Ərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix15.08.2018
ölçüsü1,4 Mb.
#62837
1   2   3   4   5   6   7   8   9   10   ...   26

20 

 

1.  bank  lisenziyasını  almaq  üçün  ilkin  müraciətin  edilməsi  və  ona 



baxılmasınıəhatə edən birinci mərhələ;  

2.  bank  və  xarici  bankın  yerli  filialı  dövlət  qeydiyyatına  alındıqdan  sonra 

bank lisenziyası almaq üçün yekun müraciətin edilməsi və ona baxılmasınıəhatə 

edən ikinci mərhələ. 

Bank  lisenziyası  verilməsi  haqqında  vəsatətə  Mərkəzi  Bank  bu  qanunda 

nəzərdə tutulmuş bütün sənədləri aldığı gündən ən geci 30 gün keçənədək baxır. 

Mərkəzi  Bank  alınmış  sənədlərin  ilkin  ekspertizasını  keçirdikdən  sonra  3  gün 

müddətində  vəsatətçiyə  bu  barədə  məlumat  verir,  Mərkəzi  Bankda  kredit 

təşkilatıüçün  müxbir  hesabı  açır  vəMərkəziBank  tərəfindən  müəyyən  olunmuş 

minimum nizamnamə  kapitalının bir ay müddətində  100  faiz ödənilməsini tələb 

edir.  Kredit  təşkilatının  minimum  nizamnamə  kapitalının  100  faiz  ödənildiyini 

təsdiq edən sənədlər təqdim olunduqda, Mərkəzi Bank 3 gün müddətində kredit 

təşkilatına  bank  əməliyyatlarının  aparılmasıüçün  lisenziya  verilməsi  haqqında 

qərar qəbul edir. 

Mərkəzi  bank  kommersiya  banklarına  lisenziya  verməkdən  imtina  da  edə  bilər. 

Bank  lisenziyası  verməkdən  imtina  edildiyi,  yaxud  bunun  üçün  müəyyən  şərtlər 

qoyulduğu  və  ya  bank  lisenziyasıüzrə  fəaliyyətin  məhdudlaşdirildiği  hallarda 

vəsatətçiyə  bunlari  doğuran  səbəblər  rəsmi  bildirilir.  „Azərbaycan  Respublikasında 

banklar  və  bank  fəaliyyəti  haqqında"  Azərbaycan  Respublikasının  qanununaəsasən 

Mərkəzi Bank aşağıdakı hallarda lisenziya verməkdən imtina edə bilər: 

1) İdarə Heyətinin sədri, onun müavinləri və baş mühasib onların qarşısında 

qoyulan  ixtisas  tələblərinə  uyğun  olmadıqda.  Bu  aşağıdakı  hallarda  olar:  bu 

şəxslərin ali iqtisadi və ya hüquqi təhsilinin və bank əməliyyatlarının aparılması 

iləəlaqədar  kredit  təşkilatının  bölməsinə  rəhbərlik  təcrübəsinin  olmaması; 

mülkiyyətə  qarşı  cinayətlər,  təsərrüfat  və  vəzifə  cinayətləri  törədilməsinə  görə 

məhkumluğun olması və s; 

2) təsisçilərin maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduqda; 



21 

 

3)  kredit  təşkilatının  lisenziya  almaq  üçün  təqdim  etdiyi  sənədlər  mövcud 



qanunvericilik və Mərkəzi Bankın normativ aktlarının tələbinə uyğun olmadıqda 

və s 


Bank  lisenziyası  qeyri-müəyyən  müddətə  verilir.  Mərkəzi  Bank  lisenziyasının 

verilməsi  haqqında qərarında əsaslandırılmışşərtlər  və ya  məhdudiyyətlər qoya bilər. 

Bank lisenziyasi verildikdən sonra həmin lisenziyaya şərtlər və məhdudiyyətlər ancaq 

o  halda  aid  edilə  bilər  ki,  onu  almış  bank“Azərbaycan  Respublikasında  banklar  və 

bank  fəaliyyəti  haqqında"  Azərbaycan  Respublikasının  qanununa  və  ya  Mərkəzi 

Bankın hər hansı normativ aktına əməl etməmiş olsun.  

Bank  lisenziya  aldıqdan  sonra  bank  sisteminə  daxil  olur  və  fəaliyyətə 

başlayır.  

Bank lisenziyasının ləğvi də Mərkəzi Bank tərəfindən həyata keçirilə bilər və 

bu aşağıdakı hallarda baş verə bilər: 

1) kredit təşkilatının təsisçilərinin müraciəti ilə(könüllü);  

2)  bank  qanunvericiliyinin  və  Mərkəzi  Bankın  normativ  aktlarının  tələbləri 

mütəmadi  pozulduqda,  əgər  kredit  təşkilatına  «Azərbaycan  Respublikasının 

MərkəziBankı  haqqında»  Azərbaycan  Respublikası  qanununda  nəzərdə 

tutulmuş tələblər bir il ərzində bir neçə dəfə tətbiq olunmuşdursa; 

3)  lisenziya  və  icazə  verilərkən  əsas  götürülmüş  məlumatın  yanlış  olduğu 

aşkara çıxdıqda; 

4)  lisenziyanın  və  icazənin  qüvvəyə  mindiyi  gündən  bir  il  ərzində  ondan 

istifadə edilmədikdə, yaxud fəaliyyət altı aydan çox müddətə dayandırıldıqda; 

6)  Mərkəzi  Bankın  normativ  aktlarında  nəzərdə  tutulmuş  minimum  zəruri 

kapitala  və  xüsusi  ehtiyatlara  malik  olmadıqda,  kreditorlar  vəəmanətçilər 

qarşısında  öz  öhdəliklərini  yerinə  yetirə  bilmədikdə  və  ya  ona  etibar  edilmiş 

vəsaitin saxlanmasını təmin etmədikdə; 

7) müflis olduqda; 

8) təqdim edilmiş hesabatlarda saxtalaşdırma müəyyənləşdirildikdə; 

9) lisenziyada və ya icazədə nəzərdə tutulmamışəməliyyatlar aparıldıqda;  




22 

 

10) filialın baş təşkilatından bank əməliyyatları aparılması hüququ alındıqda.  



Lisenziyanın  geri  götürülməsi  haqda  qərar  qəbul  edildikdən  sonra  Mərkəzi 

Bank  qərarı  rəsmiləşdirərək,  səbəblər  göstərilməklə  kredit  təşkilatına  yazılı 

məlumat verilir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



23 

 

FƏSİL 2. Kommersiya banklarının əməliyyatlarının təhlili və 



qiymətləndirilməsi 

2.1.Bankların əməliyyatlarının təhlili  

Hər  bir  ölkədə  kommersiya  banklari  mövcud  bank  qanunvericiliyinin  icazə 

verdiyi  əməliyyatları  icra  edirlər.  Ümumiyyətlə  kommersiya  bankları  apardığı 

əməliyyatları  3  qrupa  bölünür:  1)  aktiv  əməliyyatlar  2)  passiv  əməliyyatlar 

3)vasitəçilik əməliyyatları.  

Kommersiya banklarının aktiv əməliyyatları dedikdə, müəyyən gəlir almaq üçün 

öz  vəsaitlərini  və  cəlb  edilmiş  vəsaitləri  kredit  formasında  istifadə  etməsi  nəzərdə 

tutulur.  Bu  əməliyyat  müştərilərə  ssuda  verərək,  müəyyən  müddətdən  sonra  faizlə 

birlikdə  geri  qaytarmaq  yolu  ilə  həyata  keçirilir.  Aktiv  əməliyyatlar  vasitəsilə 

kommersiya  bankları  cəlb  etdikləri  vəsaitləri  ehtiyacı  olanlar  arasında  yerləşdirərək 

kreditor  sifətində  çıxış  edirlər.  Kommersiya  bankları  aktiv  əməliyyatları  yerinə 

yetirməyə  məcburdur.  Çünki  bankların  mənfəəti  bu  əməliyyatlardan  asılıdır. 

Bankların həyata keçirdikləri aktiv əməliyyatlar aşağıdakı qruplara bölünür: 

 

 



 

 

 



 

                     SXEM  2.1. Bankların aktiv əməliyyatları

1

 



Hal-hazırda  Azərbaycanda  kommersiya  banklarının  gəlirli  fəaliyyət  göstərməsi 

onun aktiv əməliyyatlarının tərkib hissəsi olan kredit əməliyyatından asılıdır.Kredit 

əməliyyati  pul  vəsaitlərini  müvəqqəti  istifadə  etmək  üçün  qaytarmalı  və  ödənilmək 

şərti ilə yerləşdirilməsində kreditor və debitor arasındakı münasibətdir.  

 

 

1



M.M.Bağırov- Banklar və bank əməliyyatları, Bakı-2003 

 

Bankların aktiv əməliyyatları 



Kredit əməliyyatları 

Kassa əməliayyatları 

Hesablaşma 

əməliayyatları 

İnvestisiya 

Əməliyyatları 

Digər aktiv 

əməliyyatlar 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə