Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   58

 
51 
biridir.  Kimya  sənayesinin  tullantılarını  saymaq  və  tərkibini 
müəyyənləşdirmək o qədər də asan deyildir. 
Kimya  sənayesinin  məhsulları  da  çox  olub  əsas  etibarı  ilə 
aşağıdakılardır:  turşular,  qələvilər,  ammonyak,  mineral  gübrələr, 
hidrogen,  oksigen,  azot,  təsirsiz  qazlar,  xlor,  laklar,  rəngləyicilər, 
polimerlər,  süni  liflər  və  s.  Aşağıdakı  cədvəldə  kimya  sənayesinin 
zərərli tullantıları göstərilmişdir: 
İstehsal olunan məhsullar 
Ətraf mühiti korlayan maddələr 
Nitrat turşusu 
NO, NO
2
, NH
3
 
Sulfat turşusu 
a) nitroza üsulu ilə istehsal 
b) kontakt üsulu ilə istehsal 
 
NO, NO
2
, SO
2
, SO
3
, H
2
SO
4
, Fe
2
O
3
, tozlar 
SO
2
, SO
3
, H
2
SO
4
, Fe
2
O
3
, HCl, Cl
2
, tozlar 
Fosfor və fosfat turşusu  
P
2
O
5
, H
3
PO
4
, HF, fosfogips tozları 
Ammonyak 
NH
3
, CO 
Soda 
NH
3
 
NaCl-un elektrolizi zamanı 
Cl
2
, NaOH 
Xlorlu əhəng 
Cl
2
, CaCl
2
, tozlar 
Kokskimya sənayesi 
CO, CO
2
, fenol, naftalin, benzol və törəmələri 
Karbamid 
NH
3
, CO, (NH
2
)
2
CO, tozlar 
Ammonium şorası 
CO, NH
3
, HNO
3
, NH
4
NO
3
, tozlar 
Superfosfat  
H
2
SO
4
, HF, superfosfat tozu 
Qarışıq gübrələr 
NO,  NO
2
,  NH
3
,  HF,  H
2
SO
4
,  P
2
O
5
,  HNO
3
,  gübrə 
tozları 
Karbofos 
SO
2
, P
2
O
5
, H
2
S, karbofos tozu 
Kağız və selüloza 
H
2
S, merkaptanlar, tüstü və toz 
Polivinilxlorid qətranı 
Hg, HgCl
2
, NH
3
 
Quzuqulağı turşusu 
NO, NO
2
, C
2
H
2
O
4
, tozlar 
Sirkə turşusu 
CH
3
COH, CH
3
COOH 
Tetraxloretilen 
HCl, Cl
2
 
Metanol 
CH
3
OH, CO 
Karrolaktam 
NO, NO
2
, SO, H
2
S, CO 
Aseton 
CH
3
COH, (CH
3
)
2
CO 
Süni liflər 
H
2
S, CS
2
 
Sintetik kauçuk 
Stirol, toluol, aseton, izopren 
Lak və rənglər 
CxHy və doymamış turşular 
 


 
52 
Göründüyü kimi, kimya sənayesi müxtəlif aqreqat halında 100-lərlə 
kimyəvi birləşmələrin ətraf mühitə yayılmasının mənbəi hesab olunur. 
Koksun  alınması  misalında  bunu  xaraterizə  etmək  olar.  Kömürü 
1000
0
C-də  koks  batareyalarında  qızdırdıqda  məsaməli  bərk  maddə  – 
koks  alınır.  Ondan  metallurgiyada  yanacaq  və  reduksiya  edici  kimi 
istifadə  edirlər.  Koks  alınarkən  tərkibində  300  müxtəlif  kimyəvi 
birləşmə olan koks qazı da əmələ gəlir ki, onlardan CO, H
2
, CS
2
, NH
3

HCN,  benzol,  toluol,  ksilol,  fenol,  piridin  antrasen  və  b.  daha 
zərərlidir. 
Bu maddələrdən bir neçəsinin kanserogen xassəsi aşkar edilmişdir. 
Koks  qazları  emal  edildikdə  bir  çox  əhəmiyyətli  məhsullar  alınır. 
Bu  qazlar  sudan  buraxıldıqda  ilk  növbədə  NH
3
  suda  yaxşı  həll 
olduğundan  ammonium  duzlarına  çevrilir.  Udulmayan  ammonyak 
sulfat  turşusunda  həll  olaraq,  əhəmiyyətli  olan  ammonium  sulfat 
gübrəsinə çevrilir. 
Benzol,  toluol,  ksilol  solyar  yağında  həll edilir  və  sonra  qovularaq 
əhəmiyyətli məhsullar alınır. Daş kömür qətranı çöküntü halında alınır 
ki,  bundan  natrium    hidroksidin  köməyilə  fenol  sintez  edilir. 
Əhəmiyyətli  həlledicilərdən  olan  piridin-C
5
H
5
N  qətranı  sulfat 
turşusunda həll etdikdə su fazasına keçir. Naftalin kristallaşma yolu ilə 
alınır.  İstifadə  olunmayan  H
2
,  CO,  CH
4
  yenidən  sistemə  qayıdaraq 
istilik mənbəi kimi istifadə olunur. 
Koks  kimyasının  əhəmiyyətli  məhsulları  istifadə  olunur  və  eyni 
zamanda atmosferin çirklənməsinin qarşısı alınır. 
 
Sual və tapşırıqlar 
 
1.  Atmosferi  kükürd  qazları  ilə  çirkləndirən  müəssisələr 
hansılardır? 
2. Atmosferə ən çox azot oksidləri buraxan müəssisələri göstərin. 
3.  Ozon  dağıdıcı  maddələrdən  olan  Cl
2
  qazı  hansı  kimya  sənaye 
müəssisələrində atmosferə yayılır? 
4.  Koks  qazları  nə  zaman  alınır  və  tərkibində  olan  birləşmələrin 
bir neçəsini göstərin. 
5. Koks qazlarının emalı hansı problemləri həll edir? 
_________________ 


 
53 
 
 


 
54 
TĠKĠNTĠ MATERĠALLARI SƏNAYESĠ 
 
Atmosferi çirkləndirən aerozolların yaranmasında kiçik ölçülü bərk 
cisimlərin rolu böyükdür. Bu xırda  hissəciklərin ən çox miqdarı tikinti 
materiallarının alınması və daşınması zamanı atmosferə yayılır. 
Tikinti  materiallarının  bir  qrupu  –  tikinti  daşları,  qum,  çınqıl,  əhəng 
daşı, təbaşir, mərmər, gips, gil və b. emal edilmədən istifadə edilir. 
Digər qrupa isə bir çox sənaye məhsulları-sement, sönməmiş əhəng, 
beton,  dəmirbeton,  silikat  kərpicləri,  şüşə,  şüşəlifləri,  şifer,  istiliyi 
mühafizə  edən  materiallar,  müxtəlif  sintetik  trubalar, döşəmə  plitələri 
və b. isə iri müəssisələrdə emal edilir və onların istehsalı, daşınması və 
tətbiqi zamanı ətraf mühit çirklənir. 
Tikinti materiallarının istehsalı zamanı dünyada 2,5 milyard tondan 
çox  mineral  xammal  istifadə  olunur.  Bu  xammalın  çıxarılması  və 
daşınması  zamanı  atmosfer  tozları  yaranır  ki,  bu  da  ətraf  mühitin 
çirkləndiricilərindəndir.  Digər  zəhərli  cəhət  odur  ki,  daşınan 
xammalların  yerində  istifadə  olunmayan  boşluqlar  yaranaraq  kənd 
təsərrüfat sahələrini azaldır. 
Tikinti  materiallarının  son  məqsədə  çatması  bir  sıra  texniki  və 
kimyəvi  proseslərdən  keçir  –  yerdən  çıxarılma,  daşınma,  xırdalanma, 
komponentlərin  qarışdırılması,  qurutma,  yandırma,  qablaşdırma  və  s-
ki, bu proseslərin hər bir zəncirində atmosfer çirklənir. 
Məsələn,  2004-cü  ildən  başlayan  və  2006-2007-ci  illərdə  intensiv 
davam edən Bakıdakı tikinti işlərinin həyata keçirilməsi zamanı  əksər 
materiallar  və  xammal  əyalətlərdən  daşınır.  Bu  zaman  daşınma 
texnologiyasına  əməl  olunmadıqda  atmosfer  toz  hissəcikləri  ilə  daha 
çox çirklənir. 
Gəncəbasar  zonasından  daşınan  gips  üstü  açıq  maşınlarda 
daşındığından 300 km-dən artıq yol boyu tozlama davam edir. 
Atmosfer  tozlarının  yaranmasında  sement  istehsalı  zavodları  əsas 
yerlərdən  birini  tutur.  Ən  keyfiyyətli  sement  növü  olan  portland 
sementinin istehsalı prosesində atmosferin çirklənməsinə nəzər yetirək. 
Məlumdur  ki,  bu  sementin  istehsalı  zamanı  əhəng  daşı  –  CaCO
3
  və 
gildən – Al
2
O

¸2SiO
2
¸ 2H
2
O istifadə olunur. Gil və əhəng daşı arasın-
da gedən kimyəvi reaksiya aşağıdakı kimi gedir: 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə