Ərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix15.08.2018
ölçüsü1,4 Mb.
#62837
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

39 

 

Riskli  kapital  portfeli  -buraya  sürətlə  inkişaf  edən  kompaniyaların  gələcəkdə 



yüksək gəlir gətirəcək qiymətli kağızları daxildir. Bu portfel təhlükəli olmağına görə 

fərqlənir, çünki aktivlərin məbləğinin sürətlə artımı həyata keçməyə də bilər. 

Tarazlaşdırılmış  portfel  –  buraya  sürətlə  artan  yüksək  gəlirli  və  təhlükəli 

kağızlar  daxil  olur.  Bu  portfeldə  kapitalın  və  cari  mədaxilin  artımı  bir-birinə 

uyğunlaşır. Bu portfeldə ümumi təhlükə tarazlaşdırılır. 

Xüsusiləşmiş  portfel  –  müəyyən  növlü  qiymətli  kağızlardan  təşkil  olunur 

(xarici qiymətli kağızların portfeli, qısamüddətli qiymətli kağızların portfeli). 

Adətən  qiymətli  kağızlar  bazarının  əməliyyatlarında  iştirak  edən  banklarda, 

aktiv  payların  və  qiymətli  kağızlarla  bağlı  əməliyyatların  mədaxillərinin  səviyyəsini 

müəyyən  edən  investisiya  sənədi  işlənib  hazırlanır.Bir  qayda  olaraq,  iri  banklarda 

qiymətli kağızların sərbəst idarəsi və analitik şöbələr yaradılır. 

Kommersiya  bankları  öz  investisiya  fəaliyyətini  strateji  və  taktiki  idarəetməsi 

məqsədilə,  strukturunda  xüsusi  bölmələr  yaradır.  Bu  bölmələrin  gördükləri  işlərə 

aşağıdakıları aid etmək olar:

 

-

 



investisiya siyasətinin əsas məqsədləri; 

-

 



investisiyaların tərkibi və quruluşunu; 

-

 



portfelın tərkibinin korrektə olunması mexanizimi; 

-

 



potensial mənfəətin hesabatini və sair. 

        Cədvəl 2.5 

İqtisadiyyatın sahələri üzrə investisiyanın həcmi 

Sahələrin adı

 

2013-cü il,mln.manat



 

Ümumi həcmdə xüsusi 

çəkisi,%-lə

 

CƏMİ 

17872.1

 

100



 

o cümlədən:

 

Sənaye


 

7082.4


 

39.6


 

Kənd təsərrüfatı

 

573.4


 

3.2


 

Tikinti


 

979.9


 

5.5


 

Ticarət


 

456.2


 

2.6


 

Nəqliyyat və anbar təsərrüfatı

 

3497.2


 

19.6


 

İnformasiya və rabitə 

 

202.2


 

1.1


 

Maliyyə və sığorta fəaliyyəti

 

12

 



0.07

 

Daşınmaz əmlak



 

1339.4


 

7.5


 

Təhsil


 

789.8


 

4.4


 

Digər sahələr

 

2939.6


 

16.4


 


40 

 

Mənbə-Statistik bülleten-Azərbaycan Respublikası Mərkəzi Bankı-2013  



2013-cü  ildə  iqtisadiyyata  ÜDM-in  31%  həcmində  və  ya  17.9  mlrd.  manat 

investisiya  qoyulmuşdur  ki,  bu  da  əvvəlki  illə  müqayisədə  15.1%  çoxdur.Əsas 

kapitala yönəldilmiş vəsaitin 76.7%-i daxili mənbələr hesabına formalaşdırılmışdır. 

Əsas  kapitala  yönəldilmiş  sərmayənin  ümumi  həcmində  müəssisə  və  təşkilatların 

vəsaitləri  44,8%,  bank  kreditləri  4,8%,  büdcə  vəsaitləri  43,8%,  büdcədənkənar 

fondların vəsaitləri  3,2% vəəhalinin şəxsi vəsaitləri 2,6% təşkil etmişdir. 

Azərbaycan  Respublikası  Prezidentinin  2009-cu  il  14  aprel  tarixli  80  nömrəli 

Fərmanı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikası  regionlarının  2009-2013-cü 

illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı”nın  icrası  ölkə  iqtisadiyyatının 

inkişafında  mühüm  əhəmiyyət  kəsb  etməklə,kənd  təsərrüfatına,nəqliyyat  və  anbar 

təsərrüfatına  qoyulan  investisiya  qoyuluşları  artaraq    573.4  və  3497.2  mln.manat 

olmuşdur.  



                                                                                                           Cədvəl2.6 

                                                       İnvestisiya qoyuluşlarının dəyişməsi,ö.i.n.%-lə 

                                                                                                  (ötən ilə nisbətən) 

 

 



2011-ci il

 

2012-ci il

 

2013-cü il

 

Cəmi

 

40

 



18.3

 

15.1



 

Qeyri-neft sektoru

 

34

 



18

 

12.1



 

 

 



Mənbə-Statistik bülleten-Azərbaycan Respublikası Mərkəzi Bankı-2013  


41 

 

Son illərin tendensiyasına əsasən, qeyri-neft sektoru üzrə yönəldilmiş investisiyaların 



həcmi neft sektoru üzrə yönəldilmiş investisiyaların həcmini üstələyir. Belə ki, 2012-

ci  il  üzrə  ölkə  iqtisadiyyatına  yönəldilmiş  xarici  investisiyaların  4.6  milyard  dolları 

neft  sektorunun,  5.7  milyard  dolları  isə  qeyri-neft  sektorunun  inkişafına 

yönəldilmişdir. Qeyri-neft sektorunda  fəaliyyət  göstərən birgə  və  xarici investisiyalı 

müəssisələri  cəlb  edən  əsas  sahələr  sənaye,  tikinti,  nəqliyyat  və  ticarətdir.Bu  görə 

də,2011-ci  illə  müqayisədə  2012-2013-cü  ildə  qeyri-neft  sektoruna  investisiya 

qoyuluşuna  artımda  fərq    azalamışdır.Qeyri-neft  sektoruna  investisiya  qoyuluşları 

əvvəlki ildəki səviyyəni 12.1% üstələmiş və onun ölkə üzrə əsas kapitala yönəldilən 

investisiyalarda  payı  73%  təşkil  etmişdir.Qeyri-neft  sektorunun  sahələri  arasında 

tikinti və nəqliyyat üzrə investisiyalar xüsusilə yüksək templə artmışdır. 

Ötən  il  iqtisadiyyata  investisiyalar  da  azalıb.  Halbuki  2005-ci  ildən  daim 

artırdı.Bu,  təkcə  iqtisadiyyata  daxili  investisiyaları  azaldan  hökumətin  siyasəti  ilə 

bağlı  deyil.Bunun  ardında  iqtisadiyyatın  institusional  zəifliyi  də  var  –  o,  böyük 

həcmdə  investisiyaları  mənimsəyə  bilmir.  Məsələn,  dekabrda  investisiyalar  noyabra 

nisbətən  1,98  dəfə  artıb  və  bu,  hər  il  baş  verir.  Vəsaitlərin  bu  cür  mənimsənilməsi 

səmərəli  ola  bilməz.  Büdcə  investisiyaları  isə  korporativ  investisiyalardan  xeyli  az 

olub. 

Dövlətstatistikasına  görə,  2014-cü  ildə  Azərbaycan  iqtisadiyyatına  17615,8  mln 



manat  (AZN)  kapital  qoyuluşu  olub  ($22,458  mlrd).  Bu,  2013-cü  ildəkindən  1,7% 

azdır. Daxili mənbələrdən iqtisadiyyata 12735,4 mln AZN və ya sərmayələrin 72,3%-

i  qoyulub.  Xarici  investisiyalar  4880,4  mln  AZN  və  ya  27,7%  təşkil  edib.  Praktik 

olaraq,  bu  investisiyaların  hamısı  neft  hasilatına  qoyulub.Qalan  sektorlar  lazımınca 

investisiyalaşdırılmır. 

 

 

 

 

 

 



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə