Ərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix15.08.2018
ölçüsü1,4 Mb.
#62837
1   2   3   4   5   6   7   8   9   ...   26

11 

 

Bank  xidmətlərinin  çoxalması,  rəqabətin  bu  əsasda  inkişaf  etməsi,  maliyyə 



xidmətləri sahəsinin tənzimlənməsi ilə stimullaşdırılırdı.  Bu vəziyyət keçən əsrin 70-

ci  illərinin  sonu  80-cı  illərin  əvvəllərində  başlamış  və  yaxın  gələcəkdədavam  etməsi 

meyli  açıq  hiss  olunurdu.  Dünyanın  iqtisadi  cəhətdən  inkişaf  etmişölkələrində 

tənzimləmə 

prosesi 

müxtəlif 

formalarda 

getmişdir. 

Məsələn, 

Amerika 


BirləşmişŞtatlarında  bu  proses,  əhaliyə,  xüsusən  də  kiçik  əmanətçilərəəmanət  üzrə 

yüksək gəlir vermək və bu yolla daha çox vəsait cəlb etmək məqsədiləəmanətlər üzrə 

faiz  dərəcələrinin  yüksəldilməsi  ilə  başlamışdır.  Bununla  yanaşı,  pul  bazarında 

depozit  hesablar  üzrə  qiymətli  kağizlar  vəçek  əmanətləri  üzrə  yüksək  faiz 

ödənilməsinə icazə verildi.  

Digər  inkişaf  etmiş,  sabit  bank  sisteminə  malik  Yaponiya,  Almaniya,  Kanada, 

Böyük Britaniya, Avstriya kimi ölkələrdə tənzimləmə prosesi 80-cı illərin ortalarında 

başlamışdır. 

Bu ölkələrdə bankların, qiymətli kağizlar üzrə dilerlərin, siğorta işinin təşkili ilə 

məşğul  vasitəçilərin  vəçoxsaylı  digər  maliyyəəməliyyatları  həyata  keçirən  şirkət  və 

qurumların hüquqi fəaliyyət sahəsi genişləndirildi. 

Bütün 


postsovet 

respublikalarında, 

eləcə 

də 


Azərbaycanda 

məhz 


tənzimləməprosesi  demək  olar  ki,  xidmət  sahələrinin  çoxalması  və  hüquqi  fəaliyyət 

sahəsinin genişləndirilməsi ilə müşayət olunmaqdadır. 

Bankların  müasir  inkişaf  səviyyəsi  tənzimlənmənin  artan  rəqabətlə  sıx  əlaqəsi 

vəsait  cəlb  edilməsinə  xərclərin  səviyyəsini  qaldırmışdır.  Buna  görə  də  banklar 

fəaliyyətlərini  davam  etdirmək  üçün  bazar  tərəfindən  müəyyənləşdirilən,  rəqabətə 

davamlı  faiz  dərəcələrini  ödəyərək,  məsələn,  cari  xərclərin  azaldılmasını,  işçi 

heyətinin,  köhnəlmiş  texniki  vəsaitlərin  yenisi  iləəvəz  olunmasını  həyata  keçirməyə 

məcbur oldular. 

İnkişaf  etmişölkələrin,  həmçinin  bazar  iqtisadiyyatına  keçid  şəraitində  olan 

ölkələrin  təcrübəsi  göstərir  ki,  son  illər  ərzində  banklar  cari  xərclərin  artmasına 

baxmayaraq,  əl  əməyini  əvəz  edən,  daha  müasir  və  məhsuldar  avtomatika 

sistemlərinin  tətbiqinə  xüsusi  fikir  verərək  elektron  maşınlarıəldə  edir,  onların  geniş 




12 

 

istifadəsinəşərait  yaradırlar.  Bu  tədbirlər  nəticəsində  bankların  müştərilərə  bütün 



əməliyyat günüərzində depozit hesablarıilə, ticarət mərkəzləri iləəlaqə saxlanmasına, 

pulları,  qiymətli  kağizlarını  dəyişə  bilmək  imkanlarını,  hesablaşma  kassa 

avtomatlarının 

xidmətlərinin 

genişləndirilməsinə, 

qisa 


müddət 

ərzindəçoxsaylıəməliyyatlar  icra  edən  etibarlı  kompüter  sisteminin  tətbiqinə,  bank 

idarəçiliyi  üçün  istənilən  an,  istənilən  məlumatlarıəldə  etmək  şəraitinə  nail 

olunmuşdur.  Nəticədə  bank  işinin  kapital  tutumu  artmış,  əmək  tutumu  azalmışdır. 

İnkişafın  bu  istiqaməti  ona  gətirib  çixaracaq ki, artıq  bank  və  müştəri  heç  də tez-tez 

görüşməyəcək.  Onlar  arasındakıxidmət  göstərilməsi  əməliyyatı  tamamilə 

avtomatlaşdırılacaq  və  kompüter  terminalları,  telekommunikasiya  sistemləri 

vasitəsilə  həyata  keçiriləcək.  Düzdür  bu  sistemlərin  tətbiqi  kapital  tutumunu  artıraraq 

bir 

çox 


iş 

yerlərinin 

bağlanmasına 

gətirib 


çıxarır, 

qisa 


müddət 

ərzindəçoxsaylıəməliyyatların icrasına şərait yaradır. Lakin heç cür müştərilərin bank 

işçisi ilə canlı təmasının və canlı inamın səmərəsini yarada bilmir. 

Bank  fəaliyyətinin  böyük  dövriyyəsi  avtomatlaşdirmanın,  kompüterləşmənin  və 

texniki  silahlanmanin  yeniliklərinin  təxirəsalınmaz  tətbiqini  tələb  edir.  Həm  dəbu 

vəzifəni  yerinəyetirmək,  həm  də  xidmət  həcmini  artırmaq  üçün  banklar  daha  uzaq 

yerlərə,  yeni  bazarlar  axtarır,  həmin  yerlərdə  sabit  bank  xidmətləri  yaratmaq 

məcburiyyətində  qalırlar.  Nəticə  isə  ona  gətirib  çıxarır  ki,  bu  bankların  filiallar 

sistemi,  kiçik  banklarıöz  tərkibinə  alan,  daha  böyük  bazarlara  xidmət  göstərən, 

çoxsaylı idarələrə malik bank nəhəngləri yaranır. Bu proses müstəqil bankların sayının 

azalmasına,  eyni  zamanda  kapital  baximından  orta  ölçülü  bankların  çoxalmasına 

gətirib  çixarır.  Belə  hal  Böyük  Britaniyada,  Fransada,  Almaniyada,  Amerika 

BirləşmişŞtatlarında  keçən  əsrin  80-cı  illərin  də  baş  vermişdir.  Azərbaycanda  isə  bu 

proses  bir  qədər  gec,  təqribən  1996-1997-ci  illərdə  başlamişdir.  90-cı  illərin 

əvvəllərində  Azərbaycanda  çoxsaylı    kiçik  müstəqil  banklar  yaranmış,  sonralar  isə 

bank sistemində gedən inkişaf prosesi qeyd olunduğu kimi, çoxlu birləşmələrə və bəzi 

filiallarım  yaranmasına,  bəzilərinin  lisenziyalarının  geri  götürülməsinə  gətirib 

çıxarmışdır. 




13 

 

Həmçinin  qeyd  olunmalıdır  ki,  bir  çox  inkişaf  etmişölkələrdə  avtomatikanın 



tətbiq olunması  iləəlaqədar olaraq bir çox banklar uzaq ərazilərdəöz xidmət bazarını 

genişləndirmək 

məqsədiləözlərinin, 

avtomatik 

kassa 

vasitələrinin 



vətelekommunikasiyanın  köməyi  ilə  idarə  edilən  elektron  filiallarını  yaradırlar.  Bu 

yeni  binatikmə  və  ya  mühüm  bank  obyekti  yaratmaqdan  çox  sərfəlidir.  Belə  bank 

filialları  getdikcə  inkişaf  edir,  fəaliyyətə  başladiği  ilk  dövrlərdəki  xidmət  sahələrini 

genişləndirərək tam xidmət növlərini icra edə bilirlər. 

Son zamanlar, xüsusilə, XX əsrin sonlarından başlayaraq ETT –nin sürətli inkişafı 

bank  sektorunda  da  özünü  büruzə  verməyə  başlamışdır.  Belə  ki,  banklar  artıq 

müştərilərlə olan münasibətləri on –line sistemində təşkil etməyə başlamışdılar ki, on 

–line bank xidmətlərinin dəözünün kifayət qədər üstün cəhətləri vardır: 

-  əməliyyatların sürətinin artması; 

-  müştərilərə daha yaxşı xidmətin göstərilməsi; 

-  xərclərin azalması; 

-  bazar paylarının artırılması; 

-  digər banklarla beynəlxalq bankçılıq sahəsində rəqabət şərtlərinə uyğunlaşma. 

Ümumilikdə  konkret  olaraq  on  –line  bank  xidmətlərinə  home  –bankinq 

xidmətləri,  distansiyalı  bank  xidmətləri  modeli,  bankomatlarla  xidmət,  plastik 

kartlarla əməliyyatlar aid edilir.  

XX  əsrin  80  –ci  illərinin  əvvəlləri  müştərilərə  göstərilən  bank  xidmətlərinin  yeni 

istiqamətinin  inkişafının  başlanğıcı  hesab  edilir.  Bu,  kompyuter  sisteminin 

formalaşması  ilə  bank  əməliyyatlarının  bilavasitə  müştərilərin  evlərinə  və  ya 

ofislərinəçatdırılması  idi.  Təqdim  edilən  bank  xidmətlərinin  spektri  müştərilərə 

göstərilən  ənənəvi  bank  xidmətlərinin  siyahısını  genişləndirdi.  O,  adi  hesablaşma 

əməliyyatları ilə yanaşı, məlumat xidmətlərini dəəks etdirir.  

Home –bankinq (ev –bank sistemi) xidmətinin inkişafının üç mərhələsi vardır: 

-  birinci mərhələ - PS bankinq    

-  ikinci mərhələ - İnternet –bankinq  

-  üçüncü mərhələ - telefon –bankinq 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə