Əlyazması hüququnda



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix29.09.2017
ölçüsü0,72 Mb.
#2390
1   2   3   4   5   6   7   8   9   ...   28

19 

 

a)  Adət  və ənənənn  gözlənilməsi, rəhbərlik stili; b) ayrı-ayrı  xatirə  hadisələrin 



qeyd  olunması;  v)  özfəaliyyətin  inkişaf  etdirilməsi;  q)  sosial-mədəni 

nemətlərin böyük sistemi; g) mənzil növbəliyinin gözlənilməsi və s. 

Əmək kollektivinin təşəkkül tapmasına təsir edən metodlar: 

a)  Tənqid  və  özünütənqid;  b)  şəxsi  nümunə;  v)  şəxsi  nüfuz;  q)  təşviqat  və 

təbliğat.  

Siyasi,  ideya  və  tərbiyə  metodları  bir  sıra  spesifik  təsir  metodlarının 

fəaliyyətinə əsaslanır: 

Siyasi  təşviqat  və  təbliğat  işçilərin  siyasi  tərbiyəsi,  inandırma  təsir  vasitəsi. 

Bütün  bunlar  demokratik  partiyalar,  hərəkatlar,  həmkarlar  ittifaqı  və  digər  ictimai 

təşkilatların  məqsədyönlü  siyasi  fəaliyyətlərinin  təsiri  altında  həyata  keçirilir. 

Bütövlükdə  bu  fəaliyyət  həyat  tərzinin  müvafiq  sosial-siyasi,  ideya-tərbiyə  və 

başqa  qanun  və  prinsiplərinə  əsaslanır,  qarşısına  demokratik  prinsipləri  təbliğ 

etmək,  qarşıda  duran  vəzifələri  izah  etmək,  şüurlu  intizamı,  yaradıcılığı,  inamı 

bərqərar  etmək  və  daha  yaxşı  işləmək  səyini,    məqsədini  tərbiyə  etməyi  qoruyur. 

Bu  işdə  mətbuatdan,  radio,  televiziya,  müxtəlif    yığıncaqlardan,  əyani  vəsaitdən, 

onların başqa formalarından geniş istifadə edilir. 

Müəssisə  müdiriyyətinin  fəaliyyətinə  nəzarət.  Burada  məqsəd  müəssisənin 

iqtisadi  vəziyyətinin,  idarəedilməsinin  yaxşılaşdırılmasına  hər  vasitə  ilə  köməklik 

göstərməkdən  ibarətdir.  Odur  ki,  müdiriyyətin  fəaliyyətinə  nəzarət  etməklə 

təsərrüfatın əsas göstəriciləri təhlil edilir, nöqsanları vaxtında aşkara çıxarıb aradan 

qaldırmaq,  qəbul  edilmiş  qərarların  yerinə  yetirilməsini  yoxlamaq,  ayrı-ayrı 

mütəxəssislərin  hesabatlarını  dinləmək,  müəssisənin  inkişaf  etdirilməsi,  yeni 

ehtiyatların  aşkara  çıxarılması  üçün  adamları  səfərbərliyə  almağa,  işləri  təşkil 

etməyə kömək edir. 

Tənqid  və  özünütənqid.  Istehsalın  inkişaf    etdirilməsi  və  təsərrüfat 

fəaliyyətinin  nəticələrini  yaxşılaşdırmaq,  istehsalatda  baş  verən  nöqsanları 

vaxtında aşkara çıxarmaq üçün tənqid və özünütənqid  vasitələrindən geniş istifadə 

edilməlidir.  Tənqid  və  özünütənqid  prinsipiallıq,  aşkarlıq,  buraxılan  nöqsanların 

açıq  ehtiraf  olunması,  obyektivlik,  konkretlilik,  inkarsız  və  başqa  keyfiyyətləri 



20 

 

özündə birləşdirir. Tənqid və özünütənqid ümumi işə, istehsalın inkişafına, müsbət 



nəticələrə  nail  olmağa  təkan  verir,  habelə  ondan  nöqsanların  düzəldilməsində, 

kadrlarla işin yaxşılaşdırılmasında bir metod kimi istifadə olunur. 

Müəssisənin  idarəedilməsinə  işçilərin  cəlb  edilməsi.  Işçilərin  təşkilat  və 

müəssisələrin  idarəedilməsinə  geniş  cəlb  edilməsi  ən  mühüm  təsir  vasitələrindən 

biridir. 

Işçilərin  idarəetməyə  geniş  cəlb  edilməsi  özünü  müəssisələrdə  keçirilən 

istehsalat  müşavirələrində,  iclaslarda,  ümumi  yığıncaqlarda  bir  daha  göstərir. 

Burada  istehsal  fəaliyyəti,  əmək  intizamı,  kollektiv  üzvləri  tərəfindən  istehsal  və 

ictimai  vəzifələrin  yerinə  yetirilməsi,  ən  mühüm  qərarlar  müntəzəm  müzakirə 

edilir,  işçilər  tərəfindən  irəli  sürülən  təkliflər  və  tənqidi  qeydlər  nəzərə  alınır, 

qərara salınır. Bu barədə bütün kollektivə müntəzəm məlumat verilir. Bütün bunlar 

nəticə etibarilə, öz növbəsində işçilərin tərbiyə edilməsinin fəal vasitəsinə çevrilir. 

Işçilərin  sosial  və  tərbiyə  fəallığının  yüksəldilməsində  əsas  metodlardan  biri 

rəqabət  və  yarışın  təşkilidir.  Bu  metod  vasitəsilə  cəmiyyətin  ictimai-siyasi  və 

tərbiyə  işinə  və  hər  bir  kollektivin  mənəvi  mühitinə,  baxışına,  sahibkarlıq 

təşəbbüsünə  və  yaradıcılığına  əsaslı  təsir  göstərmək  olar.  Yarış  kollektivin  böyük 

tərbiyə  məktəbidir,  onlar  rəqabətdə  özünün  bütün  keyfiyyətlərini  göstərə  bilirlər. 

Rəqabət  cəmiyyətin  iqtisadi-mənəvi  quruculuq  metodudur,  adamların  ictimai 

istehsalın  idarəedilməsinə  çəlb  etmək  formasıdır.  Lakin  bır  sıra  hallarda  əmək 

yarışının təşkili, qiymətləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi  və  yayılması 

məsələləri lazımı səviyyədə qurulmur. Ona görə də yarışın təşkili prinsipləri, qəbul 

edilmiş öhdəliklər və planlar bəzi hallarda pozulur, daha doğrusu, yerinə yetirilmir, 

yaxud  qəbul  edilmiş  öhdəliklər  və  tapşırıqlar  yarış  iştirakçılarının  adi  istehsal 

vəzifələri olur, gərgin rəqabətin həyata keçirilməsi metoduna çevrilmir. 

Rəqabət işçilər arasında  yaradıcılığın  inkişaf etdirilməsi  vasitəsinə çevrilməli 

və  burada  heç  bir  hay-küyə  və  gurultuya  yol  verillməməlidir,  əksinə,  işgüzarlığa, 

konkretliyə  və  tələbkarlığa  geniş  meydan  açılmalıdır.  Lakin  bir  çox  dövlət 

müəssisələrində  əmək  yarışı  bəzi  müəssisə  və  təşkilatlarda  formal  təşkil  edilir, 

öhdəliklər hay-küyçülüklə və gurultuyla qəbul edilir. 



21 

 

Nəticədə  onun  yerinə    yetirilməsi  səfərbəredici  qüvvəyə  çevrilmir,  yarışın 



gedişi  prosesində  kütləvilik,  fəallıq  və  yenilik  hiss  edilmir  və  nəhayət, 

iqtisadiyyatın  inkişafının  hərəkətverici  amili  ola  bilmir.  Bəzi  müəssisələrdə 

yenilikçilərin təşəbbüslərinə çox nadir hallarda təsadüf etmək olur. 

Bir  sıra  müəssisələrdə  normaların  keyfiyyətsiz  olması  saxta  yenilikçilər, 

qabaqcıllar  əmələ  gətirir.  Burada  elmi-texniki  tərəqqinin  tətbiqi  və  normaları 

yerinə yetirən işçilərin ixtisas, bilik, əmək vərdişləri deyil, həmin normaların işçilər 

tərəfindən asanlıqla yerinə yetirilmə dərəcəsi nəzərə alınır. 

Əmək  yarışının  düzgün  təşkilinin  başlıca  prinsipləri  aşkarlıq,  nəticələrin 

müqayisə  edilməsi,  yoldaşcasına  qarşılıqlı  yardım,  geniş  qabaqcıl  təcrübə 

mübadiləsidir. 

Əmək  yarışının  bir  sıra  formaları  vardır:  1)  peşələr  üzrə  fərdi  yarış;  2)  ayrı-

ayrı təsərrüfatlar, müəssisələr arasında yarış; 3) sahələr, sexlər üzrə yarış, rəqabət. 

Idarəetmənin  sosial-psixoloji  metodu:  idarəetmənin  sosial  metodu  və 

idarəetmənin psixoloji metodundan ibarətdir. 

Sosial 

metodların 



köməyi 

ilə 


istehsal 

və 


əmək 

kollektivlərinin 

formalaşdırılması,  onların  sosial  inkişafının  planlaşdırılması,  mənəvi  tərbiyə, 

mənəvi stimullaşdırma normaları tənzim olunur. 

Istehsalatda  əmək  və  istehsal  kollektivləri  cəmiyyətin  elə  bir  vahididir  ki, 

onlar  özlərində  cəmiyyətdə  baş  verən  ictimai  əlaqə  və  münasibətləri,  mütərəqqi 

inkişafın  qanunauyğunluqlarını  əks  etdirirlər.  Kollektivdə  adamların  yeni 

keyfiyyətləri  formalaşır,  yoldaşlıq  və  qarşılıqlı  yardım  münasibətləri  yaranır,  hər 

bir kəsin kollektiv qarşısında və kollektivin  isə hər bir işçi qarşısında  məsuliyyəti, 

cavabdehliyi artır. 

“Kollektiv” sözü  latınca “kolleqere”  (birlik, yığım) sözündən  götürülmüşdür, 

bu  heç də ayrı-ayrı  fərdlərin süni bioloji,  mexaniki birləşməsi deyildir.  Kollektivə 

istənilən  insan  qrupunun  birləşməsi  kimi  də  baxmaq  olmaz.  Həqiqətən  kollektiv 

sosial-psixoloji  xüsusiyyətləri  ilə  xarakterizə  olunan,  müəyyən  məqsəd  üçün 

birləşən  insanların  birliyidir.  Bu  birlik  ümumi  məqsədə  nail  olmağa  doğru 

yönəldilmişdir. Məqsədsiz insan birliyi  ola bilməz, olmuş olsa belə bu birlik axıra 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə