Əlyazması hüququnda



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix29.09.2017
ölçüsü0,72 Mb.
#2390
1   2   3   4   5   6   7   8   9   10   ...   28

22 

 

kimi  davam  edə  bilməz  və  çox  məzmunsuz  fəaliyyətsiz  ola  bilər.  Insanlar  bir-



birinə  məqsədlərlə  və  mənafelərlə  bağlıdır.  Ona  görə  də  onlar  könüllü,  zəruri 

birləşmə əmələ gətirirlər. 

Müxtəlif  məqsədlər    və  mənafelərə  görə  kollektivlər  aşağıdakı  şəkildə 

təsnifləşdirilir: 

a)  Məqsəd  və  məzmununa  görə  (əmək,  təhsil  və  s.);  b)  təşkilat  formasına  və 

yaranmasına  görə  (yaxşı  təşkil  olunmuş,  kortəbii  və  s.)  kollektivi  təşkil  edənlərin 

tərkibinə  görə (yeniyetmə, gənc və kişi, qadın  və s.); q) şəxsiyyət  münasibətlərinə 

görə. 


Cəmiyyətdə  əsas  yeri  əmək  kollektivi  tutur.  Əmək  kollektivinin  aşağıdakı 

xüsusiyyəti vardır: 

Əmək  kollektivinin  birinci  xüsusiyyəti  odur  ki,  bu  birləşmə  özünün, 

ümummilli  xeyrinə  yönəldilmiş  fəaliyyətini  həyata  keçirmək  məqsədini  güdür. 

Burada  işçilər  yalnız  ümumi  şəkildə  deyil,  həm  də  həmin  əməyin  nəticələri 

vasitəsilə bir-birinə bilavasitə bağlıdırlar, qarşılıqlı maraqlıdırlar. Kollektivin ikinci 

xüsusiyyəti    -  onun  bütövlüyüdür,  yəni  kolektiv  ayrı-ayrı  fərdlərdən  yarandığına 

görə yüksək nəticə əldə etməyin yeganə yolu həmin fərdlərin bütöv bir kollektivdə 

birləşməsidir,  bu  onların  yüksək  nəticə  əldə  etməsinin  yeganə  yoludur.  Üçüncü 

xüsusiyyəti  odur  ki,  kollektiv  üzvləri  obyektiv  olaraq  bir-birinə  daimi  təsir 

göstərirlər.  Bunlar  bir  sıra  formalarda,  xüsusilə  qarşılıqlı  yardım  şəklində  özünü 

göstərir. 

Sosial  metodun  tərkibi  və  qarşılıqlı  əlaqəsini  və  ümumi  fəaliyyət  dairəsini 

aşağıdakı sxemdən daha aydın görmək olar (sxem 2). 

Sxem 2. 

Idarəetmənin sosial metodlarının tərkibi və qarşılıqlı əlaqəsi 

 

 

 



 

 

Işçilərin mənəvi əqidəsi 



Sosial 

planlaşdırma 

Sosial 

proqnozlaşdırma 



Kollektivin sosial inkişafının 

normalaşması və sosial 

tənzimedilməsi

 

prosesi 



Sosial 

tədqiqatlar 

Mənəvi stimullaşdırma 

Ictimai rəy 




23 

 

Müasir  şəraitdə  cəmiyyətin  sosial  proqnozları  əsasında  müəssisələrin, 



sahələrin  və  əmək  kollektivlərinin  sosial  inkişaf  planları  tərtib  edilir.  Kollektivin 

sosial  inkişaf  planının  tərtib  edilməsi  istehsal  və  əmək  kollektivlərində  sosial 

proseslərin idarə olunması, onun tərkibində, quruluşunda, əmək şəraitində, mənəvi 

mühitində,  stimullarında  baş  verə  biləcək  dəyişiklikləri  əks  etdirən  kompleks 

proqram  kimi  təzahür  edir.  Sosial  planlar  əsasən  aşağıdakı  bölmələr  üzrə  tərtib 

olunur: 


1.  İstehsal kollektivinin sosial ixtisas strukturunun dəyişməsi; 

2.  Müəssisədə  işləyənlərin  istehsal  ixtisasının  və  təhsil  səviyyəsinin 

yüksəldilməsi; 

3.  Müəssisə  işçilərinin  əmək  şəraitinin  yaxşılaşdırılması  və  sağlamlığının 

mühafizə edilməsi üzrə tədbir; 

4.  İşçilərin məişət xidmətinin, onların ailələrinin istirahətinin yaxşılaşdırılması; 

5.  Sosioloji-psixoloji tərbiyə və işçilərin ictimai fəallığının inkişaf etdirilməsi. 

Müəssisə  kollektivnin  sosial  inkişaf  planının  tərtib  olunma  formasını 

aşağıdakı sxemdən görmək olar (sxem 3). 

Sxem 3. 


 

 

 



 

 

 



 

 

 



 

Sosial inkişaf planı müəssisə planının tərkib hissəsidir. Sosial inkişaf planında 

nəzərdə  tutulan  bütün  tədbirlər  mütləq  maddi,  əmək  və  maliyyə  ehtiyatları  ilə 

Müəssisə kollektivinin sosial inkişaf planının 

əsas bölmələri 

Istehsal kollektivinin sosial tərkibinin uyğun 

dəyişməsi 

Əmək şəraiti və əmək mühafizəsinin 

yaxşılaşdırılması 

Işçilərin həyat səviyyəsinin yüksəldilməsi 

Işçilərin tərbiyələndirilməsi 

Kollektivdə sosial-psixoloji münasibətlərin 

təkmilləşdirilməsi 



24 

 

təmin edilir,  müəssisə kollektivi tərəfindən geniş  müzakirə edildikdən sonra qəbul 



olunur. 

Istehsalat  kollektivləri  cəmiyyətin  əsas  təsərrüfat  siyasi  özəyidir.  Müəssisə 

kollektivlərinin  strukturu  aşağıdakılarla  səciyyələnir  və  sosial  planlaşdırmada 

nəzərə alınır: 

a)Sosial-sinfi;  b)  peşə-ixtisas;  v)  sosial-demoqrafik;  q)  fiziki  və  zehni  əmək 

bölgüsü. 

Fəhlələrin  sosial  strukturunu  müəyyən  etmək  üçün  aşağıdakı  dörd  ixtisas 

qrupu müəyyən edilir: 

  Yüksək ixtisaslı əməklə əlaqədar fəhlə qrupu; 

  Ixtisaslı əməklə əlaqədar olan fəhlələr; 

  Az ixtisaslı əmək fəaliyyəti ilə əlaqədar olan fəhlə qrupu; 

  Ixtisas tələb etməyən əmək. 

Bundan  başqa,  müxtəlif  əmək  növləri  ilə  məşğul  olan  fəhlələr  əməyin 

mexanikləşmə və avtomatlaşdırma baxımından aşağıdakı beş qrupa ayrılır: 

  Avtomatlaşdırılmış  aqreqatlar  və  maşınların  işi    üzərində  müşahidə  ilə 

məşğul olan fəhlə qrupu; 

  Işi maşın və mexanizmlərin köməyi ilə icra edən fəhlələr; 

  işi əllə, qismən maşın və mexanizm ilə icra edən fəhlələr; 

  işi yalnız əllə icra edən fəhlələr; 

  maşın  və  mexanizmlərin  təmiri  və  sazlanması  işlərini  əllə  icra  edən 

fəhlələr. 

Bundan  başqa  yüngül  və  ağır  fiziki  əmək  sahəsində  çalışan  fəhlə  qrupları  da 

vardır.  Ona  görə  də  müəssisələrin  sosial  inkişaf  planlarında  yuxarıda  göstərilən 

cəhətlər,  habelə əmək fəaliyyətində intellektual komponentlərin artırılması nəzərə 

alınmalıdır. 

Sosial  proqnozlaşdırma  yalnız  bütövlükdə  müəssisələrin  sosial  inkişafını 

deyil,  həmçinin  konkret  istehsal  kollektivini,  yerli  inkişafı  nəzərə  almaq,  burada 

baş  verən  prosesləri  qabaqcadan  görmək  və  onları  kollektivin  gələcək  planlarında 

əks etdirməkdən ibarətdir. 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə