Əlyazması hüququnda



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix29.09.2017
ölçüsü0,72 Mb.
#2390
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

38 

 

idarəetmə hisslərini fəallaşdırmaq mümkündür. Buna görə kollektivin birliyinə nail 



olmasında  aparıcı  rol  tərbiyəvi  əhəmiyyəətə  malik  olmaqla,  idarəedən  rəhbər 

tərəfindən  həmin  istiqamətdə  bütün  imkanlardan  vaxtında  və  səmərəli  istifadə 

olunmalıdır. Müəssisədə fəaliyyət göstərən kollektiv üzvlərinin şəxsi uyğunluğunu 

bir  neçə  üsullarla  müəyyən edirlər. Onlardan birinin  mahiyyəti ondan  ibarətdir ki, 

hər  bir  işçiyə  nümunə  ola  biləcək  şəxslər  seçilirsə,  onların  bütün  cəhətləri 

öyrənilməklə  kollektivin  digər  üzvləri  onunla  müqayisəli  şəkildə  öyrənilir. 

Kollektiv  üzvləri  arasında  sabitliyin  qorunmasında  müsbət  emosiyalar  böyük  rol 

oynayır,  onlar  zəruri  əlverişli  sosial-psixoloji  mühit  yaradır.  Kollektiv  üzvlərinin 

yüksək  işgüzar  əlaqəsini  möhkəmləndirməklə  bir-birinə  mehriban  münasibətini 

təmin  edir.  Bu  isə  idarəetmə  ilə  bağlı  olan  bütün  məsələlərin  vaxtında  və 

keyfiyyətlə icra olunması deməkdir.  

Mənfi  emosiayaların  müntəzəm  olaraq  yaranması  kollektivdə  çox  tez  qeyri-

sabitlik  yaradır,  orada  mərkəzdənqaçma  qüvvələrinin  inkişafına  səbəb  olan 

psixoloji gərginliyi daha da artır. Kollektivdə  mənfi emosiyalar çox vaxt kollektiv 

üzvlərinin  hər  hansı  bir  tələbatının  ödənilməməsi  və  iqtisadi-sosial  ədalət 

prinsiplərinin pozulması əsaında yaranır və kollektiv maraqlara ciddi zərbə vurur.  

Insanın  həyata  münasibətini  ifadə  edən,  şəxsiyyətin  psixi  xassələrinin  fərdi 

əlaqələrini xarakter adlandırırlar. Şəxsi xasiyyətin xüsusiyyətləri, hər şeydən əvvəl, 

insanın  özünə,  ətraf  mühitə,  həyatın  sosial  amillərinə,  çalışdığı  əmək  kollektivinə 

və  istehsalat  mühitinə  olan  münasibətində  təzahür  edir.  Xasiyyətin  meylliliyini 

məlum  istiqamətlərdə,  şərti  adlar  altında  üç  məna  kəsb  edən  sahəyə  bölmək  olar: 

özü  üçün,  kollektiv  üçün,  başqaları  üçün.  əlbəttə  ki,  bunu  hərfi  mənada  başa 

düşmək  lazım  deyil,  çünki  hər  hansı  istiqamət  məqsədlər  göstərisi  olmaqla, 

işçilərin  malik  olduqları  sosial  şüurun  ölçüsü  kimi  çıxış  edir.  Bundan  asılı  olaraq 

işçinin  kollektivin  digər  üzvlərini,  eləcə  də  şəxsən  özünü,  istehsal  fəaliyyətini, 

maddi  və  mənəvi  dəyərlər  aləmini  qiymətləndirə  bilmək  üçün  spesifik 

xüsusiyyətlər  yaranır.  Idarəetmə  heyətinin  fəaliyyətində  digərlərinə  münasibətdə 

xarakterik,  qarşılıqlı  anlama,  hissiyyat,  humanizm  və  ya  ciddilik,  tələbkarlıq, 

ədalətli olmaq kimi əlamətlərə daha çox  yer verilir. Onların əksi olaraq  idarəetmə 



39 

 

heyəti  tərəfindən  göstərilən  hər  hansı  qəddarlıq,  kobudluq,  qeyri-obyektivliyin  acı 



nəticələri heç bir inkişafa gətirib çıxara bilməz.  

Insanın özünə münasibəti, onun xasiyyətinin digər zərərli əlamətlər qrupunu –

özündənrazılıq,  eqoistlik,  dözümsüzlük,  başqalarının  rəyi  ilə  razılaşmamaq,  özü 

haqqında  yüksək  fikirdə  olmaq  ideyaları  aşkar  edir.  Subyektiv  səbəblər  üzündən 

idarəedən  tərəfindən  tabeliyində  olanlarla  heç  bir  əsaslı  səbəb  olmadan  qeyri-

sağlam  münasibətlər  mövcud  olduqda  işçinin  özü-özündən  razı  olmaması  kimi 

iradəsizlik  xasiyyəti  yaratmış  olur.  Bu  isə  rəhbər  tərəfindən  qəti  yolverilməzdir, 

çünki  yol  verilmiş  hərəkətlə  özünə  qarşı  digərlərinin  etimadını  zəiflədə  bilər. 

Məlumdur  ki,  insanın  çevik  fəaliyyəti  çox  şeyi  yenidən  dəyişdirir,  zəruri  həyati 

şəraiti yaradır və bu istiqamətdə onun hələ istifadə olunmamış imkanları idarəetmə 

heyəti  tərəfindən  hər  zaman  aşkarlanmalıdır.  Bunun  üçün  kollektiv  imkanları 

nəzərə  alaraq,  hər  şeydən  əvvəl,  əməyə  və  maddi  nemətlərə  olan  tələbatları  ön 

plana  gətirməklə,  təşəbbüskarlıq  və  əməksevərlik  (işgüzarlıq),  işə  məsuliyyətli 

yanaşma  prinsiplərini  hər  vasitə  ilə  müdafiə  etmək  tələb  olunur.  Digər  tərəfdən, 

tənbəllik,  passivlik,  məsuliyyətsizlik  hallarına  qarşı  yönəldilən  idarəetmə 

qərarlarının  qəbuluna  çalışmaqla  həm  də,  onların  həyata  keçirilməsinə  nail  olmaq 

vacibdir. 

Hər  bir  şəxsiyyət  fizioloji-anatomik  cəhətdən  də,  məsələn,  sağlamlığın 

vəziyyətilə,  bədən  quruluşu  ilə,  dözümlülüklə,  fiziki  qıcıqlanmalara  reaksiyanın 

sürətilə,  yaddaşı,  eşitmə  və  görmə  qabiliyyətinin  yüksək  səviyyədə  olması  ilə 

fərqlənirlər. Insanın  malik olduğu  nəzəri  və təcrübəvi  biliklərdən səmərəli  istifadə 

edilməsi,  onun  fiziki  və  psixoloji  vəziyyətin  hərtərəfli  qiymətləndirilməsini 

nəzərdə  tutur.  Bununla  əlaqədar  olaraq  idarəedən  heyət  işçinin  fəaliyyət 

istiqamətlərini  müəyyən  edən  zaman,  onun  imkanlarını  hərtərəfli  testləşdirmə  və 

müsahibə  yolu  ilə  obyektiv  qiymətləndirmək  bacarığına  malik  olması  çox  düzgün 

qərar qəbul etməyə kömək edir. 

Insanın  bacarıqlarına  uyğun  olaraq  fəaliyyət  sahələrinin  düzgün  seçilməsi, 

işdə  müvəffəqiyyət  qazanmaq  imkanlarını  artırmaqla  bəarbər,  işçinin  özünə  də 




40 

 

məmnunluq və xoş təsir bağışlayır. Bu isə heyət üzvlərinin idarəetmə işlərini xeyli 



asanlaşdırır və müvəffəqiyyətləri artırır.  

Təcrübədə istehsala müəyyən sosial hazırlığı olan, həyatda geniş dünyagörüşə 

malik  olan  təcrübəli  adamlar  və  öz  həyat  yoluna  təzəcə  başlamış  gənclər  gəlirlər. 

Bununla  əlaqədar  olaraq,  rəhbərin  onlara  yanaşması  tamamilə  müxtəlif  olmalıdır. 

Buna  görə rəhbərin başlıca  vəzifəsi,  işçinin təcrübəsindən daha  yaxşı, səmərəli  və 

faydalı şəkildə  istifadə etmək  istiqamətlərini aydınlaşdırmaqdır. Idarəetmə rəhbəri 

tərəfindən  yeni qəbul edilənlərə işin  mahiyyətini başa salmaqla, istehsalın  məqsəd 

və  vəzifələrini  ona  ətraflı  izah  etməklə,  işçinin  yerinə  yetirəcəyi  tapşırıqların  da 

kəmiyyəti vaxtaşırı bildirilməlidir, bunun üçün dəqiq uçot aparılır.  

Yeni  işçini  işə  qəbul  edərkən  rəhbər  anket  üzrə  məlumatlara  əsaslanmaqla 

kollektiv  üzvlərinin  sosial  inkişafı  istiqamətləri  planına  uyğun  olaraq  ondakı 

bacarığın  reallaşdırılmasına  zəruri  imkan  yaratmalıdır.  Işçinin  müəssisə  fəaliyyəti 

üçün  əhəmiyyətli  olan  fərdi  imkanları  aşkar  etməli  və  buna  uyğun  olan  səmərəli 

fəaliyyət  sahəsi  müəyyən  etməklə,  onun  inkişafına  hər  vasitə  ilə  kömək 

edilməlidir.  Işçi  qarşısında  real  perspektiv  açmalı,  fəaliyyətinin  yüksək  nəticəli 

olmasına  işçidə  inam  yaratmalıdır.  Bütün  göstərilənləri  istehsal  mühiti  şəraitində 

fərdi  işçi  psixologiyadan  baş  çıxaran  rəhbər  edə  bilər.  Bu  keyfiyyətlər  olmadan 

rəhbərə  vahid  iş  qabiliyyətli  kollektiv  formalaşdırmaq,  özünə  köməkçi  seçmək, 

bölmələrin və idarəetmə heyətinin üzvlərini düzgün yerləşdirmək çətin olacaq. 

Müasir düşüncəli idarəetmə rəhbərinin ən mühüm vəzifələrindən biri də heyət 

üzrə  idarəetmə  qərarların  qəbul  edilməsidir,  bu  işdə  ondan  xüsusi  müdriklik  tələb 

olunur.  Kollektiv  münasibətlərlə bağlı  vəziyyəti  dərindən dərk etmək  və tabelikdə 

olanları  incəliklə  başa  düşdükdə,  qəbul  edilmiş  idarəetmə  qərarlarının  icrası  daha 

da az vaxt aparır. 

Idarəetmə  qərarının  qəbul  edilməsində  rəhbərin  aşağıdakı  kollektivn 

münasibətlərə əməl etməsi əhəmiyyətli və məqsədyönlü sayıla bilər: 

- idarəetmə qərarı qəbul edilməmişdən əvvəl ilk növbədə son məqsədmüəyyən 

edilməli, hər bir məsələyə dair veriləcək qərarlar qəti olaraq dəqiqləşdirilməlidir; 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə