Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   58

 
41 
Yanacağın tərkibində olan kükürd isə oksidləşərək SO
2
-yə çevrilir: 
S+O
2


SO
2
  alınan  SO
2
-nin  az  bir  hissəsi  yüksək  istilik  hesabına 
sulfat anhidridinə çevrilə bilir: 2SO
2
+O
2


2SO
3
+Q. 
Eyni  zamanda  havada  və  yanacağın  tərkibində  olan  azot 
oksidləşərək  azot-2  oksidə  çevrilir:  2N+O
2


2NO-Q.Reaksiya 
endotermik  olduğundan  istilik  enerjisinin  müəyyən  miqdarı  da  bu 
prosesdə  itir.  Havaya  buraxılan  NO  fotokimyəvi  reaksiya  vasitəsilə 
azot-4 oksidə çevrilir: 
 
2NO+O
2


2NO

 
Beləliklə,
 
İES-da atmosferə CO
2
; CO; H
2
O; SO
2
; SO
3
; NO; NO
2
 və 
başqa  birləşmələr  yayılır  ki,  bu  da  ətraf  mühitin  çirklənməsinə  səbəb 
olur. 
Bundan  başqa,  kömürlə  işləyən  İES-da  radioaktiv  elementlər  də 
əmələ  gəlir  ki,  bu  barədə  ətraf  mühiti  çirkləndirən  radionuklidlər 
bəhsində danışılacaqdır. 
 
AVTOMOBĠL NƏQLĠYYATI 
 
Bəşəriyyətin  rahatlığı  üçün  avtomobil  nəqliyyatının  əhəmiyyəti 
əvəzsizdir. Lakin, atmosferi çirkləndirən maddələrin 75%-i avtomobil 
nəqliyyatınının payına düşür. 
Stasionar  sistemlərdən  fərqli  olaraq,  daxili  yanma  mühərriklərində 
yanma prosesi davamlı olmayıb, saniyənin hissəsi zamanında baş verir. 
Bu zaman yanma  kamerasının divarları soyuq olduğundan, yanma tam 
getmir  və  mühərrikin  faydalı  iş  əmsalı  15-20%-dən  çox  olmur. 
Nəticədə,  ətraf  mühitə  xeyli  miqdar  yanmamış  karbohidrogenlər  və 
aralıq məhsullar yayılır. Aşağıdakı cədvəldə avtomobil mühərrikləri və 
İES-nın yanma məhsulları verilmişdir: 
 
Yanma məhsulları 
Avtomobil ildə 
milyon ton 
İES və zavodlar 
ildə milyon ton 
Karbon qazı  
59,7 
5,2 
Karbohidrogenlər  və  digər  üzvi 
maddələr 
10,9 
6,4 


 
42 
Azot oksidləri 
5,5 
6,5 
Kükürdlü birləşmələr 
1,0 
22,4 
Makrohissəciklər 
1,0 
9,8 
 


 
43 
Daxili  yanma  mühərriklərində  yanacaq  kimi  benzin  və  dizel 
yanacağı  işlədilir.  Bunlar  aromatik  karbohidrogenlər,  parafinlər, 
sikloparafinlərdən  ibarət  olub,  oktan  ədədidin  qaldırmaq  üçün  əlavə 
edilən  qarışıqlardan  ibarətdir.  Dizel  yanacaqları  daha  yüksək  mo-
lekullu karbohidrogenlərdən ibarətdir.Yanacaq təmiz yandıqda karbon 
qazı, su ayrılaraq istilik alınır: 2C
8
H
18
+25O



16CO
2
+18H
2
O+Q 
Yanma prosesi zəif getdiyindən 200-dən çox maddə əmələ gəlir ki, 
onların əksəriyyəti zəhərlidir. Böyük şəhərlərdə tıxaclar yarandığından 
sürət  xeyli  aşağı  olur  ki,  bu  zaman  yanma  çox  zəif  getdiyindən  daha 
çox zəhərli maddələr ayrılır. 
Avtomobil mühərrikləri iş prosesində yanma məhsulları olaraq 200-
dən  çox  birləşmə  əmələ  gətirərək  atmosferə  buraxır.  Ayrılan  qazların 
əsas  hissəsini  N
2
,  O
2
,  H
2
O  (buxar  halında),  CO
2
,  CO,  SO
2
,  NO,  NO
2
 
karbohidrogenlər,  aldehidlər,  qurum  və  çox  zəhərli  maddə  olan 
benzapiren təşkil edir. 
İl  ərzində  atmosferə  buraxılan  CO-dən  qazının  70-90%,  azot 
oksidlərinin  40-45%-i,  karbohidrogenlərin  30-40%-i  avtomobil 
nəqliyyatının payına düşür. 
Havaya  buraxılan  qaz  qarışığının  tərkibi  mühərrikin  növündən  və 
yanacağın  tipindən  çox  asılıdır.  Məsələn,  karbüratorlu  mühərriklərdə 
karbon qazı və yanmağa macal tapmayan karbohidrogenlərin miqdarı, 
dizel  mühərriklərinə  nisbətən  çox  olur.  Dizel  mühərriklərində  isə 
qurum və azot oksidləri çox olur. Dizel mühərrikləri çalışarkən tullantı 
qazlarının xarakter iyi olur. Bu iy azot oksidlərinin və yanmayan, lakin 
oksidləşən karbohidrogenlərin çox olmasını göstərir. 
Avtomobillərin  istismar  müddəti  artdıqca  yanma  prosesi  düzgün 
getmir  və  nəticədə  çoxnüvəli  aromatik  karbohidrogenlərlə  yanaşı 
kanserogen xassəli dioksinlər əmələ gəlir. Odur ki, şəhər  nəqliyyatına 
ciddi nəzarət olmalıdır. Avropada, o cümlədən Rusiya Federasiyasında 
avtomobilin buraxılış ili çoxaldıqda gömrük  rüsumu da çoxalır. Azər-
baycan  Respublikasında  buna  nəzarət  olmadığından,  istismar  müddəti 
çoxdan  sona  çatmış  avtomobillərin  idxalı  get-gedə  çoxalır.  Əksər 
avtomobillərin  istismar  müddəti  5-8  il  müddəti  ilə  hesablanır. 
Azərbaycanda 20-30 il əvvəl buraxılan avtomobillər də vardır ki, onlar 
atmosferi daha çox çirkləndirərək ətraf  mühitə ziyan vurur. 
Avtomobillərin  atmosferə  buraxdığı  qazlar  havadan  ağır  olduğuna 


 
44 
və  atmosferin  aşağı  qatında  yayıldığına  görə  daha  təhlükəli  hesab 
olunurlar,  nəinki  zavod  fabriklərin  hündür  bacasından  çıxan  və  külək 
vasitəsilə uzaqlara daşınan sənayenin qaz tullantıları. 
Benzin  yanacaqlarında  detonasiyanı  aşağı  salmaq  və  faydalı  iş 
əmsalını  artırmaq  üçün  qurğuşun  etilat  –  Pb(C
2
H
5
)
4
,  və  qurğuşun 
metilat Pb(CH
3
)
2
 birləşmələrindən istifadə olunur. 1921-ci ildə məlum 
olmuşdur  ki,  benzin  yanacaqlarında  qurğuşun  etilat  detonasiyanın 
qarşısını alır, yəni benzinin partlayışla yanmasının qarşısını alır və qaz 
qarışığının  porşenlər  vasitəsilə  sıxılmaya  davamlılığını  artıraraq, 
nəticədə yanacağın qənaətli olmasını saxlayır. 
Pb(C
2
H
5
)
4
  rəngsiz  və  uçucu  birləşmə  olub  çox  zəhərlidir.  Hər  litr 
benzinə  0,6-0,9  qram  qurğuşun  etilat  əlavə  edilir.  Tərkibdə  olan 
qurğuşunun  75-80%  mühərrikdən  çıxan  işlənmiş  qazlarla  birlikdə 
ətrafa yayılır. 
Qurğuşun  etilatın  istifadəsi  getdikcə  çoxalır,  avtomobillər,  təy-
yarələr,  gəmilər  həddindən  artıq  qurğuşun  hissəciklərini  ətraf  mühitə 
yayır.  Bu  hissəciklərin  ölçüsü  1  mkm-  dən    kiçik    olduğuna  görə  
aerozolların  əmələ  gəlməsi üçün mərkəzə çevrilirlər. 
Hər bir avtomobil bir ildə 15  min km (gün ərzində 50  km) yol qət 
edərsə  ətrafa  1  kq-dan  çox  qurğuşun  metalı  yayılır.  Bakı  şəhərində 
600000  avtomobil  olduğundan  ildə  şəhər  atmosferinə  600  ton 
qurğuşun yayılır. 
Hesablamalara əsasən məlum olur ki, nəqliyyatın  sıx olduğu yollarda 
(1 saatda 1000 avtomobil keçən yollar sıx yollar adlanır) bir saat ərzində 
hər km yol ətrafına 35-40 qram qurğuşun metalı yayılır. 
Böyük şəhərlərin atmosferində kənd yerlərinə nisbətən qurğuşunun 
miqdarı  20  dəfə,  dəniz  səthindəki  atmosferə  nisbətən  2000  dəfə 
çoxdur. 
Tədqiqatlar göstərmişdir ki, qurğuşun dozalarının atmosferdə qalma 
müddəti  yerlərdən  asılı  olaraq  1-4  həftə  olur.  Sonra  onlar  torpağa 
hoparaq,  oradan  da  bitkilərə  sonra  isə  heyvanlara  və  insanlara 
miqrasiya  edir.  Qurğuşun  kumilyativ  zəhər  (latın  sözü  cumiliattio  – 
toplanmaq deməkdir) hesab olunur. Onun orqanizmdən xaric olunması 
uzun zaman tələb edir. 
Alman ekoloqları müəyyən etmişlər ki, yol kənarında olan bitkilərin 
1  kq  quru  çəkisində  35-50  mq  qurğuşun  olur.  Magistrallardan  uzaq 
sahələrdə isə bu 2-3 mq olub təhlükə törətmir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə