Əlyazması hüququnda



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix29.09.2017
ölçüsü0,72 Mb.
#2390
1   2   3   4   5   6   7   8   9   ...   28

16 

 

Ümumiyyətlə, götürüldükdə “insan-mexanizm”, “insani-insan”, “insan amili”, 



“insan-avtomat”,    “insan-kibernetika”  və  “insan-kosmos”  sistemləri  adamların 

idarəetmə  və  istehsal  fəaliyyətinin  nəticələrinə  olan  münasibətinə  müvafiq  olaraq 

əmələ  gəlmişdir.  Idarəetmə,  istehsal  bilavasitə    adamların  səyinin,  məqsədinin, 

düşüncəsinin,  münasibətlərinin  və  onların  maddi  nemətlərə  olan  tələbatının 

təzahürüdür.  Ona  görə  də  onların  idarəetmədə  iştirakı  formalarını,  idarəetməyə 

təsir  metodlarını,    şəxsiyyətlər  arasındakı  münasibətləri  öyrənmək  mütləq  zəruri 

olur. 

Bunları 


sosiologiya, 

psixologiya, 

sosial-psixologiya, 

mühəndislik 

psixologiyası,  şəxsiyyət  psixologiyası,  əmək  psixologiyası  və  pedaqogika  elmləri 

vasitəsilə öyrənmək olar.  

Sosiologiya  elmi vasitəsilə adamların özlərini apara bilməsinin ( tərbiyəsinin) 

ümumi qanunauyğunluqları,  istehsalçıların tərkibi, sosial quruluşu,  müxtəlif sosial 

hadisələrin  qarşılıqlı  əlaqələri,  ictimai  mühitin,  sosioloji  xarakterlərin  və 

münasibətlərin tərzi-hərəkəti öyrənilir. 

Sosial  psixologiya  elmi  vasitəsilə  ictimai  rəyin,  marağın,  əhvali-ruhiyyənin  

formalaşması,  adamların  fəaliyyətinin  stimulları,  qrup  və  kütlənin  psixoloji 

xüsusiyyətləri,  onların  şəxsiyyətin  yaranmasına  və  hərəkətinə  təsiri,  “müdirlik-

tabelik” münasibətlərinin yaranması və formalaşması izah edilir. 

Şəxsiyyətin  psixologiyası  vasitəsilə  ali  əsəb  fəaliyyətinin  tipləri,  insanın 

amalı,  hərarətliyi,  xarakteri,  qabiliyyəti,  yaddaşı,  hissi,  həyəcanı,  düşüncə  tərzi, 

istedadı və s. öyrənilir. 

Əməyin  psixologiyası  vasitəsilə  ixtisas  və  peşə  qabiliyyəti,  kadrların 

seçilməsi  və  qiymətləndirilməsi,  əmək  proseslərinin  psixoloji  cəhətləri,  kadrların 

təhsili,  onların  öyrənilməsi,  istirahət  və  əmək  şəraiti,  kadr  axıçılığı  və  s.  tətbiq 

olunur. 

Göründüyü 

kimi, 

yuxarıda 



göstərilən 

elmlər 


vasitəsilə 

insanların 

ünsiyyətində,  birgə  fəaliyyətlərində,  onların  davranışlarında  baş  verən  psixoloji, 

sosioloji, etnoloji qanunlar, qaydalar və qanunauyğunluqlar, psixi halın mimikaları 

və  xüsusiyyətləri,  insan  münasibətləri, şəxsi  xassələri  və  xarakterləri öyrənilir.  Bu 

da  öz  növbəsində  istehsalın  idarəedilməsi  psixologiyası  ilə  bağlıdır.  Ondan 




17 

 

işçilərin,  bütövlükdə,  kollektivlərin  istehsal  tapşırıqlarını,  xidmət  vəzifələrini 



yerinə yetirməkdə bir metod kimi istifadə olunur. Insani xüsusiyyətlər, davranışlar 

fəallığı artırır, istehsalın nəticələrinə bilavasitə və dolayı yolla təsir göstərir. Sözün 

geniş  mənasında,  insani  keyfiyyətlər,  onlar  arasındakı  münasibətlər  yüksək 

olduqda,  onlarda  mənəivi  qüvvə,  inam  yaranır,  əmək  coşğunluğuna,  ictimai 

fəallığa səbəb olur. 

Bütün  bunlar  onu  deməyə  haqq  qazandırır  ki,  istehsal  fəaliyyəti  üçün 

əməkdaşlıq  firmalarının  seçilməsi,  onlarla  psixoloji  xarakterlərin  uyğun  gəlməsi 

əmək  məhsuldarlığına  təsir  edir,  bir  növ  məhsuldar  qüvvəyə  çevrilir. 

Ümumiyyətlə,  sosial-psixoloji    metodlar  insanlıq  və  insaniyyətlilik  hissinin 

aşılanmasına, 

onlar 

arasında 



münasibətlərin 

nizamlaşdırılmasına, 

sosial 

münasibətlərin  inkişafına,  ictimai  və  əmək  fəallığının  yüksəldilməsinə,  insanda 



yeni  keyfiyyətlərin  formalaşmasına  və  başqa  psixoloji  münasibətlərin  baş 

verməsinə yaxından köməklik göstərir. 

Idarəetmənin  sosioloji-psixoloji  metodlarından  daha  düzgün  və  başa    sosial-

psixoloji  məsələlərin  dərindən  öyrənilməsi,  həmçinin,  idarəetmə  prosesinin 

sosioloji-psixoloji amillərinin nəzərə alınması tələb olunur. 

 

1.2.  Heyətin idarə olunmasının sosial-psixoloji vasitə və metodlar sistemi 

Idarəetmə, rəhbərlik psixologiyası  metodlarını təsnifatına  və xarakterinə  görə 

bir neçə təsir metodlarına ayırmaq olar: 

a)  İctimai-siyasi metod; 

b)  Siyasi-tərbiyə metodu; 

c)  İdeya-tərbiyə metodu; 

d)  Sosial-psixoloji metod. 

Hər  bir  metod  insanların  mənəvi  marağına  təsir  göstərir,  onlarda  sağlam 

dünyagörüşünün  formalaşmasına,  siyasi  və  ideoloji  tərbiyənin,  inamın,  siyasi 

məlumatın, mənəvi keyfiyyətlərin yüksək səviyyədə olmasına köməklik göstərir. 

Bunların vasitəsilə kollektivin, onun ayrı-ayrı üzvlərinin ictimai-siyasi, siyasi-

tərbiyə,  ideya-tərbiyə  işinin  vəziyyəti,  onlar  arasında  mətnliyi,  əməyə,  istehsal 



18 

 

münasibəti, inam və tərbiyə işinin formalaşması həyata keçirilir, onlardan müəyyən 



təsir  vasitəsi  kimi  istifadə  edilir.  Bütün  bunlar  bütövlükdə  təsərrüfat  fəaliyyətinin 

nəticələrinə  böyük  təsir  göstərir  və  kütlələrin  yaradıcılıq  təşəbbüsünün  inkişafına, 

yeni  insani  keyfiyyətlərin  yaranmasına,  formalaşmasına, onlarda  yüksək əxlaqi  və 

estetik keyfiyyətlərin yaranmasına səbəb olur. 

Ümumilikdə,  bu  metodlar  işçilərin  əmək  və  yaradıcılıq  fəallığını  inkişaf 

etdirir,  onlarda  yeni  insani,  əxlaqi  keyfiyyətlər,  münasibətlər  yaratmaq,  sosial 

fəallığın  yüksəldilməsi,  əmək  kollektivinin  möhkəmləndirilməsi,  onların  ictimai 

fəallığını  inkişaf  etdirmək,  qarşılıqlı  münasibətləri,  bu  münsibətlərdəki  ziddiyyətli 

halları,  hadisələri  aradan  qaldırmaq  vasitələrini  göstərir  və  onlardan  düzgün,  səlis 

istifadə  edilməsini  qarşıya  qoyur.  Eyni  zamanda  psixoloji  vəziyyətlərin  seçilməsi, 

əməyin  humanizmliyi,  fərdi  keyfiyyətlilik,  özünə  tələbkarlıq  kimi  psixoloji 

metodların  köməyinə  əsasən  yerinə  yetirilir.  Bunun  əyani  sxemini  aşağıdakı 

formadan görmək olar (sxem 1). 

Sxem 1. 


Idarəetmənin sosial və psixoloji təsir metodları 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Sosioloji-psixoloji təsir metodları 

Sosial təsir metodları 

Psixoloji təsir metodları 

R

əqa


b

ət

in 



şki


li

 

M



üt

ər

əqqi



 ə

m

ək 



üs

ul

la



nv



ə 

ye

ni



li

kl

ər



in

 

ge



ni

şl

əndi



ri

lm

əs



Ə

m



ək 

m

üba



di

si



 

T

əc



rüb

ə 

m



üba

il

əs



Ə

m



ək 

kol


le

kt

ivi



ni

bi



rl

əş

di



ri

lm

əs



in

ə 



si

ed



ən 

m

et



odl

ar

 



P

si

xol



oj



hr

ik

 



S

os

ia



ps

ixol



ogi

ya

 



Ə

m

əyi



hum


ani

zm

 



ps

ixol


ogi

ya



 

T

əhs



il

 v

ə 



pe

şə

ni



se

çi



lm

əs



ps

ixol


ogi

ya



 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə