdsiz  hesablaşmalar  bank  vasitəsilə 

aparılir. Nağdsız hesablaşmaların müxtəlif forma və metodları var.  

Azərbaycan  Respublikasında  nağdsız  hesablaşmalar  Mərkəzi  Bankın  müəyyən 

etdiyi qaydalara əsasən həyata keçirilir və aşağıdakı formaları vardır. 

 

Ödəniş tapşırıqları ilə 



 

İnkasso sərəncamı üzrə 



 

İnkasso üzrə ilə 



 

Akkreditiv formasında  




34 

 

Ödəniş tapşırığı ödəyicinin öz hesabından müəyyən  məbləğ pul vəsaitlərinin silinib 

digər  müəssisənin  hesablaşma  hesabına  daxil  ediməsi  haqda  özünə  xidmət  edən 

banka verdiyi yazılı tapşırıqdır. Ödəniş tapşırığı ilə hesablaşma zamanı bank (emitent 

bank)  ödəyicinin  tapşırığı  ilə  onun  hesabında  olan  vəsait  hesabına  müəyyən  pul 

vəsaitini  bu  və  ya  başqa  bankda  (benefisiar  bankda)  ödəyicinin  göstərdiyi  şəxsin 

(vəsait alanın) hesabına ödəniş tapşırığının banka daxil olduğu günün ertəsi günündən 

gec  olmayaraq  köçürməyi  öhdəsinə  götürür.  Ödəniş  tapşırığından  aşağıdakı 

məqsədlər  üçün  istifadə olunur:  yola salınmış  mal  material,  görülmüş  iş,  göstərilmiş 

xidmətlərin  dəyərinin  ödənilməsi,  büdcə  və  büdcədənkənar  fondlara  pul  vəsaitinin 

ayrılması,  kredtilərin,  borcların  qaytarılması  və  yerləşdirilməsi  faizlərin  ödənilməsi 

üzrə  pul  vəsaitlərinini  köçürülməsində,  digər  pul  vəsaitləri  köçürüldükdə.  Verildiyi 

vaxtdan 3 gün müddətində etibarlıdır. Rekvizitlər:  

- ödəyicinin adı və digər rekvizitləri; 

- vəsait alanın adı və digər rekvizitləri; 

- emitent bankın adı və digər rekvizitləri 

- benefisiar bankın adı və digər rekvizitləri; 

- vəsaitin məbləği və valyuta növü; 

- ödənişin təyinatı. 

Respublika  ərazisində  A    və  B  formalarından  istifadə  olunur.  A  formalı  ödəniş 

tapşırığı    ödəyici  tərəfindən  doldurulur  və  milli  və  xarici  valyuta  ilə  nağdsız 

ödənişləri  həyata  keçirmək  üçün  istifadə  olunur.  B  formalı  ödəniş  tap.ı    "Ödəyici 

üçün" və "Bank üçün" adlı iki hissədən ibarətdir.Vəsait alan tərəfindən doldurularaq 

ödəyiciyə  təqdim  olunur.  Milli  valyuta  ilə  nağdsız  ödənişləri  həyata  keçirmək  üçün 

istifadə olunur; "Bank üçün" nəzərdə tutulmuş hissəsinin "Ödəmə müddəti" sahəsində 

vəsait  alan  hüquqi  səxslər  tərəfindən  göstərilmiş  müddətin  bitməsinə  baxmayaraq 

emitent  bank  tərəfindən  icra  üçün  qəbul  olunur.  “B”  formatlı  ödəniş  tapşırıqları 

hüquqi və fiziki şəxslər tərəfindən kommunal xidmətlərin (su, qaz, elektirik enerjisi, 

və.s),  telefon  danışıqları  haqqının,  icarə  haqqının  ödənilməsi  və  s.  bu  kimi 

xidmətlərlə  əlaqədar  nağdsız  ödənişləri  həyata  keçirmək  üçün  istifadə  olunur.  mənfi 

cəhəti- vaxtında təminat yoxdur. Müsbət cəhəti- sənəd dövriyyəsinin sadəliyi, malın, 



35 

 

göstərilmiş  xidmətin  keyfiyyətini  qabaqcadan  yoxlaya  bilmək  imkanı, 



hesablamlaların aparılma texnikasının sabitləyi. 

İnkasso üzrə hesablaşmalar zamanı vəsait alan öz bankına ödəyicidən ödənişin 

alınmasını  tapşırır  və  bank  bu  vəzifəni  öz  öhdəsinə  götürür.İnkasso  tapşırığından 

satılmış  malların,  görülmüş  işlərin,  göstərilməiş  xidmətlərin  dəyərinin  ödənilməsi 

üçün  istifadə  edilir.  İnkasso  tapşırığı  əsasında  ödənişin  alınması  akseptli  və  ya 

akseptsiz  qaydada  həyata  keçirilə  bilər.  Akseptli  qaydada  həyata  keçirilən  ödəniş 

zamanı  ödəyicinin  müvafiq  yazılı  sərəncamı  tələb  olunur.  Həmin  sərəncam 

qabaqcadan  da  verilə  bilər  (qabaqcadan  aksept),  bu  şərtlə  ki,  vəsait  alanı 

eyniləşdirməyə  imkan  verən  lazımi  məlumatlar  sərəncamda  göstərilmiş  olsun. 

İnkasso  tapşırığı  əsasında  akseptsiz  qaydada  ödəniş  ödəyicinin  sərəncamı  olmadan, 

lakin  onunla  müvafiq  icraçı  bank  arasında  bank  hesabı  müqaviləsində  nəzərdə 

tutulmuş  hallarda  həyata  keçirilir.İnkasso  tapşırığının  mütləq  rekvizitləri 

aşağıdakılardır: 

- vəsait alanın adı və digər rekvizitləri; 

- ödəyicinin adı və digər rekvizitləri; 

- emitent bankın adı və digər rekvizitləri; 

- icraçı bankın adı və digər rekvizitləri; 

- ödənilməli olan vəsaitin məbləği və valyuta növü; 

- ödənişin və (və ya) ödəniş akseptinin müddəti və şərtləri.  

İnkasso tapşırığı 3 nüsxədə tərtib edilir. 1-ci və 2-ci nüsxələr ödəyicinin müştərisi 

olduğu  icraçı  banka  göndərilir;  bu  zaman  1-cü  nüsxə  vəsaiti  ödəyicinin  hesabından 

silmək üçün əsas olur və icraçı bankda qalır, 2-ci nüsxə isə ödəyiciyə təqdim edilir.3-

cü nüsxə inkasso tapşırığının qəbul olunması barədə iltizam kimi icraçı bankın məsul 

şəxsinin  imzası  və  bankın  ştampı  ilə  təsdiqlənir  və  vəsait  alana  qaytarılır.  Ödəyici 

inkasso  tapşırığını  aksept  etməkdən  tam  və  ya  qismən  imtina  edə  bilər.  İnkasso 

tapşırığının  ödənilməsindən  imtina  akseptdən  imtina  ərizəsi  formasında 

rəsmiləşdirilir. Həmin ərizə üç nüsxədə tərtib edilir. 



Akkreditivlə  hesablaşma  zamanı  alıcı  bankı  satıcı  bankına  akkreditivdə 

göstərilən  şərtlərə  əməl  edildikfən  sonra  satıcının  yola  saldığı  mal-materialların 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə