Ərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix15.08.2018
ölçüsü1,4 Mb.
#62837
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

36 

 

qimətlərinin,  göstərdiyi  xidmət  və  işlərin  dəyərinin  ödənilməsi  tapşırığını  verir. 



Akkreditivlər  geriçağrılan  və  geriçağrılmayan  olur.  Vəsait  alana  qabaqcadan 

bildirmədən  emitent  bankın  dəyişdirə  və  ya  ləğv  edə  bildiyi  akkreditiv  geriçağırma 

akkreditivi sayılır. Akkreditivin geri çağırılması emitent bankın vəsait alan qarşısında 

hər  hansı  öhdəliklərini  yaratmır.Vəsait  alanın  razılığı  olmadan  ləğv  edilə  və  ya 

dəyişdirilə  bilməyən  akkreditiv  geri  çağırılmayan  akkreditiv  sayılır.  Geri 

çağırılmayan  akkreditiv  emitent  bankın  qəti  öhdəliyidir.  Akkreditiv  açmaq  üçün 

ərizədə aşağıdakı rekvizitlər olmalıdır: 

- ödəyicinin adı və digər rekvizitləri; 

- vəsait alanın adı və digər rekvizitləri; 

- emitent bankın adı və digər rekvizitləri; 

- akkreditivin məbləği (manatla); 

- akkreditivin icrası şərtləri; 

- akkreditivin icrası üçün təqdim olunmalı sənədlərin siyahısı; 

-akkreditivin,  malların  göndərilməsinin  və  sənədlərin  təqdim  olunmasının 

müddəti.  

Tərəflərin  razılığı  ilə applikantın(ak.  Açmaq istəmən alıcı) öz  vəsaiti  və  ya bank 

krediti  hesabına  açıla  bilər.  Akkreditivin  açılması  haqqında  ərizə  iki  nüsxədə  tərtib 

edilir. Ərizənin birinci nüsxəsi akkreditivin açılması üçün emitent bankda qalır, qəbul 

haqqında qeydlə birgə ödəyiciyə qaytarılır. Emitent bank qəbul edilmiş ərizə əsasında 

sərbəst  məktub  formasında  akkreditiv  tərtib  edir  və  onu  icraçı  banka  (və  ya  birbaşa 

vəsait  alana)  təqdim  edir.  Akkreditiv  üzrə  vəsait  əldə  etmək  üçün  satıcı  mal-

materialları  yola  saldıqdan  sonra  malların  yola  salınmasını  təsdiq  edən  nəqliyyat 

sənədlərini  və  hesab  qaimələrinin  siyahısını  özünə  xidmət  edən  banka  təqdim  edir. 

Bank sənədləri yoxlayır və akkreditiv üzrə ödəniş aparır.  



İnkasso  sərəncamları  ilə  hesablaşmalar  zamanı  ödəyicinin  (borclunun) 

hesabına xidmət göstərən bank (icraçı bank) məcburi icra orqanlarının göstərişi ilə və 

əlavə edilən icra sənədinə əsasən ödənişi ödəyicinin hesabından mübahisəsiz qaydada 

(ödəyicinin sərəncamı olmadan) həyata keçirir. Bu icra sənədi aşağıdakılar ola bilər: 

 

Azərbaycan Respublikası məhkəmələrinin qararları 




37 

 



 

Alimentlərin alınmasl haqqında natoriat qaydaya təsdiq edilməiş sazişlər 

 

Notariat orqanlarının icra qeydləri 



 

Məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərarlarının əmlakın alınmasına 



dair hissəsi və s. 

İnkasso sərəncamları üzrə rekvizitlər təmin olunur və 3 nüsxədə yaradılır. Bizinci 

nüsxə əsasında ödəyicinin hesabından vəsait silinir və icraçı bankda saxlanılır. İkinçi 

nüsxə sənədin icraya qəbul edilməsini təsdiq edən sənəd kimi bankın məsul şəxsinin 

imzası  və bankın ştampı vurularaq  məhkəmə  icraçısına qaytarılır. Üçüncü  nüsxə  isə 

ödəyiciyə təqdim olunur.   

Bankların  apardıqları  aktiv  əməliyyatlardan  biri  də  onlanın  investisiya 

əməliyyatıdır.  İnvestisiya  əməliyyatları  həyata  keçirilən  zaman  banklar  resursları 

qiymətli kağizların alınmasına yönəltməklə və ya birgə təsərrüfat fəaliyyətilə məşğul 

olmaqla  investor  qismində  çıxış  edirlər.  Belə  qiymətli  kağızlara  səhmlar,  istiqrazlar, 

dövlət  uzunmüddətli  öhdəliklərı,  veksellər  və  sair  misal  ola  bilər.  Kommersiya 

banklarının  veksəllərlə  əməliyyatları  özündə  aşağıdakıları  birləşdirir:  uçot 

əməliyyatları (diskont) kredit, aksept üzrə əməliyyatlar, inkassasiya və sair.

 

Qiymətli  kağizlara  investisiya  qoyulmasında  əsas  məqsəd  mənfəət  əldə 



etməkdir.  Kommersiya  banklarının  investisiya  əməliyyatlarının  gəlirliyinə  aşağıdakı 

faktorlar  təsir  edir:  iqtisadiyyatın  vəziyyəti,  maliyyə-kredit  sisteminin  vəziyyəti, 

qiymətli  kağizlar  bazarının  inkişaf  səviyyəsi,  yüksək  likvidliyə  malik  qiymətli 

kağizların  mövcudluğu,  fond  bazarının  iştirakçılarının  ixtisaslaşma  səviyyəsi, 

qiymətli  kağızlar  portfelinin  strukturu  və  digər  bu  kimi  faktorlardan  asılıdır.Bankın 

investisiyalarına aşağıdaki faktor riskləri təsir edir: kredit, bazar və faiz riskləri. 

Kommersiya  banklarinm  investisiya siyasətinin  məqsədlərini  müəyyənləşdirən 

əsas  faktorlar  bunlardir  -  gəlirlilik  və  likvidlik,  gəlirin  artımı  ilə  əlaqədar  olaraq 

bankın öz likvidlik dərəcəsinin güzəştə getməsi və ya onunla risk etməsi. 

Bankın qiymətli kağızlarla investisiya əməliyyatları birbaşa və dolayı gəlir əldə 

edilməsi  üçün  ehtiyatların  qiymətli  kağızlara  qoyuluşunu  xarakterizə  edir.  Qiymətli 

kağızların  qoyuluşundan  əldə  olunan  birbaşa  gəliri  bank  divident,  faiz  və  likvidlik 




38 

 

gəliri  şəklində  alır.  Dolayı  gəlirlər  bankların  qiymətli  kağızlarının  nəzarət  paketi 



vasitəsilə müştərilərə təsiri nəticəsində əmələ gəlir. 

Qiymətli  kağızlara  qoyuluşların  uçotu  «Qiymətli  kağızllarla  əməliyyatlar» 

mühasibat balansının aktiv hesab bölməsində aparılır. 

1. borc öhdəliklərinə qoyuluşlar; 

2. səhmlərə qoyuluşlar; 

3. hesaba alınmış veksellər; 

Bankların  qiymətli  kağızlara  qoyuluşlarının  tədqiqi  zamanı  birbaşa  və  portfel 

investisiyalarını ayırmaq lazımdır. 

Birbaşa investisiyalar (kapital qoyuluşlara) – bu investisiya obyektlərinin idarə 

olunması  məqsədilə  yönəldilən  qoyuluşlardır.  Bank  bu  və  ya  digər  kompaniyanın 

səhmlərinin  nəzarət paketini əldə edərsə, o zaman  investisiyaların qiymətli kağızlara 

qoyulduğu  aşkarlana  bilər.  Bank  daimi  müştərilərinin  ticarət  və  sənaye 

müəssisələrinin  səhmlərinin  nəzarət  paketinin  sahibi  ola  bilər.  Bu  zaman  bank 

müəssisənin  istehsal  və  maliyyə  fəaliyyətinə  tam  nəzarət  edir  və  nəticə  etibarilə  by 

müəssisələrdə  aparılan  kredit  əməliyyatlarının  təhlükəliliyini  azaldır.  Mədaxil 

bazasını və fəaliyyətini genişləndirmək üçün bank qeyri-bank maliyyə kompaniyaları 

kimi iştirak edir. (investisiya və sığorta kompaniyaları, qeyri-dövlət təqaüd  fondları, 

lizinq kompaniyaları və s.) Bu kompaniyalar bankdan asılı olur və onların səhmlərinə 

kapital qoyuluşları birbaşa inventisiyaların forması kimi ifadə olunur. 

Portfel  investisiyaları.  vahid  şəkildə  idarə  olunan  müxtəlif  emitentli  qiymət 

kağızların portfelinin yaranması ilə həyata keçirilir.Portfel inventisiyalarının məqsədi 

portfeldə  yerləşən  qiymətli  kağızların  kurs  məbləğinin  artmasından  əldə  olunan 

mədaxilin alınmasıdır.Qiymətli kağızların portfeli bu tiplərə ayrılır: 

Artım  portfeli  –  inventisiya  kapitalının  artırılmasına  yönəldilir.  Onun  əsasını 

məbləği  artan  qiymətli  kağızlar  təşkil  edir.  Bu  portfeldəki  cari  mədaxilin  səviyyəsi 

yüksək deyil. 

Mədaxil  portfeli  –  yüksək  cari  mədaxillərin  alınmasını  təmin  edir.  Faiz 

ödənişləri və dividentlərin məbləği bazar qiymətlərindən yüksək olur. 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə