Əlyazması hüququnda



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix29.09.2017
ölçüsü0,72 Mb.
#2390
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

28 

 

çox az məqsədyönlü iş aparılır, aparılan tədqiqatlar isə praktikada tədqiqini o qədər 



də tapmır. 

Idarəetmədə  ayrı-ayrı  konkret  vəziyyətdən  və  şəraitdən  asılı  olaraq  sosioloji 

tədqiqat  metodlarından  istifadə  edilir.  Idarəetmə  təcrübəsində  müxtəlif  sosioloji 

tədqiqat metodlarından istifadə edilir, onlardan ən çox yayılmışları aşağıdakılardır: 

1.  Elmi-texniki  konfrans  metodu;  2.  Anketləşdirmə  metodu;  3.  Müsahibə 

aparmaq  metodu;  4.  Şəxsi  müşahidə  metodu;  5.  Sosioloji  təcrübə-sınaq 

(eksperiment)  metodu;  6.  Riyazi  və  statistik  metod;  7.  Hesabat  və 

sənədlərin öyrənilməsi metodu; 8. Sosial stimullaşdırma metodu. 

Elmi-texniki  konfrans  metodundan  müəssisə  işçiləri  müəyyən  materiallar 

toplanmasında,  işlənməsində    fəal  iştirak  edir,  həmin  məlumatlardan  irəli  gələn 

nəticələr  və  təkliflər  təhlil  olunur,  müəssisənin  istehsal  fəaliyyətinə  təsir  göstərən 

amillər öyrənilir. 

Anketləşdirmə  metodundan  işçilərin  quruluşu,  tərkibi,  təhsili,  ixtisası,  əmək 

şəraitinin  öyrənilməsi  üçün  istifadə  edilir,  anketlərin  sorğuları  əsasında  təhlil  və 

tədqiqatlar aparılır, müvafiq nəticələr çıxarılır.  

Müsahibə  və  şəxsi  müşahidə  metodları  vasitəsilə  işçilər  arasında  ünsiyyətlər 

müəyyənləşdirilir;  bu,  rəhbər  işçilər  tərəfindən  həyata  keçirilir.  Burada  işçilərlə 

söhbətlər  edilir,  onlar  dinlənilir,  onların  fikirləri,  yerlərdəki  vəziyyət  müşahidə 

edilir, ortaya çıxan məsələlər öyrənilir.  

Sosioloji  təcrübə-sınaq  metodundan  sosioloji  tədqiqatların  aparılmasında 

istifadə  edilir.  Təbii  və  etalon  xarakterli  sosioloji  vəziyyətlər  yaradılır,  sosioloji 

təsirlər yoxlanılır, sınaqdan çıxarılır, elmi ümumiləşdirmələr və nəticələr çıxarılıb, 

idarəetmədə tətbiq olunur. 

Riyazi  və  statistik  metodlardan  sosioloji  tədqiqatların  aparılmasında  istifadə 

edilir.  Bu    metodların  köməyi  ilə  riyazi  və  statistik  hesablamalar,  tədqiqat 

obyektinin  mexanizmlərinin  təhlili,  riyazi  modellərin  işlənməsi  və  s.məsələlərin  

həll  edilməsi  həyata  keçirilir.  Hesabat  və  sənədlərin  öyrənilməsi  metodunun 

köməyilə tələb olunmuş hesabatlar və bir sıra sənəd növləri, o cümlədən şəxsi işlər, 




29 

 

ictimai  təşkilatların  sənədləri,  ayrı-ayrı  arayışlar,  ərizə  və  bir  sıra  mətbuat 



materialları öyrənilir. 

Sosial  stimullaşdırma  metodu  istehsal  kollektivinin,  həmçinin  ayrı-ayrı  qrup 

və  şəxslərin  təşəbbüs,  yaradıcılıq  imkanlarının  inkişaf  etdirilməsi,  istehsalın 

səmərəsini  və  fəaliyyətini  yüksəldilməsinə  kömək  edir.  Sosial  stimullaşdırma 

metodu sosial mükafatlandırma, sosial maraq, tələbatın inkişafı, sosial  məsələlərin 

və problemlərin həll edilməsidir. 

Sosioloji-psixoloji  metod  kadr  axıcılığında,  onun  qarşısının  alınmasında  və 

bütövlükdə  istehsala    bilavasitə  təsir  göstərir.  Kadr  axıcılığının  səbəblərindən  biri 

sosioloji-psixoloji  amillərin  təsir  gücündən  kifayət  qədər  istifadə  edilməməsi  ilə 

əlaqədardır. 

Kadr  axıcılığının  səbəbləri  və  amillərinin  öyrənilməsi  ona  qarşı  mübarizənin 

əsas  istiqamətini  müəyyən  etməyə  imkan  verir.  Kadr  axıcılığının  azaldılması  və 

tədricən  aradan  qaldırılmasına,  hər  şeydən  əvvəl,  istehsalın  təşkilinin,  əmək  və 

onun  ödənilməsinin,  istehsal,  istirahət  şəraiti  və  xarakterinin,  həmçinin,  işçilərin 

mənzil  və  mədəni-məişət  şəraitinin  yaxşılaşdırılması  yolu  ilə  nail  olmaq 

mümkündür. 

Müəssisələrdə  əmək  fəaliyyətinin  qənaətbəxş  olmamasının  aşağıdakı 

hallarında kadr axıçılığı daha intensiv olur: 

a)  Fiziki cəhətdən iş ağır olduqda; 

b)  Işin xarakteri sağlamlığa uyğun gəlmədikdə; 

c)  Zərərli əmək şəraiti olduqda; 

d)  Axşam növbəsi olduqda ( xüsusilə qadınlar ümumiyyətlə, ailəlilər üçün); 

e)  Müdiriyyətin pis rəftar və münasibəti; 

f)  Şəxsi maddi və mənəvi maraq prinsipi pozulduqda və ya bu prinsipin daha 

da möhkəmləndirilməsi və təkmilləşdirilməsi qayğısına qalmadıqda; 

g)  Həmin  iş  sahəsində  təkmilləşmə  və  şəxsi  inkişafın  məhdud  olduğu 

hallarda, xüsusilə  gənc fəhlələr üçün; 

h)  Körpə uşaqları olan anaların uşaqlarını uşaq bağçasına düzəltmək mümkün 

olmadıqda; 



30 

 

i)  Kollektiv üzvləri arasında təbii, səmimi münasibətlərin olmaması; 



j)  Seçilmiş peşənin,  ixtisasın işçilərin bacarıq və marağına ( həvəsinə) uyğun 

gəlməməsi və s. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


31 

 

FƏSİL II. ƏMƏK KOLLEKTİVLƏRİNDƏ PSİXOLOJİ MÜHİT, 



ONUN SOSİAL-PSİXOLOJİ ASPEKTLƏRİ VƏ ONA TƏSİR EDƏN 

AMİLLƏR 

2.1. Heyətin idarə edilməsinin sosial-psixoloji cəhətlərinin tətqiqi 

Cəmiyyətdə baş verən dəyişikliklər indi ciddi şəkildə iqtisadiyyatda da sirayət 

etmişdir.  Bazar  münasibətlərinə  uyğun sərbəst iqtisadi sistemin qurulması  inzibati 

amirlik idarəetmənin əvəzinə çoxsaylı təsərrüfatçı subyektlərə arxalanan təsərrüfat 

mexanizminin  formalaşmasını  nəzərdə  tutur.  Bu  məsələnin  həlli  isə  ümumi 

təşkilati tipindən  sahibkarlığın təşkilatı tipinə keçilməsindən asılıdır. Sahibkarlığın 

təşkilati  tipində  özünəməxsus  yeri  idarəetmə  kadrlarının  səriştəliyi,  işgüzarlığı, 

təşəbbüskarlığı, risketmə qabiliyyəti, işçiləri ruhlandırma bacarığı və s. tutur. 

Elmi-texniki  inkişafın  sürətləndirilməsi  və  bazar  iqtisadiyyatı  idarəetmə 

işçilərindən fəal iş tələb edir. Bu iş hər şeydən əvvəl icra funksiyası ilə daha sonra 

isə qabağı görmə əsasında təsərrüfat quruculuğuna kompleks yanaşma əsasında və 

sözün  geniş  mənasında  səmərəliliyə  meyl  etmə  əsasında  liderliyin  reallaşdırılması 

ilə bağlıdır. 

Müasir  şəraitdə  istehsal  rəhbərləri  texniki  cəhətdən  savadlı  olmalı  və 

müəyyən  peşə  hazırlığı  səviyyəsinə  malik  olmalıdır.  Rəhbərlik  etmək  üçün 

səlahiyyətli  olmaq,  bütün  istehsal  şəraitini  tam  və  ya  dəqiq  bilmək  istehsal 

texnikasını  müasir  biliklər  səviyyəsində  mənimsəmək    və  yeni  idarəçilik 

təcrübəsinə malik olmaq lazımdır. Idarəetmə rəhbəri xeyli dərəcədə insan amili ilə 

zəruri  biliklərə  və  ehtiyatlara  malik  olmalıdır  ki,  dəyişən  xarici  şəraitə  tez 

uyğunlaşsın. Məhz buna görə kollektiv fəaliyyətin məqsədyönlü idarəetmə üsulları 

vasitəsilə  həyata  keçirilməsinə  çalışmaq  vacibdir.  Həmin  üsullar  içərisində 

inzibati-sərəncam  və  ya  təşkilati,  iqtisadi  və  sosial-psixoloji  amilləri  nəzərə  alan 

formalara üstünlik verilməlidir. 

Idarəetmənin  sosial-psixoloji  üsulları  öz  növbəsində  bir  neçə  aralıq 

mərhələlərdən  ibarət  olmaqla  kollektiv  fəaliyyətdə  onların  hər  biri  ayrı-ayrılıqda 

mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətlər təsnifat üzrə aşağıdakı sahələri əhatə 

edə bilər: 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə