Əlyazması hüququnda



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix29.09.2017
ölçüsü0,72 Mb.
#2390
1   2   3   4   5   6   7   8   9   ...   28

 

təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan dissertasiya işində 



əsas  məqsədlərdən  biri  olaraq  idarəetmənin  sosial-psixoloji  metodlarından 

istifadənin gücləndiriməsi və ona əməl edilməsidir. 

-  Heyəti  idarəetmədə  sosial-psixoloji  vasitələrin  rolunun  artması,  həmin 

metoda  yeni,  daha  mükəmməl  cəhətdən  yanaşılmasını  tələb  edir.  Işçilərin 

fəaliyyətinə  sosial-psixoloji  cəhətdən  təsir  edilməsi,  digər  amillərlə  yanaşı 

müəssisənin  təsərrüfat  fəaliyyətinə,  onun  iqtisadi  artımına,  işçilərin 

məhsuldarlığına  bilavasitə  təsir  göstərir.  Həmçinin,  heyətin  əhval-ruhiyyəsinə, 

onların 


işgüzarlığına, 

məsuliyyət 

dərəcəsinə, 

əmək 


fəaliyyətinin 

yüksəldilməsinə, işçilərin  sağlamlığına müsbət təsir edir. 

-  Heyəti  idarəetmə sistemində sosial-psixoloji  metodların öyrənilməsinin əsas 

vəzifələrindən biri kollektivdə psixoloji mühitin yaxşılaşdırılmasından ibarətdir. 

Bu  cəhətdən  psixoloji  mühit  öz  növbəsində  əmək  kollektivlərinin  emosional 

əhvalını  və  onun  üzvləri  arasındakı  qarşılıqlı  əlaqəni  ifadə  edir.  Odur  ki, 

psixoloji  mühit  hər bir  işçiyə, sosial  qrupa və  idarəetmə strukturuna təsir edir. 

Bu  baxımdan  psixoloji  mühit  əmək  kollektivlərindəki  sosial  proseslərin 

nəticələrinin qiymətləndirilməsi baxımından araşdırılmalıdır.  

-  Tədqiqat  işində  əsas  vəzifələrdən  biri  də  rəhbər  işçilərlə  tabeçilikdə  olanlar 

arasında  qarşılıqlı  münasibətlərin  vəziyyətinin  öyrənilməsi  və  onun 

təkmilləşdirilməsindən  ibarətdir.  Idarə  edənlə  idarə  olunan  arasında 

formalaşmış  sosial-psixoloji  münasibətlər  və  onlara  təsir  edən  amillərin 

öyrənilməsi də əsas vəzifələrindən biridir. 

-  Heyəti  idarəetmə  prosesndə  mühüm  vəzifələrdən  biri  də  rəhbər  işçinin  iş 

üslubunun  öyrənilməsidir.  Məhz  iş  üslubu  işçinin  davranışına,  onun 

məsuliyyətinə, 

yaradıcılığına, 

əməkdən 

razı 


qalmasına, 

kollektivə 

uyğunlaşmasına, bütövlükdə  fəaliyyətin səmərəliliyinə bilavasitə təsir göstərir. 

Məhz  demokratik  iş  üslubu  işçinin  qeyd  etdiyimiz  keyfiyyət  göstəricilərinə 

əhəmiyyətli dərəcədə təsir göstərir. 

-  Məlumdur ki, əmək kollektivlərində təyinatına  və  xarakterinə  görə  müxtəlif 

sosial-psixoloji  münaqişələr  baş  verir.  Münaqişələr  tərəflər  arasında,  onların 



 

mövqe  və  mənafelərinin  uyğun  gəlməməsi, ziddiyyət təşkil etməsi  nəticəsində 



baş  verir  ki,  bu  da  kollektivdə  psixoloji  gərginliyi  xeyli  dərəcədə  artırır.  Bu 

problemin  də  həll  edilməsi  istiqamətində  müvafiq  vəzifələrin  həyata 

keçirilməsi qarşıya qoyulmuşdur. 

Tədqiqatın  informasiya  bazası  və  işlənməsi  metodları.  Azərbaycan 

Respublikası  Dövlət  Statistika  Komitəsinin  uyğun  məlumatları,  müvafiq 

nazirliklərin  hesabat  materialları,  müəssisələr  haqqında  əsasnamə  və  aparılmış 

sosioloji tədqiqatların məlumatlarından istifadə edilmişdir. 



Tədqiqatın  elmi  yeniliyi.  Heyəti  idarəetmə  sistemində  sosial-psixoloji 

metodların  nəzəri  cəhətdən  əsaslandırılması  və  sosial-psixoloji  aspektlərinin  təsir 

gücünün artırılmasının tədqiqi tədqiqatın elmi yeniliyini təşkil edir. 

Tədqiqatın  praktiki  əhəmiyyəti əmək kollektivlərində sosial-psixoloji  mühitə 

təsir edən amillərin müəyyən edilməsi, onların tətbiqi, kollektivin stabilliyinə təsir 

edən sosial-psixoloji cəhətlərin aşkar edilməsindən ibarətdir. 

Dissertasiya  işinin  strukturu  və  həcmi.  Dissertasiya  giriş,  3  fəsil,  nəticə  və 

təkliflər  və  istifadə  olunmuş  ədəbiyyat  siyahısından  ibarətdir.    Dissertasiya  işi    3 

cədvəldən, 7 sxemdən və 91 səhifədən ibarət yazılmışdır.  

Birinci fəsildə heyəti idarəetmə sistemində sosial-psixoloji amillərin mahiyyət 

və  əhəmiyyəti  göstərilmişdir.  Həmçinin,  heyətin  idarə  edilməsinin  sosial-psixoloji 

vasitə və metodlar sistemi şərh edilmişdir. 

Ikinci  fəsildə  heyətin  idarəedilməsinin  sosial-psixoloji  aspektlərinin  tədqiqi 

ilə  əlaqədar  olaraq,  heyəti  idarəetmənin  sosial-psixoloji  cəhətləri  təhlil  edilmiş, 

əmək  kollektivlərində  psixoloji  mühit  və  ona  təsir  edən  amillər  göstərilmişdir. 

Eləcə də idarəetmə münasibətlərinin sosial-psixoloji mühitə təsiri verilmişdir. 

Üçüncü 

fəsil  heyətin 



idarəedilməsinin  sosial-psixoloji  aspektlərinin 

təkmilləşdirilməsi  məsələlərinə  həsr  edilmişdir.  Bununla  əlaqədar  olaraq 

kollektivlə    rəhbərliyin    sosial-psixoloji  aspekti  və  rəhbərlik  üslubunun 

optimallaşdırılması,  həmçinin,  sosial-psixoloji  münaqişələr  və  onların  həlli  yolları 

göstərilmişdir. 

 



 

FƏSİL 



1. 

ƏMƏK 

KOLLEKTİVLƏRİNİN 

İDARƏ 

EDİLMƏSİ 

SİSTEMİNDƏ SOSİAL-PSİXOLOJİ METODLARIN TƏTBİQİ 

1.1.  Əmək  kollektivlərinin  idarə  edilməsində  tətbiq  edilən  sosial-psixoloji 

metodların mahiyyəti və əhəmiyyəti 

Bazar  iqtisadiyyatının  müasir  inkişaf  mərhələsində  cəmiyyətin,  bütövlükdə 

xalq  təsərrüfatı  sahələrində  idarəetmənin      sosial-psixoloji  metodlarına  getikcə 

daha  çox  əhəmiyyət  verilir.  Idarəçilik  fəaliyyəti  çox  mürəkkəb  ictimai  hadisə  və 

prosesdir.  Bu  hərtərəfli  və  hərcəhətli  münasibətləri,  prosesləri  əhatə  etdiyinə  görə 

müxtəlif  istiqamətdə  və  müxtəlif  elmlər  tərəfindən  öyrənilir,  izah  olunur.  Belə  ki, 

iqtisadi,  təşkilati,  inzibati  və  s.  məsələlərlə  yanaşı  fəaliyyətin  psixoloji  fəaliyyətin 

psixoloji-emosional  və  mənəvi  estetik,  etik  tərəflərini  bilmək  son  dərəcə  vacibdir. 

Lakin  idarəçilik  fəaliyyəti  sosioloji-psixoloji  cəhətdən  hələ  lazımi  səviyyədə 

öyrənilməmişdir. Halbuki, idarəçilik əməyi, hər bir rəhbər işçinin fəaliyyəti, birinci 

növbədə,  adamlarla  aparılan  işdən  ibarətdir.  Hələ  vaxtı  ilə  F.Engels  göstərmişdir 

ki, adamların, şəxslərin idarə olunması sosioloji idarəetmənin başlıca formasıdır. 

Idarəetmə əməyinin özünəməxsus xüsusiyyətləri vardır. Fiziki əməklə məşğul 

olan  işçilər  üçün  bilavasitə  əmək  obyekti  təbiət  cisimləri,  əmək  alətləri  olduğu 

halda, rəhbərlik əməyi üçün başlıca obyekt insanın özüdür. Bundan başqa belə bir 

cəhəti də qeyd etmək lazımdır ki, əmək cisimləri və əmək alətlərindən fərqli olaraq 

insan  müxtəlif  keyfiyyətə  malikdir.  Bu,  ilk  baxışda  adama  çox  sadə  və  aydın 

görünən bir həqiqətdir. Halbuki, həmin xüsusiyyət rəhbər işçilərlə tabeçilikdə olan 

işçilər arasında mürəkkəb sosioloji-psixoloji əlaqələr yaradır.    

Psixi  proseslər  –  təsəvvür,  təfəkkür,  diqqət,  hissetmə,  iradə  və  s.  şəxsiyyətin 

psixi  xassəsi,  yəni  onun  temperamenti,  xarakteri,  qabiliyyəti,  müxtəlif  mənafeləri 

və tələbatı ilə üzvi şəkildə əlaqədardır. Lakin həmin psixi xassə bütün, adamlarda, 

necə  deyərlər,  standart  təşkil  etmir  və  eyni  səviyyədə  olmur.    Məhz  bu  xassəyə 

görə  də  adamlar  bir-birindən  fərqlənirlər.  Deməli,  psixi  xassə  heç  də  bəzilərinin 

düşündüyü  kimi  tənzim  olunmaz,  idarəolunmaz  bir  şey  deyildir.    Müəyyən  mühit 

çərçivəsində  kollektiv,  xüsusilə  rəhbər  işçi  həmin  psixi  xassəyə  təsir  göstərib  onu 

tənzim  oluna  bilən  bir  obyektə  çevirə  bilər.  Məsələn,  hər  bir  şəxs  və  kollektivdə 

sağlam  əsaslar  üzərində  qurulmuş  mənafelərin  təşəkkül  tapmasında,  yaradıcı 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə