Ərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix15.08.2018
ölçüsü1,4 Mb.
#62837
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

30 

 

Kredit  qoyuluşlarında  artım  həmişə  yeganə  dövlət  bankı  olan  Beynəlxalq  Bank 



hesabına baş verirdi. Təkcə bu bankın verdiyi kreditlərin həcmi ölkənin 46 bankının 

verdiyi  kreditlər  qədərdir.  Ona  görə  də  Beynəlxalq  Bankın  kredit  yatırımındakı 

istənilən  dəyişiklik  ölkənin  ümumi  kredit  bazarına  təsir  edir.  Bu  bankın  yatırımları 

əvvəlki  illərdən  fərqli  olaraq  azalmışdır.  Çünki  Beynəlxalq  Bank  kreditləri  əsasən 

neft  sənayesinə  yönəldir.  Bu  dövrdə  isə əsas  həm  neft  emalı  sənayesinə,  həm  də 

nəqliyyat  sektoruna  kredit  qoyuluşu  azalıb.  Artım  kommersiya  banklarında  qeydə 

alınınb ki, bu vəsaitlər də əsasən istehlak kreditləri olmaqla ticarət, kənd təsərrüfatı və 

tikinti sektoruna yönəldilib. 

Kommersiya 

banklarının 

aktiv 

əməliyyatlarından 



kassa-hesablaşma 

əməliyyatının  da  xüsusi  yeri  vardir.Hesablaşma-kassa  əməliyyatları  xidməti 

sayəsində: 

-tələb olunana qədər hesablar açmaq 

-ölkə daxilində və xaricdə köçürülmə yolu ilə ödənişləri həyata keçirmək 

-konversiya əməliyyatlarını həyata keçirmək 

- əməliyyatlar və hesabın vəziyyəti haqqında qəbz və arayışlar, ödəniş 

- nağd pul vəsaitlərini hesaba daxil etmək və hesabdan nağd pul almaq 

- nağd pulu mübadilə etmək mümkündür. 

2001-ci  ilin  əvvəllərində  Milli  Ödəniş  Sisteminin  arxitekturasının  əsasını  təşkil 

edən Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi yaradılaraq istifadəyə 

verilmişdir.  AZİPS  sisteminin  istismara  verilməsi  nəticəsində  banklar  arasında 

hesablaşmaların real vaxt rejimində (on-line) həyata keçirilməsinə, pul dövriyyəsinin 

sürətinin  nəzərəçarpacaq  dərəcədə  artmasına,  banklar  tərəfindən  likvidliyin  daha 

çevik idarə olunmasına imkan yaranmışdır. 

2002-ci  ilin  sonlarından  etibarən  Milli  Telekommunikasiya  Şəbəkəsinin  bazasında 

Milli Ödəniş Sisteminin arxitekturasının ikinci mühüm elementi olan Xırda Ödənişlər 

üzrə  Hesablaşma  Klirinq  Sistemi  yaradılaraq  istifadəyə  verilmişdir.  Beləliklə,  kiçik 

həcmli,  lakin  daim  təkrarlanan  xırda  ödənişlərin  (əmək  haqqı,  sosial  müdafiə 

ödənişləri, telefon, qaz, su, elektrik enerjisi üzrə kommunal ödənişlər və s.) elektron 



31 

 

daşıyıcılar  əsasında  həyata  keçirilməsinə,  eyni  zamanda,  xırda  ödənişlərin  əsas 



iştirakçıları  olan  kommunal  xidməti  müəssisələrinin,  böyük  sayda  ödəniş 

əməliyyatları  (məs.,  vergi,  gömrük  və  sosial  müdafiə  ödənişləri)  aparan  hökumət 

qurumlarının  Milli  Ödəniş  Sisteminin  infrastrukturuna  inteqrasiyası  üçün  əlverişli 

zəmin yaradıldı. 

Hesablaşmalar  Sistemində  (AZIPS)  2013-ci  ildə  ümumi  həcmi  113  mlrd.  manat 

(ÜDM-in 2,02 misli) olmaqla 522 min ədəd ödəniş sənədi emal olunmuşdur ki, bu da 

ötən  illə  müqayisədə  uyğun  olaraq 5,8%  (6205  mln.  manat)  və 5,9% (29  min ədəd) 

çoxdur.Sistemdə orta hesabla gündəlik sənəd sayı 2130 ədəd,hər bir ödəniş sənədinin 

məbləği isə orta hesabla 461min manat təşkil etmişdir. 

Milli  Ödəniş  Sisteminin  digər  komponenti  olan  Xırda  Ödənişlər  üzrə 

Hesablaşma  Klirinq  Sistemində  (XÖHKS)  ümumi  həcmi  15  mlrd.manat  olmaqla 

26735  min  ədəd  ödəniş  sənədi  emal  olunmuşdur.  Bu,  ötən  illə  müqayisədə  müvafiq 

olaraq  26,4%  (3130  mln.  manat)  və  6,4%  (1604  min  ədəd)  çoxdur.  Sistemdə  orta 

hesabla  gündəlik  sənəd  sayı  109,1  min  ədəd,  hər  bir  ödəniş  sənədinin  məbləği  isə 

61.1 min manat təşkil etmişdir. 

Cədvəl 2.4 

        AZİPS VƏ XÖHKS sistemləri üzrə ödəniş sənədlərinin məbləği,mln.manat 

 

 



2007

 

2008

 

2009

 

2010

 

2011

 

2012

 

2013

 

AZİPS

 

38727


 

71425


 

72856


 

78425


 

99279


 

106985


 

113190


 

XÖHKS

 

2139


 

5364


 

5274


 

6409


 

8569


 

11844


 

14974


 

 

 




32 

 

Mənbə-Statistik bülleten-Azərbaycan Respublikası Mərkəzi Bankı-2013 



Bəzi  mənbələrdə  bu  əməliyyatlar  birlikdə,  bəzi  mənbələrdə  isə  ayrı-ayrı 

xarakterizə olunur. Ona görə də əvvəl kassa əməliyyatlarını araşdıraq.  

Aydındır  ki,    pul  hesablaşmaları  (dövriyyəsi)  nağd  vənağdsız  formada      təzahür  

edir.  Bankların  kassa  əməliyyatları  nağdı  pul  hesablaşmaları,  bankların  hesablaşma 

əməliyyatları  isə  nağdsız  pul  hesablaşmaları  ilə  əlaqədardır.    Banklar  iqtisadiyyata 

kassa xidməti göstərir, dövriyyədən sərbəstləşdirilmiş nağd pulun bankın kassalarına 

daxil  olmasını  təşkil  edir:  müəssisələrə,  birliklərə,  təşkilatlara,  idarələrə  və  əhaliyə 

nağd  pul  verir;  müəssisələrin,  birliklərin,  təşkilatların  və  idarələrin  kassalarına  daxil 

olan  nağd  pulların  inkassasiyasını  təşkil  edir  və  həyata  keçirir.  Banklar  müştərilərə 

kassa  xidmətlərini  müqavilə  əsasında  yerinə  yetirir.  Başqa  sözlə  kassa  əməliyyatları 

nəticəsində  kommersiya  bankları  öz  müştəriləri  ilə  nağd  pul  hesabaşmalarını  aparır. 

Bu əməliyyat Azərbaycan Respublikasında daha önəmli yer tutur. 

Müəssisələr  tərəfində  nağd  pullar  kredit  təşkilatlarının  kassasına  verilir.  Nağd 

pulların  tam  və  vaxtlı-vaxtında  banka  daxil  edilməsi  üçün  müəssisələrin 

kassalarındakı  nağd  pul  qalığı  limitləşdirilir.  Bu  limitdən  artıq  olan  nağd  pul 

vəsaitləri  banka  verilməlidir.  Kassa  əməliyyatlarının  aparılması  üçün  bankda 

mədaxil,  məxaric,  mədaxil-məxaric,  yenidənsayma  kassaları  və  bankomatlardan 

istifadə edilir.  

Nağd pulu mədaxil etmək üçün kredit təşkilatlarında gündüz mədaxil kassaları  

yaradılır.Nağd  pulun  mədaxili  «nağd  pulun  mədaxili  üçün  elan»a    əsasən  həyata 

keçirilir. Bank hesabı olmayan fiziki şəxs tərəfindən pul köçürmələri ilə bağlı banka 

nağd  pul  təhvil  verildikdə  “Pul  köçürmələri  üçün  elan”dan  istifadə  olunur.  Pul 

köçürmələri büdcə  və büdcədənkənar dövlət fondlarının ödənişləri ilə bağlı olduqda 

“Büdcə ödənişləri  üçün elan”dan  istifadə  olunur.  Elanlar  nağd  pulla birlikdə kassirə 

təqdim  olunur.Gündüz  mədaxil  kassasına  qəbul  edilən  nağd  pul  həmin  əməliyyat 

gününün mühasibat balansında əks olunur.  

Əməliyyat günü qurtardıqdan sonra  müştərilərdən  nağd pulu qəbul etmək  üçün 

axşam  mədaxil  kassası  yaradılır.  Axşam  mədaxil  kassasına  qəbul  edilən  nağd  pul 

növbəti  iş  günündə  mühasibat  balansında  əks  olunur.  Axşam  mədaxil  kassasının 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə