Ərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə16/26
tarix15.08.2018
ölçüsü1,4 Mb.
#62837
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

48 

 

Kredit  portfelinin  artımı  əhalinin  əmanətlərinin  və  korporativ  sektorun 



depozitlərinin  artması  ilə  dəstəklənmişdir.  Uzunmüddətli  kreditlərin  həcmi  38,4% 

artaraq  ilin  sonuna  12087,4  mln.  manat  təşkil  etmişdir.  2013-cü  ilin  sonuna  kredit 

portfelinin  strukturunda  uzunmüddətli  kreditlərin  xüsusi  çəkisi  78,4%  (01.01.2013 

tarixinə 70,6%) təşkil etmişdir. İl  ərzində kreditlərin  valyuta strukturunda də  müsbət 

dəyişiklik olmuşdur. Məzənnə sabitliyinin qorunub saxlanılması nəticəsində 2013-cü 

ildə  milli  valyutada olan kreditlərin artım  tempi (31,5%)  xarici  valyutada kreditlərin 

artım tempini (13,8%) üstələmişdir. İlin sonuna kredit portfelində manatla kreditlərin 

xüsusi çəkisi 3 faiz bəndi artaraq 71,8% olmuşdur. Kreditlər üzrə yüksək artım tempi 

inşaat və əmlak sektorlarına (86%), nəqliyyat və rabitə sektoruna (17,9%), sənaye və 

istehsal  sektoruna  (16,9%),  kənd  təsərrüfatı  və  emala  (34,2%)  verilən  kreditlərdə 

müşahidə  olunmuşdur.  Yeni  bank  texnologiyavə  alətlərin  tətbiqi  və  təbliği 

nəticəsində  plastic  kartlarla  əməliyyatlar  üzrə  kreditlər  2  dəfə  artmışdır.  Ev 

təsərrüfatlarına  verilmiş  kreditlər  44%  artaraq  ilin  sonuna  6214,7  mln.  manat 

olmuşdur  ki, bu da kredit portfelinin 40,3%-ni təşkil etmişdir. İstehlak kreditləri isə 

(bütün  kredit  təşkilatları  üzrə)  45,4%  artaraq  ev  təsərrüfatlarına  verilmiş  kreditlərin 

77,6%-ni təşkil etmişdir. 2013-cü il ərzində ipoteka kreditləri 26,6% artaraq 1 yanvar 

2014-cü il tarixinə 890,3  mln. manat (01.01.2013-ci il tarixinə ipoteka portfeli 703,7 

mln.  manat)  təşkil  etmişdir.  Ümumi  kredit  portfelində  (banklar  üzrə)  bu  kreditlərin 

xüsusi  çəkisi  01.01.2014-cü  il  tarixinə  5,8%  olmuşdur.  1  yanvar  2014-cü  il  tarixinə 

qiymətli  kağızlara  investisiyalar  1772,9  mln.  manat  olmuşdur.  Bu,  ötənillə 

müqayisədə  2,1%,və  ya  36,8  mln.  manat  çoxdur.  Qiymətli  kağızların  xüsusi  çəkisi 

orta  aktivlərin  8,7%-ni  təşkil  etmişdir.  Əgər  2012-ci  ildə  qiymətli  kağızlarda 

korporativ  qiymətli  kağızların  payı  71,1%  (1234  mln.  manat)  olmuşdursa,  2013-cü 

ildə bu göstərici 81,8% (1449 mln. manat) təşkil etmişdir. Dövlət qiymətli kağızlarına 

investisiyalar 300 mln manata çatmışdır. 

 

 

 



49 

 

 



                                                                                                                 Cədvəl 2.10 

                                                                                  Mənfəət strukturu, mln manat 

 

 

 



2010-cu il 

 

2011-cı il

 

2012-ci il 

 

2013-cü il

 

Xalis faiz mənfəəti

 

504


 

5013


 

597


 

829


 

Xalis qeyri-faiz mənfəəti

 

-180


 

-217


 

-269


 

-317


 

Aktivlər üzrə mümkün zərərin 

ödənilməsi üçün xüsusi 

ehtiyatın yaradılmasına 

ayırmalar 

 

184


 

447


 

160


 

171


 

Vergi ödənilənədək mənfəət

 

140


 

-152


 

170


 

341


 

 

 



2013-cü  ildə  bank  sektorunun  fəaliyyətinin  maliyyə  nəticələri  ümumilikdə 

qənaətbəxş  olmuşdur.  2013-cü  ildə  bankların  əldə  etdikləri  mənfəət  (vergi 

ödənilənədək)  341,2  mln.  manat  olmuş,  vergilərödənildikdən  sonra  isə  xalis 

mənfəətin həcmi ötən illə müqayisədə 2 dəfə artaraq 267,6 mln. manat təşkil etmişdir. 

Bankların 91%-i 2013-cü ili 272,3 mln. manat həcmində mənfəətlə, 9%-i isə 4,8 mln. 

manathəcmində  zərərlə  başa  vurmuşlar.  Zərərlə  işləyən  bankların  ümumi  bank 

sisteminin aktivlərində xüsusi çəkisi cəmi 0,8% təşkil etmişdir. Faiz gəlirləri ötən illə 



50 

 

müqayisədə  30,1%  artmış  və  1646,9  mln.  manata  (o  cümlədən  müştərilərə  verilmiş 



kreditlər  üzrə  faiz  gəlirləri  31,8%  artaraq  1514,2  mln.  manata)  çatmışdır.  Bankların 

ümumi  gəlirləri  2089,5  mln.  manat  təşkil  etmişdir  ki,  bu  da  2012-ci  ildəki 

göstəricidən  464,4  mln.  manat  və  ya  22,2%  çoxdur.  2013-cü  ildə  bütün  faiz 

gəlirlərinin ümumi gəlirlərdə xüsusi çəkisi artaraq 78,8% olmuşdur. Faiz xərcləri ötən 

illə  müqayisədə  23,7%  artmış  və  817,6  mln.  manat  təşkil  etmişdir.  Faiz  xərclərinin 

orta aktivlərə nisbəti 4,4% təşkil etmişdir. 

2013-cü  ildə  bank  sektorunun  aktivlərinin  gəlirliliyi  (vergi  ödənilənədək  xalis 

mənfəətin  orta  aktivlərə  nisbəti  kimi  hesablanmış  -  ROA)  1,5%,  kapitalın  gəlirliliyi 

(vergi  ödənilənədək  xalis  mənfəətin  orta  kapitala  nisbəti  kimi  hesablanmış  -  ROE  ) 

11,7%  təşkil  etmişdir.  2013-cü    ilin  birinci  yarımilini  bank  sistemi  162,28  milyon 

manat  mənfəətlə  başa  vurub.Azərbaycanın  43  bankından  40-ı  mənfəətlə,  3-ü  isə 

zərərlə işləyib. Halbuki, ilin əvvəlində 8 bank zərərlə işləyirdi.Birinci yarım ildə bank 

sisteminin  mənfəətlə  işləyən  banklar  üzrə  cəmi  mənfəəti  168.03  milyon  manat, 

zərərlə  işləyən  banklar  üzrə  zərəri  isə  5,75  milyon  manat  təşkil  edib.Son  bir  ildə 

 Azərbaycanın  bank  sistemində  zərər  təxminən  17  dəfə  azalıb,  mənfəət  isə  16  dəfə 

artıb.Qeyd  edək  ki,   son  10  ildə  Azərbaycanda  banklar  tərəfindən  ən  çox  mənfəət 

252,98 milyon manat olmaqla 2009-cu ildə əldə edilmişdi. Bank sistemində ən böyük 

zərər  isə  2011-ci  ildə  158.99  milyon  manat  təşkil  etmişdi.   2012-ci  ildə  isə  banklar 

tərəfindən əldə edilmiş  yekun  mənfəət  130,01  milyon  manat təşkil etmişdi. 2014-cü 

ilin oktyabr ayının nəticələri üzrə bankların ümumi mənfəəti zərərlə işləyən bankların 

itkilərindən  12  dəfə  çox  olub.  Hesabata  əsasən,  36  bankın  mənfəəti  393,63  milyon 

manat,  6  bankın zərəri  isə  32,26  milyon  manat təşkil  edib  ki,  bu  da  bank  sisteminə 

361,37  milyon  manat  xalis  mənfəət  əldə  etməyə  imkan  verib.Sentyabr  ayı  ilə 

müqayisədə mənfəətlə işləyən bankların sayı dəyişməz qalıb, onların ümumi mənfəəti 

isə 12,95 faiz artıb. Zərərlə işləyən bankların sayı da dəyişməz qalıb, ümumi zərər isə 

13,93  dəfə  artıb.2014-cü  ilin  oktyabrında  ötən  ilin  analoji  dövrü  ilə  müqayisədə 

ölkədə mənfəətlə işləyən bankların sayı dəyişməz qalıb, sektorun ümumi mənfəəti isə 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə