Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   58

 
45 
Şosse  kənarlarındakı  yem  bitkiləri  ilə  qidalanan  inəklərin  südündə 
normadan  50-60  dəfə  çox  qurğuşun  olur  ki,  bu  da  insan  sağlamlığı 
üçün təhlükə hesab edilməlidir. 
Qərbi Avropa şəhərlərində havada qurğuşunun miqdarı 1m
3
-də 1-3 
mkq olduğu halda ABŞ-da 5 mkq qeyd edilir. Dünyada avtomobillərin 
üçdə biri Amerikada istismar edilir. 
İnsanların 100 sm
3
 qanında 15-35 mkq qurğuşun olur ki, bu normal 
sayılır. Çirklənmiş ərazilərdə isə bu rəqəm 80-90 mkq-a çatır ki, bu da 
çox  təhlükəli  xəstəliklərin  (əsasən  qaraciyər  və  böyrəklərdə  yaranan) 
əmələ gəlməsinə səbəb olur. 
Bir  sıra  ölkələrdə,  o  cümlədən  Yaponiya  və  Moskvada  qurğuşun 
etilatlı  benzinlərin  satışına  qadağa  qoyulmuşdur.  Xüsusi  texnoloji 
qurğular vasitəsilə detonasiyaya davamlı benzinlər alınır və atmosferin 
qurğuşunla çirklənməsinin qarşısı alınır. 
 
Sual və tapşırıqlar 
 
1.  Stasionar  olmayan  mühərriklərin  yanma  məhsulları  hansı 
ekoloji çirklənmə yaradır?  
2.  Avtomobil  mühərriklərinin  işlənmiş  qazlarının  təxmini  tərkibi 
necədir? 
3. İşlənmiş qazların tərkibinə təsir edən faktorlar hansılardır? 
4. Qurğuşun etilatın üstün və nöqsan cəhətlərini göstərin. 
5. Qurğuşun zəhərlənmələrinə səbəb olan metalın konsentrasiyası 
hansı həddə olur? 
_________________ 
 
 
DAĞ-MƏDƏN VƏ METALLURGĠYA SƏNAYESĠ 
 
Dağ-mədən  sənayesi  faydalı  qazıntıların  çıxarılması  və  emalını 
həyata keçirən mürəkkəb kompleksdir. 
Metallurgiya  sənayesi  isə  çıxarılan  filizlərin  təmizlənməsindən 
metal alınana qədər gedən proseslərin cəmidir. 
Dağ-mədən sənayesi, qara və əlvan metallurgiya atmosferin zəhərli 
qazlarla  və  bərk  toz  hissəcikləri  ilə  çirkləndirilməsində  böyük  rol 
oynayırlar. 


 
46 
Dünyada  bütün  sənaye  sahələri  arasında  atmosferi  çirkləndirən 
müəssisələr  arasında  əlvan  metallurgiya  ikinci,  qara  metallurgiya 
üçüncü yeri tutur. Suların çirklənməsində qara metallurgiya dördüncü, 
əlvan metallurgiya isə yeddinci yeri tutur. 
Zəhərli  tullantıların  əmələ  gəlməsində  əlvan  metallurgiya  liderdir, 
qara metallurgiya isə ikinci yeri tutur. 
Təkcə    Rusiya  Federasiyasında    2000-ci    ildə    qara  metallurgiya 
sənayesi 2396 min ton tullantı, o cümlədən 234,7 min ton kükürd 4 –
oksid, 1635 min ton dəm qazı, 148,3 min ton  azot oksidləri və  357,6 
min    ton  bərk  toz  hissəciklərini  atmosferə  buraxmışdır.  Çirklənmiş 
suların həcmi isə 761,5 milyon kubmetr olmuşdur. 
Qara  metallurgiyanın  əsasını  dəmir  oksidlərinin  reduksiyası  təşkil 
edir.  Oksidlər  maqnitli  dəmir  daşı  Fe
3
O
4
,  qırmızı  dəmir  daşı  Fe
2
O
3

qonur  dəmir  daşı  Fe
2
O
3

H
2
O  olub  koksla  qarışdırılaraq  domna 
peçlərində reduksiya olunur: 
C+O
2
=CO
2
  əmələ  gəlmiş  karbon  qazı  közərmiş  koks  üzərindən 
keçərək dəm qazına çevrilir CO
2
+ C= 2CO. 
Dəm qazı isə öz növdəsində dəmiri reduksiya edir: 
 
Fe
3
O
4
+ CO=3FeO+ CO

 
FeO+ CO=Fe+ CO

 
Prosesdə  koks  iştirak  etdiyindən  o,  dəmir  oksidini  reduksiya  edə 
bilir FeO+ C =Fe+ CO 
Dəmiri həmçinin, piritin FeS
2
 yanmasından da alırlar: 
 
4FeS
2
+11O
2
=2Fe
2
O
3
+8SO

 
2Fe
2
O
3
+2CO=4FeO+2CO

 
FeO+CO=Fe+CO

 
Dəmir filizinin çıxarılması və daşınması zamanı ətraf mühitə çoxlu 
miqdarda  toz  hissəcikləri  yayılır.  Digər  tərəfdən  domna  peçlərində 
kütləvi miqdarda dəm qazı atmosferə buraxılır. 
Pirit xammal kimi istifadə edildikdə çoxlu miqdarda SO
2
 qazı əmələ 
gəlir. Yüksək texnologiya əsasında tikilmiş domna peçlərində tutucular 
vasitəsilə  dəm  qazı  və  SO
2
  yığılaraq  onların  atmosferə  yayılmasının 
qarşısı alınır. 


 
47 
İstifadə  olunan    koksların    tərkibində    kükürdlü  birləşmələr 
olduğundan,  yanma  prosesində  CS
2
-karbon  sulfid  və  pis  iyli 
merkaptanlar alınır ki, onlar da ətraf mühiti zəhərləyən maddələrdir. 
Elə  bir  metallurgiya  sənayesi  yoxdur  ki,  o  iri  şəhərlərdə 
yerləşməsin.  Odur  ki,  belə  zavodların  tullantıları  əhalisi    sıx  olan 
şəhərlərdə  ekoloji  problemlər  yaradır  və  sənaye  inkişaf  etdikcə, 
məhsuldarlıq çoxaldıqca çirklənmə sürəti də artır. 
Qara  metallurgiya  zavodlarının  tullantıları  yüksək  temperaturda 
(300-400
0
C, bəzən də 800
0
C) olduğuna görə istilik daşıyıcıları kimi də 
təhlükəlidir.  Həmin  atmosfer  tullantıları  isti  olduğundan  troposferin 
yuxarı  qatlarına  qədər  qalxa  bilir  ki,  bu  da  külək  vasitəsilə  onların 
miqrasiyasını sürətləndirir. 
Əlvan  metallurgiyada  əsas  təhlükə  mənbəi  zəhərləyici  xassəyə 
malik  olan  ağır  metalların  –  mis,  civə,  qurğuşun,  kadmium,  sink-və 
zəhərli  qazların  SO
2
,  F
2
,  Br
2
  və  onların  birləşmələrin  tullantı  kimi 
əmələ gəlməsidir. 
Aşağıdakı  cədvəldə  əlvan  metallurgiyada  tullantıların  miqdarı  kq/t 
metal nisbətində göstərilmişdir: 
 
Element 
İstehsalat sahəsi 
Mis-nikel 
Sink-kadmium 
Qurğuşun 
Civə 
Arsen 

0,591 
0,363 
0,015 
Kadmium 
0,2 
0,5 
0,005 
0,002 
Mis 
2,5 
0,14 
0,072 
0,04 
Civə 

0,042 
0,002 
4,8 
Nikel 
9,0 

0,085 
0,03 
Qurğuşun 
3,09 
2,54 
6,36 

Sink 
0,845 
15,72 
0,11 
0,35 
 
Əlvan metalların emalı onların sulfidli birləşmələri əsasında həyata 
keçirilir ki, bu zaman ağır elementlərlə yanaşı kükürd oksidləri də ətraf 
mühiti çirkləndirir. 
Məsələn,  misin  alınması  zamanı  mis parıltısı  –  Cu
2
S,  xalkopirit və 
ya  mis  kolçedanı–CuFeS
2
,  malaxit-(CuOH)

CO
3
  xammal    kimi  
istifadə  edilir. Misin  alınması aşağıdakı reaksiyalar  vasitəsilə həyata 
keçirilir: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə