Əlyazması hüququnda



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix29.09.2017
ölçüsü0,72 Mb.
#2390
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

32 

 

-  Kollektiv üzvlərinin sosial inkişafının planlaşdırılması müəssisənin ümumi 



işinin tərkib hissəsinə çevrilməsi, onun reallığının təmin edilməsi; 

-  Kollektiv 

üzvlərinin 

istehsalat 

və 

yaradıcılıq 



fəallıqlarının 

və 


təşəbbüskarlıqlarının artırılması, o cümlədən onların, səmərələşdiricilər və 

ixtiraçılar hərəkatına geniş miqyasda cəlb olunması; 

-  Kollektivdə  əlverişli  psixoloji  iqlimin  yaradılması  qarşılıqlı  əlaqə 

münasibətlərinin genişləndirilməsi vasitəsilə işçi fəallığının yüksəldilməsi; 

-  Kollektiv  üzvlərinin  və  fərdlərin  mükafatlandırılmasının  müxtəlif 

formalarından  istifadə  edilməsi,  əməyin  nəticələrinə  görə  işçiləri  vəzifədə 

irəliləyişə sövq etmək, həvəsləndirmək; 

-  Kollektivdə qrup özünündəkini tərbiyə edilməsi; 

-  Kollektiv 

ənənələrinin 

qorunması, 

inkişaf 


etdirilməsi 

və 


şəxsi 

təşəbbüskarlığın artırılması, birgə yaradıcılıq meylinin artırılması; 

-  Idarəetmədə  kollektiv  üzvlərinin  fərdi-psixoloji  xüsusiyyətlərinin  nəzərə 

alınması və onlardan ictimai-zəruri sahələrdə istifadə etmək; 

-  Kollektiv  üzvlərinin  əmək  fəaliyyətinin  motivlərinin  formalaşdırılmasının 

öyrənilməsi  və  istiqamətləndirilməsi,  idarəetmədə  onların  nəzərə  alınması 

və s. 

Idarəetmə  heyətinin rəhbəri  idarəetmə  üsullarını  yalnız  bilməməlidir, həm  də 



onlara  yiyələnməlidir.  Uzunmüddətlə,  inkişaf  perspektivini  əsas  istiqamət  seçən 

idarəetmə heyəti birinci  yerdə kollektivin sosial  inkişafının planlaşdırılması durur. 

Müəssisənin 

sosial-iqtisadi 

inkişafı 

ilə 


bağlı 

planlaşdırmaya 

sosial 

normalaşdırmanı da aid etmək lazımdır, bunun da əsas məqsədi kollektivin üzvləri 



arasında  və ayrı-ayrı kollektivlər arasında  sosial  münasibətləri qaydaya salmaqdır. 

Müəssisə  çərçivəsində  sosial  normalaşdırmanın  konkret  tədbirlərinə  aşağıdakı 

məsələlər aiddir: 

- ictimai  təşkilatların  nizamnamələrinin  və  əsasnamələrinin,  daxili  nizam-

intizam  və  istehsalat  etikası  qaydalarının  işlənib  hazırlanması  və  s.  Eyni  zamanda 

istehsalat ənənələrini,  gündəlik iş rejimi pozanlara qarşı təsir  formalarını kollektiv 

üzvlərinin  özlərinin  bilavasitə  iştirakı  ilə  işləyib  hazırlamaq  lazımdır.  Həmin 



33 

 

tədbirlərin tərkib  hissəsi kimi  idarəetmə kollektivinin, sosial tələbatlarını –  mənzil 



almaq, kurort, sanatoriya və istirahət yerlərinə getmək üçün göndərişlərin dəyərinin 

ödənilməsi qaydasını müəyyənləşdirərkən bütün kollektiv üzvlərinin rəyləri nəzərə 

alınmalıdır. 

İctimai  və  əmək  fəallığının  yüksəldilməsinin  sosial  amillər  arasında  ilk 

yerlərdən  birini  işçinin  şəxsi  planda  inkişaf  etmək  məqsədi  tutur.  Bu  məsələnin 

həllində başlıcası elmin və təcrübənin irəli sürdüyü vasitə və üsulların hamısından 

mümkün  qədər  geniş  və  hərtərəfli  istifadə  etməkdir.  Yenilikçi  olmaq,  təşəbbüs 

göstərmək, təcrübə mübadiləsində bəhrələnməklə təkcə kollektiv maraqların təmin 

edilməsi  deyil,  həm  də  şəxsin  özünün  mədəni  və  proporsional  inkişafına  səbəb 

olur.  Heyət  üzvlərinin  fəallıq  göstərdiyi  bütün  yarışlarda,  müsabiqələrdə 

səmərələşdirici  işlərdə  fəaliyyətləri  təkcə  mənəvi  cəhətdən  deyil,  həm  də  maddi 

cəhətdən  mükafatlandırılmalıdır,  bu  özü  bazar  münasibətlərinin  genişlənməsinə 

güclü kömək edir. 

Idarəetmədə  maddi  həvəsləndirmə  və  əməyin  düzgün  ödənilməsindən  başqa, 

fərdi-əmək  fəallığı  üçün  mükafatlandırma  da  nəzərdə  tutulmalıdır.  Bunun  böyük 

stimullaşdırıcı əhəmiyyəti  vardır, çünki o  digər  işçiləri  yaradıcı  fəaliyyətə, texniki 

və idarəetmə məqsədlərinin həllinə cəlb edilməsinə kömək edir. 

Kollektivdə  münasibətlərin  tənzimlənməsi,  yəni  əlverişli  psixoloji  iqlimin 

yaradılması  idarəetmənin  mühüm  vasitəsi  sayılır.  Kollektivin  sağlam  psixoloji 

mühitin  formalaşdırılmasında,  rəhbərdə  şəxsi  nümunə,  səriştəlik  və  ümumi 

mədəniyyət,  özünə  və  kollektivə  tələbkarlıq,  əmək  və  istehsalat  intizamı  kimi 

keyfiyyətlərin  böyük  əhəmiyyəti  vardır.  Rəhbərin  tənqidə  obyektiv  münasibəti, 

tabeçilikdə  olanlara  köməyi  kollektivin  işinin  yaxşılaşdırılmasına  böyük  dayaq 

verir. Işçilər tərəfindən verilmiş təkliflərin  müdafiə olunması, tapşırıqların düzgün 

bölüşdürülməsi  və  kollektiv  üzvlərinin  mükafatlandırılması  zamanı  idarəetmə 

heyətinin obyektivliyi psixoloji mühitə böyük təsir göstərir. 

Kollektivin  üzvləri  arasında  və  ayrı-ayrı  kollektivlər  arasındakı  münaqişə 

hallarının  aradan  qaldırılmasında  rəhbərin  şəxsən  iştirakı  psixoloji  mühiti  əsaslı 

surətdə  yaxşılaşdırmaqla  bərabər,  idarəetmə  heyətinin  nüfuzunu  xeyli  yüksəldir. 



34 

 

Idarəetmə fəaliyyətinin daha səmərəli aparılması məqsədilə heyət üzvlərinin zəruri 



sayı mütləq surətdə ştatda müəyyən edilməlidir. 

Ümumiyyətlə, kollektivin və onun idarəedici qruplarının komplektləşdirilməsi 

idarəetmənin  təsirli  üsuludur.  Bu  zaman  şəxsiyyətin  xüsusiyyətlərinin  nəzərə 

alınması  mühüm  rol  oynayır.  Komplektləşdirilmiş  qruplarda  qrupdaxili  şüuru, 

kollektiv  ünsiyyət  və  kollektiv  fəaliyyət,  kollektivin  hər  bir  üzvünün  davranışı 

üçün məsuliyyət hissi tərbiyə etməyə kömək edir. 

Əlverişli 

psixoloji 

mühitin 

yaradılmasında 

və 

əmək 


fəallığının 

yüksəldilməsində  əməyin  humanistləşdirilməsi,  müsiqili  müşaiyət,  rənglərin  fonu, 

idman  fasilələri,  rahat  istirahət  yerləri  kimi  mərhələlərin  də  böyük  əhəmiyyəti 

vardır.  Insanların  idarəedilməsi  –  elm  və  sənətdir,  bu  fikir  hələ  çox-çox  əvvəllər 

insanları  məşğul  etmiş  və  onu  həmişə  öz  yaradıcılıqları  ilə  zənginləşdirməyə 

çalışmışlar.  Idarəetmə  elmi  dedikdə  -  onun  aid  olduğu  sahənin  məxsus  olduğu 

nəzəriyyənin  dərindən  öyrənilməsi,  aidiyyatı  qərarların  elmi  əsaslandırılması, 

rəhbərlik  üsullarının  və  fəndlərinin  işlənib  hazırlanması  başa  düşülür.  Təbii  ki, 

idarəetmənin 

elmi 


xüsusiyyətləri 

mövcud 


nəzəriyyənin 

öyrənilməsinə 

əsaslanmaqla, idarəetmə fəaliyyəti təcrübə və intuisiya ilə sıx əlaqəli şəkildə həyata 

keçirilməlidir. 

Belə  ki,  bir  sıra  Yapon  firmalarında  töhmətdən,  işçi  davranışının  açıq 

müzakirə edilməsindən və insanın psixoloji müvazinətini pozan digər üsullarından 

istifadə  olunması  qəti  surətdə  inkar  edilir.  Insani  xüsusiyyətlərə  daha  yaxşı  bələd 

olan    bir  sıra  yapon  psixoloqları  hesab  edirlər  ki,  bu  yolla  mənfi  emosiyaların 

yaradılması nəticəsində xeyirdən çox ziyan əldə edilə bilər. Bir neçə günə və hətta 

bir  günə  yaranmış  mənfi  emosiyalar  insanın  daxili  psixoloji  tarazlığını  pozaraq, 

əlavə  gərginlik  yaradır  ki,  bu  da  sərbəst,  azad  işləməyə  imkan  vermir.  Bu  isə  çox 

vaxt  insanın  iradəsindən  asılı  olmayaraq,  mənfi  nəticələrə  gətirib  çıxarır. 

Müvazinətdən  çıxarılmış  işçi  işləməyə  səy  göstərsə  də,  şəxsi  hisslərin  lazımı 

səviyyədə  idarə  edə  bilməmək  üzündən  onda  heç  nə  alınmır,  nəticədə  daxili 

gərginlik  səhflərə    gətirib  çıxarır.  Bilavasitə  işçinin  özündən  asılı  olmadan  baş 

vermiş  səhflər  nəticəsində  yol  verilmiş  zay  məhsul  istehsalı,  gecikmə  və  öz 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə