Elman Mövsümov Laləzar Quliyeva


Yerin atmosferi hansı qatlardan ibarətdir?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   58

 
35 
 
1.Yerin atmosferi hansı qatlardan ibarətdir? 
2.Atmosferin temperaturu yüksəklikdən asılı olaraq necə dəyişir? 
3.Ozon təbəqəsi atmosferin hansı qatında  daha çoxdur? 
4.Biosfer qatının əhəmiyyəti nədən ibarətdir? 
_________________ 
 
 
ATMOSFERĠN KĠMYƏVĠ TƏRKĠBĠ 
 
Atmosferin  kimyəvi  tərkibi  XVIII  əsr  tədqiqatlarından  sonra 
müəyyənləşmiş  oldu:  onun  əsas  tərkib  elementi  olan  azot  1772-ci  ildə 
Rezerford,  1773-cü  ildə  Şeyele,  1776-cı  ildə  Lavauzye  tərəfindən  kəşf 
edilmişdir. Azotun havada faiz tərkibi 78,08%-dir. 
Atmosferin faiz miqdarına görə – 20,95% ikinci elementi olan Oksigen 
haqqında  ilk  məlumatı  1774-cü  ildə  Pristli  vermiş,  lakin  onun  kəşfi 
Lavuazye tərəfindən – 1776 daha da dəqiqləşdirilmişdir. 
Tərkib faizinə görə – 0,93% üçüncü element olan Arqon 1894-cü ildə 
Ramzay tərəfindən kəşf edilmişdir. 
Atmosferin kimyəvi tərkibi aşağıdakı cədvəldə göstərilmişdir. 
 
 
Qazlar 
Formulu 
Qatılığı, % 
Atmosferdə miqdarı x10
9
 ton 
Azot 
N
2
 
78,084 
3,900000 
Oksigen 
O
2
 
20,948 
1,200000 
Arqon 
Ar 
0,934 
67000 
Karbon qazı 
CO
2
 
0,032 
2600 
Su buxarı 
H
2

Nəzərə alınmır 
14000 
Neon 
Ne 
18,18,10
-6
 
65 
Kripton  
Kr 
1,14,10
-6 
17 
Metan 
CH
4
 
2,00,10
-6
 

Helium 
He 
5,24,10
-6
 

Ozon 
O
3
 
0,15,10
-6
 

Ksenon 
Xe 
0,087,10
-6 

Azot-1 oksid 
N
2

0,5,10
-6
 

Dəm qazı 
CO 
Çox az 
0,6 
Hidrogen 
H
2
 
0,5,10
-6
 
0,2 
Ammonyak  
NH
3
 
Çox az 
0,02 
Azot-4 oksid 
NO
2
 
0,01,10
-6
 
0,013 
Azot-2 oksid 
NO 
iri 
0,005 
Kükürd-4 oksid 
SO
2
 
0,5,10
-6
 
0,002 
Hidrogen sulfid 
H
2

izləri 
0,001 


 
36 
Cədvəldə göstərilən qazlar uzun müddətli təkamül nəticəsində təbii 
yolla  əmələ  gəlmiş  və  çanlı  varlıqların  həyat  fəaliyyəti  nəticəsində  az 
da olsa dəyişmişdir. 
Bioloji və kimyəvi proseslər nəticəsində ammonyak, kükürd qazları, 
hidrogen,  sulfid  və  s.  əmələ  gələrək  atmosferin  tərkib  hissəsinə 
çevrilmişdir.  Üzvi  maddələrin  və  karbonlu  digər  birləşmələrin 
çürüməsi  nəticəsində  metan  və  hidrogen  sulfid  qazları  əmələ  gəlir. 
Azot oksidləri isə ildırım boşalmaları nəticəsində əmələ gəlir. Dünyada 
hər saniyədə 100-ə qədər ildırım boşalmaları qeyd edilir. 
Atmosfer havasından sənayedə, texnikada, tibbdə istifadə olunan bir 
sıra qazlar alınır. Təsirsiz qazlar, azot, oksigen, karbon qazı, hidrogen 
əsasən  havanın  mayeləşməsindən  alınır.  Təbii  qazların,  kömürün, 
neftin  təbii  ehtiyatları  getdikcə  azaldığından,  hava  atmosferinə 
göstərdikləri  təsirlər  də  dəyişməlidir.  Oksigenə  tələbatla  onun  əmələ 
gəlməsi  arasındakı  nisbət  birincinin  çox  olması  səbəbindən  dəyişir  və 
bu hadisə gələcəkdə daha çox hiss ediləcəkdir. 
Atmosferdə olan az miqdar qaz qatışıqlarının «yaşama» müddəti bir 
neçə  sutkadan  100  ilə  qədər  dəyişə  bilir  və  aşağıdakı  qaz  sırasında 
«yaşama» müddəti çoxalır: 
 
O
3
; CO;  CH
4
; H
2
;  N
2

 
Atmosfer  havasında  bir  sıra  mikroorqanizmlərə-bakteriyalar, 
viruslar, kif  göbələkləri və  s. rast gəlinir ki, onlar havada artıb çoxala 
bilir. 
 
Sual və tapşırıqlar 
 
1. Atmosferin əsas tərkib qazları hansılardır? 
2. Su buxarı hansı qatda daha çoxdur? 
3.  Atmosferdə  çox  az  miqdar  təşkil  edən  qazların  əmələ  gəlmə 
mənbəini göstərin. 
4. Hansı qazlar atmosfer havasından alınır? 
_________________ 
 
 


 
37 
 
ATMOSFERĠN MÜXTƏLĠF TERMĠKĠ QATLARININ 
GÖSTƏRĠCĠLƏRĠ  VƏ ATMOSFER TƏZYĠQĠ 
 
Yerin  əsas  enerji  mənbəyi  Günəşdir.  Günəşdən  gələn  radiasiya 
axınının 1 dəqiqədə 1 sm
2
  sahəyə  düşən  miqdarı  Günəş  sabiti  adlanır 
və  8,2  Coul  təşkil  edir.  Günəşin  əsas  enerjisi  qısadalğalı  radiasiya 
vasitəsilə  daxil  olur.  Bu  dalğaların  maksimum  miqdarı  görünən 
oblastda olub 470 nm uzunluğundadır. 
Yerin  atmosferi  dalğa  uzunluğu  320-400  nm  diapazonunda  olan 
ultrabənövşəyi (UB) şuaları buraxaraq yer səthinə göndərir. Yer qabığı 
–  quru  və  okean  səthi  bu  şuaları  udaraq  qızır  və  bütün  qızdırılmış 
cisimlər  kimi  həmçinin,  infra  qırmızı  (İQ)  şüaları  da  əks  etdirir.  Əks 
olunan  şüalanmanın  intensivliyi  Stefan-Bolsman  tənliyi  ilə,  mütləq 
qara  cisim  üçün  göstərilir.  İ=

T
4
[

=5,67

10
-8
  Bt/m
2

k
4
].  Əks  olunan 
enerji  atmosfer  tərəfindən  udularaq,  nəticədə  isti  havanın  yuxarı 
qalxmasına səbəb olur. 
Hesablamalar  göstərmişdir  ki,  1  sm
2
  atmosferin  üst  hissəsinə  ildə 
1050 kkal enerji uyğun gəlir. Günəşdən gələn bu enerjinin 275 kkal-si 
buludlar  vasitəsilə  əks  olunur,  75  kkal  buzlaqlar  və  okeanlarda  üzən 
buzlar vasitəsilə əks etdirilir. Atmosferin özündə olan qaz molekulları, 
aerozol hissəcikləri bu enerjinin 50 kkal udur. 
Qısadalğalı radiasiya şüaları ildə 1 sm
2
  yer  səthinə 450  kkal  enerji 
şəklində  daxil  olur.  Bu  enerjinin  bir  hissəsi  su  buxarlarının  əmələ 
gəlməsinə  sərf  olunur.  Udulmuş  enerjinin  bir  hissəsi  isə  infraqırmızı 
şüalar  vasitəsilə  yenə  də  atmosferə  qayıdır.  Sonuncu  proseslərə  ildə 
300 kkal/sm
2
 enerji sərf edilir.  
Beləliklə,  atmosferin  istilik  balansı  aşağıdakı  kimi  göstərilə  bilər. 
Bu daxil olan enerji kkal/sm

il vahidi ilə göstərilmişdir: 
 
Günəşdən gələn qısadalğalı şüalar 
250 
Su buxarlarının kondensləşməsi 
220 
Havanın konveksiyası 
80 
İnfra qırmızı şüalar (əks olunan) 
1075 
                Cəmi 
1625 
 
Atmosferin qəbul etdiyi enerjinin 625 kkalorisi atmosfer tərəfindən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə