Əlyazması hüququnda



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix29.09.2017
ölçüsü0,72 Mb.
#2390
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

25 

 

Sosial  metodlar  istehsal  və  əmək  kollektivlərində  sosial  həyatın  elmi  surətdə 



nizama  salınmasına,  onların  fəallığının  yüksəlməsinə,  bir-birinə  kömək  etməsinə, 

kollektivdə qarşılıqlı etibar, münasibət yaranmasına kömək edir. 

Bu metodun köməyi insanların əxlaq məcəlləsinə müvafiq davranış qaydaları, 

yeni adət-ənənə formaları tərbiyə olunur, onlar yeni-yeni çalarlarla zənginləşdirilir. 

Əxlaq qaydalarının, normalarının inkişafının təmin edilməsi, bütövlükdə adamların 

tərbiyəsinin  yüksəlməsi  ilə  sıx  əlaqədardır.  Həyat  o  yerdə  yaranır  ki,  adamlar  öz 

aralarında  mehribançılıq,  həmrəylik  və  şüurlu  intizamçılıq  yaratmaq  qayğısına 

qalmış olsunlar, çünki kollektivi ənənə qədər heç nə sıx birləşdirə bilməz. Müsbət 

ənənələri tərbiyə etmək, onları qoruyub saxlamaq tərbiyə işinin fövqəladə dərəcədə 

mühüm vəzifəsidir. 

Sosial  metodlar  arasında  mənəvi  stimullar  xüsusi  yer  tutur.  Mənəvi  stimul 

metodları şəxsiyyətin keyfiyyətinin meyarıdır. Hər kəs necə işləyir, xidmətləri necə 

qiymətləndirilir  və  onların  şəxsi  əməkdaşlığının  aşağı  və  yuxarı  keyfiyyət  hədləri 

necə müəyyən edilir – bütün bunlar mənəvi stimullaşdırma üçün əsas meyarıdır. 

Mənəvi  stimullar  kollektiv  və  şəxsi  təşəbbüsə  görə  fərqlənirlər.  Kollektiv 

təşəbbüsə  görə  stimullaşdırma  bütün  kollektivin,  bütövlükdə,  nailiyyətlər 

qazanmasına və ya plan göstəricilərinin yerinə yetirilməsinə görə verilir. Kollektiv 

mükafatlandırma  metodlarına  aşağıdakıları  aid  etmək  olar:  bütün  istehsal 

kollektivinə  fəxri  fərman,  fəxri  adlarının  verilməsi,  əla  keyfiyyət  briqadası,  başqa 

dövlət mükafatları, medallarla və ordenlərlə təltif edilməsi. Şəxsi mükafatlandırma 

ayrı-ayrı işçilərin şəxsən yüksək göstəricilərə nail olmasına görə verilir. Bura fəxri 

fərman, təşəkkür, döş nişanları, şərəf  lövhəsinə və fəxri kitaba adını salmaq, əmək 

qəhrəmanı  adı  vermək,  əmək  şöhrəti  ordeni  və  başqa  dövlət    medalları  və 

ordenlərinin  verilməsi,  növbədənkənar  mənzil  vermək,  istirahət  müddətinin 

uzadılması,  istirahət  putyovkaları  verilməsi,  başqa  əlavə  sosial  hüquqlardan 

istifadə edilməsi. 

Hazırda  kollektiv  və  şəxsi  təşəbbüslərin  stimullaşdırılmasının  əhəmiyyəti 

getdikcə  artır.  Eyni  zamanda  hazırda  yüksək  keyfiyyətli  şəxsi  əməyi 

qiymətləndirmək  üçün yeni dövlət mükafatları, orden və medallar təsis edilmişdir. 



26 

 

Sosial metodlar arasında sosial tədqiqatlar və ictimai rəyin öyrənilməsi xüsusi 



yer  tutur.  Müasir  dövrdə  sosioloji  məsələlərin  öyrənilməsi  və  bu  sahədə 

tədqiqatların  aparılması  hökümətin  daim  mərkəzində  durur  və  bu  işə  böyük 

əhəmiyyət 

verilir. 

Hazırda 

sosioloji 

tədqiqatlara 

və 


onun 

təşkilinin 

yaxşılaşdırılmasına çox böyük ehtiyac vardır. Belə ki, ara-sıra aparılmış tədqiqatlar 

bəzən  zəif  olur,  istehsal  şəraitini  düzgün  əks  etdirmir.  Odur  ki,  istehsalatda  tətbiq 

edilmir,  ondan  çıxarılan  nəticələr  və  təkliflər  vaxtlı-vaxtında  yerlərə,  istehsalata 

gəlib çatmır. 

Sosioloji  tədqiqatlar  vasitəsilə  mənəvi-psixoloji  iqlimi  sağlamlaşdırmaq, 

idarəetmə  işlərinə  və  prinsiplərinə  düzgün  əməl  etmək,  işçilərin  əmək  və  siyasi 

fəallığını yüksəltmək, yuxarı orqanlara gələn şikayət məktublarının sayını azaltmaq 

və  ümumiyyətlə,  xalq  təsərrüfatının,  ayrı-ayrı  müəssisələrin  və  təşkilatların  idarə 

edilməsini, onların fəaliyyətini xeyli yaxşılaşdırmaq olar. 

Müasir  şəraitdə  sosioloji  məsələlərin  öyrənilməsi,  tədqiqatların  aparılması  və 

onun  hər  yerdə  təşkilinin  həyata  keçirilməsi  üçün  hələ  də  bir  sıra  tədbirlərin 

görülməsi vacibdir. 

Sosioloji məsələlərin öyrənilməsinin nəinki müəssisələrdə və ya hər hansı bir 

regionda,  həyat  keçirilməsinə  tələbat  vardır.  Cəmiyyətimizin  inkişafı  yüksəldikcə 

sosioloji  yolla  və  ictimaiyyətin  özü  vasitəsilə  himayədarlığa,  rüşvətxorluğa, 

dələduzluğa,  bağqa  nöqsanlara  və  qüsurlara  qarşı  mübarizə  aparılması  xüsusilə 

böyük  əhəmiyyət  kəsb  edir.  Belə  ki,  cəmiyyətimizin  inkişafındakı  tərəqqiyə 

baxmayaraq  ictimai  mənafelərin,  əxlaq  normalarının  bir  sıra  hallarda  bir  qrup  “ 

toxunulmaz” adamlar tərəfindən pozulması hallarına rast gəlmək olur və ona qarşı 

ciddi mübarizə aparmaq tələb olunur. 

Burada  ən  başlıca  vəzifələrdən  biri  də  əmək  adamlarının    hüquqlarını  və 

mənafelərini qorumaq, istehsalatda demokratiya və kollegiallıq prinsiplərini inkişaf 

etdirməkdir.  Belə  ki,  sosioloji  tədqiqatların  köməyi  ilə  kimin  necə  istədiyi  barədə 

xüsusi  məlumatlar  toplayıb,  onu  əmək  kollektivlərində,  fəhlə  və  fəallar 

yığıncaqlarında  geniş müzakirə olunmasını təşkil etmək lazımdır.  



27 

 

Faktlar  göstərir  ki,  əmək  kollektivlərində  ayrı-ayrı  şəxslərin,  o  cümlədən 



fəhlələrin,  mütəxəssislərin  və  qulluqçuların  necə  işləmələri  hansı  nöqsanlara  yol 

verdikləri  lazımı  cəviyyədə  müzakirə  olunmur,  nöqsanlara  yol  vermiş  şəxslər 

yalnız  inzibatı  yolla  cəza  alır,  bu  yalnız  dəftərxana  və  əmr  kitablarında  qalır, 

kollektivin nəzərinə çatrırılmır. 

Sosioloji  tədqiqatlar  vasitəsilə  ayrı-ayrı  işçilərin,  rəhbərlərin  hansı  xarakterə, 

xüsusiyyətlərə malik olması, işə, müəssisəyə necə rəhbərlik etməsi, habelə onlarda 

hansı çatışmayan cəhətlərin olduğunu aydınlaşdırmaq olar. 

Bundan  başqa,  bəzi  müəssisə  və  təşkilatlarda  formalizm  və  kampaniyaçılıq 

xəstəliyi  dəbdədir.  Eyni  zamanda,  bir  sıra  rəhbər  işçilər  öz  funksiyalarını, 

hüquqlarını çox pis bilir və təbiidir ki, bu əmək kollektivinin işinə pis təsir göstərir. 

Istehsalın  planlaşdırılmasında  və  idarə  olunmasında,  kadrların  seçilməsində, 

yerləşdirilməsində, qiymətləndirilməsində sosioloji  tədqiqatların genişləndirilməsi 

üçün  xüsusi  bir  sosioloji  -tədqiqat  və  sosial  məsələləri  həyata  keçirilən  idarəetmə 

orqanı  yaratmaq  lazımdır.  Müvafiq  orqanın  yanında  sosial  və  sosioloji  tədqiqatlar 

şöbəsi  vasitəsilə  siyasi-ictimai,  iqtisadi-sosial  məsələləri  daha  yaxşı  həyata 

keçirmək mümkündür. 

Bəzi  nazirliklərin,  təşkilatların,  müəssisələrin  idarə  edilməsində  ona 

rəhbərlikdə,  rəhbərlərin  iş  üslubunda,  metodlarında,  istehsal  tapşırıqların  yerinə 

yetirilməsində, sosial və sosioloji problemlərin həll edilməsində əmək və istehsalat 

intizamının  təşkilində  nöqsanlar  mövcuddur.  Bundan  əlavə  bir  sıra  nazirliklərin 

müəssisə və təşkilatlarında xeyli miqdarda iş vaxtı itkiləri vardır. Rəhbər vəzifələrə 

çəkilən  kadrların  elmi  biliyi,  səriştəliyi,  işgüzarlığı  və  mənəvi  keyfiyyətləri 

diqqətlə öyrənilmir. Bunlar nəticə etibarilə ciddi nöqsana çevrilir ki, bunu da sonra 

düzəltmək  çətin  olur.  Kadrlar  bizim  dövlət  aparatımıza  bələd  olmaq  cəhətdən 

ayrıca  yoxlanılmış  olmalı,  habelə  ümumiyyətlə,  əməyin,  xüsusilə  də  idarəetmək, 

dəftərxana  və  i.a.  əməyin  elmi  təşkilinin  əsaslarına  bələd  olmaq  cəhətcə  xüsusi 

sınaqdan keçirilmiş olmalıdırlar.  

Müasir  şəraitdə,  demək  olar  ki,  sosial,  sosioloji-psixoloji  məsələlərin 

öyrənilməsi  əlaqədar  orqanlar  tərəfindən  lazımınca  həyata  keçirilmir.  Bu  sahədə 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə