Ərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə1/26
tarix15.08.2018
ölçüsü1,4 Mb.
#62837
  1   2   3   4   5   6   7   8   9   ...   26


 

    AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 



      AZƏRBAYCAN DÖVLƏİQTİSAD UNİVERSİTETİ

 

 



                     MAGİSTRATURA MƏRKƏZİ 

 

 



Ə

lyazmas


ı

  h


ü

ququnda 


 

 

 



Məmmədova Azadə Tahir qızı 

“Bankın aktiv əməliyyatları və onların təkmilləşdirilməsi” 

 

 Mövzusunda 



 

 

                MAGİSTR DİSSERTASİYASI  



 

 

İxtisasışifri və adı060403, “Maliyyə” 



İxtisaslaşma              MM130139, “Bank işi” 

 

Elmi rəhbər:                                               Magistr proqramının rəhbəri: 



i.e.d.prof.M.M.Bağırov 

                                i.e.d.prof.Rzayev R.M

 

 

        Kafedra müdiri  prof. Z.F.Məmmədov 



 

 

 



Bakı - 2015 


 

          M Ü N D Ə R İ C A T 



Mövzu

Bankın aktiv əməliyyatları və onların təkmilləş-



dirilməsi 

Səh. 

GİRİŞ..........................................................................................3-4

 

FƏSIL 1. Bank sisteminin təkamülü və onun xüsusiyyətləri 

1.1Bank sistemi və onun inkişaf mərhələləri.............................................................5-8 

1.2 Müasir bank sisteminin xüsusiyyətləri...............................................................8-17 

1.3 Kommersiya bankları bank sisteminin əsas həlqəsi kimi.................................17-21 



FƏSİL 2. Kommersiya banklarının əməliyyatlarının təhlili və 

qiymətlənməsi 

2.1Bankların əməliyyatlarının təhlili .....................................................................22-44 

2.2 Bankların aktiv əməliyyatlarının səmərəliyinin qiymətlənməsi.....................44-52 

FƏSIL  3.  Kommersiya  banklarının  əməliyyatları  və  onların 

təkmiləşdirilməsi 

3.1 Kommersiya  banklarının kredit əməliyyatlarının yeri və rolu....................53-68 

3.2 Kommersiya bank əməliyyatlarının təkmilləşməsdirilməsi.............................68-77 

 

NƏTİCƏ VƏ TƏKLİFLƏR................................................................................78-80 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT..............................................................81-82 

ANNOTASİYA.....................................................................................................83-84 



 

                                G İ R İŞ 



Mövzunun aktuallığı. Kommersiya bankları iqtisadi və sosial sferada aktiv 

əməliyyatlar aparmaqla əvəzsiz xidmət göstərirlər. Bankların aktiv əməliyyatları 

həm dolayı yolla, həm də birbaşa olaraq ölkənin inkişafına təsir edir. Ona görə də 

bu  mövzu  bu  gün  aktual  olaraq  qalır.Mövzunun  aktuallıgı  həm  də  aktiv 

əməliyyatların  inkişafından  irəli  gəlir.  Beləki,  qiymətli  kagızlar  bazarının 

genişlənməsi, ölkəyə investisiya qoyuluşunun artması, ipoteka kreditlərinin verilməsi, 

bankların  aktiv  əməliyyatlarını  genişləndirmişdir.İqtisadiyyatın  sürətli  inkişafı 

şəraitində  hər  zaman  bank  vəsaitlərinə  ehtiyac  vardır.  Ona  görə  də  bu  mövzu  uzun 

müddət öz aktuallığını saxlayacaqdır. 

Tədqiqatın  məqsədi  və  vəzifələri.  Burada  əsas  məqsəd  ölkə  iqtisadiyyatının 

inkişafında  bankların  aktiv  əməliyyatlarının  nə  qədər  mühüm  rola  malik  olduğunu 

göstərməkdir,dünya  və  valyuta  bazarında,pul  resurslar  bazarında,banklararası 

bazarında    maliyyə  münasibətlərinin  mövcud  vəziyyətini  kompleks  araşdırmaq  və 

onun  təkmilləşdirilməsinə  dair  elmi  cəhətdən  əsaslandırılmış  təklif  və  tövsiyələr 

hazırlamaqdan ibarətdir.  



Tədqiqat obyekti və predmenti. Bu dissertasiya işində tədqiqat obyekti 

kommersiya  banklarının  aktiv  əməliyyatlarıdır  və  tədqiqat  predmentini  isə  maliyyə 

bazarında,banklararası  bazarında,valyuta  bazarında  kommersiya  banklarının  aktiv 

əməliyyatlarının  inkişaf  mərhələləri  və  onların  təkmilləşdirilməsi,səmərəliyinin 

qiymətləndirilməsi kimi məsələlərinin öyrənilməsi təşkil edir. 

Tədqiqatın  informasıya  bazası  Azərbaycan  Respublikası  qanun  və  sərəncam-

larından,“Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı”  Statistik  bülleten-

dən,Maliyyə  Nazirliyinin  məlumatlardan,  Mərkəzi  Bankın  təlimat  və  hesabatların-

dan,  mövzuya  aid  jurnal  və  bülletenlərdən,  Qlobal  İnternet  şəbəkəsinin  informasiya 

resursları  təşkil  edir.  Tədqiqat  prosesi  iqtisadi  təhlil,müqayisə,məntiqi  ümumiləş-

dirmə,statistika qruplaşdırma,iqtisadi-riyazi və s.metodlardan istifadə edilmişdir. 




 

Tədqiqatın 



elmi  yeniliyi.İqtisadiyyatda  kommersiya  banklarının  aktiv 

əməliyyatlarının  sahəsində  aparılan  təhlillərin  nəticəsi  olaraq,  mövcud  olan 

problemlərin  aradan  qaldırılması  üçün  elmi  praktiki  tədqiqatlar  aparılmış  və  elmi 

yenilliklər  edilmişdir:  1)  banklarının  aktiv  əməliyyatlarının  əsas  xüsusiyyətləri  və 

istiqamətləri  araşdırılmış  2)Azərbəycanda  kommersiya  bankların  aktiv  əməliy-

yatlarının  mövcud  vəziyyəti araşdırılıb təhlil edilmiş 3)  təkmilləşdirilməsi üçün tək-

liflər  irəli  sürülmüş,xarici  təcrübələrin  yerli  banklarda  tətbiqi  məsələləri  araş-

dırılmışdır.  Mərkəzi  Bankın  kommersiya  banklarına  verdikləri  kreditlərə  görə  uçot 

dərəcələri  və  banklararası  kredit  bazarında  faizlər  azaldılmasını,  kreditləşmə  prosesi 

zamanı  kreditin  təminatlılığı  kimi  müəssisələrdən  tələb  olunan  girov  yox, 

müəsissələrin  maliyyə  fəaliyyəti  əsas  göstərici  kimi  araşdırılmasını,  ölkə 

iqtisadiyyatının  inkişafı  üçün  kiçik  sahibkarlığın  inkişafının  zəruri  olduğunu 

nəzərə alaraq, komerisya banklarının kiçik və orta biznesə maraq göstərmələrini, 

kommersiya banklarının həyata keçirdiyi əməliyyatların çeşidi artırılmasını,banklarda 

fəaliyyət 

göstərən  kadrların  təhsilinin  təkmilləşdirilməsinə  xüsusi  diqqət 

yetirilməsini,  bazar  iqtisadiyyatında  banklar  aktiv  əməliyyatlarının  optimal  üsuları 

seçilməsini ideaları ise elmi yeniliyin nəticəsində yaranan fikirlər və təkliflərdir. 



Tədqiqatın 

praktiki 

əhəmiyyəti 

ondan 


ibarətdir 

ki,onun 


əsas 

müddəalarından,əldə  edilmiş  nəticələrdən,irəli  sürülmüş  təklif  və  tövsiyələrdən 

istifadə  olunması  Azərbaycan  Respublikasında    bank  sisteminin  dinamik  və  effektiv 

inkişafına əhəmiyyyətli təsir göstərəcəkdir. 



Dissertasiya  işinin  quruluşu  və  həcmi.Dissertasiya  işi  giriş,üç  fəsil,nəticə  və 

təkliflərdən,20-ə  yaxın  sxem,  cədvəl  və  qrafikləri  özündə  əks  etdirən  1,5  interval 

kompüter yazısı ilə  84 səhifədən ibarətdir.İşdə  istifadə olunmuş 46 adda ədəbiyyat 

siyahısı göstərilmişdir. 

 

 

 



 


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə