Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   58

 

+15
0
C-dən-57
0
C  qədər  dəyişə  bilir.  Sıxlığı  isə  yuxarı  getdikcə  aşağı 
düşür. 
Stratosfer  təbəqəsi  20-70  km  hündürlükdə  yerləşir  ki,  burada 
temperatur  hər  10  km-dən  sonra  kəskin  dəyişərək  artıb  azala  bilir. 
Məsələn, 30 km-50
0
C-dirsə, 50 km-də-3
0
C-yə düşür, 60 km-də –25
0
C-
yə yüksəlir. 
Həyat  üçün  əhəmiyyətli  olan ozon  qatı da  stratosferdə  yerləşir.  Bu 
ozon  qatı  23-28  km  arasında  yerləşərək  Günəşdə  gedən  radioaktiv  
parçalanma  zamanı  əmələ  gələn  ultrabənövşəyi  şüaların  yer  qabığına 
çox miqdarda gəlməsinin qarşısını alır. Əgər ozon qatı olmasaydı yer 
kürəsində  yaşayış  mümkün  olmazdı.  Son  zamanlarda  aktual 
mövzulardan olan «ozon dəlikləri» antropogen yolla yaranır və həyatı 
təhlükəyə çevrilir. 
Bəşəriyyətin  istifadə  etdiyi  aerozolların  xeyli  miqdarı  atmosferə 
yayılaraq ozon təbəqəsinə çatır və onun korlanmasına səbəb olur. 
Atmosferin  70-90  km-də  yerləşən  təbəqəsi  Mezosfera  adlanır  və 
hidrogendən, təsirsiz qazlardan təşkil olunmuşdur. 
Termosfera adlanan ən yüksək qat 100 km hündürlükdə yerləşir ki, 
bundan sonra kosmos başlayır. 
Atmosfer  havasının  kütlə  ilə  72%-i  troposferdə  toplanmışdır.  Bu 
zonada fiziki-kimyəvi proseslər daha aktiv sürətdə gedir ki, bu  da yer 
qabığına öz təsirini göstərməyə bilməz. 
Troposferdə  qazlar  nisbətinin    azacıq  dəyişməsi  orada  gedən 
proseslərə  böyük  təsir  göstərir,  kəskin  temperatur  dəyişmələri,  güclü-
dağıdıcı leysan yağışları, həddən çox quraqlıq troposferin tərkibindən 
və quruluşundan asılı olur. 
Yerin Atmosferi uzun təkamül yolu keçmişdir. Bu təkamülün bir  sıra 
detalları hazırda da izah oluna bilmir. Odur ki, Yer kürəsində həyatın, o 
cümlədən insanın əmələ gəlməsi haqqındakı nəzəriyyələr bir çox suallara 
cavab verə bilmədiyindən tam qəbul olunmur. 
Təkzibolunmaz  faktlar  əsasında  fotosintez  prosesində  ayrılan  oksigen 
həyatın əmələ gəlməsi və yaşaması üçün əsas faktor hesab edilir. 
Bitkilər  karbon  qazından,  sudan  və  günəş  enerjisindən  istifadə 
edərək  canlı  varlıqlar  üçün  üzvü  maddə  hazırlamaqla  yanaşı, 
tənəffüsün yararlı elementi olan oksigen sintez edir. 
Odur  ki,  meşələrin  kütləvi  surətdə  qırılması:  tikinti  materialı, 


 

yanacaq,  kimya  sənayesində  istifadə  və  s.  oksigenin  təbii  miqdarının 
azalmasına  səbəb  olur.  Digər  tərəfdən  yanma  məhsulu  olan  karbon 
qazının xərclənməsini də azaldır. 
Aşağıdakı cədvəldə atmosferin tərkibi göstərilmişdir ki, burada əsas 
komponentlər  azot  və  oksigendir.  Digər  qazlar  azlıq  təşkil  etsələr  də 
onların bioloji rolu əvəz olunmazdır. 
Ekologiyanın  əsas  üç  ünsürlərindən-hava,  su,  torpaq-biri  olan 
havanın təmizliyinin canlı varlıq üçün böyük əhəmiyyəti vardır. 
Yer  kürəsində  gedən  həyati  proseslər  hava  sutunundan  çox  asılıdır 
və bu təbəqə demək olar ki, sabit tərkibə malikdir. 5 milyard il ərzində 
formalaşan  hava  təbəqəsində  az  miqdarda  olsa  da  kənar  qarşılıqlar 
əmələ  gəlir.  Bunların  bir  hissəsi  təbii  proseslər-vulkan  püskürmələri, 
çürümə,  meşə  yanğınları,  atmosferdə  gedən  elektrik  boşalmaları-
ildırım  çaxmaları  vasitəsilə  yaranır.  Vülkanik  proseslərdə  havaya  kü-
kürd qazı, hidrogen sulfid, silanlar qarışaraq onun tərkibini az da olsa 
dəyişdirir. 
 
Komponentlər 
Tonlarla göstərilən miqdar 
Faizlə göstərilən miqdar 
Azot 
4

10
15
 
78,084 
Oksigen 
1,2

10
15
 
20,948 
Su buxarı 
1,4

10
154
 
3-4 
Arqon 
0,6

10
14
 
0,934 
Karbon qazı 
2,3

10
12
 
3,14

10
-2
 
Neon 
3

10
9
 
1,82

10
-3
 
Helium 
8,9

10
10
 
2,5

10
-6
 
Kripton 
1,65

10
10
 
114

10
-6
 
Ksenon 
2,2

10
9
 
8,7

10
-6
 
Hidrogen 
3

10
9
 
50

10
-6
 
Ozon 
3,2

10
9
 
7

10
-6
 
Radon 
35

10
4
 
7

10
-6
 
Azot 4-oksid 
4

10
6
 
2

10
-6
 
Azot 2-oksid 
4

10
6
 
2

10
-6
 
Azot 1-oksid 
2

10
6
 
1

10
-6
 
Kükürd qazı 
4

10
7
 
0,1

10
-3
 
Karbon qazı 
4

10
7
 
0,1

10
-3
 
Hidrogen sulfid 
4

10
7
 
0,2

10
-3
 


 

Ammonyak 
2

10
7
 
0,2

10
-3
 
Metan 
3,4

10
9
 
0,3

10
-3
 
Formaldehid 
2

10
7
 
0,4

10
-3
 
 
Karbohidrogenlərin, zülalların, yağların çürüməsindən isə ammonyak, 
fosfin, metan, dəm qazı ayrılır. 
İldırım boşalmalarında isə azot oksidləri əmələ gəlir. Bu tərkibli qazlar 
havada  heç  bir  kimyəvi  dəyişikliyə  uğramadan  sərbəst  halda  hava 
qarışığında  toplanır  və  canlı  varlıqların  tənəffüsü  nəticəsində  orqanizmə 
daxil olur. 
Sənaye şəhərlərində isə kimya zavodlarının tullantıları halında havaya 
buraxılan kükürd qazı, dəm qazı, sian birləşmələri daha çox olur ki, bu da 
həmin şəhərlərin havasını korlayaraq xəstəliklər törədir. 
Atmosferin  aerozol  hissəcikləri  havada  olan  su  buxarlarının 
kondensasiyasını  həyata    keçirərək  duman  əmələ  gəlməsinə  səbəb  olur. 
Yuxarıdakı  cədvəldən  göründüyü  kimi  havada  su  buxarlarının  faiz 
miqdarı  3-4  olub  dəyişkəndir.  Tropik  zonalarda  və  okean  üzərində  isə 
10%-ə qədər yüksəlir. 
Zavodların  bərk  toz  tullantıları  bu  su  buxarını  kondensasiya  edərək 
aerozollar  əmələ  gətirməklə  sıx  duman  təbəqəsi  yaradır  ki,  bu  da  günəş 
şüalarının  yer  qabığında  yayılmasının  qarşısını  alır  və  əhəmiyyətini 
azaldır. 
Göründüyü kimi, atmosferin çirklənməsi təbii və antropogen yolla baş 
verir.  Təbii  çirklənmə  təhlükəli  olmayıb  təbiət  tərəfindən  nizamlanır. 
Antropogen çirklənmə isə daha təhlükəli olub qarşısı alınmaz problemlər 
törədir. 
Aşağıdakı cədvəldə atmosferin tərkib dəyişməsi göstərilmişdir: 
 
Komponentlər 
Əmələ gələn hər ildə tonlarla 
Təbii 
Antropogen  
Ozon 
2

10

Çox az miqdarda 
Karbon qazı 
1

10
12 
1,5

10
10 
Dəm qazı 
1

10

3

10

Kükürd (IV)-oksid 
1,42

10

7,3

10

Azot qazları 
1,4

10

1,5

10

 
Atmosferin  insanlar  tərəfindən  korlanması  hələ  Hippokratın 
əsərlərində də öz əksini tapmışdır ki, bu dövrdə heç bir zavod və fabrik 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə