Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   58

 
48 
2Cu
2
S+3O
2
 


 2Cu
2
O+2SO

 
2Cu
2
O+Cu
2
S


6Cu+SO

Alınan  SO
2
  qazının  faiz  miqdarı  5-10%  olduqda  sulfat  turşusu 
istehsalı təşkil edilə bilər. 
Qurğuşun  və  sink  təbiətdə  sulfidlər  şəklində  tapılır  və  onlar  birlikdə 
yataqlar  əmələ  gətirir.  Bu  sulfidlərdən  sərbəst  metal  alınarkən  6%  SO
2
 
əmələ gəlir ki, bundan sulfat turşusu istehsalında istifadə edilir. 
Ən qorxulusu odur ki, yanma məhsulu kimi çox zəhərli maddə olan 
As
2
O
3
  əmələ  gəlir.  Eyni  zamanda  əmələ  gələn  hidrogen  xlorid  və 
hidrogen  flüorid  qazları  katalitik  zəhər  rolu  oynayaraq  sulfat  turşusu 
istehsalına maneçilik törədirlər. 
Beləliklə,  əlvan  metalların  istehsalı  zamanı  ətraf  mühitə  bir  çox 
elementlər – Se, As, Sb, Cu, Ag, Sr, Zn, Cd, Hg, Al, Sn, Pb, Bi, Mo, 
W, Ni toz halında yayılırlar. 
 
Sual və tapşırıqlar 
 
1. Qara metallurgiyanın tullantıları hansılardır? 
2.  Əlvan  metallurgiyada  ətraf  mühiti  korlayan  ən  zəhərli 
tullantılar hansılardır? 
3.  Atmosferi  SO
2
  qazından  azad  etmək  üçün  hansı  tədbirlər 
mümkündür? 
_________________ 
 
 
NEFT EMALI VƏ NEFTKĠMYA SƏNAYESĠ 
 
Xam 
neftin 
tərkibində 
ümumi 
formulu 
CxHy 
olan 
karbohidrogenlərdən  başqa,  kükürdlü  üzvi  birləşmələr,  qeyri  üzvi 
duzlar, dəmir, vanadium elementləri də olur. 
Neft  yataqlarından  fərqli  olaraq  kükürd  ya  sərbəst halda, ya da 
birləşmələr  halında-hidrogen  sulfid,  merkaptan,  sulfid,  disulfid  və 
polisulfidlər şəklində rast gəlinir. 
Onlardan  merkaptanlar-metilmerkaptan  və  ya  metiltiol  CH
3
-SH, 
etilmerkaptan və ya etiltiol – CH
3
-CH
2
-SH daha çox rast gəlinir. 


 
49 
Hər  il  dünyada  4  milyard  tondan  artıq  neft  çıxarılır.  Bu  neftin  50 
milyon tonu, daşınma və emal zamanı  ətraf mühitə yayılır. 
Dənizdən  neft  çıxarılarkən  ətraf  mühit  daha  çox  çirklənir.  Belə  ki, 
dərin  quyular  qazılarkən  istifadə  olunan  gil məhlulu  dənizlərə  axıdılaraq 
hidrosferi  korlayır.  Eyni  zamanda  neftlə  birlikdə  qaz  ayrılır  ki,  onun 
tərkibində zəhərli qazlar, o cümlədən hidrogen sulfid olur. 
Neftlə  birlikdə  çıxan  qazlar  sintetik  kauçuk,  müxtəlif  rezin 
məmulatlar, polietilen, polivinilxlorid və texniki etil spirti istehsalında 
istifadə  olunur.  Monoetanol  aminlə  qaz  qarışığında  olan  hidrogen 
sulfid absorbsiya olunaraq istehsala verilir ki, ondan da çox keyfiyyətli 
kükürd tozu və sulfat turşusu istehsal olunur. 
Oksigen  azlıq  edən  mühitdə  hidrogen  sulfid  yandırıldıqda  kükürd 
alınır:  2H
2
S+O
2


2S+  2H
2
O,  oksigen  yetərincə  olduqda  isə  SO
2
 
qazı əmələ gəlir:  
 
2H
2
S+ 3O



 2SO
2
+ 2H
2

 
Bu  kimyəvi  proseslər  bir  çox  neft  çıxaran  ölkələrdə  aparılmır  və 
hidrogen  sulfid  atmosferə  buraxılır.  Dəniz  yataqlarında  hidrogen 
sulfidin,  ümumiyyətlə  neftlə  birlikdə  çıxan  qazların  emalı  daha  da 
çətinlik törədir. 
Ətraf  mühiti  çirkləndirən  vasitələrdən  biri  də  nef  temalı 
zavodlarıdır.  Aşağıdakı  cədvəldə  nef  temalı  zavodlarının  təxmini 
tullantıları göstərilmişdir. 
Nef  temalı  zavodlarında  ətraf  mühitə  yayılan  maddələr  arasında 
kükürdlü  birləşmələr  əsas  üstünlük  təşkil  edir.  Neft  çıxarılarkən 
merkaptanların miqdarı ya olmur, ya da çox cüzi olduğundan təhlükə 
törətmir.  Nef  temalı  zavodlarında  istifadə  olunan  qələvili  tullantı 
sularının təkrar emalı nəticəsində merkaptanlar əmələ gəlir. Bu suların 
buxarlanması  nəticəsində  atmosferə  hidrogen  sulfid  və  merkaptanlar 
yayılır. Odur ki, zavodların yanından keçərkən xoşagəlməz iylərin hiss 
edilməsi bunu sübut edir. 
 
Çirkləndirici maddələr 
Atmosferə buraxılan miqdar, 1000 t/il 
Təmizləyici qurğu olmadıqda 
Təmizləndikdə 
Karbohidrogenlər 
190 
0,520 
Hidrogen sulfid 
0,64 
0,002 


 
50 
Dəm qazı 
219 
0,600 
Kükürd 4-oksid 
115 
0,310 
 
Adətən  yüngül  neft  fraksiyalarından  –  benzin,  kerosin,  dizel-
hidrogen  sulfidi  və  merkaptanları  ayırırlar.  Əks  halda  bu  qarışıqlar 
mühərrikin korroziyasına səbəb olur. 
Neft  yataqlarından  ayrılan  qazlar  bəzən  yandırılır  və  proses  daimi 
davam  edir.  Bakı  şəhərində  belə  «fakellər»  mövcuddur.  Bu  zaman 
atmosfer  daha  çox  çirklənir.  Xırda  qurum  hissəcikləri  ilə  yanaşı  qeyri 
stasionar  yanma  prosesi  olduğundan  tam  yanmayan  karbohidrogenlər 
ətraf mühitə yayılaraq ekoloji problemlər yaradır. 
Neftayırma  və  neftkimyası  sənayesində  ətraf  mühiti  çirkləndirən 
maddələr 
aşağıdakılardır:  doymuş,  doymamış  və  aromatik 
karbohidrogenlər,  alkilnitril,  asetonitril,  dixloretan,  xloretan,  metanol, 
üzvi turşular, anhidridlər, dioksinlər və oksidlər –SO
2
, NO
2
, CO, CO
2

hidrogen sulfid, karbon sulfid və başqaları. 
Texnoloji  qaydalara  əməl  edilmədikdə,  neftemalı  zavodlarında 
katastroflar meydana gəlir. 1984-cü ildə Hindistanın Bxopol neftkimya 
zavodunda  baş  verən  qəza  nəticəsində  5000  insan  tələf  oldu  və  100 
minlərlə insan təhlükəli dərəcədə zəhərləndi. 
Müasir  neftemalı  zavodlarında  atmosferə  yayılan  zəhərli 
maddələrin miqdarı əhəmiyyətli dərəcədə azalmışdır. 
 
Sual və tapşırıqlar 
 
1. Xam neftdə hansı qarışıqlar ola bilər? 
2. Neftin tərkibində olan kükürdlü maddələri göstərin. 
3.  Neft  sənayesində  ətraf    mühit  daha  çox  hansı  səbəblərdən 
çirklənir. 
4. Hidrogen sulfid hansı yolla zərərsizləşdirilir. 
5. Neftkimya zavodlarının əsas tullantılarını göstərin. 
_________________ 
 
 
KĠMYA SƏNAYESĠ 
 
Kimya  sənayesi  atmosferi  həddindən  çox  çirkləndirən  vasitələrdən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə