Əlyazması hüququnda



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix29.09.2017
ölçüsü0,72 Mb.
#2390
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

53 

 

Işçi  qüvvəsi  axınınınqarşısını  almaq  üçün  tədbirlər  hazırlamaqdan  ötrü  işdən 



gedənlərin  nə  səbəbə  və  hansı  motiv  üzrə  müəssisəni  tərk  etdiyini  bilmək  çox 

vacibdir.  Əgər  biz  işdən  gedənlərin  kadr  sənədi  üzrə  cinsini,  yaşını,  təhsilini,  iş 

stajını təyin edə biləriksə, onların işdən  getmə səbəbini isə ancaq işçinin öz xahişi 

ilə  müəssisəni  tərk  edilməsi  göstərilir.  Onun  motivini  öyrənmək  ancaq  işçinin 

özündən  soruşmaq  yolu  ilə  müəyyən  etmək  olar.  Adətən  işçi  axını  statistikada  öz 

xahişi  ilə  işdən  getmə  və  nizam-intizam  pozmaq  yolu  lə  işdən  gedənləri  daxil 

edirlər. Bütün işdən gedənlər çərçivəsində həmin göstərici heç də eyni olmur. 

Işdən gedənlərlə aparılan sorğu göstərir ki, “öz xahişi ilə işdən getmə” bir sıra 

müxtəlif motivlərdən ibarətdir. 

Aşağıdakı cədvəlin təhlili bunu aydın surətdə göstərir ( Cədvəl 1). 

Cədvəlin  təhlili  göstərir  ki,  “öz  xahişi  ilə”  işdən  çıxmanın  əsas  motivləri 

aşağıdakılardır:  peşə  və  ixtisasın    işçini  qane  etməməsi,  əmək  haqqının  qane 

etməməsi,  yaşayış  yerinin  dəyişməsi,  əməyin  təşkilinin  və  əmək  şəraitinin  yaxşı 

olmaması,  iş  rejiminin  qənaətbəxş  olmaması,  doğumla  əlaqədar,  ərə  getmə, 

kollektivdə  qarşılıqlı  münasibətin  pis  olması,  psixoloji  gərginlik  və  sairdir.    Bu 

səbəblərə görə “öz xahişi ilə” işdən çıxanların ümumi sayının  94,6% müəssisədən 

getmişdir. 

Öz  xahişi  ilə  işdən  çıxma  motivinin  təhlili  üçün  hər  bir  motivi  ayrıldıqda 

quruluş (struktur) göstəriciləri ayrı-ayrı ünsürlər üzrə nəzərdən keçirmək lazımdır. 

Cədvəl 1. 

Kadrların işdən çıxma məlumatlarının motivləri 

Öz xahişi ilə işdən çıxmanın motivləri 

Cəmi 

Kişilər 

Qadınlar  

1.  Peşə-ixtisasla kifayətlənmək 

18,6 

24,0 


18,1 

2.  Peşə-ixtisas 

dərəcəsini 

artırmaq 

üçün 

perspektivinin olmaması 



8,4 

10,9 


11,8 

3.  Əmək şəraitinin və əmək təşkilinin pis olması  

12,2 

10,9 


11,8 

4.  İşçi mühitinin yaxşı olmaması 

10,2 

12,1 


10,8 

5.  Əmək haqqənın aşağı olması 

18,4 

26,1 


7,8 

6.  Mənzil-məişət şəraitinin qaneedici olmaması 





7.  İstehsalatda qarşılıqlı münasibətlərin pis olması 

9,5 


8,7 

5,9 


8.  Özünün və ya ailə üzvlərindən birinin səhhətinin 

pis olması 

1,1 

1,2 


5,7 

9.  Evlənmə, ərə getmə və uşağın olması 

4,2 



4,2 



10. Psixoloji mühitin gərginliyi 

15,4 


13,1 

17,6 


CƏMİ:  

100,0 

100,0 

100,0 

 



54 

 

Peşə-ixtisasın qane etməməsi, kifayətlənməmək motivi üzrə işdən çıxma əsas 



motivlərdən biridir. Çünki, işdən çıxan hər dörd nəfərdən  biri işdən çıxma zamanı 

bu motivə əsaslanmışdır (sorğu). Bu hal əsasən gənclər arasında xarakterikdir. 

Sorğu  zamanı  19  yaşına  qədər  olan  bütün  işdən  çıxanların  35,8%-i  öz  işdən 

getmələrini  peşə  və  ixtisasla  kifayətlənmiş  motivini  əsas  tutmuşlar.  Xarakterik 

haldır ki, təhsil səviyyəsi nə qədər yüksək olarsa işçi öz peşə və ya ixtisasına daha 

tələbkar yanaşır. Məsələn müəssisədə işdən çıxanların 52,0%-ə qədəri peşə-texniki 

ali  məktəbləri  bitirməyənlər,  bitməmiş  ali  təhsilli  və  orta  təhsilə  malik  olanlardır. 

Onların hamısı iş yerini yuxarıda göstərilən səbəbə görə dəyişməyi qərara almışlar. 

Bu motiv, eləcə də həmin müəssisədə bir ilə qədər iş stajı olan bir çox işçilər üçün 

də xarakterikdir. 

Bu  motiv  üzrə  işdən  çıxanların  85,0%-nin  orta  əmək  haqqı  150  min  manata 

qədər olmuşdur. 

Təhsilini artırmağa və oxumağa imkanları olmadığını söyləyənlər müəssisədə 

12,2%-i  təşkil  etmişdir.  Bu  motiv  üzrə  zavoddan  gedən  hər  9  nəfərdən  biri  orta, 

orta-ixtisas,  bitməmiş  ali  və  ali  təhsilə  malik  olmuşlar.  Yuxarıda  göstərilən  motiv 

üzrə  işdən  çıxanların  72,7%-i  həmin  müəssisədə  3  ilə  qədər  işləyənlər  olmuşdur. 

Bu  motiv  üzündən  işdən  çıxanların  40%-ə  qədəri  köməkçi  işlərdə  məşğul  olanlar 

və aşağı dərəcəyə malik olanlardır. 

Əmək  haqqının  miqdarı  ilə  kifayətlənməmək  fəhlələri  müəssisədən  çıxmağa 

məcbur edən mühüm amillərdən biridir. 

Müəssisədə  işdən  çıxanların  16,4%-i  öz  getmələrinin  səbəbini  məhz  bu  cür 

izah edirlər .Bu motiv üzrə işdən çıxanların təxminən yarısı fəal əmək qabiliyyətli 

(25-40)  yaşındadırlar.  Işdən  çıxanların  65%-nin  təhsil  səviyyəsi  orta  təhsil 

olmuşdur.  

Yuxarıda göstərilən motiv üzrə işdən gedənlərin birinin orta aylıq əmək haqqı 

80  min  manata  qədər  olmuşdur.  Bu  motiv  üzrə  daha  çox  intesiv  kadrlar  axıcılığı 

elektrik,  qaynaqçı,  cilingər  və  sair  fəhlələr  arasında  olmuşdur.  Işdən  çıxanların 

təxminən 50%-i aşağı dərəcəyə malik olanlar olmuşdur. 




55 

 

Işdən  çıxan    hər  2  nəfərdən  biri  əmək  şəraiti  və  əmək  təşkilində  olan  ciddi 



çatışmamazlıqdan şikayət etmişlər. 

Pis  əmək  şəraiti,  istehsalın  təşkilində  ciddi  çatışmazlıqlar  səbəbləri  çox 

hallarda  30  yaşından  yuxarı  olan,  aşağı  təhsil  səviyyəsinə  malik  olan  işdən  çıxan 

şəxslər əsas tutmuşlar, öz gedişlərini məhz bu motivlə izah etmişlər. 

Işdən çıxanların 9,5%-i öz iş yerlərini dəyişmək qərarını istehsalatda qarşılıqlı 

münasibətlərin  pis  olması  ilə  izah  etmişlər.  Onların  əksəriyyəti  aşağı  təhsil 

səviyyəsinə malik olmuşlar.  

Məlumatlar  göstərir  ki,  işdən  çıxanların  15,4%-i  öz  getmələrini  kollektivdə 

psixoloji mühitin gərgin olması ilə izah etmişlər. 

Müəssisəyə  qəbul  edilən  işçilərin  anket  müşahidəsinin  materiallarının  təhlili 

göstərir  ki,  qəbul  edilənlərin  25,6%-i  ilk  dəfə  əmək  fəaliyyətinə  qədəm  qoyan 

gənclərdir.  Işə  qəbul  olunanlar  və  ya  şagird  kimi  qəbul  olunanlardır  ki,  bunların 

hələ  heç  bir  iş  dərəcəsi  yoxdur.  Işə  qəbul  olunanların  74,4%-i  əvvəllər  başqa 

müəssisələrdə işləmişlər.  

Iş  yerindən  əsasən  istehsalın  təşkilinin  yaxşı  olmaması,  əmək  şəraitinin 

qənaətbəxş  olmaması,  yaşayış  yerinin  dəyişilməsi,  uşağın  doğulması,  kollektivdə 

psixoloji  mühitin  gərgin  olması,  rəhbərliklə  pis  münasibətlərin  olması,  həmçinin 

əmək intizamının pozulması ilə əlaqədar olan səbəblər ucundan çıxmışlar. 

Hazırda müəssisələrdə işçi qüvvəsi axınının təhlil edilməsinin bir sıra üsulları 

vardır.  Ilk  növbədə  müəssisənin  kadrlar  şöbəsində  doldurulan  şəxsi  kartoçkada 

olan  məlumatı  qruplaşdırmaq  yolu  ilə  təhlil  etmək  olar.  Bu  yolla  işçi  qüvvəsi 

axınını bəzi demoqrafik göstəricilər üzrə təhlil etmək olar. 

Kadrlar  axıcılığını  öyrənən  zaman  ictimai  demoqrafik  qruplar  üzrə  onun 

intensivliyinin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. 

Bunun  üçün  alınan  anket  məlumatları  müəssisədə  işləyən  mövcud  istehsal 

heyətinin analoji məlumatları ilə müqayisə edilir.  

Anket  üzrə  tədqiqat  aparılması  nəticəsində  daha  geniş  material  əldə  etmək 

olur  ki,  bunun  təhlili  işçi  axınının  qarşısını  almaq  üçün  tədbirlər  görməyə  imkan 

verir.  



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə